Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə57/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   53   54   55   56   57   58   59   60   ...   243

üzvü olursa, həmin sözə müvafiq gələn, onun ekvivalentini təşkil 

edən frazeoloji vahid də o sözün işləndiyi cümlə üzvü vəzifəsində 

çıxış  edir.  Hətta  dildə  elə frazeoloji  vahidlər   vardır  ki,  onların 

leksik qarşılıqları  – ekvivaleniləri  yoxdur   və  ona  görə  də  belə 

frazeoloji   vahidlər  

leksik   frazeoloji   vahid

  adlandırılır.   Beləliklə, 

mənaca   oxşarlıq,   nominativlik   leksik   və   frazeoloji   vahidlərin 

qrammatik vəzifə oxşarlığına gətirib çıxarır: leksik vahidlər kimi, 

frazeoloji   vahidlər   də   müəyyən   qrammatik   kateqoriyalar   üzrə 

qruplaşır. Elə bunun nəticəsidir ki, dilçilik ədəbiyyatında frazeoloji 

vahidlərin nitq hissələri üzrə qruplaşdırılması artıq bir ənənə halını 

almışdır.

109


Pyesdəki frazeoloji vahidləri iki qrupa ayırmaq olar: 1. İsmi 

frazeoloji vahidlər; 2. Feli frazeoloji vahidlər.

İsmi   frazeoloji   vahidlər   dedikdə,   fel   müstəsna   olmaqla, 

digər   əsas   nitq   hissələrinə   ekvivalent   olan   frazeoloji   vahidlər 

nəzərdə   tutulur.   Ona   görə   də   ismi   frazeoloji   vahidlər   daxili 

qruplara ayrılır.

«Dağılan   tifaq»ın   dilindəki   ismi   frazeoloji   vahidlərin   bir 

qismində tərəflərin məna məcmusu adi isimlərə ekvivalent olub, 

frazeoloji vahid ümumilikdə əşya məzmunu ifadə edir. Belə sabit 

birləşmələrdə tərəflərin hansı nitq hissəsi ilə ifadə olunması şərt 

deyildir. Xüsusən birinci tərəf müxtəlif nitq hissələrindən ibarət 

ola bilir. 

Əsərdə isimlərin isimlərlə əlaqəsi yolu ilə yaranmış ismi frazeoloji 

vahidlər daha çox nəzərə çarpır. Belə birləşmələrin əmələ gəlmə üsulu 

ikidir:

a)   ikinci   növ   təyini   söz   birləşməsi   şəklində:  



ümid   yolu, 

dostluq binası, mədəd əli, səbr kasası, ahü nalə yiyəsi

 və s.;

109


 

.:  .                    .  . .

 

 

Бах С М у р т у з а й е в М Ф Ахундовун комедийаларынын дил 



 

 

вя цслуб хцсу



, 1962, 


.62-105;  .                . 

сиййятляри Бакы

сящ

Щ Б а й р а м о в Сабит 



 

,   «


сюз

бирляшмяляри

Мц

 

 



 

асир


Азярбайъан

дилиндя


сюз 

», 


 

 



   

 



;

бирляшмяляри Азярб ССР ЕА Ядябиййат вя Дил институту Бакы  

1961,  

.101-130;   .                       .  



 

сящ


Р М я щ я р р я м о в а Сабирин сатираларында 

 

 



 

 

.  



.

ишлянмиш фразеоложи ифадялярин грамматик тяснифи Азярб  

 

 



, 1962,  5    .



ССР ЕА хябярляри иът елм серийасы

№ вя с


164


b) üçüncü növ təyini söz birləşməsi şəklində: 

dünyanın işi, 

dünya ləzzəti, gözümün tikənəcəyi, abrın qədr-qiyməti

 və s.


Obrazların   dini   dünyagörüşünə   uyğun   olaraq   qurulmuş 

allah  divanı,  allahın   odu,   qiyamət  günü,  tanrı  bəndəsi,  axirət  

xeyri, dünya xeyri, şeytan əməli

 və s. kimi sabit birləşmələr də 

isimlərin əlaqəsi yolu ilə əmələ gəlmişdir. 

İsmə ekvivalent olan frazeoloji vahidlərin bir qismi birinci 

növ   təyini   söz   birləşməsi   şəklində   formalaşmışdır.   Belə 

birləşmələrdə   birinci   tərəf   sifətlərdən   ibarətdir:  

ağ   gün,   qara 

gün, yaman gün, ucuz ölüm, sağ can, axmaq iş, axmaq söz

 və s.

İsmi frazeoloji vahidlərin bir qrupu sifətlərə ekvivalent olub 



əlamət,   keyfiyyət   bildirir.   Pyesdə   bu   qəbildən   olan   frazeoloji 

vahidlərdə   gözə   çarpan   əsas   cəhət   onların   birinci   tərəfinin 

əksərən   mənsubiyyət   şəkilçili   olmasıdır.   Məsələn:  

üzü   qara, 

yurdu kor, evi yıxılan

 və s. Belə frazeoloji vahidlərdə ikinci tərəf 

feli sifətdən ibarət olduqda ifadə adi sifətlər kimi substantivləşə 

bilir; məs: 

Allah, mənim balalarımı d ü z d ə  q o y a n ı n balalarını  

düzdə qoy!

 (32) 

Elm oxuyanlar gərək korlara göz,  q a r a n l ı q d a  



q a l a n l a r a  çıraq olsunlar.

 («Bəxtsiz cavan»)

Bunlardan   əlavə,   pyesdə   sayların,   nidaların   isimlərlə 

(

milyon sahibi, aman günü



 və s.), mənsubiyyət şəkilçili isimlərin 

feli sifətlə 

 (yurdu itmiş, oğlu ölmüş

 və s.) əlaqəsi yolu ilə əmələ 

gələn ismi frazeoloji vahidlərə də təsadüf olunur.

Qeyd etdiyimiz frazeoloji vahidlərlə yanaşı, əsərdə işin, hərəkətin 

əlamətini,   zamanını,   səbəbini   bildirən   sabit   birləşmələr   də   vardır. 

Məsələn:


a) hərəkətin tərzini bildirənlər:  

it günündə, əli dolu, başı 

ətli, it ayağı yemiş kimi

 və s.;


b) hərəkətin zamanını bildirənlər:  

başını yerə qoyan kimi 

(ölən kimi),  

sinəmdə qalan xırda quru nəfəs çölə çıxınca

  (ölən 

kimi) və s.;

c) hərəkətin səbəbini bildirənlər: 

qız üstündə, mənim yolumda 

və s.

Oğlunu q ı z   ü s t ü n d ə dəllək İmamverdinin oğlu Kərim öl-



dürdü.

 (57) 


…dedim bunlar m ə n i m  y o l u m d a  canlarından da  

keçərlər.

 (33)

165



Feli   frazeoloji   vahidlər   həm   kəmiyyətinə,   həm   də   məna 

rəngarəngliyinə görə pyesin frazeoloji tərkibində böyük üstünlük 

təşkil   edir.   Bu   qrupa   daxil   olan   frazeoloji   vahidlərin   məna 

məcmusu   hal,   hərəkət   bildirir   və   frazeoloji   mənanın 

formalaşmasında   fel,   komponentlərdən   biri   kimi,   aparıcı   rol 

oynayır.   Lakin   faktlar   göstərir   ki,   frazeoloji   vahidlərin   əmələ 

gəlməsində   bütün   fellər   eyni   dərəcədə   fəal   deyildir.   Məsələn, 

pyesdə 


de

 felinin iştirakı ilə formalaşmış bir-iki frazeoloji vahidə 

təsadüf   olunursa,  

qoy


  feli ilə:  

dostluq binası qoymaq, zarafatı 

yerə qoymaq, ad qoymaq, qumarı yerə qoymaq…

 kimi 30, 

ver

 feli 


ilə:  

bada vermək, güdaza vermək, ələ vermək, qulaq vermək,  

qulaqburması   vermək,   ağıl   vermək,   gün   vermək,   təskinlik  

vermək…


 kimi 31 müxtəlif feli frazeoloji vahid işlənmişdir. Bunlarla 

yanaşı


, qal, tut, düş, çək, gör, çıx

 və s. fellər də frazeoloji vahid 

tərkibində çox fəaldır.

110


Əvvəlcə qeyd olunduğu kimi, feli frazeoloji vahidlərin əsas 

komponenti   feldən   ibarət   olur,   lakin   frazeoloji   vahidin   əmələ 

110

 Бязян олетеля фелляринин дя сайсыз-щесабсыз фразеоложи 



ващидлярин  формалашмасында  фяал  иштирак  етдийи  гейд  олунур. 

Мясялян,  С.Муртузайев  М.Ф.Ахундовун  комедийаларында  ет//еля 

фелляри  иля  дцзялян  231,  М.Б.Мяммядов  Н.Няримановун  няср 

ясярляриндя  305  фели  фразеоложи  ващид

 

ишляндийини  эюстяр-



мишдир (бах: М у р т у з а й е в, эюстярилян ясяр, сящ. 68; М. Б. М я м м я д 

о  в.  Н.Няримановун  няср  ясярляринин  лексика  вя  фразеолоэийасы, 

нам. дисс., Бакы, 1964, сящ.135). Щятта гощум олмайан диллярдя - Щинд-

Авропа дилляриндя дя беля бир щал олдуьу эюстярилир. Мясялян, К. Т. 

Б  а  р  а  н  т  с  е  в  А.Кунинин  «Инэилис  дили  идиомлары»  лцьятиня 

ясасланараг,  инэилис  дилиндя  t o   m a k e (етмяк)  фели  иля  108  идиом 

ишляндийини  гейд  етмишдир. «Даьылан  тифаг»  пйесиндя  тяркибиндя 

ол фели олан: сюзц олмагхейир олсундили баьлы олмагуъа олмаг

бядэцман  олмаг,  адам  олмаг,  мцряхясс  олмаг,  тянбещ  олмаг,  рущу 

шад олмагялаъы олмагхатиръям олмагвцсул олмаг кими 96. ет

еля  фелляри  олан:  гялят  елямяк,  хятм  елямяк,  адам  елямяк,  фикир 

елямяк,  ярз  елямяк,  гуллуг  етмяк,  рядд  елямяк,  сябр  елямяк,  щифз 

елямяк,  кярамят  елямяк,  ряфтар  елямяк,  сющбят  етмяк,  хараб 

елямяк…  кими  68  дил  ващиди  саймышыг.  Шцбщясиз,  бунларын 

щамысыны фразеоложи ващид щесаб етмяк олмаз.

166



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə