On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə62/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

 
123 
Sonra  xəvaricdən  olan  Yəzid  ibni  Asim  Müharibi  ayağa  durub  Allaha 
həmd-səna  etdi,  dedi:–Allahın  dinində  zilləti  qəbul  etməkdən  Ona  pənah 
aparıram! Belə bir iş Allahın işində bir hiylə və bir zillətdir ki, onun sahibini 
ilahi qəzəbə düçar edəcək. Əli, bizi ölümlə qorxudursanmı?! 
Imam (ə) onun cavabında sükut etdi. 
IMAM (Ə)-IN HIDAYƏTEDICI FƏALIYYƏTLƏRI 
Imam  (ə)-ın  ordusunun  "sağ  qolu"  sayılan  bir  dəstənin  iki  dəfə  qiyam 
etməsi  işləri  daha  da  çətinləşdirdi.  Birincisi  Siffeyndə  olmuşdu,  (burada 
onlar  Imam  (ə)-dan  tələb  edirdilər  ki,  müharibəni  dayandırıb  həkəmeynin 
qəzavətini  qəbul  etsin,  əks  halda  qətlə  yetiriləcəkdi.)  Ikincisi  isə 
müqavilənin imzalanmasından və həkəmiyyətin qəbul  olunmasından sonra. 
(Bu  dəfəki  istəkləri  birincidəkinin  tamamilə  əksinə  idi;  onlar  əhdnamənin 
pozulmasını istəyirdilər.) 
Birinci istəkləri hərçənd Imam (ə)-ı qələbədən məhrum etdi, lakin Imam 
(ə)-ın  sadəlövh  əsgərlərinin  müharibəni  davam  etdirmək  istəmədikləri, 
üstəlik  o  həzrəti  qətl  ilə  təhdid  etdikləri  belə  bir  şəraitdə  sülhə  razılaşmaq 
qeyri-qanuni bir iş deyildi və əqlin xilafına sayılmırdı. Imam (ə)-ın öz sözü 
ilə  desək  (o  həzrət  xəvaricin  başçılarına  xitabən  belə  buyurmuşdu), 
"Həkəmeynin qəzavətinin "dostların" təzyiqi altında qəbul olunması tədbirdə 
bacarıqsızlıq,  işdə  zəiflik  idi  və  onların  öz  tərəfindən  mənə  qəbul 
etdirilmişdi."
1
 
Halbuki ikinci istəkləri hamını əhd-peymanların qorunmasına dəvət edən 
Quran  hökmünün  tamamilə  ziddinə  idi.  Bu  halda  Imam  (ə)  çıxış  yolunu 
yalnız ictimai səbatın qorunmasında, təmkinli olmaqda, aldanmışları hidayət 
edib  yol  göstərməkdə,  bəzi  vaxtlar  isə  onların  dəstələrini  dağıtmaqda 
görürdü. Buna görə də əvvəlcə onları hidayət etmək üçün çalışırdı, lakin bu 
tədbir fayda vermədikdə şəraitə uyğun olaraq başqa yollardan istifadə edirdi. 
O  cümlədən,  onları  hidayət  etmək  üçün  müsəlmanlar  arasında  kitab  və 
sünnəyə  dərin  bilikdə  məşhur  olan  alim  və  fəzilətli  dostlarını  xəvaricin 
düşərgəsinə göndərirdi. 
IBNI ABBASIN XƏVARICLƏ MÜBAHISƏSI 
Ibni  Abbas  Imam  (ə)-ın  əmri  ilə  xəvaricin  düşərgəsinə  gedib  onlarla 
söhbət etdi. Burada onların söhbətlərini qeyd edirik: 
Ibni  Abbas:–Sizin  sözünüz  nədir?  Əmirəl-mömininə  qarşı  nə  iradınız 
var? 
Xəvaric:–O,  möminlərin  əmiri  idi,  amma  həkəmiyyəti  qəbul  etdikdə 
kafir oldu. Gərək öz küfrünü etiraf edib, tövbə etsin. Bundan sonra biz ona 
tərəf qayıdarıq. 
Ibni  Abbas:–Mömin  gərək  onun  islami  əqidə  və  üsullarına  olan  yəqini 
aludə olmamış öz küfrünü iqrar etməsin. 
Xəvaric:–Onun küfrünün səbəbi budur ki, həkəmiyyətə razı olmuşdur. 
                                              
1
 "Tarixi-Təbəri", 4-cü cild, səh.53  


 
124 
Ibni  Abbas:–Həkəmiyyəti  qəbul  etmək  Allahın  bir  neçə  yerdə  qeyd 
etdiyi  Quran  məsələsidir.  O  cümlədən  buyurulur:  "Ey  iman  əhli,  şikarı 
ehram  halında  öldürməyin.  Sizdən  hər  kəs  onu  qəsdən  öldürsə,  gərək  o 
heyvanın  ağırlığı  qədər  kəffarə  versin.  Bu  kəffarənin  o  heyvanın 
ağırlığında olmasını iki nəfər ədalətli şəxs təsdiq etsin." Əgər Allah-Taala 
ehram  halında  şikar  etmək  kimi  nisbətən  asan  olan  bir  məsələdə  hakim 
seçməyi  əmr  edirsə,  onda  nə  üçün  imamət  məsələsində  müsəlmanların 
qarşısına çətinlik çıxanda hakim seçməyi rəva görməsin?! 
Xəvaric:–Qazilər onun fikrinə rəy verdilər, amma o, qəbul etmədi. 
Ibni Abbas:–Qazilərin məqamı Imamın öz məqamından heç bir vəch ilə 
yüksək deyildir. Nəinki qazilər, hətta müsəlmanların imamı da yolunu azsa, 
ümmət  onunla  müxalifətə  qalxmalıdırlar.  Əgər  qazilər  haqqın  ziddinə  bir 
hökm etsə, sözsüz gərək ümmət onların əleyhinə qalxsın. 
Bu  zaman  onlar  məhkum  olunduqlarını  hiss  edib  nadan  kafirlər  kimi 
inadkarlığa  başladılar,  Ibni  Abbası  tənqid  atəşinə  tutub  dedilər:–Sən  elə 
həmin Qüreyş qəbiləsindənsən ki, Allah onların barəsində "Qüreyş kinli bir 
qrupdur", həmçinin, "... Quranın vasitəsi ilə kinli adamları qorxudasan"
1
 
deyə buyurmuşdur.
2
 
Əgər  onlar  doğrudan  da  haqqı  istəsəydilər,  başlarında  özbaşınaçılıq  və 
inadkarlıq  fikirləri  dolaşmasaydı,  şübhəsiz,  Ibni  Abbasın  məntiqi  sözlərini 
qəbul  edib  silahı  yerə  qoyar  və  Imam  (ə)-a  qoşular,  sonra  isə  əsil 
düşmənlərlə  vuruşardılar.  Lakin  təəssüflər  olsun  ki,  Ibni  Abbas  cavab 
verərkən  onlar  imanlılara  yox,  Qüreyş  müşriklərinə  aid  olan  ayələri  tilavət 
etdilər. 
Quran  həkəmə  (qaziyə)  müraciət  etməyi  kiçik  dava-dalaşlarda  belə 
(məsələn,  ailə  münasibətlərində)  caiz  bilmiş,  tərəflər  hüsnü-niyyətdə 
olduqları  halda  bunun  nəticəsini  də  yaxşı  hesab  etmişdir.  Allah-Taala 
buyurur:  "Əgər  ər-arvadın  ixtilafından  qorxursunuzsa,  bir  nəfəri  kişinin 
ailəsindən,  bir  nəfəri  də  arvadın  ailəsindən  qəzavətə  seçin;  əgər  islah 
olunmağı  istəsələr  Allah  o  ikisini  hədəfə  çatmaqda  müvəffəq  edər.  Allah 
alim və agahdır."  
Ümmətin  üç  ay  davam  edən  qanlı  müharibədəki  ixtilafının  ər-arvadın 
arasındakı  ixtilafdan  az  olduğunu,  habelə,  ümmətin  tərəflərdən  iki  nəfərin 
kitab və sünnə əsasında olan qəzavətə seçilməsini istəməsinin qanunsuz bir 
iş  və  küfr  olduğunu,  nəticədə  bu  işi  görənlərin  tövbə  etməli  olduğunun 
vacibliyini heç vaxt iddia etmək olmaz. 
Bu  ayələrə  diqqət  yetirməklə  aydın  olur  ki,  xəvaric  tərəfindən 
həkəmiyyətin  xəta  hesab  edilməsinin  səbəbi  inadkarlıqdan,  özbaşınalıqdan 
başqa bir şey deyildi. 
Ibni Abbasın dəlil-sübut əsasında olan müzakirələri sona çatmadı, onları 
hidayət etmək üçün Imam (ə)-ın tərəfindən yenə də göndərildi. Imam (ə) ona 
əmr  etmişdi  ki,  xəvariclə  Peyğəmbər  (s)  sünnəsi  əsasında  mübahisə  etsin, 
                                              
1
 "Məryəm", 97 
2
  "Kamil"  (Mübərrəd),  səh.582;  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  2-ci 
cild, səh.273 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə