Doğrudur, müxtəlif dövrlərə məxsus cəza vasitələri və
üsullarını göstərməklərinə və ya dini mahiyyət daşıdıqlarına görə
hər üç sənətkarın işlətmiş olduğu ifadələrin bir qismi indi
köhnəlmiş və arxaik rəng almışdır, lakin Ə.Haqverdiyevin, onun
sələflərinin və müasirlərinin bədii əsərlərindəki frazeoloji
materialın müqayisəli tədqiqi bu və ya digər yazıçının qələminə
məxsus orijinal cəhətləri aydınlaşdırmaqla yanaşı, xalq dilinin
tükənməz imkanlarını da üzə çıxarır.
Əvvəlcə qeyd etdiyimiz kimi, sinonim frazeoloji vahidlər
məna cəhətdən yaxın və ya bərabərqiymətli olsa da, bədii təsir
gücü, obrazlılığı ilə bir-birindən fərqlənir. Onların dildə mövcud
olma səbəblərindən biri də budur. Bununla bərabər, pyesdə elə
sinonim frazeoloji vahidlər vardır ki, onlar üslubi rəng etibarilə o
qədər də fərqlənmir. «Dağılan tifaq»da işlədilmiş belə frazeoloji
sinonimlər göstərir ki, onlar, əsasən, təkrara yol verməmək üçün
əsərə daxil edilmişdir və onlardan əlavə hissi-ekspressiv təsir
gözlənilmir. Məsələn, pyesdə
iş görmək – iş tutmaq
ifadələrindən
bu məqsədlə istifadə edilmişdir.
Bəzən ədib ümumxalq dilinə məxsus ifadə ilə fərdi üslubi
frazeoloji vahidi sinonim kimi işlətmişdir:
S ə l i m b ə y.
Sən öləsən, bu saat kefim belə kökdür,
heç bilmirəm, dünyada bəy kimdi, xan kimdi. Bu saat kefim
Mavəraünnəhr havası çalır
. (21)
Buradakı
kefi kök (olmaq)
xalq dilinə,
kefi Mavəraünnəhr
havası çalmaq
müəllifin öz üslubuna məxsusdur.
Bu qeyd etdiklərimizdən əlavə, pyesdə
ləzzət vermək –
ürəyinə yayılmaq, əziyyət vermək – əzab vermək, əl götürmək –
əl qalxızmaq, qumara qurşanmaq – qumara mübtəla olmaq –
şeytan əməlinə qurşanmaq
və s. kimi sinonim cərgələr də vardır.
Bütün bunlar frazeoloji sinonimliyin pyesdə böyük üstünlüyünü
göstərir. Şübhəsiz, bu hal pyesin zəngin frazeoloji materialı ilə
bağlıdır. Pyesin frazeoloji tərkibinin isə canlı xalq dili kimi
mühüm mənbəyi vardır ki, Ə.Haqverdiyevi bədii dil cəhətdən
sevdirən, yaşadan da yaradıcılığının ilk günlərindən belə bir
mənbəyə əsaslanmasıdır.
«Həyatın dərs kitabı» (Çernışevski) olan bədii ədəbiyyatın
hadisələr arasında, obrazların bir-birinə münasibətində, ayrı-ayrı
184
surətlərin xarakterində təzahür edən ziddiyyətləri əks etdirən
əsas vasitələrindən biri də a n t o n i m ifadələr, əks, qarşı,
təzadlı məfhumları ifadə edən frazeoloji vahidlərdir. «Dağılan
tifaq»da zidd anlayışların elə ifadəçiləri vardır ki, sinonimlərdə
olduğu kimi, burada da tərəflər leksik və frazeoloji qarşılaşdırma
əsasında qurulmuşdur.
Bəylər qapısında qab-qaşıq yalamaq
–
sabit birləşmə olub, nökərçilik etmək, nökərçiliklə birtəhər
dolanmaq mənasını ifadə edir;
sövdagəri-məşhur olmaq
–
nominativ mənadadır, tacir, ticarət işçisi olmaq deməkdir.
Əsərdə bunların vasitəsilə verilmiş təzad cəmiyyətdəki böyük
təbəddülatı, feodal və kapitalist münasibətlərindəki tənəzzül və
tərəqqi istiqamətində əks inkişafı lakonik şəkildə əks etdirir:
Ə b d ü l.
Mən burada neçə adamlar tanırdım ki, p u l u k
ü r ə k i l ə y ı ğ ı r d ı l a r, amma indi b i r t ü m ə n ə m ö h t a
c d ı l a r. Və genə adamlar tanıyıram ki, b ə y l ə r q a p ı s ı n d a
q a b- q a ş ı q y a- l a r d ı l a r, indi s ö v d a g ə r i- m ə ş h u r
o l u b l a r.
(55)
Əbdül bu sözlərlə Cavadı və Nəcəf bəyi nəzərdə tutur.
Vaxtilə aləmə səs salan, kiçik bir mədhiyyədən ötrü çuval-çuval
un, düyü, buğda bağışlayan, üstəlik bir yabı da «əta eləyən»
Nəcəf bəy indi iki yetim ilə kimsəsiz qalmış, bütün dostları
sıradan çıxmış və ya ondan üz döndərmiş, nökər Cavad isə,
əksinə, böyük sərvət sahibinə, ağaya çevrilmiş, on minə yaxın
bir məbləğdə «əhval» sahibi olmuşdur. Kapitalizmin inkişafı ilə
əlaqədar bir-birini əvəz edən varlanma – iflasa uğrama prosesi
Məşədi Cəfər və Cavad kimilərin xeyrinə olduğu qədər Nəcəf bəy
kimilərin zərərinədir. Başqa sözlə, burada ticarət burjuaziyasının
yüksələn bir xətlə həyat səhnəsinə gəlməsi, mülkədarların və mül-
kədarlığın həyat səhnəsindən getməsi prosesi öz əksini tapmışdır.
Pyesdəki antonim frazeoloji vahidlər quruluş xüsusiyyətlərinə
görə fərqlənir. Bir qismində birinci komponent eyni sözlərdən ibarət
olub, frazeoloji vahid ikinci komponentin antonimliyi əsasında əks
mənalı ifadə kimi formalaşmışdır. Məs.:
ağız açmaq – ağız yummaq,
ürəyi yanmaq – ürəyi soyumaq, əli dolu – əli boş
və s.
Əli boş
ifadəsini Nəcəf bəy sözgəlişi, zarafat tərzində, əvvəlki ifadələrə bir
növ qafiyə şəklində işlədir:
185
N ə c ə f b ə y.
Buyursunlar, buyursunlar (daxil olurlar: Səlim
bəy, Aslan bəy və Həmzə bəy). Baho! Ya allah! Xoş gəldiniz, beş
gəldiniz, bəs niyə ə l i b o ş gəldiniz?
S ə l i m b ə y.
Sən öləsən, çox ə l i d o l u və başı ətli gəlmişəm;
bu saat iki yüz iyirmi beş manat cibimdə pul…uduzmaqda da meylim
yoxdur.
(6-7)
Göründüyü üzrə, Səlim bəy bu ifadədən istifadə edərək əsl
mətləbə keçir, bugünkü qumardan əli dolu və başı ətli gəldiyini
bildirir. Beləliklə, hadisələr əlaqələnmiş olur və dramaturq,
hadisələrin hansı istiqamətdə davam edəcəyini, bəylərin peşəsinin
nədən ibarət olduğunu göstərmək üçün zəmin hazırlamış olur.
Bəzən frazeoloji antonimlik birinci komponentin ifadə etdiyi
zidd məna əsasında əmələ gəlmişdir. Məs.:
ağ gün – qara gün,
şeytan yolu – allah yolu
və s. Sonuncu misal qadınların hadisələrə
verdiyi qiyməti göstərir. Pəri xanım Nəcəf bəyin qumarbazlıq və
israfçılığını onun şeytan yoluna düşməsi, allah yolundan azması ilə
izah elir ki, bu da təbii olaraq, hələ dramaturqun özünə də yaxşı
aydın olmayan dərin ictimai ziddiyyətlərə onun sadəlövh, təskinedici
baxışını əks etdirir:
P ə r i x a n ı m.
Qadan alım, allah sana cansağlığı verər, ərinə də
ağıl verər, ş e y t a n y o l u n u buraxıb, a l l a h y o l u n a qayıdar.
(26-27).
Pyesdəki bəzi frazeoloji antonimlər quruluşca leksik
antonimlərdən fərqlənmir:
P ə r i x a n ı m
. Keçən cümə axşamı bizim Mərdan bəyin
təziyəsində o qədər ağlamışam, gözümdən bir Kürcək yaş gedib,
oradan gələn y ı x ı l m ı ş a m, indi bir az halım özümə gəlib, q a l
x m ı ş a m
. (25)
Burada
yıxılmaq
– xəstələnmək,
qalxmaq
– sağalmaq
mənasındadır. Əslində, bunların komponentlərindən biri düşmüşdür.
Dramaturqun öz üslubuna əsasən bərpa etsək:
yıxılmışam yerə –
qalxmışam ayağa
şəklində olar.
Ümumiyyətlə, ədəbi dilimizdə və eləcə də başqa bədii əsərlərin
dilində olduğu kimi, «Dağılan tifaq»da da frazeoloji antonimlərdən
istifadə üslubi cəhətdən çox da xarakterik deyildir.
186
Dostları ilə paylaş: |