tutdu- o geriyə çıxışa tərəf qayıtmaq istədi, ancaq onun hansısa
hissəsi tunelin içində nə olduğunu öyrənməyə can atdı. Bu vaxt
duman çəkildi və Larri onun arxasında olanları görməyə başladı :
uca dağ silsiləsi-bu cür gözəlliyi o heç vaxt görməmişdir: hər tərəfə
Günəş şüaları yayılırdı, bu gözəl mənzərə onun gözlərinin qabağında
idi. Larri hiss etdi ki, o çox asanlıqla geri qayıtmaq uğrunda
mübarizədən ət çəkəcək və imkan verəcək ki, cənnət onu özünə tərəf
çəksin, ancaq içindən bir səs gətdi - indi yox, hələ vaxt deyildir. O
var-gücü ilə geriyə atıldı, uzanan əllər onu buraxmaq istəmirdi.
Sonra hər şey birdən qurtardı: yenicə həyat uğrunda mübarizə
aparırdı , indi isə artıq bədənindədir. Piter Xyu Mellinq və Mayerlə
aldıqları təcrübənin fizioloji və psixioloji effektlərini hərtərəfli təhlil
etmişlər. Doğrudanmı onlar fövqəltəbii varlıqları görmüşlər, yoxsa
bütün bunlar onların hələ lazımınca ifadəsini tapmayan şüurlarının
zarafatıdır? Bəlkə bu aydın yuxu və ya təxəyyülün oyunudur?
Mellinq deyir: “Mənim aydın yuxularım olur,ancaq burada hər şey
başqa cürdür: yuxuda bu cür gözəllik yoxdur,predmetlərin bu qədər
aydın cizgiləri olmur.” Bu hadisələr vaxtı mən əlçatmaz mənzərələri
seyr edib zövq alıram,eyni zamanda hiss edirəm ki, nə isə beynimə
məlumatlar doldurur.Daha sonra o deyir ki, bu vaxtlar özünü bəzən
eyni vaxtda iki yerdə hiss edir : burada - öz yataq otağında və eyni
zamanda başqa reallıqda olur. Belə vəziyyətdə vaxt sanki donur və
düzxətli olmur. Nə üçün Metlinqin anası bu qədər aydın cizgilərlə
ona görünmüşdür? Doğrudanmı ananın ruhu ona baş çəkmişdir,
yoxsa onun psixikası bu yolla hər hansı tələbatı ödəmişdir? Mellinqs
dindar deyil və o obyektivliyi istənilən təcrübədən üstün tutur-baş
verənləri dərk etmək üçün beyin fəaliyyəti üzrə ən görkəmli
mütəxəssislərə müraciət etsə də hələlik tam cavab ala bilməmişdir.
Maraqlıdır ki, adamların əksəriyyəti bu halla yuxunun axırlarına
yaxın, az qala qalxma ərəfəsində toqquşurlar. Psixoloqlar belə hesab
edirlər ki, bu vaxt beyin aralıq vəziyyətdə - eyni vaxtda tam
35
işləməyən və tam keçməyən olur; beyin öz axan ilə gedir və adamlar
həmin an hallyustinasiya vəziyyətinə düşə bilərlər. Lakin heç bir
psixoloq, heç bir psixoloji nəzəriyyə tam izah edə bilmir ki,başqa
dünya ilə bağlı bu qədər nizamlı və zəngin mənzərəni necə görmək
mümkündür. Mellinq qeyd edir ki, bu səyahətə başlayanda onun
nəfəsi qeyri - təbii dərin olur. Yəqin ki, bütün bunlar şüurun
vəziyyətinin dəyişməsi vaxtı baş verir: fövqəltəbii təcrübə almaq
üçün şüurun bu vəziyyəti vacibdir. Əgər beyin pozğunluğu olsaydı o
heç vaxt nizamlı nə isə yarada bilməzdi. Ən yaxşi halda görünənlər
xaotik ola bilərdi. Bədəndən kənar səyahət ölümqabağı vəziyyətlə
six bağlıdir. Bədəndən cıxan adam baş verənlərdə könüllü iştirak
edir və özü bu vəziyyətin sonrakı gedişini yaradır. Bəzən isə
özbaşına yaranır. Bədəndən çıxan Mayerdə tünellə irəliləmişdir,
Mellinqə görünən aydın ’’dairə” də tunelə oxşayır-bir sözlə
ölümqabağı bu hissləri yaşayanlarla onlar eyni hiss yaşamışlar.
Ancaq heç biri həmin vaxt öz səhətlərindən şikayət etməmişlər. Bir
sözlə alimlər bu cür hadisələrin sadə izahını tapa bilmirlər.
1991-ci ildə R.Monro ’’Bədəndən kənarda səyahət” kitabında
insanın ruhunun müvəqqəti olaraq bədəni tərk edib qeyri - maddi,
“mistik” bədənə girməsi üsulundan danışır. Öz mistik dünyasını o II
Lokal adlandırmışdır. Onun fikrincə materiya və hərəkət qanunları
olan bu qeyri - maddi sonsuz mühit fiziki aləmdə baş verənləri çox
az xatırladır. Monro öz Lokalı ilə cənnət və cəhənnəmdən təşkil
olunan klassik dini- axirət dünyasının qarşılıqlı münasibəti
məsələsindən yan keçə bilməzdi. Monroya görə Lokal “bizim cənnət
və cəhənnəm adlandırdıqlarımızı” özündə yerləşdirir. O yazır ki, bu
dünya “varlığın elə bir vəziyyətidir ki, burada mövcudluğun
mənbəyi fikirdir”. Əgər bu belədirsə onda orada yer dəyişmək üçün
maşın, gəmi, təyyarə lazım deyildir. Bəs ora düşən ruhlar nə ilə
məşğuldurlar? Normal adam bunu güman edə bilməz. Lokalı
yaradan Monro təsdiq edir ki, onun sakinləri burada bütün
təzahürləri ilə özünü göstərən seksual boşalma hissi yaşayırlar.
36
Həm də bu dünyanın bütün sakinləri üçün seksuallığın anlaşılması
ilk növbədə fiziki, bədən seksuallığıdır. Ancaq Monro unudur ki, bu
ruhların fiziki bədəni olmur - görünür o bunu xırda detal kimi qəbul
edib ona fikir verməmişdir. Monroya görə II Lokaldan başqa daha
bir dünya III Lokal da vardır. Bu dünyada elektrik eihazları və
ümumiyyətlə elektrik yoxdur. Burada benzin də yoxdur və əsasən
mexaniki və buxar enerjisindən istifadə olunur. Yerdə yaşayan hər
bir adamın III Lokalda oxşarı var. 11 Lokalda isə oxşarlar yoxdur.
Ufoloqlar da yerdən kənar sivilizasiyanın varlığına
inandıqlarından ölənlərin ruhları ilə bağlı' maraqlı fikirlər
söyləyirlər. V.P. Kostrikinə görə ölən adamların ruhları keçmiş
həyatda yerdənkənar dünyada məskunlaşmışdırlar. Onlar bura elə -
belə yox, müəyyən missiya ilə gəlirlər: yeri gözləyən fəlakətdən
xilas etmək üçün adamlara kömək etmək istəyirlər. 1984-cü ildə Rut
Montqomerin “Sabahın astanası” kitabı nəşr olundu. Onun fikrincə
ruh bədənə ona görə girir ki, bu bədəni xeyirxah və yüksək əxlaqi
keyfiyyətlərlə zənginləşdirsin, cəmiyyət üçün faydalı olan
dəyişikliklərə uyğunlaşdırsın. Digər mistik dini baxışlardan fərqli
olaraq onun başlıca fikri ondan ibarətdir ki, bədən yalnız pərdə deyil,
müstəqil varlıqdır, özünün keyfiyyətləri var və o ruha qarşı dayana
bilər. Ruhun bədəndən bədənə keçməsi ilə bağlı qədim ideyalardan
bəhrələnən Rut onu daha da təkmilləşdirmək istəmiş, ruhların
seçilməsi qaydasını yaratmışdır: nəticədə yeni bədənə əvvəllər
böyük şəxsiyyətlərin bədənində olan ruhlar gəlir. Rut daha bir ixtira
etmişdir. Ruhun yaxşı və hətta qoca yaşlarında olan adamların
bədəninə girməsi fikrini söyləmişdir. Ruhun bu cür gec gəlməsini
onunla izah edir ki, “bu ruhlar bəşəriyyəti xilas etməyə tələsirlər və
vaxtlarını uşaqlıq, məktəb, gənclik dövrlərində boş - boşuna
keçirmək istəmirlər”. Eyni zamanda 0 anadan doğularkən körpənin
bədəninə daxil olan birinci ruhun taleyindən heç nə danışmır.
“Keçmiş həyatda əbədilik” kitabının müəllifi parisli psixoloq Müşel
Zerye belə hesab edir
37
Dostları ilə paylaş: |