sonra bu və ya digər materialist izahını axtarmağa başladılar.
Məlumdur ki, göbələk növlərinin tərkibində meskalin- fantastik
görüntülər yaradan maddə var. Onlar klinik ölüm keçirənlərin
danışdıqlarını meskalinlə izah etməyə cəhd etdilər. Lakin meskalini
bəhanə edənlər düşünmürlər ki, ürək çatışmamağından və ya
cərrahiyə əməliyyatından əvvəl kiminsə göbələk yeməsi hansı
məntiqə sığır. Bəzələri bu vaxt qanda karbon qazının yığılmasını
bəhanə gətirsələr də aparılan araşdırmalar bu faktı təsdiq etmədi.
Qanda oksigenin az olması ilə bağlı gətirilən bəhanələr də öz
təsdiqini tapmadı: cərrahiyyə əməliyyatı zamanı narkoloqların
köməyi ilə qanda olan oksigen artıqlığı yaranır. Bir çoxları bu
görmələri narkotik maddələrlə izah etsələr də bu halı yaşayanların
böyük
əksəriyyəti
heç
vaxt
narkotikadan
istifadə
etməmişdirlər.Doğrudur narkotika qəbul etdikdən sonra görüntülər
yaranir, ancaq bu ruhun bədəndən çıxdığı vaxt yaranan görüntülərə
bənzəmir.Narkotikanin təsiri haqqında maraqlı fikirlər var. Əgər biz
hər hansı nə isə görürüksə, deməli bu nəyinsə olmadığına yox ,
olduğuna işarədir. Əgər biz hər hansı predmeti gözümüzlə
görmürüksə, və onu binoklla görürüksə, bu o deməkdir ki, bu
predmet binoklla yaradılmışdır, əslində isə o yoxdur. Əlbəttə bizim
qavrayışımızı sürətləndirən vasitələr - binokl, narkotika-var, ancaq
onlar əvvəllər mövcud olmayan heç nə yaratmırlar. Axirət dünyasını
görməyi zəhərlənmə ilə, endorfınin, uremiyanm təsiri ilə beyində,
böyrəkdə, ciyərdə yaranan xəstəliklərlə də izah edənlər var-bu cür
izahlar siyahısını uzatmaq olar. Görüntünü sayıqlama kimi qəbul
edənlər də olmuşdur, ancaq bunları görənlər qavrayışın real
olduğunu təsdiq edirlər, həm də sayıqlama insanın xarakterini dəyişə
bilməz, onun həyatını dəyişməyə, peşəsini dəyişməyə, qalan
həyatını xalqa xidmətə həsr etməyə səbəb ola bilməz. Bəli səhnəyə
bir-birinin ardınca psixoloqlar, psixiatrlar, nevropa- toloqlar çıxır və
fikirlərini əsaslandırmaq üçün hər şeyi sadalayırlar: bu
hallyustinasiyadır, deya vudur, “ bu yuxudan
50
başqa bir şey deyildir, depresiyanın nəticəsidir, hələ lazımınca
ifadəsini tapmayan şüurun şüura proyeksiyasıdır, hər cür təltəlşüur
reaksiyadır, unudulmuş həyəcanlar, ölüm haqqında şüurlu və
təltəlşüur təsəvvürlərdir, təltəlşüur fabrikasiyadır- yəni hələ
lazımınca ifadəsini tapmayan şüurda yaranan şüura çıxan şəkillərdir
və s. Bu hadisəni eplepsiya, əsəb və digər xəstiliklərlə də izah
edənlər tapıldı. Ruhdan başqa bu hadisəni hər şeylə əlaqəlandinnəyə
cəhd etdilər. Bütün bu izahları müzakirə etmək və tənqid etməyin
mənasi yoxdur. Bu nəzəriyyələr elm deyil, o elmi tenninlə
bəzədilmiş fikirlərdir, bu həqiqətin axtarişi olmayıb hansısa baxışın
inadkarlıqla təbliğidir. Həm də obyektiv elm üçün bütün bu izahlar
və tənqidlər artıq keçmişdə qalmışdır. Faktlarla mübahisə etmirlər,
son zamanlar bu faktlar o qədər çoxalmışdır ki, hətta onları
mənimsəmək belə çətinləşmişdir. Məsələn ABŞ-dakı Sloana
institutunun işləri olduqca maraqlıdır. Bədəndən kənar həyat
vəziyyətinə Boba Monro və digər elmi müəssisələrdə nail olmuşdur.
İndi alimlər faktın olması ilə bağlı yox, onu praktiki məqsədlər üçün
necə istifadə etmək ətrafında mübahisə edirlər. Şəxsiyyətə öz arzusu
ilə bədəni tərk etmək və bədənə qatıtmağa imkan verən məşq
metodları vardır. Bir çox ölkələrdə bu iş dövlət sirri hesab olunur.
Ümumiyyətlə, demək olar ki, bu problemi ciddi şəkildə öyrənən
alimlər üçün insanın hansısa daxili hissəsinin(qeyri-maddi) bədəni
tərk etməsi və ondan kənarda yaşaya bilməsi aydındır. Lakin indi də
ölümün rubi tərəfini və bədənin ölümündən sonra həyatın olması
fenomenini inkar edən və ya sadəcə olaraq susan alimlər çoxdur.
Mudinin, Satonun, Kyubler Rossun və başqalarının işləri elmi
dairələrdə yaxşı məlumdur.Bunlarla ümumiyyətlə mübahisə
etmirlər, ancaq əldə olunan faktları qəbul etməyən və bütün yeniyə
qarşı çıxan alimlər də az deyildir. Dayaq nöqtəsi kimi onlar, ilk
baxışdan həqiqətə uyğun gələn nəzəriyyədən istifadə edirlər. Bütün
insan qavrayışı, şüur, anlama, bütün psixika beyində cəmlənmişdir,
əgər beyin yoxdursa onda şüur
da, psixika da yoxdur. „Beyin və şüur ayrilmazdir” - bu fikir fakt
kimi irəli sürülür, əslində isə o fakt yox nəzəriyyədir. Onun təsdiqi
üçün adətən S.P.Pavlovun əsərlərinə istinad edirlər: guya o sübut
etmişdir ki, bütün psixi proseslər yalnız böyük beyin yarımkürəsində
baş verir. Əslində Pavlov belə deməmişdir və o özü mömin
olmuşdur. Psixi proseslərin beyindən ayrılmazlığı nəzəriyyəsi klinik
ölümlə bağlı reanimatoloqların əsərlərindən xeyli əvvəl alimlər
tərəfindən şübhə altına alınmışdır. Məsələn belə bir sual qoyulurdu:
“Əgər şüur beyində lokallaşırsa onda bu hansı hissədə olur? Şüurun
böyük yarımkürədə olması fikri təsdiq olunmamışdır. Məlum
olmuşdur ki, beynin bu hissəsi zədə alanda belə şüur qalır, şüurun
lokallaşdırılmasının tərəfdarları onun mərkəzini orta beynə
keçirdilər, lakin burada da onu tapmadılar. Şüurun mərkəzini
lokallaşdırmaq cəhdləri heç bir uğur gətirmədi: Etiraf etməyə
məcbur oldular ki, beyin və şüur arasındakı qarşılıqlı münasibət
göründüyündən də mürəkkəbdir. Materialist psixoloqların fikrin
beyindən ayrılması nəzəriyyələri lap əvvəldən qeyri-ciddi idi. Ciddi
alimlər hər hansı qərarı vemıəyə cəhd etdilər, hələ 1930-cu ildə
Şcrrinqton insanın ikili mahiyyətindən yazarkən beyin və əqlin bir-
birindən asılı olmadığını qeyd etmişdir. Penfild və başqa alimlər
əvvəlcə belə hesab edirdilər ki, şüur və ali mərkəzlər beyindədir və
onları lokallaşdırmağa xeyli əsərlər sərf etdilər- 1970-ci ildə Penfild
belə qənaətə gəldi ki, əql beynin məhsulu deyildir. Bir sözlə əqlin
enerjisi və beynin işlədiyi enerji müxtəlifdir. Penfild yazırdı ki,
“insan öz iradəsi ilə qan təzyiqini, temperaturunu, hətta
elektrokardiamin göstəricisini belə dəyişə bilər - bəs bu iradənin
mərkəzi hardadir”? O belə nəticəyə gəlir : “İkili mahiyyət (əqlin və
beynin ayrılması) haqqında nəzəriyyə həqiqətə daha çox yaxındır.’'
Bir sözlə beyin-mürəkkəb cihazdır, o əqllə birlikdə fəaliyyət
göstərir, ancaq əqlin də öz enerjisi vardır. Beyin təfəkkürün alətidir,
52
Dostları ilə paylaş: |