Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə19/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   15   16   17   18   19   20   21   22   ...   167

hadisə  üçün  onu  izah  etməyə  söz  tapmaq  lazımdır,  bununla  da 

düşünmə prosesi başa çatır. Çox vaxt bu sözün təkrarlanması ona 

vərdiş  yaradır  və  daha  heç  bir  sual  yaranmır.  Bəli  insanın 

problemlərdən  uzaqlaşmaq,  ona  göz  yummaq  bacarığı  var. 

İnamsızlıq  əqlin  məhsulu  deyildir,  duyğu  üstəgəl  inanmaq 

istəməməkdir. İngilislər deyillər ki, adamlar inanmaq istədiklərinə 

inanırlar.  İlahiyyatçılar  belə  hesab  edirlər  ki,  insanın ruhi  aləmini 

qavramaq üçün təbii olan beş hiss orqanı ilə yanaşı həm də “altmci 

hissə”malik olmalıdır-adamların əksəriyyətində bu hiss yoxdur. 

Mən  bu  fikirlə  razılaşmaq  istəməzdim.  Ruhun  bu  dünyada 

varlığını  qəbul  etmək,  duymaq  hissi  hamıda  var,  sadəcə  olaraq 

istifadə olunmayanda, məşq edilməyəndı o özünü göstərmir. İndiki 

qarışıq  dövrümüzdə  çoxları  həyatın  mənəvi  tərəfmə  baxmağı  az 

qala  unutmuşdur.  Axı  materiyadan  üstün  olanları  qavramaq  üçün 

bilik  və  təcrübə  zəruridir.  İnamsızlıq  heç  vaxt  biliyin  nəticəsi  ola 

bilməz  -  əksinə.  Dinə  inanmayanlarla  söhbət  etsəniz  əmin 

olacaqsiniz  ki,  o  heç  bir  müqəddəs  kitabı  oxumayıb,  heç  bir 

peyğəmbərin həyatını bilmir, ümumiyyətlə bu “əfsanələrə” inanmır. 

Ancaq “inanmaq” və “inanmamaq” üçün söhbətin nədən getdiyini 

bilmək lazımdır. Əgər biz bir şeyi bilmədən onu həll ediriksə bizim 

bu  qərarın  bizim  üçün  heç  bir  dəyəri  yoxdur.  Ancaq  bir  bilik, 

həqiqəti  öyrənməklə  mənəvi  həqiqətləri  tam  mənimsəmək 

qeyri-mümkündür.  Həqiqətlə,  biliklə  yanaşı  təcrübə  də  lazımdır. 

Dua  etmək  -  Allahı  dərk  etmək  təcrübəsidir.  Əgər  siz  ruhun 

varlığına  şübhə  edirsinizsə  dua  etməkdən  başlayın.  Dua  insandan 

üstün olan qüvvələrlə əlaqədir, onlara müraciətdir, kömək istəyidir 

və  siz  mütləq  onu  alacaqsınız.  Təbiətdən  ayrılmamaq  da  Allaha 

gedən  yoldur.  Hamıdan  uzaqlaşıb  tək  qalmaqda  bir  təcrübədir  - 

sakitliyə  çəkilin,  öz  fıkirlərinizlə  qalın,  onun  axarı  ilə  gedin.  Tək 

qalmaq,  özünə  qapanmaq  xirda  qayğılardan,  həyəcanlardan  xilas 

olmağın ən yaxşı yoludur. Hər axşam yatmazdan əvvəl parka çıxın, 

tək hərlənin, sakitcə aydın səmaya baxıb 

56 



düşünün - onda gün orzində dork edə bilmədiklərinizi qısa müddətdə 

anlayacaqsınız. İnamsızlığı həm də bizim elmə olam həddindən artıq 

inamımız yaradır - söhbət həqiqi, obyektiv elmdən yox, ayrı - ayrı 

nəzəriyyələrdən,  hansısa  alimin  baxışlarından  gedir.  Çoxları  üçün 

alim sozü elmin sözünə bərabərdir və inam kimi qəbul olunur. Bu 

düzgün  deyildir.  Alimlər  də  bizim  kimi  səhv  edə  bilərlər,  bəzən 

onlar bizdən də böyük .səhvlər edirlər, indiki dövrdə universal alim 

olmaq  qeri  -  mümkündür; bütün  müasir  alimlər  -  biliyin  hər  hansı 

sahəsinin mütəxəssisləridirlər. Onlar bu sahədə zirvədə dayanırlar, 

başqa  sahədə  onların  bilikləri  primitivdir.  Bundan  ba.şqa  öz 

ixtisaslarının  detallarına  alüdə  olduqlarından  bütövü  dərk  edərkən 

çox  şeyləri  diqqətdən  kənarda  qourlar.  Universal  alimlər  -  demək 

olar  ki.  adamların  ölmüş  cinsidir;  müdrüklük  və  bilik  eyni  şey 

deyildir. Əsil alim obyektiv və qərəzsiz hər hansı fenomeni, predmet 

və hadisəni öyrənir, tədqiq edir, tədqiqatlarının nəticələrindən irəli 

gələn məntiqi ümumiməş- dirmələr edir. Meç də bütün alimlər bizim 

onlara olan etibarımıza baxmayaraq bu tələblərə cavab vermir. Heç 

hər bir professor, akademiki alim hesab etmək olmaz. Heç də hər 

bir  professor  və  akademik  sözün  həqiqi  mənasında  alim  deyildir. 

Aleksis  Kervil  “İnsan  naməlumluqduf'  kitabında  alimlər  haqqında 

yazır  :  “Nəhayət  ki,  alimlər  də  -  adamlardır,  onlar  böyük  həvəslə 

məlum  nəzəriyyələrlə  izah  olunmayan  faktların  mövcud  olduğunu 

qəbul  etmirlər.  Hal  -  hazırda  llzioloji  proseslərin  fiziki,  kimyavi 

aspekti  ilə  məşğul  olanlar  telepatiyanı  və  digər  metafizik 

fenomenləri illyuziya kimi qəbul edirlər. Qeyri - ortodoksal görünən 

ən aydın faktları belə onlar qəbul etmirlər’. Yeni hadisələri daha çox 

mütəxəssislər qvƏbul etmirlər : onlar ciddi şəkildə inandıqlarının və 

başqalarına  öyrətdiklərinin  səhv  olduğunu  etiraf  etmək  istəmirlər. 

Onlar  uzun  müddət  aydın olanları qəbul etmədiklərinə  görə elmin 

inkişafını ləngitmişdirlər. Bir neçe nümunəyə nəzər salaq. 

57 



XIX əsrə qədər adamlar meteoritlərin mövcudluğuna inanmaq

 

istəməmişlər, onların yerdə izlərini, bəzən 



meteoritlərin özlərini görsələr də bunu qəbul edə bilmirdilər. Onlar 

“göydən  yerə  daş  düşə  bilməz,  çünki  orada  daş  yoxdur”  deyən  0 

dövrün  alimlərinə  kor  -  koranə  inanırdılar.  Qədim  dövrün 

müdrükləri daha ağıllı olub meteoriti hər hansı Allahın qəzəbi kimi 

qəbul  edirdilər.  Səhv  izah  versələr  də,  faktın  varlığını  qəbul 

edirdilər.  Biz  hər  biriniz  bütün  sahələrdə  özümüzə  yenidən  nəzər 

salmalı,  heç  nəyi  atmamalı  və  qərəzli  yanaşmamalıyıq.  Mistik 

fenomenləri  də  tədqiq  etmək  mümkündür.  istənilən  elmin  məğzi 

nəzəriyyələrdən  çox  yeni  faktların  aşkar  olunmasında,  onların 

mənimsədiləsində  və  biliklər  toplanmasındadır.  Vaxtaşırı  kəşf 

olunan  hər  bir  yenilik  vaxtı  nəzəriyyələrə  yenidən  nəzər  salmaq, 

onları dəyişdirmək, hətta lazım gələrsə tamam atmaq lazımdır. Bu 

indi  insan  orqanizminin  ölümü  ilə  məşğul  olan  tibb  elminin 

sahəsində baş verir. Elmin tərəqqisi üçün nəzəriyyələr də lazımdır, 

ancaq  onların  yalnız  köməkçi  əhəmiyyəti  var  və  lazım  gələndə 

dəyişdinnək vacibdir. İlk idrak mənbəyi - elm və din mövcuddur. Öz 

elmi əsaslarını yaradan materialistlər belə hesab edirlər ki, elm və 

din bir - birinə ziddir  - çoxları bu gün buna inanır. Əslində isə bu 

belə deyildir. Din bir çox elmi nəzəriyyələrlə barışmır - bu o demek 

deyil  ki,  o  bütövlükdə  elmi  və  yeni  elmi  məlumatları  rədd  etmir. 

Onlarin arasında heç bir ziddiyyət yoxdur, əksinə onlar bir - birini 

tamamlayır. İki möhtəşəm qüvvə - elm və din müasir sivilizasiyanı 

müəyyan  edir  və  fonnalaşdırır.  Elm  vasitəsilə  adamlar  dünyanın 

sirrinə  daxil  olmağa,  din  vasitəsilə  yaradanı  dərk  etməyə  cəhd 

edirlər. Bu qüvvənin hər biri bir -birindən asılıdır. Mən dünyada ali 

əqlin  varlığını  etiraf  etməyən  alimi  və  ya  elmin  tərəqqisini  qəbul 

etməyən ilahiyyatçını başa düşmürəm. Elm və din bacıdırlar, onlar 

yaxşı dünya yaratmağa can atırlar. Elm yeni məlumatları adətən iki 

yolla  əldə  edir,  indi  isə  psixoloqlar,  psixiatrlar  üçüncü  yolun 

olduğunu bildirirlər. Bilik dərin anlama və hətta 

58 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə