sözlər Nəcəf bəyin həyatındakı tamamilə əks təbəddülatı daha
qabarıq göstərir:
M ə ş ə d i C ə f ə r. (tək) Deyir keçən vaxt bin manatlarla
borc v e r i r d i n. Ha… ha… ha!.. Bin manat da v e r i r d i m,
iki bin də, beş bin də, çünki verdiyim pulu da müamiləsi ilə a l ı
r d ı m, düşəndə bir at da bəndləyirdim. (49-50)
Buradakı antonim fellərin hekayəli keçmiş zamanda
işlənməsi təsadüfi deyildir;
vermək – almaq
sözləri əks prosesi
göstərdiyi kimi, ikisi birlikdə başqa bir məna da ifadə edir: indii
nə borc verirəm, nə də alıram; daha doğrusu, ala bilmədiyim
üçün vermirəm. Məşədi Cəfər belə düşünərkən, haqlı olaraq,
Nəcəf bəyin tamamilə iflasa uğramış olduğunu və borcu qaytara
bilməyəcəyini nəzərdə tutur. Deməli,
vermək – almaq
antonim
sözləri «yalnız mənaca əks olan sözlər deyil, həm də mənaları
sistemində əks mənalar olan sözlərdir».
105
Ədib antonim sözlərin köməyi ilə pul dünyasında dostluğun
əsl mahiyyətini, pulun insanların əxlaqına, mənəvi aləminə nə
dərəcə mənfi təsir etdiyini açıb göstərir. Bu münasibətlə
İsmayılın dilindən deyilir:
«Əgər evində, cibində bir şey v a r,
aləm sana d o s t d u r. Elə ki y o x u n d u r, d ü ş m ə n i n
də sana d ü ş m ə n d i r, d o s - t u n d a d ü ş m ə n olur»
(58-59)
Belə bir aləmdə dostla düşməni tanımaq da çətindir. Elə
Süleyman bəyi məhv edən səbəblərdən biri də budur:
…d o s i t u m u tanımadım, d ü ş m ə n i m i tanımadım…
Başa düşmədim, gəldim, özümə dost bildim. Burada mənim
xəncərimi odun qımaq bəhanəsi ilə alıb qaçdılar. D ü ş m ə n
gəldi, asanlıqla bildiyini elədi.
(44-45)
Antonim sözlər, ümumiyyətlə, fikri, mənanı dəqiq və təsirli
ifadə etmək üçün münasib təsvir vasitələrindəndir. Yuxarıdakı
misallar da bu fikri təsdiq edir. Lakin müəllif bəzən antonim
sözlərin köməyi ilə müəyyən fikir ifadə etməkdən əlavə, bu və
ya digər vəziyyəti, hadisəni daha təsirli dil ilə, emosional
boyalarla, hətta mübaliğəli şəkildə təsvir etməyə çalışmışdır.
105
. . .
.
, 1956, .40.
Р А Б у д а г о в Дилчилийя даир очеркляр Бакы
с
158
Məsələn:
Y e r, g ö y onların dudi-ahlarından lərzəyə gələcək.
(52)
Pyesdə elə antonim qoşalıqlar da vardır ki, onlar əsərin
yarandığı dövrdə insanların nəzərində indikindən daha kəskin
ziddiyyət təşkil edən məfhumların adları olmuş və məişət
danışığına, insanların müxtəlif əşya və hadisələrə münasibətinə
yaxşı bələd olduğu üçün ədib belə sözləri nəzərdən
qaçırmamışdır:
Mən bacımın rüsvayçılığını yerdə qoysam, gərək başıma p a
p a q geyməyib, l ə ç ə k geyəm.
(34)
Bu cümlədəki
papaq
və
ləçək
sözlərinin arxasında arvad və
kişi məfhumları durur. Bu sözlər əslində həmin məfhumların
evfemistik əvəzediciləridir.
Pyesdə antonim sözlərdən bəzən sadəcə əks prosesin təsviri
üçün də istifadə edilmişdir:
Y o r u l a n l a r g ə l i b ağacın
dibində d i n c ə l i r l ə r… bulaq və çəmən sahibinə dua edib g
e d i r l ə r
. (27)
Əsərin dilindəki antonim sözlərin quruluşu da maraqlıdır.
Leksik antonimlər əsasən sadə və düzəltmə sözlərdən ibarətdir.
Az hallarda tərəflərdən biri mürəkkəb sözlə də ifadə olunmuşdur:
1. Sadə sözlərdən ibarət olanlar:
od – su, ağa – nökər, ağ –
qara, az – çox, ayaq – baş, alt – üst
və s.
2. Biri sadə, digəri düzəltmə sözdən ibarət olanlar:
artmaq
– azalmaq, açmaq – bağlamaq, düz – əyri, zəif – güclü
və s.
3. Düzəltmə sözlərdən ibarət olanlar:
a) antonim söz köklərinə eyni şəkilçilərin artırılması ilə
düzələnlər:
alış – veriş, gələn – gedən
və s.
b) söz köklərinə müxtəlif şəkilçilər artırmaqla düzələnlər:
açıq – bağlı, balaca – böyük, istilənmək – sərinimək
və s.
4. Biri sadə, digəri mürəkkəb sözdən ibarət olanlar
: hamı –
heç kəs, bu gün – sabah
və s.
Pyesdə xalis Azərbaycan və ərəb (
kişi – arvad, yavaş –
cəld
), xalis Azərbaycan və fars (
təpə – dərə, qoca – cavan
),
yalnız ərəb (
arif – cahil, əvvəl – axır, bəli – xeyr, sual – cavab,
fəqir – zalım, halal – haram, heyvan – insan, allah – şeytan,
dünya – axirət
), yalnız fars (
dost – düşmən, hər – heç
), fars və
ərəb (
behişt – cəhənnəm
) sözlərindən ibarət antonimlər olsa
159
da, əsas yeri xalis Azərbaycan sözlərindən ibarət antonimlər
tutur:
dal – qabaq, yaz – qış, iç – çöl, yer – göy, var – yox, gecə –
gündüz, sol – sağ, bərk – boş, yaxın – uzaq, yaxşı – pis, elə – belə,
o – bu, ora – bura, bayaq – indi, irəli – geri, gec – tez, ağlamaq –
gülmək, vermək – almaq, qalxmaq – enmək, dutmaq – buraxmaq,
yığmaq – dağıtmaq, getmək – gəlmək, girmək – çıxmaq, minmək –
düşmək, ölmək – qalmaq, istilənmək – sərinimək
və s. Göründüyu
kimi, antonim qoşalıqlar mənşəcə fərqlənsə də, komponentləri
ümumişlək sözlərdən ibarətdir.
Ə.Haqverdiyev sözün semantik cəhətinə diqqətlə
yanaşmışdır. Ədib surət dilini fərdiləşdirmək, müəyyən bir
əlamət və ya xüsusiyyəti qabarıq şəkildə nəzərə çarpdırmaq,
ifadə olunan əsas fikri qüvvətləndirmək, nitqə kinayə, tərif və
yaltaqlıq çaları vermək, hadisəni bütün təfərrüatı ilə
canlandırmaq, obrazın qaba təbiətini göstərmək, şikayət və
yalvarışlarını təsirli bir dil ilə ifadə etmək, canlı dilin xüsusiy-
yətlərini saxlamaq, emosional və təsirli bir səhnə dili yaratmaq
üçün ümumxalq Azərbaycan dilinə məxsus zəngin sinonim
cərgələrdən ustalıqla istifadə etdiyi kimi, zidd hadisə və
məfhumların, obrazların xarakterində və ictimai həyatda mövcud
olan ziddiyyətlərin real təsviri üçün antonimlik ifadə edə leksik
vasitələri müvəffəqiyyətlə qarşılaşdırmaqla təzadlı halların bədii
ifadəsinə nail olmuşdur.
ƏLAVƏ ƏDƏBİYYAT
B. Ç o b a n z a d ə. M.F.Axundovda azəri ləhcəsi, «Maarif
işçisi», 1928, №3, səh.6-13.
Ə. D ə m i r ç i z a d ə. Azərbaycan ədəbi dili tarixi xülasələri,
Bakı, 1938.
Ə. D ə m i r ç i z a d ə. M.F.Axundov dil haqqında və
M.F.Axundovun dili. Azərb. XMK nəşri. Bakı, 1941.
M. C a h a n g i r o v. M.F.Axundovun dramaturgiya dili
haqqında bəzi qeydlər. «SSRİ EA Azərb. F. xəbərləri», 1944, №2-3,
səh. 69-76.
H. M i r z ə z a d ə. «Poçt qutusu» hekayəsinin dili. «Azərb.
məktəbi», 1945, №1, səh. 19-21.
160
Dostları ilə paylaş: |