Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə53/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   49   50   51   52   53   54   55   56   ...   243

ad

,   dərvişin   dilində  

nam

  sözlərinin   işlənməsi   belə   bir   tələblə 



bağlıdır.   Bunlar   göstərir   ki,   məna   və   üslubi   imkanlarına   görə 

eyniyyət təşkil edən sözlərin sinonimliyi bədii dil üçün xarakterik 

deyildir.   Çünki   sinonimlər   formaca   fərqlənməklə   yanaşı,   əlavə 

mənasına və ya üslubi keyfiyyətlərinə görə də müəyyən dərəcə 

fərqlənməlidir

102. 


Bu fikri aşağıdakı misallar da təsdiq edir

: adam 


–   insan   –   bəndə,   zərər   –   ziyan,   züriyyət   –   övlad   –   uşaq,  

bağlamaq – bəndləmək

  və  s.  Birinci  sinonim   cərgədəki  a

dam 


sözü  həmin   cərgə  üçün   dominant   hesab   oluna   bilər   və  daha 

geniş anlayış ifadə edir; lakin bütün adamlarda başqaları ilə üns 

tutma, insani keyfiyyətlər eyni dərəcədə olmur, elə buna görə də 

bəzən 


insan

 sözü 


adam

  sözünün təyini kimi çıxış edir, 

çox insan 

adamdır


  –   deyə   bu   və   ya   digər   bir   şəxs   xarakterizə   olunur; 

bəndə


  sözü isə şəxsin daha çox möminliyini, fağırlığını bildirir. 

İkinci sinonim cərgədəki 

zərər

 sözü mənaca daha ümumidir, zi-



yanlı hadisələri də özündə ehtiva edir. 

Züriyyət


 sözü canlı danışıq 

dilinə mənsub olub, pyesdə adi uşaq, 

uşaq

 sözü isə kiçik övlad 



mənasındadır;  

övlad  


sözü   bu   mənaları   özündə   cəmləməklə 

bərabər, ailədəki bütün uşaqları əhatə edir. Eləcə də 

bağlamaq

 və 


bəndləmək  

sözləri bir anlayışla əlaqədardır, lakin məna incəlikləri 

bunları   da   fərqləndirir:   həm   bərk,   həm   də   boş   bağlamaq   olar, 

bəndləmək isə yalnız boş bağlamaqdır.

Pyesin   dilindəki   zəngin   sinonim   cərgələr   bir   sıra   üslubi 

keyfiyyətlərə malikdir.

Pyesdə sinonim sözlərin sadalanması diqqəti daha çox cəlb 

edir. Bu hal daha çox əlavə məna  çalarları yaratmaq ehtiyacı ilə 

bağlıdır. Məsələn, ədib ifadə olunan əsas fikri qüvvətləndirmək və 

məfhumu başqa cəhətləri ilə birlikdə daha qabarıq şəkildə nəzərə 

çarpdırmaq üçün  sinonim sözlərin sadalanması üsulundan istifadə 

102


   

   


 

 

 



 

 

Мяна вя цслуби кейфиййятъя ейниййят тяшкил едян сюзляр 



 

 

,  



 

 

 



дилдя ола биляр лакин мцвяггяти фяалиййят эюстяряряк 

архаикляшмя фяаллаш , 



 

 

    . 



 

 

ма ялавя чалар газанма вя с йолу иля беля 



   

 

-



 

.

сюзляр аз мцддятдя бир бириндян фярглянир



152


etmişdir:  N ə c ə f  b ə y. 

Mənim  barəmdə, pulun var, xərc elə,  

bağışla, ye, iç, ver  k e f ə,  l ə z z ə- t ə,  e y ş ü  i ş r ə t ə

. (6)


Həmcins   sadalamalardan   nitqə  kinayə,   tərif   və  yaltaqlıq, 

qorxu,  dəhşət   çaları   vermək   üçün   də   istifadə   olunmuşdur. 

Məsələn:

Bəli,  buyur görək,  ağa   Həmzə   bəy  sahibqran!   Söylə  r  

ə ş a- d ə t i n d ə n,    v u r d u ğ u n d a n, y ı x d ı ğ ı n d a n,  

h ü n ə r i n -  d ən ,  p ə h l i v a n l ı ğ ı n d a n… 

(11)  

Ağanın 


ş a n, ş ö v k ə t i, c ə -l a l ü  d ö v l ə t i, s ə x a v ə t i  o 

qədərdir ki… 

(13)  S o n a  x a n ı m. 

…Mənim ruhum, sən bir q i 

y a m ə t li,  y a ğ ı ş l ı, t u f a n l ı  gündə Allahın öz oduna 

yanınca sənin dalınca gəzəcək

. (53)

Birinci   misalda   Səlim   bəy  



rəşadətindən,   vurduğundan, 

yıxdığından,   hünərindən,   pəhlivanlığında

n   sözlərini   sinonim 

məqamda sadalamaqla Həmzə bəyin müharibədəki «rəşadətinə» 

kinayəsini bildirmək istəyir. İkinci misalda ədib, Mirzə Bayramın 

dilinə 


şan, şövkət, cəlalü dövlət

 sinonimlərini daxil etməklə onun 

yaltaq   təbiətini   və   tamahkarlığını   göstərmiş,   sonuncu   misalda 

Sona   xanımın   dili   ilə   Nəcəf   bəyin   dəhşətli   aqibəti   əvvəlcədən 

xəbər verilmişdir.

Pyesdəki  sinonim   cərgələrin  bir   qismi  obrazların  nəzərdə 

tutduğu əşya və hadisələrin daha qabarıq nəzərə çarpdırılması 

ilə bağlıdır. Məsələn:

Bəh, bəh! Nə gözəl s u d u r! Xalis a b i - k ö v s ə r d i r.  

(40) Bədbəxt bən o kəsə deyərəm ki, bu beş qara günü l ə z z ə  

t, d a m a q  ilə keçirib, baş gora aparmıya

 (5) və s. 

Sinonim cərgələrin bir qismi emosionallıq və ekspressivlik ilə 

əlaqədardır. Şübhəsiz, bu cəhət başqa sinonim cərgələrə də az-

çox aiddir. Lakin elə sinonim cərgələrə təsadüf edilir ki, bunların 

pyesə daxil edilməsi daha çox obrazların vəziyyətini təsirli bir dil 

ilə  ifadə   etmək  tələbindən   irəli   gəlir.   Sona   xanımın   şikayət  və 

yalvarışlarını   əks   etdirən   aşağıdakı   cümlələrə   diqqət   yetirmək 

kifayətdir: 

Əziz a l l a h, dərgahına qalxızmışam əllərimi… Səndən  

k ö m ə k istəyirəm,   …s ə n d ə n   mədəd  istəyirəm.  P ə r v ə r  

d i g a r a,  məgər övrət taifəsini d ə r d,  q ə m çəkməyə yaradıbsan?! 

X u d a y a, nə vaxtadək bizim dilimiz bağlı olacaq?

 (23)


153


Kömək   –   mədəd,   dərd   –   qəm

  sinonim   cərgələri   başqa 

sözlərlə   əlaqədə   Sona   xanımın   çıxılmaz   vəziyyətinin   təsirli 

ifadəçiləridir.  O,  

allah, pərvərdigar, xuda

  sözlərini  dalbadal  öz 

nitqinə daxil etməklə sanki gözəgörünməz Tanrıya nə yolla olur-

olsun, öz yalvarışlarını çatdırmaq istəyir, onu xəbərdar etməyə 

çalışır. Bunlarla yanaşı, bu sonuncu misalda təkrardan qaçmaq 

meyli də duyulur. Lakin bəzən ədib sinonim sözləri doğrudan-

doğruya təkrara yol verməmək məqsədi ilə işlətmişdir; məsələn: 

Y a z ı q! Dünyadan kam almamış f ə q i r!

  (46) Hətta bəzən 

belə məqamda  söz öz  perifrazı ilə əvəz olunmuşdur: 

A l- l a h 

oğlunuzu saxlasın! X u d a v ə n d i - a l ə m öz vəhdaniyyəti  

hörmətinə sizin kimi bəylərin sayeyi-mərhəmətini biz kəmtərin 

bəndələrin üstündən kəsməsin! 

(13)

Pyesdəki sinonim sözlər dildə işlənmə imkanlarına görə bir-bi-



rindən fərqlənir. Komponentləri ədəbi dil sözlərindən ibarət olan 

sinonim cərgələrlə yanaşı, tərəflərindən biri şivə çalarlı sözlərdən, 

vulqar söz və ifadələrdən, daha çox kitab dilinə və ya canlı danışıq 

dilinə məxsus leksik vahidlərdən ibarət olan sinonim cərgələrə də 

təsadüf edilir. Məsələn:

  

Y a b ı n ı n  da  adını qoyacaqlar  ə r ə b  a t ı.



 (18) Xub, 

siz nə dişi pişik kimi h ı r ı l d a ş ı r s ı n ı z? Biri bir axmaq söz 

dedi, gərək bunlar da oturub ona axmaq-axmaq g ü l ə l ə r. 

(12) 


Mənim ə s-    l i m və  n ə c a b ə t i m  heç vədə qəbul  

eləməz ki, mənim evimə it-qurd qızı gəlsin

 (36) və s.

Yabı


 sözü şivə çalarlı maldarlıq terminidirsə, 

at

 ümumişlək 



sözdür; 

hırıldamaq 

sözü Həmzə bəyin əsəbi və qaba vəziyyətini 

göstərir, o özü də bunu başa düşdüyü üçün sonrakı cümlədə 

sözü   yumşaldır,  

gülmək


  sözünü   işlədir;  

əslim


  və  

nəcabətim 

sözlərindən birincisi daha çox canlı danışıq dilinə, ikincisi kitab 

dilinə aiddir. Bu sonuncu vəziyyətə remarkada, ədibin öz dilində 

işlənmiş  

nəş


  sözü   ilə   surət   dilindəki  

meyit


  sözlərində   də   rast 

gəlmək olur.

Əsərdə   canlı   dilin   xüsusiyyətlərini   qabarıq   şəkildə   əks 

etdirən mürəkkəb söz şəklinə düşmüş qoşa sinonimlərə daha çox 

təsadüf olunur:  

Mən öz abrumın q ə d r - q i y m ə t i n i  

bilirəm. 

(55) 


Allah səni  e v s iz - e ş i k s i z  qoysun!

 (32) və s.

154



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə