İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
406
(Müslimin versiyasında: Məsciddəki hücrələrdən
zövcələri çölə
çıxdılar). Sonra namaz qılmağa başladı. İnsanlar da onun arxa-
sında dayanıb namaz qıldılar. Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
uzun-uzadı namaz qıldı...”
1
.
Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
demişdir:
“Günəş tutulduğu vaxt Peyğəmbərin zövcəsi Aişənin yanına
getmişdim. İnsanlarla birlikdə namaz qılırdı. Soruşdum: “İnsan-
lara nə olub?” Əli ilə göyə işarə edib: “Sübhənallah!” – dedi.
“Bu, bir əlamətmi?” – deyə soruşdum. İşarə etdi ki, bəli. Mən
də namaz qılmağa başladım. O qədər qıldım ki, gözlərimə
qaranlıq çökdü. Başıma su tökməyə başladım. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gəldi, Allaha həmd-səna edib
buyurdu...”
2
.
Rəvayət
olunur ki, Əsma bint Əbubəkr
(Allah ondan razı qalsın!)
deyib:
“(“Küsuf ” namazından sonra) Peyğəmbər
(Ona Allahın xeyir-du-
ası və salamı olsun!)
xütbə söyləyərək adamların qəbirdə imtahan
olunacaqları fitnə haqqında danışdı. Bu zaman onlardan bir
hay-küy qopdu... Bu hay-küy Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
axırda nə dediyini eşitməyimə mane oldu. Hay-küy
kəsildikdən sonra mənə yaxın dayanmış bir kişidən soruşdum:
“Ey, Allah səni mübarək qılsın! Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
son sözü nə oldu?” Kişi dedi: “Mənə vəhy edildi
ki, siz çox keçmədən qəbirlərinizdə Məsih Dəccalın fitnəsi ilə
imtahan olunacaqsınız...”
3
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
Beşinci fəsil. Peyğəmbərin zamanında qadınların sosial həyatda...
407
İkinci. Etikaf
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Etikaf zamanı) bir ehtiyacım olduqda evə gedərdim. Evdə
xəstə olduqda ancaq yanından keçərkən hal-əhval tutardım...
Peyğəmbər də
(Ona Allahın xeyir-duası və salamı olsun!)
etikafa çəkildiyin-
də evə ancaq ehtiyacı olduqda gedirdi”
1
.
Rəvayət olunur ki,
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bizə xatırlatdı ki,
Ramazanın son on günündə etikafa çəkiləcək. (Aişə deyir:)
“Həmin vaxt mən onun üçün çadır qururdum. Sübh namazını
qılıb çadıra girəcəkdi.” Aişə ondan özü üçün də çadır qurul-
masını icazə istədi, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
icazə verdi. Həfsə Aişədən xahiş etdi ki, Peyğəmbərdən
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
ona da icazə istəsin. Aişə onun de-
diyini yerinə yetirdi. Zeynəb bint Cəhş bunu gördükdə əmr
etdi ki, ona da çadır qurulsun. Ona da çadır quruldu. (Aişə
deyir:) “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sübh nama-
zını qılıb çadırına tərəf getdikdə digər çadırları görüb soruşdu:
“Bu nədir?” Dedilər: “Aişə, Həfsə və Zeynəbin çadırlarıdır.”
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bunu eşidib: “Görəsən,
onlar bununla yaxşı işlər görməyimi məqsəd güdürlər? Mən
etikafa çəkilməyəcəyəm”, – dedi və geri qayıtdı. Ramazan başa
çatdıqdan sonra Şəvvalın on gününü etikafa çəkildi”
2
.
Hafiz ibn Həcər demişdir:
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
408
“Əmr ibn əl-Harisin rəvayət etdiyi hədisdə deyilir: “Zeynəb
bunu gördükdə özünə də çadır qurdu. Çox qısqanc qadın
idi.” (İbn Həcər deyir:) “Rəvayətlərin heç birində Zeynəbin
çadır qurmaq üçün icazə istədiyinə rast gəlmədim. Bu da
Peyğəmbəri: “Görəsən, onlar bununla yaxşı işlər görməyimi
məqsəd güdürlər?” – deməyə sövq edən səbəblərdən biridir.
Bəlkə də, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ehtiyatla-
nırdı ki, qısqanclıqdan irəli gələn rəqabət və öyünmə, ona daha
çox yaxın olmağa hərislik onları etikafa sövq etsin, bununla da,
etikaf məzmunundan uzaqlaşsın... Və yaxud o, əvvəlcə, Aişə və
Həfsəyə (çadır qurmaq) icazəsi verdiyində bu, nəticə baxımın-
dan adi görünürdü. Amma digər zövcələrin işə qarışmağı, bir
tərəfdən, namaz qılanlara məscidi dar edə bilər, digər tərəfdən
isə, zövcələrinin onun yanında toplanmağı onu evdə oturmuş
şəxsə çevirərdi ki, bəlkə də, bu onu ibadətdən yayındırar, eti-
kafdakı məqsəd itirilərdi...”
1
.
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vəfat edənədək
Ramazanın son on günündə etikafa çəkilərdi. Ondan sonra
zövcələri də etikafa çəkilirdilər”
2
.
Üçüncü. Dərs dinləmək
Rəvayət olunur ki, Abdullah ibn Məsudun
(Allah ondan razı qal-
sın!)
zövcəsi Zeynəb deyib:
1
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, V cild, səh. 180-181.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.