111
özünü təqsirləndirmək əvəzinə, tərəflərin hər ikisini xətakar hesab edərək,
yalnız "ikinci xəlifənin oğlu" olmaq iftixarına nail olan və bu
münaqişələrdən uzaqda qalan bir adamı–Ömərin oğlu Əbdüllahı xilafətə
seçmək istəyirdi. Halbuki o, tədbir və işləri idarə etmək nöqteyi-nəzərindən
o qədər zəif idi ki, hətta atası onun barəsində "oğlum o qədər huşsuzdur ki,
hətta öz arvadına
talaq verməkdən belə, acizdir" - deyirdi.
Əslində qazilər qeyd olunan dörd məsələ ətrafında bitərəf şəkildə danışıq
aparmalı idilər. Təkcə Imam (ə)-ın hökumətinin qanuni olması və
Müaviyənin mərkəzi hökumətə qarşı qiyam etməsi kimi məsələlərə diqqət
yetirmək başqa işlər barəsində də düzgün qərar çıxarılmasına kifayət idi.
Əmr As Dumətül-cəndələ gəldiyi ilk gündən Əbu Musaya həm
Peyğəmbər (s)-in səhabəsi, həm də özündən böyük bir adam kimi hörmət
göstərir, danışmaq lazım gəldikdə onu irəli salırdı. Onlar Əlini və Müaviyəni
xilafətdən götürmək barədə razılığa gələndə də Əmr As onu, öz rəyini
bildirmək və öz rəhbərini işdən salmaq üçün irəli saldı. Buna görə də
əvvəlcə Əbu Musa Əli (ə)-ı xilafətdən çıxartdı və işin əvvəlində dostlarının
tövsiyələrinin heç birinə əhəmiyyət vermədi, lakin Əmr As dərhal
Müaviyəni xilafətə seçdi. Əbu Musanın nadanlığı və sadəliyi bir daha
bərpaolunmaz və böyük xəsarətlər vurdu.
Burada onların danışıqlarını əks etdiririk ki, "Həkəmiyyət oyunu"nun nə
ilə nəticələnməsi və Imam (ə)-ın sadəlövh dostlarının inadkarlıqlarının
islama necə ziyanlar vurması bir daha aydın olsun:
Əmr As:–Osmanın məzlumcasına öldürülməsini bilirsənmi?
Əbu Musa:–Bəli!
Əmr As:–Camaat! Siz şahid olun, Əlinin nümayəndəsi xəlifənin
məzlumcasına öldürülməsini etiraf etdi. (Sonra üzünü Əbu Musaya tutub
dedi:) Müaviyə Osmanın qəyyumu olduğu halda, nə üçün ondan üz
döndərirsən?! Halbuki o, Qüreyşdəndir. Əgər camaatın "nə üçün islamda
heç bir xidməti olmayan bir adamı xilafətə seçdin?!" - deyə etiraz
edəcəklərindən qorxursansa, onlara belə cavab verə bilərsən ki, o, məzlum
xəlifənin qəyyumudur və onun intiqamını almağa qadirdir, tədbir və
siyasətdə də nümunə bir adamdır. Peyğəmbərlə qohumluğuna gəldikdə isə,
o, Peyğəmbərin zövcəsinin (Ümmü Həbibənin) qardaşıdır. Bunlardan da
əlavə, əgər o, xəlifə olsa, heç kim sənin qədər ehtirama layiq
görülməyəcəkdir.
Əbu Musa:–Allahdan qorx! Xilafət dindarlara və fəzilətlilərə məxsusdur.
Əgər xilafət üçün ailə şərafəti əsas götürülsə, onda Qüreyşdə ən şərafətli
adam Əlidir. Mən heç vaxt ilk mühacirləri buraxıb Müaviyəni xilafətə
seçmərəm! Hətta əgər Müaviyə mənim xeyrimə olaraq xilafətdən geri
çəkilsə, yenə də onun xilafətinə rəy vermərəm. Əgər Ömər ibni Xəttabın
adını dirçəltmək
istəyirsənsə,
onda gəl, Əbdüllah ibni Öməri xilafətə seçək.
Əmr As:–Əgər Əbdüllah ibni Ömərin xilafətini istəyirsənsə, onda nə
üçün mənim oğlum Əbdüllaha rəy vermirsən? Halbuki mənim oğlumun heç
nəyi ondan
əskik deyildir və fəziləti, doğruçuluğu da gün kimi aydındır.
Əbu Musa:–Öz atası kimi, onun da bu fitnədə əli olmuşdur, daha xilafətə
layiq ola bilməz!
112
Əmr As:–Xilafətdə elə bir qətiyyətli şəxs olmalıdır ki, o həm yesin, həm
də yedizdirsin. Ömərin oğlunda belə bir bacarıq yoxdur. Indi ki, bu adamlar
barəsində razılaşma hasil olmadı, gərək başqa bir nəzər verəsən, bəlkə o
təklif ətrafında razılığa gələ bilək.
Bu vaxt gizli şəkildə məsləhətləşərək razılığa gəldilər. O razılaşmanı
qeyd edirik:
Əbu Musa:–Mənim fikrim budur ki, həm Əlini, həm də Müaviyəni
xilafətdən götürək, xilafət məsələsini müsəlmanların şurasına həvalə edək,
onlar kimi
istəsələr, onu da xəlifə seçsinlər.
Əmr As:–Razıyam. Gərək öz rəyimizi rəsmi şəkildə bildirək.
Nəzarətçilər və qazilərin rəyini gözləyənlər onların sözlərinə qulaq
asmaq üçün bir yerə yığışmışdılar. Bu vaxt Əmr As Əbu Musanın
sadəlövhlüyündən və nadanlığından istifadə edərək onu qabağa saldı ki, sözə
başlayıb öz rəyini bildirsin. Əbu Musa da öz çıxışından sonra Əmr Asın
məxfi şəkildə razılaşdıqları sözü təsdiq etməkdən boyun qaçıracağına
ehtimal vermədən sözə başlayıb dedi:–Mən və Əmr As bir məsələ barəsində
eyni
fikrə gəlmişik, ümidvarıq ki, müsəlmanların məsləhəti onda olsun.
Əmr As:–Düzdür, öz sözünü davam etdir.
Bu vaxt Ibni Abbas özünü Əbu Musaya çatdırıb dedi:–Əgər bir məsələ
barəsində razılığa gəlmisinizsə, qoy əvvəlcə Əmr As danışsın, sonra sən
danış. Çünki, onun razılaşdığınızın əksinə danışması ehtimalı var.
Amma Əbu Musa onun etdiyi xəbərdarlığa əhəmiyyət vermədən dedi:–
Əmin ol, hər ikimiz xilafət məsələsində bir fikrə gəlmişik. (Sonra ayağa
durub dedi:) Biz ümmətin vəziyyətini araşdırdıq. Ixtilafları aradan qaldırmaq
və vəhdəti bərpa etmək üçün Əlini və Müaviyəni xilafətdən çıxarıb xilafəti
müsəlmanların şurasına həvalə etməkdən yaxşı bir yol görmədik. Qoy onlar
hər kəsi istəsələr, xilafətə seçsinlər. Buna əsasən mən Əlini və Müaviyəni
xilafətdən götürürəm!
Bunu deyib arxaya getdi və orada oturdu. Sonra Əmr As Əbu Musanın
əvvəlki yerinə gəldi, Allaha həmd-səna edib dedi:–Camaat, Əbu Musanın
sözlərini eşitdiniz. O öz imamını xilafətdən götürdü, mən də bu barədə
onunla razıyam, mən də onu xilafətdən götürürəm,
amma onun əksinə olaraq
Müaviyəni xilafətdə saxlayıram. O, Osmanın qəyyumudur, onun intiqamını
almaq istəyir. Xilafət üçün ən layiqli bir adamdır!
Əbu Musa üzünü ona tutub qəzəblə dedi:–Səni görüm nicat tapmayasan
(ağ gün görməyəsən)! Hiylə işlətdin və günah etdin. Sən bir itə oxşayırsan
ki,
"əgər ona hücum etsələr, ağzını açıb dilini çölə çıxarar, buraxsalar da
belə edər."
1
Əmr As:–Sən də
"kitab yükü daşıyan bir ulağa oxşayırsan!"
2
Bu vaxt Əmr Asın məkrli hiyləsi aşkara çıxdı və məclis bir-birinə dəydi.
1
"Əraf" surəsinin 176-cı ayəsinə işarədir
2
"Cümə" surəsinin 5-ci ayəsinə işarədir.
Bax: "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.38; "Əl-imamətu vəs-siyasət", 1-ci
cild, səh.118; "Əl-əxbarüt-tival", səh.199; "Murucuz-zəhəb", 2-ci cild, səh.408;
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.167