ictimai psixioloji gözləmələr də təsir edir. “O biri dünya” və orada
səyahət etmənin özünəməxsusluğnu Nilin tədqiq etmişdir.
Cərrahiyyə əməliyyatı keçirənlər və narkoz atında olanlar
keçirdikləri hissləri müxtəlif çalarlarla danışmağı xoşlayırlar. Bəs
qədim misirlilər və tibetlilər kilinik ölüm haqqında heç bir təsüvvürə
malik olmadıqları halda bu vəziyyətdə olan adamların
duyğularından necə danışa bilərdilər? Onlar keçirilən bu hisslər
haqqında heç bir məlumat almırdılar: onlar sadəcə olaraq güclü
hallyustinasiya yarada bilən bitkilərdən istifadə edirdilər. Rusiyada
ölümdən sonra həyatın olmasının qatı təbliğatçılarından biri də
Priyma olmuşdur, onun fikrincə, ölümdən sonrakı ilk qırx gündə
ölənlə akustik görmə əlaqə mümkündür. Onun sözlərinə görə bu
sadəcə olaraq hənirti,pıçıltı, cırıldama, ayaq səsləri,qapınm,
pəncərənin öz-özünə açılması ilə müşaiyət olunur. Görmə əlaqəsi
vaxtı qohumlar öləni dəfn vaxtı geyindiyi paltarla görürlər. Qırxınıcı
gün insanın elektroensefoqammasında səs eşidilir-həmin gün
insanın beyni məlumatı verməyə başlayır. B.M.Saqitovun fikrinə
görə bizim dünyadan başqa “paralel dünya” da mövcuddur. Bu
düyadan fərqli olaraq orada həyat əbədidir. Axirət dünyası ilə bağlı
klassik dinlərdəki fikirlərə şərik olan Saqitov deyir ki, qatilləri,
bütün cinayətkarları, eyni zamanda düzgün həyat yaşamayanları o
biri dünyada qorxulu işgəncələr gözləyir. Onlar əbədi əzablar olan
dünyaya köçürüləcəklər.
Qərbdə paralel dünya əvəzinə mistik dünya haqqında fikirlər
geniş yayılmışdır. Bu dünya çoxlu səviyyələrdən və planlardan
təşkil olunmuşdur və ölümdən sonra insanların ruhu bura düşür.
Bura həm də mistik səyahət vaxtı sağ adamın da ruhu düşə bilər-o
ölənlərlə söhbət edə, onlarla əlaqəyə girə və sonra fiziki bədənə
qayıda bilər. Bu cür səyahət üçün yüksək mənəvi inkişaf səviyyəsi
lazımdır.
Adamlar arasında başqa ölçülərdən məlumat alan, onun
sakinlərini görənlər var, həm də öz bədənlərini tərk edib o biri
29
dünyada səyahət edənlərin olması faktlarına da rast gəlirik. Bir çox
halda bu bacarıq ölümün yaxınlaşması və ya ölümqabağı vəziyyətlə
əlaqələndirilir. Bu vəziyyətin ilk mərhələsində adama elə gəlir ki, o
bədəndən ayrılıb-bunu bədəndən ayrılma təcrübəsi adlandırırlar.
Mistik bədən fiziki bədənin kopiyası hesab olunur. Əslində mistik
bədən biz özümüzük, sümüksüz və bədənsiz mövcud olan bizim
mahiyyətimizdir-onu təsvir edərkən onu ruh, qəlb,eqo kimi verirlər.
Qədim misirlilər mistik bədəni ka və ba, yunanlar psixi yəhudilər
neşamax ruax və nefaş, orta əsr alimləri-anima divanı və anima
xumana adlandınmşlar. Belə hesab olunur ki, bu fiziki bədənin
qeyri- maddi oxşardır. Biz ayıq olanda hər iki bədən üst-üstə düşür,
ancaq xəstəlik, narkotika və yaş dövrü bu “sinxroluğu”, eyni
zamanda olmanı poza bilir. Bəzən elə olur ki, gündüz vaxtı insanlar
sürətlə bədəni tərk edir, sonra isə həmin sürətlə geri qayıdırlar.Yuxu
vaxtı bütün bunlar təbii baş verir. Belə hesab olunur ki,yuxu mistik
bədənimizin fiziki bədəndən ayrılıb istirahət etməsi üçün zəruridir.
Adətən baş verənlər qavrayışımız tərəfindən təhrif olunur,
xatırladığımız
nə
varsa
hamısı-ümumiyyətlə
nə
isə
xatırlayırıqsa-“yuxumuzun” kəsilmiş hissələridir. Praktiklərin
fikrincə, uçduğumuz yuxular sözün həqiqi mənasında real hadisələr
haqqında xatirələrdir. Bədəndən çıxandan sonra bizim mistik
proyeksiyamız dünyanı səyahət edə və “mistik plan” adlanan ölçüyə
daxil ola bilərlər. “Mistik səyahət” budur. Maraqlı bir hadisə 1993-ci
ildə Kent qraflığmda yaşayan dörd yaşlı Eminin başına gəlmişdir.
Eminin əqli fəaliyyətində az-az olan pozğunluq olurdu. O adi bir
sarsıntıdan huşunu itirir, bu vaxt bir dəqiqəyə qədər onda həyat
əlamətindən heç nə olmurdu, sonra yenidən özünə gəlirdi. Qız
xəstələnən vaxtı bədəndən necə çıxmasını valideynlərinə
danışırdı.Sonradan qız onu oyatmaq üçün göstərilən cəhdləri ən
xırda detallarına qədər təsvir etmiş-sanki bunları tavandan müşahidə
etmişdir. Skeptiklər bildirirlər ki, bu cür həyəcan bütövlükdə beyin
tərəfindən yaradılır. Onlar
30
təsdiq edirlər ki, şəkli dəyişən,onu üç ölçülü edən, əvvəlcədən
yüklənən proqram əsasında işləməklə bunları həyata keçirən müasir
kompüterlər kimi beyin baş verənlərə yuxarıdan baxılma modeli
hazırlayır. Ancaq bu güman izah edə bilmir ki, insan gedən
söhbətləri, hətta hadisələri belə təsvir edir-axı bu vaxtı 0 adi yolla
bunları qavraya bilməzdi. Bəziləri elə güman edirlər ki, bədəndən
çıxandan sonra onlar başqa dünyaya yola düşürlər və burada
qeyri-adi varlıqlarla qarşılaşırlar. Digərləri təsdiq edirlər ki, hər kəs
bədəndən çıxma təcrübəsini özü yarada bilər. Lakin bütün bunlar
yeni hadisə deyildir.
Qədim dini fenomen olan şamanizm Sibirdə yaranmış Asiyaya
və Amerika kontinentinə yayılmışdır.Şaman şəfa verən və kahin
funksiyasını yerinə yetirirdi, tayfanın mənəvi durumuna məsul şəxs
idi. Şamanı tayfa seçmirdi, o öz statusunu varislik yolu ilə qəbul
edirdi və adına uyğun hərəkət edirdi. Onda şəfa vermə bacarığı
olmalı və o ruhlardan məlumat almağı bacarmalı idi. Bundan başqa
o tək yaşayır, vaxtaşırı ürək keçmədən əziyyət çəkir, bu da onun hələ
lazımınca ifadəsini tapmayan şüuruna təsir edirdi. Müasir qərb
dünyası bu halı dəlilik kimi qəbul etsə də tayfa mədəniyyətində
şamançılıq olduqca böyük hörmətə layiq idi. Belə hesab olunurdu ki,
ürək tutması vaxtı ruhlar şamanın ruhunu aparır, sonra onu tam
müalicə edib qaytarırlar. Bir çox mütəxəssislər bu fenomeni psixi
pozğunluqla izah etməyə cəhd göstərmişlər, lakin xəstə güman
olunan adam öz ruhu böhranını həll edəndən sonra şaman olurdu.
Bəzi mədəniyyətdə ürək keçməsinə səmaya səyahət kimi
baxırdılar-bura ağacın gövdəsi ilə qalxılırdı. Vəcdən özünü itirmək
dərəcəsinə gələn vaxtı şamanın ruhu bədəni tərk edir və əzablı ölüm
və dirilmə vəziyyətindən maariflənirdi. Şamanın vəzifələrindən biri
ölənlərin ruhunu o biri dünyaya müşaiyət etmək idi, eyni zamanda
sağların adı ilə ünsiyyət qurmaq, onların köməyi ilə adamları
müalicə etmək idi. Son vaxtlar Avropada şamanların sayı
artmaqdadır. Əsasən onlar köhnə ənənələrlə gedirlər,
31
Dostları ilə paylaş: |