Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov


OLÜM MÖHTƏŞƏM BİR YALANDIR



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə22/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   18   19   20   21   22   23   24   25   ...   167

OLÜM MÖHTƏŞƏM BİR YALANDIR 

Müxtolif  tarixi  dövrlərdə  ayrı-ayrı  dövlət  xadimlərinin 

başladığı müharibələr milyonlarla gəncin yetkinlik yaşında həyatına 

son  qoymuşdur.Onların  da  bizim  kimi  yaşamağa,  həyatdan  zövq 

almağa tam hüquqları olmuşdur.Bütün bunlar mövcud sosial-ictimai 

institutların,  hökumətlərin  görünməz  vəhşilikləri  nəticəsində

 

olmuşdur,onlar əllərində olan 



hakimiyyətdən  istifadə  edərək  sülh  tərəfdarlarının  çıxışlarına  belə 

məhəl  qoymadan  az  qala  Allahın  özünə  qarşı  çıxaraq  heç  nədən 

çəkinmədən  bu  vəhşiliklərə  rəvac  vennişlər,milyonlarla  insanların 

ölümünə,onların  doğmalarının  matəm  saxlamasına  səbəb  olan 

əməllərə  imza  atmışlar.Şübhəsiz  ki,tarixdə  olan  vəhşilikləri,  son 

vaxtlarda Qarabağ hadisələri ilə bağlı tökülən qanları xatırlayanda 

qarşımda  lap  qədim  dövrlərdən  səslənən  dəhşətli  bir 

problem-insanın  taleyi  problemi  dayanır.  Doğurdanını  bu 

problemlərin  həlli  yoxdur,  doğurdanını  bu  problemlərin  açarını 

tapmaq  mümkün  olmayacaqdır?Bu  sirrin  üzərindəki  sirli  pərdəni 

götürmək  mümkün  deyildir.Bəlkə  heç  olmasa  bu  pərdəni  bir  az 

aralayaqVTəəssüf  ki,bu  faydasız,  mənasız  bir  ümüddir!Yaranan 

bütün dinlər ürəyimizin bu yanğısını söndürə bihnədi,bu sirri dərk 

etmək  istəyimizi  izah  etmədi,nə  üçün  qarşımızda  olan 

soyumuş,hərəkətsiz uzanan sevimli insanı görərkən göz yaşlarımızı 

saxlaya bilməməyi mizin səbəbini demədi-bir sözlə verdiyi vədləri 

elə də yerinə yetirmədi.Bu gün də ağıllı izaha ehtiyacımız var.Hətta 

ən  mənalı  teoloji  traktatlarda  belə  ümüdverici  heç  nə  tapmaq 

olmur-yalnız  mücərrəd  fikirlərlə  başımızı  qatırlar.Bizə  isə 

təmtətaqlı,rəngli cümlələr yox,fakt,həm də inamlı fakt lazımdı.Olüm 

insanları narahat edən ən mühüm məsələ- dir,həmişə adamlar onun 

sinini  öyrənməyə  çalışmışlar,  bu  problemlə  bütün  dövrlərdə  bütün 

xalqlar  qarşılaşmışlar.  Ölüm  olduqca  qüdrətli,tilsimli  sözdür.O 

anadan  olandan  bizi  müşaiyət  edir.O  bizim  Yerdə  mövcud 

olmağımız qanununun 

65 



bir  hissəsidir.Həm  doğum,həm  də  ölüm  ümumi  təkamülün 

inkişafının  iki  qanunauyğun  keçid  dövrüdür,bununla  belə  doğum 

kimi təbii hadisə olan ölüm bizim üçün fövqəltəbii ,qəbul edilməz və 

nifrət  doğuran  hadisədir.Ölümdən  sonra  həyatın  davam  etməsi 

ümüdi istənilən adamın anadangəlmə hissidir.Bütün dövrlərdə,bütün 

xalqlarda bu fikir olmuşdur. 

Din  xadimləri  söhbətlərində  “cəhənnəm  odu”  haqqında 

ağızdolusu danışırlar,günahı olanın bu odda yanmasını təsvir etməyə 

çalışırlar.İnkar  etmək  olmaz  ki,hər  bir  adamı  aldığı  son  nəfəsdən 

sonra  nələr  olacağı  maraqlandırır.İstənilən  adam  qarşıdan  gələn 

ölüm  haqqında  fıkirləşir.Əgər  insan  həyatı  bu  qədər 

qısa,mənasızdırsa,  o  heç  hara  aparmırsa,onda  nə  üçün  bu  qədər 

vəhşiliklər 

törədilir,adamlar 

bir-birinə 

pislik 


etməkdən 

çəkinmirlər?Həqiqətin  gözünün  içinə  cəsarətlə  baxmaq  lazım- 

dır.Ölüm-həyatm  ən  yüksək  həddidir,onun  ali  hadisəsidir.  Onu 

öyrənməmək olmaz axı hər birimizin qarşısında dərin bir uçurum var 

və  hər  birimizin  nə  vaxtsa  ora  düşəcəyim  labüddür.Bu  problemin 

həllolunmaz olduğunu təsdiq etmək, onsuz da heç nəyi aydınlaşdıra 

bilməyəcəyimizi  düşünmək,  onsuz  da  həqiqəti  üzə  çıxamıaq 

olmayacaq  demək-bütün  bunlar  bizim  tənbəlliyimizdən  irəli  gələn 

bəhanələrdir,  biganəliyimiz  və  heç  bir  əsası  olmayan 

qorxumuzdur.Əgər insan əvəzedilməz itki ilə üzləşirsə onda mütləq 

bu vacib olan sualın cavabını axtaramaq istəyir.Ölüm doğma adamı 

bizdən ayırır və biz həm də öz taleyimiz haqqında düşünürük.Yəni 

bu ölmüş adamla daha görüşməyəcəyik,bu əbədi ayrılıqdır? Görəsən 

Allah 


ölüm 

adlı 


qorxulu 

bir 


hadisəni 

nə 


üçün 

yaratmışdır?Bəşəriyyətin  həyatına  ədalətsizlik  ,qəzəb,  qəddarlıq 

hakim kəsilmişdir və heç kim təbiətin ürəyimizə bəxş etdiyi hissləri 

nəzərə 


almır.Bəlkə 

təbiət 


özü 

günahkardır?Bizim 

öz 

iradəmiz,qarşımıza  qoyduğumuz  məqsədimiz  varmı?Bəlkə  bizim 



beynimizdə əqil, xeyirxahlıq, ədalət, mərhəmət haqqında təsəvvürlər 

bütün  kainatdan  olduqca  çoxdur?  Bu  sirr  hələ  ço,\  suallar 

yaradacaqdır.Biz hamımız öləcəyik,buna heç kimin 

66 



şübhəsi  yoxdur.Öz  ölümümüzdən  ,çox  sevdiyimiz  adamların 

ölümündən  qorxmağa  dəyərmi?Ölümün  yaratdığı  dəhşət-  mənası 

olmayan  söz  birləşməsidir.İki  ehtimal  var:biz  ya  ölürük,  ya  da 

qəbirdə  də  həyat  davam  edir.Əgər  biz  təmiz  ölürüksə,heç  bir 

qalığımız qalmırsa bunun haqqında heç nə bilməyəcəyik.Yox əgər 

bizim yaşamağımız davam edəcəksə onda bu mövzunu öyrənməyə 

dəyər. 

Günlərin  bir  günü  bizim  bədənimiz  öz  həyatını  başa 



vuracaqdır,buna  heç  bir  şübhə  yoxdur.Bu  bədən  parçalanır,əriyib 

yox olur.Bədənin nə vaxtsa dirilməsi ilə bağlı söhbətləri çox adam 

artıq  ciddi  qəbul  etmir.Gürcüstanm  Qarayazı  bölgəsinin  Ağtəhlə 

kəndində ölünü katakomba qəbirlərində dəfn cdirlər.Az qala balaca 

otağı xatırladan bu qəbrə sonradan daha kimisə dəfn edə bilərlər.Bir 

dəfə  belə  dəfn  vaxtı  mən  qəbirdə  əvvəlcə  ölən  adamın  bir  neçə 

sümüyündən  başqa  heç  nə  qalmadığını  gözlərimlə  görmüşəm. 

1990-cı  il  Bakıda  törədilən  qırğından  sonra  şəhidləri  keçmiş 

Çəmbərəkənd  qəbirstanlığında  dəfn  etmək  qərara  alındı-qəbir 

qazılmasında iştirak etdiyimdən köhnə qəbirlərdə yalnız sümüklərin 

qaldığını  şəxsən  görmüşəm.Əgər  bizim  fikrimiz,  bizim  psixi 

mahiyyətimiz  bizim  maddi  substansiyamızın  dağılmasını  hiss 

cdirsə,yaşayırsa onda biz yenidən həyat sevincini əldə edəcəyik və 

bu  cür  olduqca  şüurlu  həyat  hansısa  başqa  formada  davam

 

edəcəkdir,o əvvəlkindən üstün 



olacaqdır-bu  tərəqqi  kimlərinsə  uydurması  olmayıb  təbiətin 

qanunudur:o  tarixin  inkişafının  bütün  mərhələlərində  təzahür 

etmişdir.  M.Avreli  yazırdı  ki,  ölüm  təbiətin  əməlidir  və  ondan 

qorxanı  uşaq  hesab  etmək  olar.Ölümə  fəlsəfi  yanaşmaq  ondan 

ibarətdir ki,ölümü 

sakitcə gözləmək,heç bir həyəcan 

kcçiiTnəmək 

lazımdınölüm 

bədənimizdə 

olan 


atomların 

dağılmasıdır:  Bu  təbiətə  uyğun  gəlir.”Mən  öləcəm?Sonra  nə 

olacaq?”deyə düşünən hər bir adam həyəcan keçirir.Deyirlər bu vaxt 

biz  öz  sadəlöhv  şöhrətpərəstliyimizi  təzahür  etdiririk.  Burada  bir 

məntiq var.Biz özümüzü çox yüksək qiymətlən- 

67 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə