Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə55/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   51   52   53   54   55   56   57   58   ...   243

sözlər  Nəcəf bəyin həyatındakı  tamamilə əks təbəddülatı daha 

qabarıq göstərir:

M ə ş ə d i  C ə f ə r. (tək) Deyir keçən vaxt bin manatlarla 

borc  v e r i r d i n. Ha… ha… ha!.. Bin manat da  v e r i r d i m, 

iki  bin də, beş bin də, çünki verdiyim pulu da müamiləsi ilə  a l ı 

r d ı m, düşəndə bir at da bəndləyirdim. (49-50)

Buradakı   antonim   fellərin   hekayəli   keçmiş   zamanda 

işlənməsi  təsadüfi deyildir;  

vermək – almaq

 sözləri əks prosesi 

göstərdiyi kimi, ikisi birlikdə başqa bir məna da ifadə edir: indii 

nə borc verirəm, nə də alıram; daha doğrusu, ala bilmədiyim 

üçün vermirəm.   Məşədi Cəfər belə düşünərkən, haqlı olaraq, 

Nəcəf bəyin tamamilə iflasa uğramış olduğunu  və borcu qaytara 

bilməyəcəyini  nəzərdə tutur. Deməli, 

vermək – almaq

 antonim 

sözləri «yalnız mənaca əks olan sözlər deyil, həm də mənaları 

sistemində əks mənalar olan sözlərdir».

105


 

Ədib antonim sözlərin köməyi ilə pul dünyasında dostluğun 

əsl mahiyyətini, pulun insanların əxlaqına, mənəvi aləminə nə 

dərəcə   mənfi   təsir   etdiyini   açıb   göstərir.   Bu   münasibətlə 

İsmayılın dilindən deyilir:  

«Əgər evində, cibində bir şey v a r, 

aləm  sana   d o s t d u r.  Elə  ki   y o x u n d u r,   d ü ş m ə n i n 

də   sana  d ü ş m ə n d i r, d o s -        t  u n  d a  d ü ş m ə n olur» 

(58-59)

Belə bir aləmdə dostla düşməni tanımaq da çətindir. Elə 



Süleyman bəyi məhv edən səbəblərdən biri də budur:

…d o s i t u m u  tanımadım, d ü ş m ə n i m i tanımadım…  

Başa   düşmədim,   gəldim,   özümə   dost   bildim.   Burada   mənim  

xəncərimi odun qımaq bəhanəsi ilə alıb qaçdılar. D ü ş m ə n 

gəldi, asanlıqla bildiyini elədi. 

(44-45)


Antonim sözlər, ümumiyyətlə, fikri, mənanı dəqiq və təsirli 

ifadə  etmək   üçün   münasib   təsvir   vasitələrindəndir.   Yuxarıdakı 

misallar   da   bu   fikri   təsdiq   edir.   Lakin   müəllif   bəzən   antonim 

sözlərin köməyi ilə müəyyən  fikir ifadə etməkdən əlavə, bu və 

ya   digər   vəziyyəti,   hadisəni   daha   təsirli   dil   ilə,   emosional 

boyalarla,   hətta     mübaliğəli   şəkildə   təsvir   etməyə   çalışmışdır. 

105

  .  .              . 



 

 



, 1956, .40.

Р А Б у д а г о в Дилчилийя даир очеркляр Бакы

с

158



Məsələn: 

Y e r,  g ö y  onların dudi-ahlarından lərzəyə gələcək. 

(52)

Pyesdə  elə   antonim   qoşalıqlar   da   vardır   ki,  onlar   əsərin 



yarandığı   dövrdə   insanların   nəzərində   indikindən   daha   kəskin 

ziddiyyət   təşkil   edən   məfhumların   adları   olmuş   və   məişət 

danışığına, insanların müxtəlif əşya və hadisələrə münasibətinə 

yaxşı   bələd   olduğu   üçün   ədib   belə   sözləri   nəzərdən 

qaçırmamışdır:

Mən bacımın rüsvayçılığını yerdə qoysam, gərək başıma p a 

p a q geyməyib, l ə ç ə k geyəm.

 (34)


Bu cümlədəki 

papaq


 və 

ləçək


 sözlərinin arxasında arvad və 

kişi   məfhumları   durur.   Bu   sözlər   əslində   həmin   məfhumların 

evfemistik əvəzediciləridir.

Pyesdə antonim sözlərdən bəzən sadəcə əks prosesin təsviri 

üçün də istifadə edilmişdir: 

Y o r u l a n l a r  g ə l i b ağacın 

dibində  d i n c ə l i r l ə r… bulaq və çəmən sahibinə dua edib g  

e d i r l ə r

. (27)

Əsərin dilindəki antonim sözlərin quruluşu da maraqlıdır. 



Leksik antonimlər əsasən sadə və düzəltmə sözlərdən ibarətdir. 

Az hallarda tərəflərdən biri mürəkkəb sözlə də ifadə olunmuşdur:

1. Sadə sözlərdən ibarət olanlar: 

od – su, ağa – nökər, ağ – 

qara, az – çox, ayaq – baş, alt – üst

 və s.


2. Biri sadə, digəri düzəltmə sözdən ibarət olanlar: 

artmaq 


– azalmaq, açmaq – bağlamaq, düz – əyri, zəif – güclü

 və s.


3. Düzəltmə sözlərdən ibarət olanlar:

a)   antonim   söz   köklərinə   eyni   şəkilçilərin   artırılması   ilə 

düzələnlər: 

alış – veriş, gələn – gedən

 və s.

b) söz köklərinə müxtəlif şəkilçilər artırmaqla düzələnlər: 



açıq – bağlı, balaca – böyük, istilənmək – sərinimək 

və s.


4. Biri sadə, digəri mürəkkəb sözdən ibarət olanlar

: hamı – 

heç kəs, bu gün – sabah

 və s.


Pyesdə xalis Azərbaycan və ərəb (

kişi – arvad, yavaş – 

cəld

),  xalis Azərbaycan  və fars  (



təpə – dərə, qoca – cavan

), 


yalnız ərəb (

arif – cahil, əvvəl – axır, bəli – xeyr, sual – cavab, 

fəqir – zalım, halal – haram, heyvan – insan, allah – şeytan, 

dünya – axirət

), yalnız fars (

dost – düşmən, hər – heç

), fars və 

ərəb   (


behişt – cəhənnəm

) sözlərindən ibarət antonimlər olsa 

159



da,   əsas   yeri   xalis   Azərbaycan   sözlərindən   ibarət   antonimlər 

tutur: 


dal – qabaq, yaz – qış, iç – çöl, yer – göy, var – yox, gecə –  

gündüz, sol – sağ, bərk – boş, yaxın – uzaq, yaxşı – pis, elə – belə,  

o – bu, ora – bura, bayaq – indi, irəli – geri, gec – tez, ağlamaq – 

gülmək, vermək – almaq, qalxmaq – enmək, dutmaq – buraxmaq, 

yığmaq – dağıtmaq, getmək – gəlmək, girmək – çıxmaq, minmək – 

düşmək, ölmək – qalmaq, istilənmək – sərinimək

 və s. Göründüyu 

kimi,   antonim   qoşalıqlar   mənşəcə   fərqlənsə   də,   komponentləri 

ümumişlək sözlərdən ibarətdir.

Ə.Haqverdiyev   sözün   semantik   cəhətinə   diqqətlə 

yanaşmışdır.   Ədib   surət   dilini   fərdiləşdirmək,   müəyyən   bir 

əlamət   və   ya   xüsusiyyəti   qabarıq   şəkildə   nəzərə   çarpdırmaq, 

ifadə olunan əsas fikri qüvvətləndirmək, nitqə kinayə, tərif və 

yaltaqlıq   çaları   vermək,   hadisəni   bütün   təfərrüatı   ilə 

canlandırmaq,   obrazın   qaba   təbiətini   göstərmək,   şikayət   və 

yalvarışlarını   təsirli   bir   dil  ilə  ifadə   etmək,   canlı   dilin   xüsusiy-

yətlərini saxlamaq, emosional və təsirli bir səhnə dili yaratmaq 

üçün   ümumxalq   Azərbaycan   dilinə   məxsus   zəngin   sinonim 

cərgələrdən   ustalıqla   istifadə   etdiyi   kimi,   zidd   hadisə   və 

məfhumların, obrazların xarakterində və ictimai həyatda mövcud 

olan ziddiyyətlərin real təsviri üçün antonimlik ifadə edə leksik 

vasitələri müvəffəqiyyətlə qarşılaşdırmaqla təzadlı halların bədii 

ifadəsinə nail olmuşdur.

ƏLAVƏ  ƏDƏBİYYAT

B. Ç o b a n z a d ə. M.F.Axundovda azəri ləhcəsi, «Maarif 

işçisi», 1928, №3, səh.6-13.

Ə. D  ə m i r ç i z a d ə. Azərbaycan ədəbi dili tarixi xülasələri, 

Bakı, 1938.

Ə. D  ə  m  i r  ç  i  z a  d   ə. M.F.Axundov  dil  haqqında   və 

M.F.Axundovun dili. Azərb. XMK nəşri. Bakı, 1941.

M. C a h a n g i r o v. M.F.Axundovun dramaturgiya dili 

haqqında bəzi qeydlər. «SSRİ EA Azərb. F. xəbərləri», 1944, №2-3, 

səh. 69-76.

H. M i r z ə z a d ə. «Poçt qutusu» hekayəsinin dili. «Azərb. 

məktəbi», 1945, №1, səh. 19-21.

160



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə