97
Hacı Əli Şəbüstəri, İskəndərxan Qəffari, Möhsün xan Sərtibi, Mehdi xan
Şərifzadə fəal iştirak etmişlər. Onlar C.Məmmədquluzadə ilə bir yerə yığışaraq
məsləhətləşir və tədbirlər görürdülər.
Jurnal üçüncü nömrədən başlayaraq Cənubi Azərbaycanın tanınmış
inqilabçılarından Əbdülqasim İskəndaninin «Ümid» mətbəəsində çap
olunmuşdur. Güney Azərbaycanın ilk satirik mətbuat orqanı Azərbaycan jurnalı
da 1906-cı ildə «Ümid» mətbəəsində çap olunmuşdur. Jurnalın sonuncu
sayından sonra mətbəə uzun müddət istifadəsiz qalmış, yalnız 1921-ci ildə
«Molla Nəsrəddin» çapı ilə işə düşmüşdür. «Ümid» mətbəəsi Mircə Cəlil
Bakıya qayıdandan sonra yenə də fəaliyyətdən qalmış, yalnız 1941-ci ildə yenə
də növbəti fars dilində satirik mətbu orqan olan «Sitareyi Azərbaycan»
qəzetinin nəşri ilə fəaliyyətinin 3-cü dövrünə başlamışdır.
Jurnalın Təbriz nömrələrinin karikatura və rəsmlərinin əsas müəllifi Seyid
Məhəmmədəli Behzad (Müsəvvərzaadə) olmuşdur. O, vaxtilə «Azərbaycan»
satirik jurnalı redaksiyasında rəssamlıq etmişdir. Seyid Məhəmmədəli Behzad
miniatür ustası Ağa Mirəyin nəslindən olub, Təbriz, Tiflis, Moskva, sonra da
Paris və Romada mükəmməl təhsil almışdır (110, 1944, №84). «M.Nəsrəddin»
jurnalının Təbriz nüsxələrinin araşdırıcısı, tədqiqatçı Turan Hüseynzadə
jurnalındakı rəsmlərin yaradılmasında Mir Məhəmməd Nəqqaş adlı bir
rəssamın da əməyi olduğunu qeyd edir.
C.Məmmədquluzadə Təbriz nömrəsində «Molla Nəsrəddin» Tiflis nömrə-
lərində işlədilən məlum gizli imzalardan, bəzi hallarda isə Azərbaycanın dövri
mətbuatında işlədilən başqa müəlliflərin gizli imzalarından istifadə edirdi.
Ədəbiyyatşünas-alim Ə.Mirəhmədov «C.Məmmədquluzadə irsinin nəşri
məsələləri haqqında» məqaləsində Təbriz nəşrində işlədilən imzaların hamısının
C.Məmmədquluzadənin özünə aid olduğunu söyləyərək yazır: «…Təbriz
nömrələrində «Mozalan», «Hərdəmxəyal» və s. imzalarla çıxmış felyetonlarla
əvvəlki və sonrakı illərdə həmin imzalarla çıxan felyetonlar arasında böyüki
fərq var; Təbriz nömrələrindəki bu imzalar da C.Məmmədquluzadəyə
məxsusdur» (40, 20).
98
Təbrizin mütərəqqi və qabaqcıl ziyalıları «Molla Nəsrəddin» jurnalı
redaksiyası ətrafında sıx toplaşmışdılar. Bunlar C.Məmmədquluzadə ilə tez-tez
görüşür, ondan məsləhətlər alırdılar. Onlar var qüvvələri ilə jurnalın nəşrinə
kömək edirdilər. Əbülfət Ələvi, İskəndərxan Qaffari, Mözüc Şəbüstəri, Hacı Əli
Şəbüstəri, Möhsün xan Sərtibi, Əsgər Azərvənd və başqaları əldə etdikləri
məlumatları, məqalə, felyeton və şeirləri «Molla Nəsrəddin» redaksiyasına
çatdırır, jurnalla xalq arasında sıx əlaqə yaradırdılar (26, 32).
99
IV F Ə S Ġ L
MĠLLĠ AZADLIQ HƏRƏKATININ YÜKSƏLĠġ
ĠLLƏRĠNDƏ MƏTBUAT
(1940-1944)
Rza şahın hakimiyyəti illərində (1925-1941) Güney Azərbaycan həyatının
bütün sahələri tənəzzül etmiş, həmin illər tarixdə ən qaranlıq irtica illəri kimi
yadda qalmışdır. Ölkədə milli regionlarla mərkəz arasındakı ziddiyyət yeni
düyünlər yaratmış, xalqın bütün təbəqələri hakim rejimin zorakılıq siyasətindən
cana gəlmişdilər. Ölkə azad fikirlilər və vətənpərvərlər üçün zindana
çevrilmişdi.
Rza şahın hərbi-polis rejiminin süqutundan sonra ölkədə siyasi ab-hava
dəyişməyə və demokratik hərəkat canlanmağa başladı. 1941-ci ilin sentyabrında
İranda siyasi məhbuslara amnistiya veilrdi. Zindan və sürgünlərdən
qayıtmışların arasında ziyalılar və azadfikirlilər çox idi. Tədricən yeni
təşkilatlar, o cümlədən cəmiyyətlər, klublar, dərnəklər yaradılır, onların mətbu
orqanları nəşr olunmağa başlayırdı. Azərbaycanlı vətənpərvərlər müxtəlif
partiya və cəmiyyətlərdə birləşirdilər.
Azərbaycanda ictimai-siyasi həyat canlanmağa başladı. Həmin dövrdə
ruhlu mütərəqqi təşkilatlar «Azərbaycanın antifaşist cəmiyyəti», «Azərbaycan
fəhlələrinin həmkarlar ittifaqı», «Azərbaycan zəhmətkeşlər təşkilatı»,
«Demokratiya tərəfdarları mərkəzi» kimi müxtəlif cəmiyyətlər yaradıldı. Tək
Təbrizdə deyil, Ərdəbil, Urmiya, Marağa, Sərab, Əhər, Mərənd və Xoyda da
demokratik cəmiyyətlər, birliklər klublar təşkil edildi. Bu birliklərdə
demokratiya, konstitusiya, Azərbaycan məsələsi və s. haqqında söhbətlər,
diskussiyalar aparılırdı. «Azərbaycan cəmiyyəti» milli qüvvələrin səfərbər
edilməsində xüsusi seçilirdi. Bu dövrdə mətbuat yenidən dirçəliş tapır, bir sıra
yeni qəzet və jurnallar nəşrə başlayırdı. Təbrizdə ana dilində «Azərbaycan»,
«Sədayi Azərbaycan», «Vətən yolunda» qəzetləri çap olunurdu. Bunlarla
yanaşı, «Şahin», «Sərbaze-sorx», «Yumruq», «Ajir», «Xavər-noy», «Cövdət»
100
və digər mətbu orqanları da fəaliyyət göstərirdi.
Diktator rejimində siyasi satirik vərəqə və gizli şəbnamələr vasitəsilə
yayılan demokratik fikirlər indi fars və Azərbaycan dillərində çıxan kitab,
qəzet, jurnal, teatr tamaşaları, mitinq və nümayişlər yolu ilə təbliğ edilirdi.
İlk sayı 1930-cu ildə işıq üzü görən «Şahin» qəzeti 40-cı illərdə də öz
nəşrini davam etdirirdi. Qəzetin redaktoru Təbrizdə demokratik hərəkatın
tanınmış nümayəndəsi, azərbaycanlı Həbibulla Ağazadə idi. Farsca nəşr olunan
qəzetin səhifələrində azərbaycanca vətənpərvərlik mövzusunda şeirlər çap
olunurdu. Qəzet azərbaycanlıların ana dilinə hörmət etməyi tələb edir, Tehrana
getməyə məcbur olub, paytaxtda ali məktəbə qəbul zamanı ayrı-seçkiliyə məruz
qalan azərbaycanlıları bu qayğıdan xilas etmək üçün Azərbaycanda ali məktəb
açılması uğrunda çıxış edirdi. Qəzet Rezaye (Urmiya), Şahpur (Salmas)
şəhərlərinin əvvəlki adlarını bərpa etməyi tələb edir, Təbriz pedaqoji
məktəbinin müəllim və tələbə heyətinin Tehranda komplektləşdirmə kimi fasid
təcrübəyə qarşı çıxırdı. Azərbaycanın iki müstəqil vilayətə bölünməsini
pisləyən qəzet bildirirdi ki, bu süni vəziyyət Qərbi və Şərqi Azərbaycanın
birliyini məhv edə bilməz. Qəzet həmçinin Azərbaycanın böyük oğullarının
xatirəsini əziz tutmağa, onların adını Təbrizin küçə və meydanlarında
əbədiləşdirməyə, onlara heykəl qoymağa çağırırdı (104, 1941, 1942). Bununla
belə «Şahin» qəzeti «Azərbaycan» qəzeti kimi milli maarifçiliklə məşğul
olmurdu.
«Molla Nəsrəddin» jurnalının Güneydə davamçısı olan «Azərbaycan
ulduzu» 1944-cü ildə Təbrizdə «Sitareyi Azərbaycan» adı altında nəşrə
başlamışdı. Həmin il dərgi Cəlil Məmmədquluzadənin 75 illiyi münasibətilə bir
sayını bütünlüklə böyük sənətkara həsr etmişdir. Altıncı sayın baş məqaləsində
yazılırdı: «Bu şümarəmiz «Sitareyi-Azərbaycan» adı ilə adlandığı halda yazıları
«Molla Nəsrəddin» məcmuəsində cəm olunmuş parçalardır…».
40-cı illərin əvvəllərində Azərbaycandakı sosial-siyasi və iqtisadi
ziddiyyətlər başqa regionlardan fərqli idi, xalqa qarşı zorakılıq siyasəti
buradakı hadisələrin gedişini sürətləndirmişdi. Bu bölgədə yaşayanların yaxın
Dostları ilə paylaş: |