Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə167/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   159   160   161   162   163   164   165   166   167

bir  görüş  adamları  daha  da  ciddiləşdirir.Kədər  etiraz  hissi  yarada 

bilər və insanda həmişə nəyi isə düzəltmək istəyi olur. Yaxın adam 

öləndə  siz  ağlayırsınız,özünüzü  köməksiz  hiss  cdirsiniz,günahkar 

sayırsınız,heç  bir  kömək  göstərmədiyinizə  görə  qəmlənirsiniz.Siz 

təksiniz-bu  sizin  kədərinizin  ən  çətin  tərəfidir.  Kədərin  ilk 

mərhələsi-sarsıntı,hissiyyatsızlıqdır.İtkini dərk etmək belə mümkün 

deyildir.Zəruri olan hər şey avtomatik edilir.Yuxu yoxdur,iştahanız 

pozulub,hər  şey  mənasız  görünür,ətrafınızda  sanki  bir  boşluq 

yaranıb.Ancaq əmin olun ki,rəhmətə gedən yaxınınız sizin bu qədər 

kədərlənməyinizi istəmir. Çalışın onun ruhuna dua edəsiniz-bu həm 

ona,həm də sizə lazımdır. Onunla axirət dünyasında görüşəcəyinizə 

ümid  edin.  Vaxt  keçəcək  və  emosional  tarazlığınız  tədricən  bərpa 

olunacaqdır. Bir-iki günü tam ölən adama həsr edin, onu gözünüzün 

qabağında  canlandırın,  onunla  söhbət  cdin-bundan  sonra 

kədərlənsəniz də dua edin, ancaq gündəlik işinizə qayıdın, adamlarla 

ünsiyyət yariaVJm,’ heç vaxt tənhalığa qapılmayın. Bəzən keçirilən 

hissləri- 

almaq kömək 

edir.Yazmaqla  siz  olanları  bir  də  yaşasanız  da  bununla  belə 

kədərinizi  azaltmış  olursunuz.Əvvəllər  dünyasını  dəyişən 

doğmalarla 

vidalaşmağın 

özündə 

dərin 


bir 

müdriklik 

olmuşdur.Adamlar  öz  hisslərini  gizlətmirdilər,  ağlayırdılar,  ölənin 

cəsədi evdə saxlanılır,bütün gecəni onunla qalırdılar. Dəfndə iştirak 

edənlər 

müəyyən 


mənada 

bu 


kədəri 

yüngülləşdirməyə 

çalışırdılar.Düzdür  bu  gün  də  dəfn  mərasimləri  keçirilir,ancaq 

müasir  həyat  tərzi  bu  mərasimə  də  təsir  edir.Cənazənin  ətrafına 

toplaşan qadınlar növbə ilə ağı deyirlər-hər yerin özünəməxsus adəti 

var.Bəzi 

yerlərdə 

ağlaşma 


vaxtı 

qadınlar 

növbə 

ilə 


“dif’deyirlənsağlarm  adlarını  çəkməklə  onları  ölənin  ruhuna 

yalvardırlar.Qarayazı 

bölgəsinin 

Ağləhlə 


kəndində 

dəfn 


mərasimində qadınların ağlaşmasının öz qəribəliyi var.Burada sanki 

bəhsə  girirlər.Ancaq  burada  da  həyatın  təbii  dəyişikliyi  hiss 

olunmaqdadır-“dir  deyib  ağlayan  qadının  mobil  telefonuna  zəng 

gəlir-qadın qoynundan telefonu 

503 



tapıb  çıxarana  qədər  mərasim  iştirakçıları,rəhmətə  gedən  ölünün 

ruhu bir “Yanıq Kərəmiyə” qulaq asır-zəng Moskva- dandır-qadın 

telefon  qulağında  xeyli  ağlayır,xəttin  o  başında  olanın  adını  çəkib 

onu  ölənə  yalvardır,oturan  qadınlar  da  ona  qoşulur-birdən  qadın 

hamıya”sakit  durun”  deyib  telefonu  diktafona  qoyur-ölünü 

Moskvadan ağlamağa başlayırlar... 

Dünyasını  dəyişən  sizin  üçün  ölməyib,onun  ruhu  sizinlədir  və 

sizin  haqqınızda  düşünür.Ruh  sizin  lap  yanınızdadır,o  sizinlə 

vidalaşmaq  istəyir  -hər  biriniz  dəfnlə  bağlı  bütün  qaydalara  riayət 

edin.Rəhmətə  gedənin  paltarlarını  evdə  saxlamayın,onu  məscidə 

verin-bu paltarlar,ölənin şəxsi əşyaları da onunla birlikdə bu evi tərk 

etməlidir.Bu biganəlik və ya eqoizm deyildir.Öləni unutmaq olmaz, 

əksinə  onu  həmişə  yaddaşınızda  saxlayın.Qəbir  üstə  baş  çəkməyi 

unutmayın.Bəli  0  öldüiAncaq  ölən  o  yox,onun  bədənidino  isə 

yaşayır,o da bizim kimi yaşayır,sadəcə olaraq başqa varlıq şəklində 

mövcuddur.O  sizin  yanınıza  gəlir,sizə  baxır.Onun halı  yaxşıdır,siz 

ağlayanda,  ondan  ötrü  kədərlənəndə  o  bunu  anlamır,bu  hal  onu 

incidir.Onların  yaşayış  tərzi  bizim  həyatımızdan  yaxşıdır.Əgər  siz 

onunla üz-üzə dayanıb danışa bilsəydiniz və ondan yenidən bədəninə 

qayıtmağı  xahiş  etsəydiniz  0  heç  vaxt  buna  razı  olmazdı...Bax 

belə,istədiyiniz qədər ağlayın... 

Bütün  dövrlərdə  adamlar  əbədi  həyatı  arzulamışlar,bu  gün  də 

arzulayırlar.Çoxları  bu  vaxt  elmə  və  elmi-texniki  tərəqqiyə  ümid 

edirlər.Söhbət 

cəsədin 

çürüməsinin 

qabağını 

almaqdan 

gedir-ehtimal  edilir  ki,bədəni  -273  dərəcə  dondurmaqla  onun 

çürüməsinin  qabağını  almaq  olar  və  sonradan  bu  bədəni  yenidən 

diriltmək  mümkün  olar.İmkanh  adamlar  bədənlərini  dondurmaqla 

vaxtı  50-100  il  uzatmaq  istəyirlər-onlar  güman  edirlər  ki,bu  vaxta 

qədər  elm  inkişaf  edəcək  və  onların  düçar  olduqları  xəstəlikləri 

müalicə  etməkdə  aciz  olan  elm  həmin  vaxta  qədər  bu  xəstəlikləri 

müalicə etmək yolunu tapacaqlar və bununla da onların bədənlərini 

diriltmək mümkün 

504 



olacaqdır.Ancaq  bir  çox  nüfuzlu  alimlər  bu  ümidlərin  özünü 

doğrultmayacağmı  qətiyyətlə  bildirsələr  də  adamlar  hələ  də  ümid 

edirlər.Bəşəriyyəti  gələcəkdə  gözləyən  problemlərlə  bağlı  yapon 

alimlərinin kollektiv məruzələrində deyilir ki,2020-ci ildə “ölməzlik 

formulu"  irəli  sürüləcəkdir.Bəlkə  də  bu  kitabı  oxuyanlardan 

kimlərsə əbədi olmasa da (axı təbiətdə əbədi heç nə yoxdur) ən azı 

150-200 il yaçayacaqlar.Yəqin ki,onda insanlar real həyata daha çox 

bağlanacaqlar-yaponlarm bu fikrini tənqid etmək fikrim yoxdur-hər 

halda vaxt sınaqdan keçmək üçün əlverişlidir. 

Ölüm haqqında elm-gənc elmdir,lakin o artıq canvermə prosesi 

və ölümün özü ilə bağlı yeni anlayışları irəli sürmüşdür. Canvermə 

vaxtı  şəxsiyyətin  hansısa  hissəsi  reallığın  yeni  şəraitinə  keçir  və 

şüurlu olaraq mövcudluğunu davam ctdirir.İnsanın ruhu və bədəni 

var.Yer  şəraitində  onlar  birləşmişlər  və  bir  yerdə  yaşayırlar,onlar 

ayrılmazdırlar.  Bədənin  ölümündən  sonra  ruh  axirət  dünyasında 

yaşamağı  davam  etdirir.Ruh  bədəndən  kənarda  olanda  da  Yer 

şəraitində dolaşa bilər.Hal-hazırda bu fakt obyektiv elm tərəfindən 

təsdiq  olunmuşdur.Müxləlif  ölkələrin  elmi-tədqiqat  institutları 

ruhun bədəndən kənar həyal şəraitini öyrənirlər.Ruh bədənə maddi 

həyatda  yaşamaq  üçün  yox,öz  fəaliyyəti  üçün  ehtiyac  duyur  :  ruh 

bədənsiz də yaşaya bilər.Başqa bir sual doğur : bədən ruhsuz yaşaya 

bilərıni?Təbiətdə  mövcudluğun  hansısa  aşağı  səviyyəsi  ruhsuz 

mümkündür--  lakin  şüurlu  insan  həyatı  ruhsuz  ola  bilməz.Ölüm 

vaxtı ölüm bədənə daxil olana qədər ruh onu tərk edir.Ruh çıxandan 

sonra  bədən  hərəkətsiz  olur  və  həyat  əlamətlərini  itirir,ancaq  ruh 

bədənə  yenidən  qayıdanda  insan  dirilir,bütün  həyat  funksiyaları 

bərpa olunur.Hər halda ruh bədəni tərk etdikdən sonra müəyyən vaxt 

ərzində  bədən  potensial  yaşamaq  imkanını  saxlayır.Ölüm  “an" 

deyifkeçid  prosesidir,müəyyən  vaxt  aparır  və  hansısa  müddət 

ərzində  ruhun  bədənə  qayıtması  və  burada  öz  həyatını  davam 

etdirməsi  mümkündür.Bədən  və  ruh  ayrı-ayrı  mövcud  olan 

müddətdə 

505 



ətraf aləmlə bədən yox,ruh əlaqə saxlayır və yaşayır.Əgər bədən və 

ruh ayrı düşdükləri vaxt müxtəlif yerlərdə olmuşlarsa həyata qayıdan 

adam 

bədənin 


yox,ruhunun 

olduğu 


şəraiti,onun 

başına 


gələnləri,ruhun şahid olduğu hadisələri təsvir edir.Bu vaxt ərzində 

onun bədəni heç nə görmür,eşitmir və qavramır.Görünür beyin bu 

vaxt işləməmiş, ən azı ətraf aləmlə heç bir əlaqəyə girməmiş və hətta 

olan  şeyləri  belə  qəbul  edib  qeydə  almamışdır.  Bədənin  başına 

gələnlər  insanın  yaddaşında  heç  bir  iz  qoymamışdır.  Yaddaş 

pozğunluğu da az olmuşdur - klinik ölümün davam etməsi vaxtına 

uyğun  yaddaşdan  son  hadisələr  qismən  pozula  bilər  -  yaddaşda 

ruhun  başına  gələnlər  həkk  olunur.  Ruhun  bədənə  yenidən  daxil 

olması  heç  də  həmişə  alınmır-hansısa  həyat  əhəmiyyətli  orqanın 

dağılması  ilə  birləşməsi  qeyri-mümkün  olur.  Reanimasiya  cəhdi 

adətən ilk dəqiqələrdə uğurlu olur-həyat funksiyası sönəndən sonra 

bir  iki  dəqiqə  keçmiş  toxumaların  struktur  dağılması  başlayır. 

Düzdür  daha  uzun  müddətdən  sonra  da  ruhun  bədənlə  birləşməsi 

faktları  çoxdur.  Müqəddəs  kitablarda  belə  dirilmə  ilə  bağlı 

məlumatlar verilir. Bu məsələlərə kitabda kifayət qədər yer vennəyə 

cəhd  etmişəm-gəldiyim  əsas  qənaət  odur  ki,  müasir  elm  bədənin 

ölümündən  sonra  həyatın  davam  etməsi  faktı  haqqında  artıq 

danışmağa  başlamışdır.  Bədənin  ölümündən  sonra  ruh  başqa 

mövcudluq halına keçir və orada yaşamağa davam edir. Deməli bizə 

məlum olan maddi aləmdən başqa digər reallıq da mövcuddur, biz 

burada yaşadığımızdan əlimiz o dünyaya çatmır. Bu başqa aləmdə 

də həyat var-lakin onun haqqında əlimizdə olan məlumatlar bir az 

çoxdur. Bütün dinlər, böyük əql sahiblərini öyrədirlər ki, kainatda 

insan əqlindən üstün olan ən əhatəli, geniş əql də mövcuddur. Biz 

əmin olduq ki, ölüm iki dünyanı keçilməz sədlə ayırmır. Bu divarda 

qapı  var  və  bu  qapı  kip  örtülməyib.  Ölüm  yalnız  bir  dünyadan 

digərinə  keçiddir.  Biz  bilirik  ki,  ölən  adamın  artıq  “orada” 

yaşayanların  ruhları  bizə  baş  çəkirlər.  Son  illər  daha  çox  adamlar 

axirət ilə bağlı şəxsi təcrübə əldə edirlər. Hər birimiz 

506 



üçün  elmin  bu  sahədəki  uğuru  istənilən  digər  elmi-texniki 

tərəqqidən  qiymətlidir-daha  çox  adam  axirət  dünyasının  varlığına 

inanmağa  başlamışdır.  Əlbəttə,  heç  də  hamı  bu  yeni  kəşfləri  dərk 

etmir. Hətta elə də olmuşdur ki, bu cür söhbətlər edənləri, öz başına 

gələn  hadisələri  danışanları  məcburən  psixatrik  yoxlamadan 

keçirmişlər.  Lakin  yaşadıqları  həyacanı,  keçirdikləri  hissləri  onlar 

heç  vaxt  unutmurlar.  Ölümün  yeni  tərzdə  anlaşılması  adamların 

xarakterini və həyat tərzini dəyişdimaişdir. “Bu mənim həyatımda 

böyük  hadisə  idi”.  “Mən  həyatımda  nə  etmişəm?  Bundan  sonra 

başqa cür yaşamalıyam”, insanlar biləndə ki,axirət dünyasında həyat 

davam edir, onda ölümdən daha qorxmurlar. Kiçik həyacanlar yox 

olur,  həyat  ciddiləşir,  də/vhləşir,mənən  yetkinləşir,  həyat  enerjisi, 

yaşamaq  istəyi  güclənir.  İnsanların  gördükləri  İşıq  adamların 

həyatına daxil olub onları dəyişdirir. O maddinin mənəvi üzərində 

hökmranlıq  etdiyi  vaxt  gəlmişdir.  Adama  elə  gəlir  ki,  ruh  küncə 

sıxışdınhb və bizim planetdə şər zəfər çalıb. Belə bir məqamda elm 

də qəflətən özündə cəsarət tapıb bəyan etdi ki, bütün maddi olanlar 

müvəqqətidir, mənəvi, ruhi olanlar isə əbədidir. Həmişə olduğu kimi 

indi də  hər  birimizə  seçim  etmək  imkanı  verilmişdir.  Bəli bu  gün 

həyat və ölüm haqqında, yaranmışlar və yaradan haqqında. Tanrının 

hər birimizin daxilində olması haqqında ideyası dirçəlişi baş verir. 

Deyəsən insan cəmiyyətinin həyatında yeni dövrə qədəm qoymuşuq. 

Bu  gün  əlimizdə  olan  faktları  ümumiləşdirərək  belə  nəticəyə 

gəlmək ola.i- ki, bütün bunlar ya qəddarcasına olan yalandır, ya da 

axirət  dünyasını  real  olmasına  sübutdur.  Çox  vaxt  təsdiq,  sübut 

praktikadan  götürülür.  Əlbəttə  biz  əlimizdə  olan  faktlara  biganə 

yanaşıb  onun  elmi  sübutu  olmadığını  bəhanə  edərək  onu  təhlil 

etmədən  kənara  da  ata  bilərik,  onu  əhəmiyyəti  olmayan  hadisələr 

siyahısına  salmaq  da  mümkündür.  Ancaq  bu  hadisəni  yaşayanlar, 

onun şahidi olanlar üçün o həmişə əhəmiyyət kəsb edəcəkdir, ikinci 

dünya  müharibəsi  vaxtı  kəşfiyyatçı  zabit  olmuş,  aktyor  Maykl 

Bentayn həm də ekstrasensdir - o axirət 

507 



dünyasından aldığı xəbərlər haqqında məlumat verir. Bundan başqa 

o  1980-ci  ildə  İranda  olan  amerikalı  əsirlərin  azad  olmasını 

əvvəlcədən  xəbər  vennişdir.  Bentayn  yazır  ki,  çoxsaylı  şəxsi 

təcrübəsi ölümdən sonra həyatın davam etməsini sübut edir - bütün 

bunları  elmi  nöqteyi  -  nəzərdən  qəbul  etmək  də  çətin  deyildir  - 

sadəcə olaraq bütün bunları qəbul etmək istəyi olmalıdır. “ Hər şey 

olduqca  sadədir.  Enerjini  məvh  etmək  olmaz  -  bu  elmi  faktdır  - 

burada çətin heç nə yoxdur ”. Bu əminliyin əksinə olan mənəvi, ruhi 

məsələlər haqqında heç bir təsəvvürü yoxdur - bu məsələ insan yaşa 

dolduqca onun üçün olduqca mühüm əhəmiyyət kəsb edir - bir çox 

alimlər  bu  məsələ  ilə  bağlı  ciddi  söhbətdən  qaçmağa  üstünlük 

verirlər. Məsələ onda deyil ki, fövqəltəbii dünyanın qəribəlikləri ilə 

tanışlıq  bizdə  hər  şeyə  inam  yaradacaqdır.  Məsələ  belə  deyildir  - 

bəzən  adamlar  arzuladıqlarını  gerçəklik  kimi  qəbul etmişlər.  Əgər 

diqqətlə  bax.saq  istənilən  qeyri  -  adi  hadisədə  müəyyən  fantastik 

şərhi aşkar etmək olar. 

Mediumlar  tərəfindən  qəbul  olunan  xəbərlər  ölümdən  sonra 

həyatın davam etdiyini sübut edir. Ancaq digər ehtimallar da vardır, 

onları ilk növbədə aradan qaldırmaq vacibdir. Mediumlar arasında 

da yalançılar var, həm də onlar heç də həmişə bunu şüurlu etmirlər. 

Çox vaxt onlar jestlərin dilini incəliyinə kimi bilir, psixologiyadan 

baş  çıxarırlar.  Mediumlar  öz  şəxsi  hələ  lazımınca  istifadəsini 

tapmayan  şüurlarından  gələn  siqnalların  intutiv  olaraq  qəbul  edə 

bilirlər  və  soma  səhv  olaraq  belə  hesab  edirlər  ki,  bu  məlumatlar 

xarici  mənbələrdən  gəlir  -  məsələn,bunları  axirət  dünyasındakı 

ruhların verdiyini elan edirlər. Ancaq məsələ heç də həmişə bunda 

deyildir  -  düzdür  skeptiklər  belə  hesab  edirlər  ki,  məsələ  həmişə 

bundadır. Mediumlar öz inamlarından, əminliklərindən çıxış edərək 

öz vərdişlərini izah edirlər - bir çox alimlər də fövqəltəbii hadisələri 

qəbul  etmirlər,  çünki  bu  onların  dünyasını  mənzərəsi  ilə  bağlı 

təsəvvürlərinə  uyğun  gəlmir.  Sözün  həqiqi  mənasında  istedadlı 

mediumlar azdırlar. Ancaq 

508 



elə  hadisələr  də  vardır  ki,  onda  biz  məlumatları  elə  mənbələrdən 

alırıq  ki,  bu  mümkün  olan  haqqında  təsəvvürlərimizdən  kənardan 

gəlir. Bu o deməkdir ki,bacarıqlı mediumlar səma ilə əlaqə yarada 

bilir? Bu məsələ ilə bağlı ümumi fikir söyləməkdə hələlik çətinlik 

çəkirik.Bəziləri  bu  suala  birmənalı  “hə”  cavabı  verir,digərləri  isə 

buna  şübhə  ilə  yanaşırlar.  Ölülərin  səsi  olmur,ancaq  belə  hesab 

edirlər  ki,  onların  əsli  var  və  ona  görə  də  onların  maddi  aləmlə 

əlaqəsi mümkündür.Axirət dünyası ilə əlaqə ya mediumlar vasitəsi 

ilə,ya  da  birdən,hissiyatlı  adamların  özləri  tərəfindən  həyata 

keçirilir.Axirət  dünyası,ruh  haqqında  fikirlər  yalnız  təəssüratlara 

söykənə  bilməz.  Fövqəltəbii  olanları  yoxlamaq  çətindir,ancaq 

inanmaq İstərdik ki,bu tezliklə mümkün olacaqdır. Bəşər tarixində 

inanılmaz  olanlar  sonradan  hamının  qavradığı  adi  hadisəyə 

çevrilmişdir-  bu  fikri  təsdiq  edən  kifayət  qədər  məlumatlar 

vardır.İnsanlarda ölümdən sonrakı həyatla bağlı inadkarlıqla deyilən 

fikirlər  daha  çoxdur-bunun  reallığına  inanmaq  istəyənlər  də  az 

deyildirlər.Biz hamımız çox yaşamaq,bu həyatdan sonra da yaşamaq 

istəyirik,ona  görə  də  belə  əhval-ruhiyyə  ilə  məsələyə  soyuqqanlı 

yanaşa bilmirik.Nə üçün biz şübhə etməkdə və inanmaqda çətinlik 

çəkirik?Kimsə  deyə  bilər  ki,  bu  müdafıyə  mexanizmidir.Biz 

fikirləşmək istəmirik ki,nə vaxtsa yaşamağımız başa çatacaqdır.Bəs 

çaşqınlığa  inanmağın  nə  mənası  var?Bizim  dünyanın  böyük 

hissəsi-gözəl arxitekturadan dinə qədər,incəsənət əsərlərindən qanlı 

müharibələrə qədər-ona əsaslanır.Əgər biz sadəcə olaraq təkamülə 

uğrayan maşınıqsa- bülün bu yalanlar kimə lazımdırVMümkün olan 

ikinci  variant:bəlkə  biz  doğrudan  da  bədən  yox,həm  də  ölməz 

ruhdan  təşkil  olunmuşuq-hər  birimiz  bunu  intuitiv  olaraq  hiss 

edirik.Əgər  reinkamasiya  həqiqətdirsə-yalnız  onda  bu  həyatda 

dözdüklərimiz  əzablara  görə  peşiman  olmaq  lazım  gəlmir-  deməli 

biz dəfələrlə artıq səmada olmuşuq.Bəlkə də buna görə bizdə olan 

inam  bu  qədər  güclüdür?Ona  görə  ki,biz  bilirik  ki,bunlar 

doğrudur?Bəlkə buna görə intuitiv olaraq hiss edirik 

509 



ki,  əbədi  yaşayacağıq?Ruhun  əbədi  olması  haqqında  inandırıcı 

hadisələr çox olmuşdur.Ancaq bununla belə insan əqlinin gücünü də 

unutmaq lazım deyil-bu əql çox şeyə qadirdir.Bəlkə də biz həmişə 

əqlin gördüklərini və intuitiv ali biliyin harada olduğunu anlamağa 

can atacağıq.Elm bəyan edir ki,bütün realhq-əqlin məhsuludur.Bəlkə 

də ölümdən sonra da bu baş verir-əql yeni reallıq yaradır,biz bütün 

diqqətimizi  onun  üzərində  cəmləşdiririk,bura  və  indiyə  diqqət 

yetirmirik.Əgər bütün bunlar illyuziyadırsa biz ona da hazır olmalı 

və vaxtımızın gəlməsini gözləməliyik.Əgər səma ilə bağlı arzularla 

yaşayırıqsa  onda  istədiyimiz  nədir?Əgər  inadkarlıqla  onların 

olmadığını  bildiririksə  onda  nə  qazanırıq?Əgər  axirət  dünyasının 

varlığım  inkar  edib  bu  gümanları  qəbul  etmiriksə  onda  bu  cür 

yaşamaq bizə nə verəcəkdir?Şübhəsiz ki,bu məsələ ilə bağlı konkret 

fikir  söyləməzdən  əvvəl  özümüzün  danışılan  məsələ  haqqında 

biliklərimizə nəzər salmağımız daha yaxşı olardı. 

Bəlkə də çoxlarınız deyilən fikirləri qəbul etməyəcəksiniz, orada 

olan  ziddiyyətli  baxışlar  sizi  çaşdıracaq-hətta  buradakı  bir  çox 

fikirlərin  ateist  ruhda  olduğunu  deyənlər  də  tapılacaqdır.Yəqin 

ki,kimlərsə burada özü üçün maraqlı olan fikirlər tapacaqdır.Ən azı 

axirət dünyası,ölüm,ölməzlik,nıh kimi əbədi problemlə bağlı sizin öz 

baxışlarınız forma- laşacaqdır.Insan üçün həqiqəti ağıllı varlıq kimi 

özünü dərk etməkdən vacib heç nə yoxdur.İnsan Məbədə gedən yolu 

tapmalıdır,ancaq 

çaşqınlıq 

yox,həqiqət 

məbədinə 

tərəf 

getməlidir.Həqiqəti isə axtarmaq asan məsələ deyildir-burada yalnız 



əql  kömək  edə  bilər;hər  kəs  hara  getdiyini  bilməlidir.Heç  vaxt 

kor-koranə  getməyin,başmızı  qaldırıb  şux  yerişlə  irəliləməyə 

çahşın-haray  salan  istəyinizə  qarşı  biganə  olmaym.Əql  ürəklə 

hannoniyada olanda daha böyük uğurlara imza atmaq mümkündür. 

01üm,ölməzlik,əbədi həyat məsələləri lap çoxdan məni narahat 

edirdi.Lakin bu məsələ ilə bağlı fikirlərimi kağıza 

510 



köçürməyə  cəsarət  elmirdi  m.  Hər  şeyi  İctimai  televiziyanın 

“Ovqat”verlişi  dəyişdi.İstedadlı  jurnalist,mənəvi  dəyərlərin  layiqli 

təbliğatçısı  Səyyarə  xanım  Səyyafın  İslam  Universitetinin  rektoru 

Hacı  Sabirlə  apardığı  dialoq,  verlişdə  qoyulan  məsələlər  vaxt 

azlığından  bir  çox  məsələrin  tam  izah  olunmaması  məni  də  bu 

məsələ ilə bağlı söz deməyə təhrik etdi. İnanıram ki,nə vaxtsa Hacı 

Sabirlə birlikdə Səyyarə xanımın qonağı olub bu məsələlərlə bağlı 

ətraflı fikir mübadiləsi aparacağıq.İnsan fikirləşdiklərini dildə ifadə 

etməkdə, dediklərini yazıya köçürməkdə çətinlik çəkir -əminəm ki. 

Səyyarə  xanımın  qonağı  olanda deyəcəklərim  yazdıqlarımdan  çox 

olacaqdır. 

Vaxtilə Leonardo da Vinçi keçirdiyi zəngin və məhsuldar həyata 

yekun vurub dcmişdir:”Mən elə fikirləşirdim ki, yaşayıram, ancaq 

mən  ölməyə  hazırlaşmışam”.Həyatımda  bu  yaxınlarda  keçirdiyim 

depresiyanı,  həyatın  məni  sınağa  çəkmək  üçün  üzləşdirdiyi 

çətinlikləri,  vaxtilə  buraxdığım  səhvlərə  görə  yaşadığım  böhranı 

xatırlayıb bu cümləni yazdığım an mənə gələn bir zəng həyatımda 

kəskin dəyişiklik etdi:indi Leonardonun fikrini belə ifadə edərdim; 

”Mən fikirləşirdim ki, mən ölürəm, ancaq mən hələ indi yaşamağa 

başlayıram”. 




 

MUNDƏRICAT 

ON SOZ ....................................................................................... 3 

ÖLÜM MÖHTƏŞƏM BİR YALANDIR ................................ 65 

İNSAN HƏYATININ ÖLÜMQABAĞI DURUMU ............. 140 

ÖLÜM ANI YAŞANANLAR — 

İZAH OLUNMASI ÇƏTİN OLAN MÖCÜZƏDİR  ........... 230 

ÖLÜMDƏN SONRAKI HƏYAT .......................................... 334 

NƏTİCƏ .................................................................................. 486 

Çapa imzalanmışdır: 26.11.2009. 

Kağız formatı 60x84'/le- 

Çap vərəqi 30. Sifariş 135. 



Qiyməti müqavilə ilə. 

Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə