Əsərdə bəzən eyni köklü sözlərin (
«B ə y, namus bir b ə y
z a - d ə l ə r d ə deyil
», (35), küll ilə cüzün (
…şəhərdə
qalsa cahıl-cuhul yoldaşları bilmərrə o d u n u, o c a ğ ı nı
söndürərlər
) sinonimliyindən də istifadə edilmişdir.
Pyesdəki sinonim sözlərin hamısı eyni mənşədən deyildir.
Predmet və hadisələrin əlavə xüsusiyyətlərini əhatə etmək,
obrazların xarakter və dünyagörüşünə uyğun sözlər seçmək
ədibdən müxtəlif mənşəli sözlər işlətməyi tələb etmişdir. Lakin
mənşəcə fərqlənmələrinə baxmayaraq, bu sözlərin əksəriyyəti
ümumişlək sözlərdən ibarətdir. Əsərdəki sinonim cərgələri
mənşə mənsubiyyətinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:
Xalis Azərbaycan sözlərindən ibarət olanlar:
ər – kişi, ürək –
könül, tay-tuş – yoldaş, danışmaq – demək – söyləmək,
əyləşmək – oturmaq, çolaq – axsaq – şalaq
; xalis Azərbaycan və
ərəb sözlərindən:
ev – imarət, söz – kəlmə, güc – qüvvət, yuxu –
vaqiə
; xalis Azərbaycan və fars sözlərindən:
bağ
-
bənd, torba -
kisə, qıraq - kənar, pis - bəd
; xalis Azərbaycan, fars və ərəb
sözlərindən:
yazıq – binəva - fəqir
; ərəb sözlərindən
: tövr –
halət, qəzəb – qeyz, vəqt – vədə – əyyam
; fars sözlərindən:
dost
– aşna
; ərəb və fars sözlərindən:
ruh – can, təqsir
– günah,
zəmanə – ruzgar, axirət – gor
və s.
Məlumdur ki, omonimlərdən fərqli olaraq, sinonim cərgəyə
daxil olan sözlər mütləq eyni bir nitq hissəsinə mənsub olmalıdır.
Nitq hissələrinə mənsubiyyətinə görə pyesdə sinonim cərgələr
içərisində başlıca yeri feli və ismi sinonimlər tutur. Buna
baxmayaraq, digər nitq hissələrinin sinonimliyi də müəyyən rola
malikdir. Komponentlərin nitq hissələrinə mənsubiyyətini nəzərə
alaraq sinonim cərgələri aşağıdakı qruplara ayırmaq olar.
İsimlərdən ibarət olanlar:
bədən – vücud, bəla – dərd – qəm, dünya
– aləm, biyaban – düz – çöl, qəpik – quruş, daş – qaya, əməl – iş,
kam – arzu – təmənna, sinə – döş, saç – tel, təvəqqe – xahiş, əlac –
çarə
; sifətlərdən
: doğru – düz, gözəl – göyçək, hali – xəbərdar
;
saylardan:
birinci – əvvəlinci, bir – tək, yarı – para
; əvəzliklərdən:
bi-
risi – kim isə, neçə – nə qədər
; fellərdən:
qatlamaq – bükmək,
qışqırmaq – çığırmaq, dayanmaq – durmaq, daxil olmaq - girmək,
döşənmək – sərilmək, dutmaq – yapışmaq, vurmaq – yamamaq,
yetmək – çatmaq, yüyürmək – qaçmaq, yerimək – getmək, baxmaq
155
– görmək
; zərflərdən:
əbəs – nahaq, bəri – bura, yavaşca – ahəs-
tə-ahəstə, sağ – salamat, tez – tezliklə – tez-tez;
qoşmalardan:
başqa – özgə – savayı, əqdəm – qabaq – irəli, görə – ötrü – üçün,
sarı – tərəf;
ədatlardan:
ha – ki, xub – yaxşı
və s.
* * *
V.İ.Lenin məktublarının birində Qorkiyə yazırdı: «Həyat
ziddiyyətlərlə irəliləyir və canlı ziddiyyətlər insan ağlının əvvəlcə
zənn etdiyindən qat-qat zəngin, çoxcəhətli və məzmunludur».
103
Qat-qat zəngin olan həmin ziddiyyətlər dildə öz ifadəsini çox
vaxt antonim sözlərin vasitəsilə tapır. Əks, zidd, qarşı məna və
məfhumları ifadə edən antonim sözlər bədii əsərdəki fikrin
zənginliyini, dəqiqliyini, təsirliliyini təmin edən lüğəvi
vahidlərdəndir. Burada əks mənalar «bir-birinə zidd olan
məfhumları vahid bir bütöv şəklində birləşdirməklə»
104
təfəkkürümüzün abstraksiyanın yüksək pilləsinə qalxdığını göstərir.
«Dağılan tifaq» pyesində ziddiiyyətli hadisələrin bir çox
növünə – ictimai, fərdi, ailə-məişət ziddiyyətlərinə təsadüf
olunduğu üçün bunların əksər hallarda əsas ifadəçiləri olan
antonim sözlər də müxtəlif sahələrlə bağlı olub, müxtəlif tipli
əks, zidd, qarşı cəhətləri bəzən təzadlı, bəzən də nisbi
ziddiyyətlərlə əks etdirir.
Dramaturq, antonim sözlərdən istifadə edərək, obrazın
mənəvi aləmini, həyat hadisələrinə münasibətini və bu hadisələri
necə qiymətləndirdiyini müvəffəqiyyətlə açıb göstərə bilmişdir.
Nəcəf bəy bəzən dialektik düşünür və həyatdakı ziddiyyətlərə
təbii gözlə baxır. O, övladın bacarıqlısı və bacarıqsızı olduğunu
yaxşı dərk edir, lakin bu zidd cəhətin əsl kökü və səbəbələri ilə
maraqlanmadığı kimi, bu barədə tədbir görməyi də ağlına
gətirmir. Övlad üçün, gələcək nəsil üçün sərvət toplamaq,
ehtiyat görmək onun fəlsəfəsinə görə mənasız bir işdir, çünki
«oğulun y a x ş ı s ı özü də qazanar, ataya möhtac olmaz.
Oğulun p i s i n ə həmçinin ata malı lazım deyil»
. (5)
103
. . .
, 34-
,
.140.
В И Л е н и н Ясярляри
ъц ъилд сящ
104
. . .
.
, 1956,
.140.
Р А Б у д а г о в Дилчилийя даир очеркляр Бакы
сящ
156
Pyesdə əksinə vəziyyətə də təsadüf edilir. Bəylər öz
mənafeləri xatirinə həyatdakı obyektiv ziddiyyətlərin inkarına
çalışırlar. Həmzə bəyin fikrincə, «qoca» və «cavan» məfhumları
nahaq yaranmışdır, çünki həyatda qoca və ya cavan adamlar
yoxdur; buna görə də insanın saqqalının ağ və ya qara olması da
əhəmiyyətsizdir. Bu iddia səbəbsiz deyildir. Həmzə bəy çox qoca
olduğu üçün bəylər ona qumardan əl çəkməyi məsləhət görürlər,
lakin qumarbazlıq onun sümüyünə, iliyinə elə işləmişdir ki, o bu
xəstəliyə elə tutulmuşdur ki, qocalığına baxmayaraq, bu yoldakı
bütün maneələri dəf etməyə hazırdır. Buna görə də «qoca» və
«cavan» məfhumlarını istədiyi kimi yozmağa çalışır, insanları
qoca və cavan deyil, naxoş və salamat olmaqla iki qrupa ayırma-
ğı daha düzgün hesab edir:
H ə m z ə b ə y. Dünyada q o c a və c a v a n nə gəzir?
Mənim barəmdə, dünyada nə q o c a var, nə c a v a n; bir n a x
o ş var, bir s a l a- m a t. Saqqalın çox da olsun a ğ, canın ki oldu
s a l a m a t, oldun c a v a n. Ya saqqalın oldu q a p q a r a şəvə
kimi, elə ki g e c ə l ə r s ü b h ə d ə k öhö… öhö… öhö…
(öskürür) atıcı kimi pambıq atdın, oldun q o c a.(8)
Dramaturq antonim sözlər vasitəsilə obyektiv aləmdəki
ziddiyyətləri, cəmiyyətin inkişafı ilə əlaqədar yaranmış təzadlı
vəziyyəti müvəffəqiyyətlə təsvir edə bilmişdir. XIX əsrin
sonlarında - 80-ci illərdə Azərbaycanda kapitalizmin inkişafının
nisbətən sürətlənməsi mülkədar təsərrüfatının iflasını da xeyli
sürətləndirirdi. Mülkədarlar iflasa uğradıqca Məşədi Cəfər kimi
tacirlər daha da varlanır, Cavad kimi yeni tacirlər meydana çıxırdı.
O dövrün hadisələrinin real təsvirini verən «Dağılan tifaq»
pyesində həmin proses Əbdülün dili ilə belə ümumiləşdirilmişdir:
Ə b d ü l. Budur, mən səkkiz ildən artıqdır ki, g e t m i ş ə
m İrana. İndii q a y ı d ı b nələr görürəm? Heç keçən ozalar
yoxdur… Çox namərddir bu dünya, heç ona etibar eləmək
olmaz. Cavadı ki tanıyırsınız. Mən buradan gedəndə onu n ö k
ə r qoyub getmişəm, indi gəlib s ö v d a g ə r görürəm. (55)
Bu sözlərlə Cavadın nökərçilikdən tədricən sövdagərliyə
yüksəlməsi aydın olursa, Məşədi Cəfərin Nəcəf bəyə girovsuz
borc vermək istəməməsinin səbəbini aydınlaşdıran aşağıdakı
157
Dostları ilə paylaş: |