On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə60/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

 
119 
dönərək  onu,  hətta  şirk  və  dindən  çıxmaq  qədər  günah  və  qanunsuz  bir  iş 
hesab etdilər, özləri tövbə etdilər, Imam (ə)-dan da tələb etdilər ki, o da öz 
"günahını"  boynuna  alıb  sonra  tövbə  etsin,  həkəmiyyətin  nəticəsi  elan 
olunmazdan  qabaq  yenidən  qoşun  yeridib  Müaviyə  ilə  müharibəni  davam 
etdirsin. 
Amma  Əli  (ə)  günaha  yaxın  düşən,  qanunsuz  bir  işi  qəbul  edən  və 
bağlanan  əhdnaməni  pozan  bir  adam  deyildi.  Imam  (ə)  onların 
parçalanmalarına  əhəmiyyət  vermədi,  Kufəyə  daxil  olandan  sonra  adi 
qaydada  yaşamağa  başladı.  Amma  inadkar  xəvariclər  öz  mənfur 
məqsədlərinə çatmaq üçün müxtəlif tədbirlərə əl atırdılar. O cümlədən: 
1-Imam  (ə)-ı  əhdnaməni  pozmağa  vadar  etmək  üçün  onunla  xüsusi 
görüşlər keçirmək
2-Camaat namazında iştirak etməmək
3-Məsciddə Imam (ə)-ın əleyhinə kəskin şüarlar vermək
4-Əli  (ə)-ı  və  Siffeyn  əhdnaməsini  möhtərəm  sayanların  hamısını  kafir 
hesab etmək; 
5-Ayrı-ayrı  şəxsiyyətlərə  sui-qəsd  etmək,  Iraqda  təhlükəsizliyi  aradan 
aparmaq; 
6-Silahlı qiyam edib Imam (ə)-ın hökuməti ilə qarşılaşmaq. 
Bunların müqabilində Imam (ə) da onların fitnəsini yatırtmaq üçün bəzi 
işlər görürdü. O işlər aşağıdakılarda xülasələnir:  
1-Siffeyndə həkəmiyyət barədə özünün seçdiyi mövqeyi aydınlaşdıraraq, 
onunla  elə  əvvəldən  müxalif  olduğunu,  təzyiqdən  başqa  bir  şeyin  onu 
imzalamağa məcbur etmədiyini aşkar etmək. 
2-Özünün  məntiqi  və  kəsərli  sözləri  ilə  onların  bütün  iradlarına  cavab 
vermək. 
3-Ibni  Abbas  kimi  şəxsiyyətləri  göndərərək  onların  fikirlərini 
aydınlaşdırıb düz yola hidayət etmək. 
4-Ümumi  halda  onların  sükut  edənlərinə,  hərçənd  rəy  və  fikirləri 
dəyişməsə  belə,  başqa  müsəlmanlarla  heç  bir  təfavütləri  olmayacağını 
demək.  Buna  görə  də  onların  payını  beytül-maldan  verirdi,  maaşlarını  da 
kəsməmişdi. 
5-Əbdüllah  ibni  Xubbabı  və  onun  hamilə  arvadını  qətlə  yetirən 
xəvaricləri təqib etmək.  
6-Onların silahlı qiyamlarına cavab verib fəsadın kökünü kəsmək. 
Bu  bəndlərdə  qeyd  olunanlar  bizim  bəhsimizin  əsas  mövzusunu  təşkil 
edir. Xoşbəxtlikdən tarixdə bu hadisələr dəqiq şəkildə yazılıb saxlanmışdır. 
Biz onların hamısını aşağıda qeyd edirik: 
1-Xüsusi görüşlər keçirmək 
Bir gün xəvaricin başçılarından ikisi–Zərqət Tai və Hərqus Imam (ə)-ın 
hüzuruna gəldilər, onların arasında çox kəskin danışıqlar oldu: 
Hərqus:–Öz  xətandan  tövbə  et  və  həkəmiyyət  məsələsindən  geri  qayıt. 
Sonra  bizi  Müaviyə  ilə  müharibəyə  göndər.  Onunla  müharibə  edib  Allahla 
görüşə nail olaq! 
Imam  (ə):–Mən  bunu  istəyirdim,  amma  siz  Siffeyndə  mənim  üstümə 
qalxdınız, həkəmiyyəti mənə siz qəbul etdirdiniz. Indi biz onlarla müqavilə 


 
120 
imzalamış,  müəyyən  şərtləri  qəbul  edərək  onlarla  əhd  bağlamışıq.  Allah-
Taala  buyurur:  "Ilahi  əhd-peymanlara,  əhd-peyman  bağladığınız  vaxt 
vəfalı qalın və öz andlarınızı möhkəmlədəndən sonra sındırmayın, halbuki 
Allahı bu andlarınıza zamin seçmisiniz. Allah etdiklərinizdən agahdır." 
Hərqus:–Bu bir günah idi, gərək ondan tövbə edəsən! 
Imam  (ə):–Bu,  günah  yox,  rəydə  bacarıqsızlıq  və  tədbirdə  zəiflik  idi 
(səbəbkarı da siz özünüz idiniz). Mən əvvəldə sizi bu işdən xəbərdar etdim, 
sizin qabağınızı almağa çalışdım. 
Zərqət:–Allaha  and  olsun,  əgər  kişilərin  Allahın  Kitabında 
həkəmiyyətinə son qoymasan, Allahın razılığı üçün səninlə vuruşacağıq! 
Imam  (ə)  qəzəbli  halda:–Ay  bədbəxt!  Necə  də  pis  adamsan!  Səni 
görürəm ki, tezliklə öldürüləcəksən və külək torpağı üstünə tökəcək! 
Zərqət:–Elə bunu arzu edirəm! 
Imam  (ə):–Şeytan  ikinizin  də  əqlini  əlinizdən  almışdır.  Allahın 
əzabından  qorxun,  uğrunda  döyüşdüyünüz  bu  dünyada  heç  bir  mənfəət 
yoxdur! 
Bunu eşidib hər ikisi  "la hukmə illa lillah" şüarını  verərək  Imam  (ə)-ın 
hüzurundan çıxıb getdilər.
1
 
2-Camaat namazından ayrılmaqla hökumətə etiraz. 
Namazı camaatla birlikdə qılmaq müstəhəbdir, təklikdə (fürada) qılmaq 
isə günah deyildir.
2
 Amma islamın əvvəllərində vəziyyət tamamilə başqa cür 
idi, belə ki, camaat namazında ardıcıl olaraq iştirak etməmək hökumətə qarşı 
etiraz,  nifaq  və  ikiüzlülük  əlaməti  idi.  Buna  görə  də  rəvayətlərdə  namazın 
camaatla qılınmasına dair çoxlu təkidlər olunmuşdur. 
Xəvaric  məscidə  gəlir,  amma  camaat  namazında  iştirak  etməməklə  öz 
müxalifətlərini  aşkar  edir,  namaz  başlayanda  çox  kəskin  şüarlar  verməyə 
başlayırdılar. Bir gün Imam (ə) namaz qılanda, xəvaricin başçılarından biri 
olan  Ibni  Kəvva  etiraz  əlaməti  olaraq  bu  ayəni  oxudu:  "Sənə  və  səndən 
qabaqkı  peyğəmbərlərə  vəhy  olundu  ki,  əgər  şirk  əməli  əncam  versən, 
əməlin puç olacaq və ziyankarlardan olacaqsan."
3
 
Imam  (ə)  tam  mətanət  və  təmkinlə,  həmçinin  Quranın  hökmü  ilə  "hər 
vaxt  Quran  tilavət  olundusa,  ona  qulaq  asın  və  aram  olun,  bəlkə  ilahi 
rəhmətdə  olasınız"
4
  -ayəsinin  hökmünə  görə  sükut  etdi,  ibni  Kəvva  ayəni 
qurtardıqdan sonra namazını davam etdirdi. Lakin o, ayəni  yenidən oxudu, 
Imam (ə)-da sükut etdi. Ibni Kəvva bu işi bir neçə dəfə təkrar etdi, Imam (ə) 
da təmkinlik göstərdi. Nəhayət Imam (ə) aşağıdakı ayəni oxumaqla ona elə 
cavab  verdi  ki,  həm  öz  namazına  xələl  gəlmədi,  həm  də  ibni  Kəvvanı 
susdurdu: "Səbir et, həqiqətən Allahın vədəsi haqdır. Mömin olmayanların 
işləri səni qəzəbləndirməsin!"
5
 
                                              
1
 "Tarixi-Təbəri", 4-cü cild, səh.53 
2
 "Vəsailuş-şiə", 5-ci cild, səh.370 
3
 "Zümər", ayə65 
4
 "Əraf" surəsi, 204 
5
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  2-ci  cild,  səh.269;  "Tarixi-Təbəri",  4-
cü cild, səh.54 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə