107
yekdil fikirdə olaraq onu "küt və dəstəksiz bıçaq", "hövsələsiz adam"
adlandırırdılar. Amma Əli (ə) nə edə bilərdi?! Çünki onun sadəlövh və
nadan dostlarının əksəriyyəti elə Əbu Musa kimi idilər və o həzrətə iki
məsələni: həm həkəmiyyəti, həm də həkəmi (qazini) qəbul etdirdilər. Əbu
Musa Dumətul-cəndələ yola düşəndə Imam (ə) ona dedi:–Allahın Kitabı
(Quran) əsasında qəzavət et və onun həddini keçmə.
Sonra ətrafındakılara buyurdu:–Bilirəm ki, o bu işdə aldanacaq.
Übeydullah:–Əgər aldanacaqsa, nə üçün onu göndərirsən?
Imam (ə):–Əgər Allah-Taala bəndələri ilə Öz elmi əsasında rəftar
etsəydi, daha onlar üçün peyğəmbərlər göndərməz və onların vasitəsi ilə
bəndələrə dəlil gətirməzdi.
1
IMAM (Ə)-IN HƏRBI SƏRKƏRDƏSININ ƏBU-MUSA
ILƏ SÖHBƏTI
Imam (ə) öz sərkərdəsi Şüreyh ibni Hanini dörd yüz nəfərlə birlikdə
Dümətül-Cəndələ göndərdi. O, Əbu Musanın əlindən tutub dedi:–Sən çox
ağır bir məsuliyyətin altına girmisən. Bu elə bir işdir ki, xəsarət dəysə, heç
vaxt bərpa olunmaz. Əgər Müaviyə Iraqa hakim olsa, artıq yer üzündə Iraq
adlı bir yer mövcud olmayacaqdır. Amma əgər Əli Şama hakim olsa,
şamlılar üçün heç bir çətinlik qarşıya çıxmaz. Sən Imam (ə)-ın xilafətinin
əvvəllərindən ona qarşı laqeydlik göstərmisən. Əgər yenə də belə bir iş
görsən, güman yəqinə, ümid məyusluğa dönəcək.
Əbu Musa cavabda dedi:–Mənə töhmət vuranlara yaraşmaz ki, məni
qəzavət
işinə seçələr, mən də batili onlardan dəf edib haqqı bərqərar edəm.
2
Imam (ə)-ın qoşunundakı tanınmış şair və Əbu Musanın qədim dostu
Nəcaşi bir şer qoşaraq onu haqq-ədalət əsasında əməl etməyə çağırdı. O şeri
Əbu Musaya oxuduqdan sonra Əbu Musa dedi:–Allahdan istəyirəm ki,
üfüqlər aydınlaşsın və mən də öz vəzifəmi Allahın razılığı əsasında yerinə
yetirəm.
3
ƏHNƏFIN ƏBU MUSA ILƏ SÖHBƏTI
Əbu Musa ilə vidalaşan axırıncı adam Əhnəf idi. O, Əbu Musanın
əlindən tutub dedi:–Bu işin əhəmiyyətini dərk et və bil ki, iş davam edir.
Əgər Iraqı zay etsən, daha ondan bir şey qalmayacaq. Allah ilə müxalifət
etməkdən qorx. Əgər sabah Əmr Asla qarşılaşsan, əvvəl sən salam vermə.
Salam verməkdə qabağa düşməyin yaxşı iş olmasına baxmayaraq, o buna
layiq deyildir. Onunla əlbəəl görüşmə, çünki sənin əlin ümmətin əmanətidir.
Olmaya səni məclisin baş tərəfində oturda; çünki bu iş hiylə və məkrdir.
Səninlə bir otaqda təklikdə danışmasına imkan vermə, çünki bir neçə nəfəri
1
"Əl-Mənaqib" (Ibni Şəhraşub), 2-ci cild, səh.261
2
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.245; "Əl-imamətu vəs-
siyasət", 1-ci cild, səh.115
3
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.247; "Vəqətü Siffeyn",
səh.534
108
şahid kimi gizlətməsi, onların da sənin əleyhinə şəhadət vermələri
mümkündür.
Sonra onun Imam (ə)-a sadiq olub-olmamasını yoxlamaq üçün ona belə
təklif etdi:–Əgər Imam (ə)-ın barəsində Əmr Asla razılığa gələ bilməsəniz,
ona de ki, iraqlılar Şamda yaşayan Qüreyşli bir nəfəri xəlifə seçə bilərlər.
Əgər bunu da qəbul etməsə, başqa bir şey təklif et. Məsələn, de ki, şamlılar
Iraqda yaşayan Qüreyş tayfasından bir nəfəri xəlifə seçə bilərlər.
1
(Bu sözlərin mənası Imam (ə)-ın işdən götürülməsi, başqa bir xəlifənin
təyin edilməsi idi.) Əbu Musa bu sözləri eşitdi, lakin heç bir əksül-əməl
göstərmədi. Əhnəf dərhal Imam (ə)-ın yanına qayıtdı və hadisəni o həzrətə
dedi, sonra da qeyd etdi ki, biz öz haqqımızı almaq üçün elə bir adamı
göndəririk ki, onun üçün sənin xilafətdən çıxarılıb-çıxarılmamağının heç bir
fərqi yoxdur. Imam (ə) buyurdu:–Həqiqətən Allah Öz işində qalibdir.
Əhnəf dedi ki, bu iş bizim narahatçılığımıza səbəb olacaq.
2
SƏD VƏQQAS VƏ ONUN OĞLU ÖMƏR
Səd Vəqqas Imam (ə)-la beyət etməyənlərdən biri idi, lakin özünü
münaqişələrdən uzaqda saxlamışdı. Siffeyn müharibəsi sona çatdıqdan sonra
Bəni-Səlim tayfasının olduğu yerə gələrək xəbərləri müntəzəm surətdə
izləyirdi. Elə bu zaman uzaqdan bir atlının ona tərəf gəldiyini gördü.
Yaxınlaşanda məlum oldu ki, öz oğlu Ömərdir. (O, Kərbəlada Imam Hüseyn
(ə) və onun dostlarını qətlə yetirmişdi.) Atası vəziyyəti soruşduqda, o, qəbul
etdirilən həkəmiyyəti və qazilərin Dumətül-cəndələ getməsini xəbər verdi.
O, atasına dedi ki, özünü oraya çatdırsın, bəlkə islamdakı xidmətlərinə görə
xilafəti ələ keçirə bildi. Atası dedi:–Oğlum, sakit ol. Mən Peyğəmbərdən
eşitmişəm ki, ondan sonra bir fitnə qalxacaqdır. Ən yaxşı adam odur ki, o
fitnədən uzaq olsun. Mən elə əvvəldən xilafət məsələsinə baş qoşmadım,
bundan sonra da baş qoşmaram. Əgər o işə qarışmalı olsam, Əli ilə birlikdə
qarışaram. Camaat məni iti qılınclarla hədələdi, lakin mən onu cəhənnəm
odundan irəli bildim.
3
Səd Vəqqas hər iki tərəfə kömək etməyi fitnə qarışıq bir kömək, onun
sonunu da cəhənnəm odu hesab edirdi. Amma eyni halda Əli (ə)-ın
Müaviyəyə nisbətən mövqeyini tam üstün tuturdu. O elə həmin gecə
oxuduğu (oğlunun da eşitdiyi) şerdə Əli (ə)-ı təriflədi, Müaviyəni isə pislədi.
Onun məzmunu belə idi:
"Əgər bir gün bu işə girişməli olsam,
Əliyə tabe olar, o hara meyl etsə, ora gedərəm."
Onun nə qədər cahil olmasında bunu bilmək kifayətdir ki, rəhbərliyi və
imaməti Qədir Xumda hamıya aydın olan, Osmanın qətlindən sonra mühacir
və ənsarın beyət etdiyi bir imama tabe olmağı "fitnəyə daxil olmaq" kimi
təsəvvür edirdi. Halbuki belə bir imamdan üz döndərmək cəhənnəmə daxil
1
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.249; "Vəqətu-Siffeyn",
səh.536; "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.116
2
"Vəqətu-Siffeyn", səh.537
3
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.249