Dildə tam və natamam mənalı sözlər də omonimlik təşkil
edə bilir. Bu hadisə özünü konversiya şəklində göstərir, yəni
müəyyən bir söz öz fonetik tərkibini dəyişmədən müxtəlif nitq
hissələrinə daxil ola bilir. Doğrudur, nitq hissələri yalnız leksik
kateqoriya deyildir, lakin əsas və köməkçi nitq hissələri başlıca
olaraq, leksik prinsip üzrə aparılmış bölgü olduğundan bu cür
omonimlikdən də danışmaq mümkündür.
Pyesdə bəzi sözlərdən həm müstəqil mənalı leksik vahidlər,
həm də köməkçi söz – ədat kimi istifadə edilmişdir. Məsələn,
elə
və
qoy
sözləri həm müstəqil nitq hissəsi (əvəzlik və fel), həm də
ədat,
yaxşı
sözü həm sifət, həm də ədat kimi işlənmişdir.
Əslində, omonimliyin bu yolu da çoxmənalılıqla bağlıdır, lakin
burada səs tərkibi etibarilə eyni olan sözlərdən ədat olanlar öz
leksik mənalarını itirmiş və onlarda yalnız qrammatik mənalar
qalmışdır.
Pyesdəki omonimlərin çoxu mənşəcə müxtəlif sözlərdən
əmələ gəlmişdir. Belə omonimlərin dilimiz üçün qiymətli
cəhətlərindən biri onların əsasən xalis Azərbaycan sözlərindən
ibarət olmasıdır. Pyesin dilində təsadüf olunan bu cür omonim
sözlərin əksəriyyəti qədim tarixə malik olub, leksik-qrammatik yol
ilə əmələ gəlmişdir. Məsələn:
ay
(30 gün) –
ay
! (nida),
at
(heyvan
adı) –
at(maq)
,
qan
(cisim) –
qan(maq),
qıl
(cisim) –
qıl(maq)
,
dolu
(buz dənəsi) –
dolu
(sifət),
daş
(cisim) –
daş(maq)
,
iç -
iç(mək)
,
yaz – yaz
(maq),
yan
(tərəf) –
yan(maq)
,
sarı
(rəng) –
sarı
(tərəf),
gül – gül(mək)
,
sağ
(tərəf) –
sağ
(salamat) və s.
Mənşəcə müxtəlif sözlərdən ibarət olan omonimlərin bir qismi
alınma sözlərin köməyi ilə əmələ gəlmişdir. Bunları da iki qrupa
ayırmaq olar.
a) xalis Azərbaycan sözü ilə alınma sözün omonimliyi:
barı
(a. ədat) –
barı
(f. hasar),
çay
(a. axar su) –
çay
(çincə bitki
adı),
damaq
(a. ağızda üzv) –
damaq
(f. kef) və s.
b) alınma sözlərin omonimliyi:
divan
(ə) – hökümət və cəza
mənalarında,
nişan
(f) – orden və əsər-əlamət mənalarında və
s.
100
100
.
Омонимлик пйесин дили цчцн о гядяр дя сяъиййяви дейилдир
150
SİNONİM VƏ ANTONİM SÖZLƏR
Əsərin bədiilik məziyyəti söz və ifadələrin düzgün seçilib
işlədilməsi, məna və üslubi tələbə müvafiq dil vahidlərindən
istifadə edilməsi ilə müəyyənləşir. Bu isə sinonimlik məsələsi ilə
möhkəm bağlı olub, sinonim cərgəyə daxil olan söz və ifadələrdən
ən münasiblərini seçib götürmək deməkdir. Bədii dilin tədqiqi
stilistik cəhətlərin öyrənilməsi istiqamətində aparıldıqda
sinonimlikdən yan keçmək olmaz. Çünki sinonimlik üslubiyyatın
əsasını təşkil edir və üslubiyyatla bağlı tədqiqatın mərkəzindən
qırmızı xətt kimi keçir.
101
Sözlərin sinonimliyi insan təfəkkürünün inkişafı ilə əlaqədar
yaranır, bu və ya digər predmetin, hadisənin yeni cəhətlərini
kəşf etmək, öyrənmək və adlandırmaq cəhdinin nəticəsi kimi
meydana çıxır. Elə buna görə də sinonim sözlərin müəyyən
cərgələrini mütləq və ya tam (absolyut) sinonimlər adlandırıb,
onların nə məna, nə də ekspressivlik cəhətdən fərqlənmədiklərini
iddia etmək doğru deyildir. Formaca müxtəlif, mənaca eyni olan
sözlərə «Dağılan tifaq» pyesində də rast gəlirik. Məsələn:
libas –
paltar, mədəd – kömək, qələt – səhv
və s. Bu sözlərin əlavə
məna çalarları olmasa da, bunlar üslubi keyfiyyətcə bir-birindən
fərqlənir. Məsələn, əsərin yarandığı dövrdə
paltar, kömək, duaçı
sözləri sadə danışıq dilinə,
libas, mədəd, duagu
sözləri isə
əsasən kitab dilinə məxsus idi. Həyat həqiqətlərinə sadiq qalan
yazıçı öz dilində
libas
, surət dilində
paltar
; Mirzə Bayram kimi
dindar və «alim» şəxsin dilində
duagu
, Nazlı xanımın dilində
duaçı
sözünü işlətmişdir ki, bu sözlərin fərqli üslubi imkanları da
bu cür üslubi məqamlarda özünü doğruldur. Müəllif, Nəcəf bəyin
dilində
qardaş
, Nəcəf bəyə gəlmiş məktubun dilində rəsmi sənəd
üslubunun xüsusiyyətləri ilə əlaqədar
bəradər
sözünü işlədir;
yaxud Nəcəf bəy danışarkən
borc
sözünü işlədir, Məşədi Cəfər
üçün vekseldə
qərz
sözünü yazır; eləcə də Həmzə bəyin dilində
101
. . .
.
И Р Г а л ь п е р и н Очерки по стилистике английского языка
, 1958,
Москва
.26.
сящ
151