Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
397
İbn Dəqiq əl-Eyd demişdir:
“Abdullah ibn Ömərin oğluna rədd cavabı verib onu söy-
məyi əhvalatından o nəticə hasil olur ki, hədislərə öz rəyi
əsasında etiraz edən kimsəni, habelə şəxsi istəyi səbəbi ilə
alimə qarşı çıxanı tərbiyə etmək lazımdır”
1
.
Qadınların məscidə gedib-gəlmək hüququ, hətt a məscidə
sübh namazı qılmağa gedən bir qadının yolda təcavüzə uğra-
mağından sonra qorunmuşdur. Əhvalat belə olmuşdu:
Vail əl-Kindi danışır ki, bir qadına sübh qaranlığında məscidə
gedərkən bir kişi hücum edibmiş. Qadın yaxınlıqdan keçən bir
şəxsdən kömək istədikdə ona hücum çəkmiş kişi qaçır. Son-
ra qadının yanından bir neçə şəxs keçdikdə qadın onlardan
da kömək istəyir. Onlar qadının kömək istədiyi birinci şəxsə
yetişib onu yaxaladılar. Başqa bir şəxs isə onları arxada qoya-
raq getdi. Adamlar yaxaladıqları həmin şəxsi qadının yanına
gətirdilər. Həmin adam dedi: “Mən sənə kömək edən adamam.
Digəri isə qaçdı getdi.” Bundan sonra onu Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
yanına aparıb bildirdilər ki, o, qadına
hücum çəkib və onlar da onu yaxalayıblar. Kişi dedi: “Mən
təcavüzkar qarşısında ona kömək edirdim. Bu insanlar yetişib
məni yaxaladılar.” Qadın dedi: “Yalan danışır, mənə təcavüz
edən odur!” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Aparıb onu daşqalaq edin!” Bu zaman insanların arasından biri
çıxıb dedi: “Onu deyil, məni daşqalaq edin! Həmin işi görən
şəxs mənəm!” Kişi etdiyini boynuna aldı. Peyğəmbərin
(Ona Al-
lahın xeyir-duası və salamı olsun!)
yanında üç şəxs: qadına təcavüz edən,
buna qarşı çıxan və qadın özü bir araya gəlmişdi. Peyğəmbər
1
Ehkam əl-əhkam şər` ümdə əl-əhkam, I cild, səh. 157.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
398
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qadına dedi: “Allah səni bağış-
lamışdır!” Sonra qadını müdafiə edənə çevrildi: “Sən də gözəl
söz söylədin!” Bu zaman Ömər dedi: “Zina etdiyini boynuna
alanı daşqalaq et!” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Xeyr! Çünki o, Allah qarşısında elə bir tövbə etmiş-
dir ki, cəmi Mədinə əhli bu cür tövbə etsəydi, qəbul olunardı”
1
.
Madam ki məscidlər Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
zamanında ümumi ibadət, mədəni, ictimai-siyasi mərkəz
rolunu oynayırdı, elə isə müsəlman qadının gah mübah, gah
məndub, gah da ki vacib sayılan on iki səbəbə görə məscidə
gedib-gəlməsində təəccüblü bir şey yoxdur:
Birinci. Namaz qılmaq
Sübh namazı
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Mömin qadınlar paltarlarına bürünərək sübh namazını Pey-
ğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qılırdılar. Namazı qıl-
dıqdan sonra evlərinə qayıdır, qaranlıq olduğundan heç kəs
onları tanımırdı”
2
.
Rəvayət olunur ki, Abdullah ibn Ömər
(Allah ondan razı qalsın!)
demişdir:
“Ömərin zövcəsi sübh və işa namazlarını məsciddə camaatla
qılardı...”
3
.
1
Hədisi İmam Əhməd rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
399
Axşam namazı
Rəvayət olunur ki, İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Ünmmi-Fəzl mənim “And olsun bir-birinin ar-
dınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud külək-
lərə)...” surəsini oxuduğumu eşidib soruşdu: “Oğlum, sən bu
surəni oxumağınla mənə bir şeyi xatırlatdın. Mən bu surəni
axırıncı dəfə Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ax-
şam namazında oxuyarkən eşitmişdim”.
Başqa bir rəvayətdə deyilir: “Həmin vaxtdan sonra Peyğəm-
bər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vəfat etdiyi günədək bizə
namaz qıldırmadı”
1
.
Yatsı namazı
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demiş-
dir:
“(Yatsı namazını qılmaq üçün) Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
gecə qaralanadək gözləyərdi. Ömər ona: “Qadın-
lar və uşaqlar yatmışlar!” – deyə səsləndikdə (evindən) çıxıb
deyərdi: “Onu (yatsı namazını – mütərcim) yer üzündə yaşa-
yanlar arasında sizdən başqa heç kəs gözləməz.” (Həzrəti Aişə
deyir:) “Həmin günlərdə yatsı namazı yalnız Mədinədə qılınır-
dı; yatsı namazını günəşin qırmızılığının yox olmağı və gecənin
ilk üçdə biri arasında qılırdılar”
2
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.