OLÜM MÖHTƏŞƏM BİR YALANDIR
Müxtolif tarixi dövrlərdə ayrı-ayrı dövlət xadimlərinin
başladığı müharibələr milyonlarla gəncin yetkinlik yaşında həyatına
son qoymuşdur.Onların da bizim kimi yaşamağa, həyatdan zövq
almağa tam hüquqları olmuşdur.Bütün bunlar mövcud sosial-ictimai
institutların, hökumətlərin görünməz vəhşilikləri nəticəsində
olmuşdur,onlar əllərində olan
hakimiyyətdən istifadə edərək sülh tərəfdarlarının çıxışlarına belə
məhəl qoymadan az qala Allahın özünə qarşı çıxaraq heç nədən
çəkinmədən bu vəhşiliklərə rəvac vennişlər,milyonlarla insanların
ölümünə,onların doğmalarının matəm saxlamasına səbəb olan
əməllərə imza atmışlar.Şübhəsiz ki,tarixdə olan vəhşilikləri, son
vaxtlarda Qarabağ hadisələri ilə bağlı tökülən qanları xatırlayanda
qarşımda lap qədim dövrlərdən səslənən dəhşətli bir
problem-insanın taleyi problemi dayanır. Doğurdanını bu
problemlərin həlli yoxdur, doğurdanını bu problemlərin açarını
tapmaq mümkün olmayacaqdır?Bu sirrin üzərindəki sirli pərdəni
götürmək mümkün deyildir.Bəlkə heç olmasa bu pərdəni bir az
aralayaqVTəəssüf ki,bu faydasız, mənasız bir ümüddir!Yaranan
bütün dinlər ürəyimizin bu yanğısını söndürə bihnədi,bu sirri dərk
etmək istəyimizi izah etmədi,nə üçün qarşımızda olan
soyumuş,hərəkətsiz uzanan sevimli insanı görərkən göz yaşlarımızı
saxlaya bilməməyi mizin səbəbini demədi-bir sözlə verdiyi vədləri
elə də yerinə yetirmədi.Bu gün də ağıllı izaha ehtiyacımız var.Hətta
ən mənalı teoloji traktatlarda belə ümüdverici heç nə tapmaq
olmur-yalnız mücərrəd fikirlərlə başımızı qatırlar.Bizə isə
təmtətaqlı,rəngli cümlələr yox,fakt,həm də inamlı fakt lazımdı.Olüm
insanları narahat edən ən mühüm məsələ- dir,həmişə adamlar onun
sinini öyrənməyə çalışmışlar, bu problemlə bütün dövrlərdə bütün
xalqlar qarşılaşmışlar. Ölüm olduqca qüdrətli,tilsimli sözdür.O
anadan olandan bizi müşaiyət edir.O bizim Yerdə mövcud
olmağımız qanununun
65
bir hissəsidir.Həm doğum,həm də ölüm ümumi təkamülün
inkişafının iki qanunauyğun keçid dövrüdür,bununla belə doğum
kimi təbii hadisə olan ölüm bizim üçün fövqəltəbii ,qəbul edilməz və
nifrət doğuran hadisədir.Ölümdən sonra həyatın davam etməsi
ümüdi istənilən adamın anadangəlmə hissidir.Bütün dövrlərdə,bütün
xalqlarda bu fikir olmuşdur.
Din xadimləri söhbətlərində “cəhənnəm odu” haqqında
ağızdolusu danışırlar,günahı olanın bu odda yanmasını təsvir etməyə
çalışırlar.İnkar etmək olmaz ki,hər bir adamı aldığı son nəfəsdən
sonra nələr olacağı maraqlandırır.İstənilən adam qarşıdan gələn
ölüm haqqında fıkirləşir.Əgər insan həyatı bu qədər
qısa,mənasızdırsa, o heç hara aparmırsa,onda nə üçün bu qədər
vəhşiliklər
törədilir,adamlar
bir-birinə
pislik
etməkdən
çəkinmirlər?Həqiqətin gözünün içinə cəsarətlə baxmaq lazım-
dır.Ölüm-həyatm ən yüksək həddidir,onun ali hadisəsidir. Onu
öyrənməmək olmaz axı hər birimizin qarşısında dərin bir uçurum var
və hər birimizin nə vaxtsa ora düşəcəyim labüddür.Bu problemin
həllolunmaz olduğunu təsdiq etmək, onsuz da heç nəyi aydınlaşdıra
bilməyəcəyimizi düşünmək, onsuz da həqiqəti üzə çıxamıaq
olmayacaq demək-bütün bunlar bizim tənbəlliyimizdən irəli gələn
bəhanələrdir, biganəliyimiz və heç bir əsası olmayan
qorxumuzdur.Əgər insan əvəzedilməz itki ilə üzləşirsə onda mütləq
bu vacib olan sualın cavabını axtaramaq istəyir.Ölüm doğma adamı
bizdən ayırır və biz həm də öz taleyimiz haqqında düşünürük.Yəni
bu ölmüş adamla daha görüşməyəcəyik,bu əbədi ayrılıqdır? Görəsən
Allah
ölüm
adlı
qorxulu
bir
hadisəni
nə
üçün
yaratmışdır?Bəşəriyyətin həyatına ədalətsizlik ,qəzəb, qəddarlıq
hakim kəsilmişdir və heç kim təbiətin ürəyimizə bəxş etdiyi hissləri
nəzərə
almır.Bəlkə
təbiət
özü
günahkardır?Bizim
öz
iradəmiz,qarşımıza qoyduğumuz məqsədimiz varmı?Bəlkə bizim
beynimizdə əqil, xeyirxahlıq, ədalət, mərhəmət haqqında təsəvvürlər
bütün kainatdan olduqca çoxdur? Bu sirr hələ ço,\ suallar
yaradacaqdır.Biz hamımız öləcəyik,buna heç kimin
66
şübhəsi yoxdur.Öz ölümümüzdən ,çox sevdiyimiz adamların
ölümündən qorxmağa dəyərmi?Ölümün yaratdığı dəhşət- mənası
olmayan söz birləşməsidir.İki ehtimal var:biz ya ölürük, ya da
qəbirdə də həyat davam edir.Əgər biz təmiz ölürüksə,heç bir
qalığımız qalmırsa bunun haqqında heç nə bilməyəcəyik.Yox əgər
bizim yaşamağımız davam edəcəksə onda bu mövzunu öyrənməyə
dəyər.
Günlərin bir günü bizim bədənimiz öz həyatını başa
vuracaqdır,buna heç bir şübhə yoxdur.Bu bədən parçalanır,əriyib
yox olur.Bədənin nə vaxtsa dirilməsi ilə bağlı söhbətləri çox adam
artıq ciddi qəbul etmir.Gürcüstanm Qarayazı bölgəsinin Ağtəhlə
kəndində ölünü katakomba qəbirlərində dəfn cdirlər.Az qala balaca
otağı xatırladan bu qəbrə sonradan daha kimisə dəfn edə bilərlər.Bir
dəfə belə dəfn vaxtı mən qəbirdə əvvəlcə ölən adamın bir neçə
sümüyündən başqa heç nə qalmadığını gözlərimlə görmüşəm.
1990-cı il Bakıda törədilən qırğından sonra şəhidləri keçmiş
Çəmbərəkənd qəbirstanlığında dəfn etmək qərara alındı-qəbir
qazılmasında iştirak etdiyimdən köhnə qəbirlərdə yalnız sümüklərin
qaldığını şəxsən görmüşəm.Əgər bizim fikrimiz, bizim psixi
mahiyyətimiz bizim maddi substansiyamızın dağılmasını hiss
cdirsə,yaşayırsa onda biz yenidən həyat sevincini əldə edəcəyik və
bu cür olduqca şüurlu həyat hansısa başqa formada davam
edəcəkdir,o əvvəlkindən üstün
olacaqdır-bu tərəqqi kimlərinsə uydurması olmayıb təbiətin
qanunudur:o tarixin inkişafının bütün mərhələlərində təzahür
etmişdir. M.Avreli yazırdı ki, ölüm təbiətin əməlidir və ondan
qorxanı uşaq hesab etmək olar.Ölümə fəlsəfi yanaşmaq ondan
ibarətdir ki,ölümü
sakitcə gözləmək,heç bir həyəcan
kcçiiTnəmək
lazımdınölüm
bədənimizdə
olan
atomların
dağılmasıdır: Bu təbiətə uyğun gəlir.”Mən öləcəm?Sonra nə
olacaq?”deyə düşünən hər bir adam həyəcan keçirir.Deyirlər bu vaxt
biz öz sadəlöhv şöhrətpərəstliyimizi təzahür etdiririk. Burada bir
məntiq var.Biz özümüzü çox yüksək qiymətlən-
67
Dostları ilə paylaş: |