Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə47/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   43   44   45   46   47   48   49   50   ...   243

Pyesin   lüğət   tərkibində   əsərin   yazıldığı   dövrdən   keçən 

müddət   ərzində   köhnəlmiş,   arxaik   rəng   almış   və   ya   indi 

arxaikləşməkdə  olan   bir   sıra   sözlər   də   vardır.   Bu   sözlərdə 

arxaikləşmənin   təzahür   yolları   müxtəlif   olduğu   kimi,   onların 

arxaikləşmə səbəbləri də fərqlidir.

Pyesdəki   sözlərin   bir   qismi   həm   fonetik   tərkib,   həm   də 

mənaca   məhdudlaşaraq,   ümumişlək   sözlər   sırasından   çıxmış   və 

arxaik rəng almışdır. Bəzi mənbələrə müraciət etdikdə belə sözlərin 

qədim   tarixi   olduğu,   indi   də   tamamilə   sıradan   çıxmayaraq 

Azərbaycan dilinin bu və ya digər dialekt və şivəsində, qohum türk 

dillərində işləndiyi aşkara çıxır.

Şübhəsiz, bir sıra belə sözlərin arxaikləşmə tarixi uzundur və 

həmin sözlər pyesin dilinə daxil edildiyi dövrdə də bu proses davam 

etmişdir.

Pyesin   lüğət   tərkibindəki   maraqlı   arxaik   sözlərdən   biri 

onəltmək

 felidir. Bu sözə pyesdə yaxşılaşdırmaq, uğurlu etmək 

mənalarında, həm də bircə dəfə rast gəlirik: 

Allah işini o n ə l t s 

i n!

  (59) L.Budaqov o n a r m ə k   felinin türk-tatar dillərində 



düzəltmək,   yaxşılaşdırmaq,

82

  V.V.Radlov   həmin   sözün   eyni 



fonetik   tərkibdə   qırğız,   Krım   tatarları   və   uyğurların   dilində 

yaxşılaşdırmaq,   düzəltmək,   ayaq   üstə   qoymaq,   sağaltmaq, 

xoşbəxt   etmək,   müvəffəq   şəklə   salmaq,   uğurlu   etmək,

83 


S.Y.Malov   isə   qədim   kitabələrin   dilində   (ö

nər


  və  

onar  


şəkillə-

rində)   düzəltmək,   yaxşılaşdırmaq

84

  mənalarında   işləndiyini 



göstərmişlər. Kaşğari də bu sözü yaxşılaşmaq  mənasında izah 

etmişdir: 

sükel ongilti

 – xəstə yaxşılaşdı.

85

 «Kitabi-Dədə Qorqud» 



boylarında   da   bu   sözə   rast   gəlmək   olur,   həm   də   təkcə  

onəl 


şəklindən deyil, bu zəngin abidədə həmin felin 

onar


 şəklindən də 

istifadə edilmişdir:

Oğlanın qırx gündə yarası o n ə l d i, sapasağ oldu.

82

  .              . 



Л Б у д а г о в Сравнительный I, 

. 147.

сящ


83

  .  .            . 

… 

В В Р а д л о в Опыт I, 



.1027-1028.

сящ


84

  .  .          . 

…, 

С Е М а л о в Памятники



.407.

сящ


85

                             . 

М а щ м у д К а ш ь а р и I, 

. 216, 217, 

сящ

III, 


. 395.

сящ


138


Ucalardan ucasan, uca tanrı!...

Qara donlu kafirə at təpərəm,

İşimi sən  o n a r! – dedi

.

86



Qeyd etməliyik ki, A.K.Borovkov təfsirin dilindəki  

onamaz 


felindən   şübhəli   qaldığını   bildirmək   üçün   bu   sözdən   və   onun 

mənasını   izah   etdiyi   sözlərdən   sonra   sual   işarəsi   qoymuşdur. 

Lakin   o   bu   sözün   işləndiyi   cümləni   doğru   tərcümə   etmişdir: 

Onəməz, həm getməz yenə gəlib aytur yol mənə berqil

  – ne 

otxodit   i   ne   uxodit,   snova   pridə   qovorit:   day   mne   doroqu 



(propusti menə) (Yaxşılaşmaz, getməz, yenə gəlib deyir: mənə 

yol ver – məni azad elə).

87

Sözün   tərkibi,   quruluşu   müəllifə   ona   görə   şübhəli 



görünmüşdür   ki,   bu   sözün  

onar   //önər//   onal   //önəl//   onqar 

//onğar//   onur   //onqul

  və   s.   formaları   nisbətən   çox   nəzərə 

çarpan formalar olduğu halda, 

ona


 şəkli nadir mənbələrdə özünü 

göstərir. Söz kökünün 

on//ön

 olduğuna şübhə yoxdur. Lakin bu 



söz   həm   fel,   həm   də   əşya   və   ya   əlamət   bildirən   söz   kimi 

işlənmişdir:  

-ar, -al, -qar, -ğar

  şəkilçilərinin fel əmələ gətirdiyi, 

yəni   ad   bildirən  

on

  sözündən   fel   düzəltdiyi   məlumdur. 



E.V.Sevortyan bu sözdən  

–a

  şəkilçisinin vasitəsi ilə düzəltmək, 



yoluna   salmaq,   sazlamaq,   sahmana   salmaq,   razılığa   gəlmək, 

istəmək və s. mənalarda (türk dilinin dialektlərində, salar, qırğız 

dillərində) 

ona


 felinin əmələ gəldiyini də göstərmişdir.

88

 Deməli, 



sözün  

onamaz


  şəklində yazılışı heç bir şübhə doğurmamalıdır. 

Bəzən  


onar

  felindəki  

–ar  

təsirlik,  



onal

  felindəki  

–al

  qayıdış növ 



əlaməti   kimi   izah   edilir.   Belə   halda,  

on(mək)  

feli   ola-ola, 

ona(mək)


 felinin yaranma səbəbinin müəyyənləşdirilməsi maraqlı 

olardı.   Burada   yeganə   düzgün   mülahizə  

on(mək)

  felinin 



arxaikləşməsi və nəticədə həmin mənada yeni felin yaranması 

86

 «



-

 

», 



.24, 110.

Китаби Дядя Горгуд сящ

87

  .  .                . 



 

 

 



А К Б о р о в к о в Лексика среднеазиатского тефсира XII– 

XIII  ., 

, 1963, 

.246.


вв Москва

сящ


88

   


 

  .  .                . 

 

 

 



,

Э В С е в о р т я н Этимологический словарь тюркских языков  

«Нау », 

, 1974, 


.460.

ка Москва

сящ

139



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə