M. A r i f. Dramaturgiyada dil və dialoq, «Ədəbi-tənqidi
məqalələr», Bakı, 1958, səh. 97-106.
S. Ə. V ə l i y e v, C.Məmmədquluzadənin hekayələrində
sinonimlər, «H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun elmi
qeydləri», 1958, №6, səh.325-351.
Ə. B a ğ ı r o v. Bədii əsərlərin dili məsələsinə dair, S.M.Kirov
adına ADU-nun «Elmi əsərlər»i, 1957, №12, səh.134-142.
A. A. H a c ı y e v a. C.Məmmədquluzadənin dram əsərlərinin
dili haqqında. «Azərb. SSR EA xəbərləri», ict. elm. ser., 1958, №5,
səh.67-76.
R. M ə h ə r r ə m o v a. Sabirin satirik şeirlərinin leksikası,
Bakı, 1968;
R. H. H ə s ə n o v. Yusif Vəzir Çəmənzəminlinin hekayələrində
sinonimlərin və antonimlərin üslubi xüsusiyyətləri, V.İ.Lenin adına
APİ-nin "Elmi əsərlər"i, XI seriya, 1964, №4, səh. 104-110; №5,
səh. 113-122.
Q. Ş. K a z ı m ov. Ə.Haqverdiyevin «Dağılan tifaq» pyesinin
leksik xüsusiyyətləri, «Gənc elmi işçilərin XII elmi konfransının
tezisləri», V.İ.Lenin adına APİ. Bakı, 1966, səh. 66-69.
Q. Ş. K a z ı m o v. Ə.Haqverdiyevin «Dağılan tifaq» pyesində
məhəlli və arxaik sözlər. V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i,
1966, №4, səh.104-114.
Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər), Bakı, «Elm»
nəşriyyatı, 1970, səh.50-112.
161
IV FƏSİL
DRAM DİLİNİN FRAZEOLOGİYASI
QRAMMATİK XÜSUSİYYƏTLƏR
Frazeoloji materialdan ədəbi dilin digər üslublarında da
istifadə edilir, lakin onların daha çox işləndiyi əsas sahə bədii
üslub, xüsusilə dram dilidir. Bədii dilin obrazlılığa, ifadəliliyə,
emosionallığa, dilin məcazilik imkanlarından geniş ölçüdə
istifadəyə böyük ehtiyacı olduğundan görkəmli söz sənətkarları
ümumxalq dili frazeologiyasına daha çox müraciət edir, daha tez-
tez nəzər salmalı olurlar; buna görə də hər bir görkəmli yazıçı
ədəbi dilin ümumi frazeologiyasını həqiqi və müvəffəqiyyətlə
formalaşmış
106
yeni ifadələrlə zənginləşdirir. Belə ifadələr tədricən
sabit, kütləvi və ümumişlək ifadələr sırasına keçə bilir.
Frazeoloji vahidlər də dilin yaradıcısı və daşıyıcısı olan xalq
tərəfindən yaradılır, lüğət tərkibinə, yeni frazeoloji vahidlərin
formalaşması üçün mənbə rolunu oynadıqda hətta dilin əsas
lüğət fonduna daxil olur.
107
Bu hal ədəbi-bədii əsərlərin dilindəki
frazeoloji materialın tədqiqi və öyrənilməsi işini bir zərurət kimi
ortaya çıxarır. Ə.Haqverdiyevin pyeslərində işlənmiş
frazeologizmlərin öyrənilməsi yalnız dilimiz üçün spesifik xarakter
daşıyan və türk dilləri ilə ortaqlılıq təşkil edən frazeoloji lüğətlər
hazırlamaq zərurətindən
108
doğmur. Bu məsələni şərtləndirən
106
. . .
-
А И Е ф и м о в Фразеологическое новаторство Салтыкова
, «
», 1940, 1,
Щедрина Русский язык в школе
№
.36.
сящ
107
. . .
К Т Б а р а н ц е в Роль основного словарного фонда в
образовании фра
. «
»,
зеологических единиц Иностранные языки в школе
1951, 6,
№ .33.
с
108
.:
Бах
. . .
А А К о к л я н о в а О границах фразеологии тюркских
, «
языков Труды Самар
. .
».
кандского госуниверситета им А Новаи
.
,
103,
, 1961
Вопросы фразеологии Новая серия выпуск
Самарканд
,
.105.
сящ
162
mühüm amillərdən biri də pyeslərin yarandığı dövrü, ictimai-
ədəbi mühiti nəzərə almaq, milli ədəbi dilimizin inkişafa başladığı
və yad dillərin ciddi təzyiqinə məruz qaldığı bir dövrdə ifadə ya-
radıcılığı sahəsində dramaturqun ədəbi dilimizə necə xidmət
etdiyini aydınlaşdırmaqdır. Bədii əsərlərdəki frazeoloji vahidlərin
tədqiqi zəruriliyi daha başqa bir sıra səbəblərlə də bağlıdır və,
ümumiyyətlə, söz dilin real vahidi kimi yalnız fraza mühitində
özünün bütün rəngarəngliyi ilə çıxış edə bildiyindən söz
haqqında təlim frazeoloji materialın tədqiqini də zəruri bir
məsələ kimi qarşıya qoyur.
Sadəlik, yığcamlıq, mənalılıq və ifadəlilik Haqverdiyevin
dram dilinin əsas xüsusiyyətlərindəndir.
Dərə-divana dartmaq
–
istintaq etmək,
cəhənnəm çəkdirmək
– əzab vermək,
kefinə
soğan çırtmaq
– ovqatını təlx etmək, əsəbiləşdirmək,
başına at
təpmək
– axmaqlamaq,
qulaqburması vermək
– cəzalandırmaq,
əl açmaq
– dilənmək,
it günündə
– pis vəziyyətdə və s. kimi
həyatın çox müxtəlif sahələri ilə bağlı olan yüzlərlə təbii xalq
ifadələrindən istifadə edərkən Haqverdiyevin başlıca məqsədi
xalqla öz dilində danışmaq, zəhmətkeş insanların asanlıqla
anlayacağı bədii və obrazlı bir dildə yazmaq idi. O özündən əv-
vəlki ədəbi irsi, xüsusilə M.F.Axundovun dram yaradıcılığını nəzərdən
keçirərək bu qənaətə gəlmişdi ki, milli ədəbi dilimizi ancaq bu
yolla xalq dilinin tükənməz söz və ifadələri hesabına zən-
ginləşdirmək olar. Böyük sənətkar öz ideya və fikirlərinə,
obrazların milli və fərdi xarakterlərinə uyğun ifadələr seçərkən
onların (ifadələrin) obrazlılıq, ekspressivlik, təsirlilik əlamətlərini
də nəzərə almış, təsvir etdiyi ictimai zümrələrin dil
xüsusiyyətlərinə ciddi fikir vermiş, ümumxalq dilinin frazeoloji
materialından diqqətlə istifadə edərək dram dilinin gözəl nü-
munələrini yaratmışdır.
Ədibin dram dilindəki frazeoloji vahidlər üslubi
keyfiyyətlərinə görə fərqləndiyi kimi, qrammatik xüsusiyyətlərinə
görə də fərqlənərək müxtəlif qruplara ayrılır. Məlumdur ki, leksik
vahidlər kimi, frazeoloji vahidlər də cümlənin konkret bir üzvü
vəzifəsini ifadə edir, nominativ məzmunlu söz cümlənin hansı
163
Dostları ilə paylaş: |