12.1. İkonoloji modelləşdirmə
Tədqiqatçı sistemin funksiya etmə mexanizmini anladıqdan sonra onun əsas
məsələsi bu mexanizmin təsvirinin formalaşdırılmasıdır, məsələn, müxtəlif tənliklərin
köməyi ilə (bax § 9. 2). Sistemin davranışının bundan sonra öyrənilməsi müasir kompyuter
texnologiyalarının imkanlarından istifadə etmək sayəsində çox bəsitdir. Bu bölmədə
nəzərdən keçirilən ikonoloji modelləşdirmə metodologiyası mürəkkəb sistemli kompyuter
modellərinin tədqiqinə və informasiyanın vizuallaşmasının müasir metodlarına əsaslanır.
Təklif olunan metodologiyada sosial proseslərin analizinin formal metodlarının roluna
köklü şəkildə yenidən baxılmışdır, bu da ki, metodologiyanın birinci növbədə sosioloqlara –
tədqiqatçılara, müəllimlərə, tələbələrə istiqamətlənməsi ilə şərtlənmişdir. Sosioloqlar
məzmunlu modelləri müstəqil olaraq formalaşdırmalı və çox faktorlu qeyri-xətti sistemlərin
kompyuter modelləri üzərində tədqiqatlar aparmalıdırlar. İkonoloji modelləşdirmənin
metodologiyası sosioloqlara ―sərt‖ riyazi modellərdən daha realsitik ―yumşaq‖ modellərin
öyrənilməsinə keçməyə imkan verir. Akademik V.İ.Arnold çox doğru olaraq qeyd edir ki,
sosial elmlərdə qarşılıqlı əlaqələrin konkret növü çox vaxt məlum olmur, buna görə də
funksiyaların bütöv bir sinfi üçün sistemlərin davranışını tədqiq etmək zəruridir (1).
Sosioloq modelin qurulmasını və öyrənilməsini müstəqil olaraq həyata keçirmək
imkanını əldə edir. İstifadəçidən mürəkkəb riyazi aparatı və proqramlaşdırma dillərini yaxşı
bilmək tələb olunmur. Metodologiya modellərin hesablama eksperimentlərinin köməyi ilə
tədqiqi və keyfiyyət qiymətlərinin alınmasına istiqamətlənmişdir (11).
Tədqiqatda sosioloqun alınan nəticələrə inamı əsas rol oynamalıdır. Zəruri etibar
səviyyəsini təmin etməyə standart və geniş yayılmış proqram təminatından (bu halda Excel
elektron cədvəli istifadə olunur) istifadəyə imkan verir. Sosioloqun hesablamaların demək
olar ki, hər bir addımını yoxlamağa imkanı var. Kompyuter imitasiyasının prosesi
istifadəçinin tam nəzarəti altındadır. İstənilən yerdə hesablama prosesini saxlamaq, modeli
konkret etmək və modelləşdirməni davam etdirmək olar.
Modellərlə eksperiment gözlənilməz effektləri əldə etməyə, yeni hipotezlər
yaratmağa, sosial hadisələrin elmi tədqiqatların başqa dillərdə əlçatmaz olan təsvirini və
anlanmasını təmin etməyə imkan verir. Beləliklə, kompyuter eksperimentlərinin köməyi ilə
məkan və zamanla özünütəşkilatlandırmağın mümkün formalarını, sosial strukturların
yaranma şərtlərini aşkara çıxarmaq, qaydalar sisteminin təkamülünü analizdən keçirmək
mümkün olur.
Məntiqi tənliyin tədqiqi misalında ikonoloji modelləşdirmənin imkanlarını nəzərdən
keçirək.
Şəkil 12.1
Tənliyin sağ hissəsinə ytx-i keçirək.
Aşağıdakı tənliyi alırıq.
Şəkil 12.2.
(12.2) tənliyindən görünür ki, sistemin vəziyyəti r/(t
momentində) (12.2) tənliyinin əvvəlki ytr momentində sistemin vəziyyətinin funksiyasıdır.
(12.2) tənliyi fərq tənliyin rekurrent formasıdır. İşləmə mexanizmi fərq tənliyi şəkildə
təqdim oluna bilən sistemi tədqiq etmək üçün sistemin ilkin vəziyyətini – y
1
-t=1
momentində vermək lazımdır. Onda y
2
– sistemin t=2 momentində vəziyyəti (12.2)
formulu ilə asanlıqla həll olunur. Anoloji olaraq, y
2
-ni bilərək y
3
-ü müəyyən edə bilərik və
s. Əgər t=1-dən t=20-yə qədər olan müvəqqəti zaman intervalında sistemin davranışını
tədqiq etmək istəsək onda y
2
, .... y
20
qiymətlərini ardıcıl olaraq hesablayaraq (yadınıza salaq
ki, y
1
-in ilkin vəziyyətinin verilməsi zəruridir) (12.2) formuluna 19 dəfə müraciət etmək
lazımdır.