Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə162/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   159   160   161   162   163   164   165   166   167

dəyişikliyi  baş  verir:  keçmişin  acılı,  pis  tərəfləri  az-az  xatırlanır, 

gələcək  daha  sakitliklə,  rahatçılıqla  qəbul  olunur,ajiotaj  yox  olur, 

adam indi və burada olmağına qeyri-adi yanaşmağa  başlayır. Adi, 

bayağı  hesab  olunan  və  həyat  əhəmiyyətli  hadisələrə  münasibət 

kəskin şəkildə dəyişir. İnsanlar ətrafdaki gündəlik predmetlərdə yeni 

məna və gözəllik aşkar edirlər. Gözəl və adi arasındakı sərhəd yox 

olur.  Əvvəllər  böyük  inadkarliqla  can  atılan,  onun  üçün  kifayət 

qədər enerji və vaxt sərf olunan dəyərlər artıq çox da əhəmiyyət kəsb 

etmir. Hakimiyyətə can atmağa, var-dövlət hərisliyinə artıq uşaqlıq, 

şıltaqlıq kimi baxırlar və mənəvi korluq əlaməti kimi qəbul olunur. 

Ən dərin müdriklik məişət sadəliyində aşkar olunur. Real olmayan 

ambisiyaların azalması barişqanlıq bacarığının artması ilə müşayiət 

olunur.  Klinik  ölüm  təcrübəsini  tam  və  yaxşı  mənimsəyənlərdə 

yaranan  digər  dəyişiklik  onlarda  fəlsəfəyə,  dinə  və  mistikaya 

maraqlarının artmasında özünü göstərir. Yeni mənəvi hisslər adətən 

kosmik  və  ya  panteistik  xarakter  daşımağa  başlayır.  Fərd  insan 

həyatındakı  çoxlu  yeni  mənəvi  dəyişiklikləri  gömıək  bacarığı 

qazanır,  reallıqdaki  gündəlik  hadisələrin  arxasındakı  mənəvi 

yaradıcı qüvvənin olmasını hiss edir. Çoxlarında Şərq və ya qədim 

dinlərə  və  fəlsəsəyə  güclü  maraq  yaranır.  Bəzilərində  bu  maraq 

təmiz  intellektual  forma  alır,  digərlərində-  mənəvi  praktika  ilə 

sistematik məşğul olmağa dərin meyllə bağlanır. Ayrı-ayrı adamlar 

müqəddəs  yazılarda  və  digər  sarkal  mətnlərdə  istifadə  olunan 

universal  dini  simvolları  və  metaforları,  o  cümlədən  müəyyən 

mürəkkəb esseni başa düşməkdə özlərində yeni bacarıq hiss edirlər. 

Əgər ölüm və həyata qayıtmaq həyacanı kosmik vəhdət həyacanı ilə 

müşaiət  olunursa  onda  adamlar  adətən  özlərini  və  dünyanı  ilahi 

oyunda  iştirak  edən  mənəvi  enerji  kimi,  gündəlik  reallığı  isə  öz 

əsasında müqəddəs olan kimi qəbul etməyə başlayırlar. 

Bəşər sivilizasiyasının başlanğıcında yaranan ölüm, özməzlik, ruh, 

axirət dünyası haqqında baxışlar bizim günlərə 

488 



qədər  yaşamışdır:  insanlar  məhz  bu  baxışlarla  XXI  əsrə  daxil 

olmuşlar. Ruh haqqında baxışların köməyi ilə insanların (o cümlədən 

heyvanların  və  bitkilərin)  nə  üçün  yaşadığını  aydınlaşdırmaq 

mümkün ölmüşdür. Bu cür izah on min illər ərzində insanları qane 

etmişdir.  İbtidai  insanların  əbədi  həyat  haqqında  ideyasım 

əsaslandırmaq üçün ruh haqqında baxışlar lap yerinə düşürdü: bəli 

bədən ölür, bu aydındır, axı nə isə qalır. Adamlar ölümün hər şeyin 

sona çatması kimi qəbul etmək fikri ilə razılaşmırlar. Bəlkə də buna 

görə bu məsələlər dünyanın demək olar ki, bütün xalqlarının dinində 

və  mifalogiyasında öz  əksini tapmışdır.  Eyni  zamanda  hələ  qədim 

dövrlərdə  əbədi  həyat ideyasına  şübhə  ilə  yanaşanlar və  hətta  onu 

rədd edənlər də olmuşdur. Qədim Misir əbədi abidəsi hesab olunan “ 

Afristin mahnısında” naməlum müəllif yazir: Qədim dövrlərdən üzü 

bəri bədən yox olur və hər şey keçir. Hökmdarlar öz piramidalarında 

uyuyurlar,  mumiyalar  və  ruhlar  öz  qəbirlərində  dəfn  olunublar. 

Onların başına nə gəlir? Heç kəs oradan qayıtmayıb, orada nələr baş 

verdiyini  danışan  yoxdur!  Oranın  narahatlığı  ilə  yaşamaq  lazım 

deyildir. Normal həyatı burada yaşamaq lazımdır, ölüm günü gələnə 

qədər  yaxşı  anlar  yaşa:  kimin  ürəyi  döyünmürsə  o  heç  nə  eşitmir, 

şikayət,  göz  yaşları  heç  kəsi  qəbirdən  xilas  etmir.  Yaxşı,  şən  və 

sevincli günlər yaşa, heç kəs özü ilə ora heç nə apannır. Gedənlərdən 

heç  biri  hələ  qayıtmayıb.  Məhz  bu  mifik  eposda  o  dövrün  dini 

baxışlarına zidd olan baxışlar səslənir - bu mədəniyyət tarixində ilk 

mövcud ideyalara qarşı çıxan baxış olmuşdur. Bu əks ideya sadəlöhv 

fonnada olsa da ən əsası qəbirdə olacaq xoş anları gözləməkdənsə bu 

həyatda  sevinməyə  çağırış  eşidilir,  “sükut  dünyasına”  səyahətə 

gündəlik hazırlıqdansa müəllif həyatın real dəyərlərinə diqqət yetirir. 

Bizə gəlib çatan digər yeretik qədim Misir əsərində-“Rəhmətə gedən 

hökmdar Antexanın evindən arfalı müğənninin mahnısı” - deyilir ki, 

“hələ  heç  kəs  ordan  qatıtmamışdır  və  ölülərin  nə  istədiklərini 

deməmişdir.” Şərqşünaslar bir mənalı qeyd edirlər ki, qədim 

489 



şərq adamında  Yer  həyatına  meyl  güclü  olmuşdur  və  onlar  ölümü 

mənfi  hadisə  kimi  qəbul  edirlər.  “Təəssüflənən  adamın  söhbəti” 

əsərində  yaşamağı  bacarmayanlar  üçün  dinin  təsəlliverici 

illyuziyaları  tənqid  olunur.  İnsanda  dini  baxışların  və  həyatın 

başlanğıcının ziddiyətliyi bu əsərin əsas məzmununu təşkil edir. 

Babilistan  ədəbi  abidələrində  də  ölüm,  axirət  dünyası  ilə  bağlı 

fikirlər vardır.”Ağanın öz qulu ilə söhbəti”ndə qul deyir ki, Allaha 

qurban vermək səfehlikdir, Allahın bu qurbanlar hesabına insanlara 

kömək edəcəyini düşünmək avamlıqdır. Axirət dünyasına inananlar 

yaxşı olar ki, təpənin üstünə qalxıb şəhərin xarabalıqlarını seyr etsin, 

orada  olan  böyük  və  balaca  kəllələri  seyr  etsin,  xeyir  və  şər 

hökmdarlarını  seçsin.  Bu  mümkün  deyildir,  ölüm  onları 

bərabərləşdirmişdir. 

“Axirət 


dünyası 

ruh


 

haqqında materialist baxışların 

inkişaf 

etdirilməsində Demokrit, Epikür, Lukretsi Karın təlimləri böyük rol 

oynamışdır. Bu təlimlərə görə ruh atomlardan təşkil olunmuşdur və 

insanın ölümündən sonra bu atomlar parçalanır. Epikür sübut edir ki, 

insanın ölümlə heç bir əlaqəsi yoxdur. Belə ki, biz mövcud olanda 

ölüm yoxdur, ölüm gələndə isə biz artıq olmuruq. Beləliklə ölümün 

nə yaşayanlarla, nə da ölənlərlə əlaqəsi yoxdur.” Qədim dövrlərdə 

əbədi həyat və ruh probleminə materialist baxış XX əsrdə elmi əsas 

kəşb  etdi.  Bu  problemlə  bağlı  elmi  və  dini  toqquşma  daha  da 

kəskinləşmişdir.  Son  vaxtlar  ilahiyyatçı  alimlər  belə  bir  fikir 

söyləyirlər  ki,  müasir  elm  real  obyekt  kimi  ruhu  öyrənməyə 

yaxınlaşır,  eyni  zamanda  onun  bədənlə  əlaqəsini  araşdırmağa 

başlamışdır.  Dünyanın  müxtəlif  xalqlarının  ruh  və  axirət  dünyası 

haqqında  mifoloji  və  dini  baxışları  ilə  tanış  olduqda  müəyyən 

çaşqınlıq  yaranır.  Maraqlıdır  ki,  heç  də  bütün  dinlər  ruhun  əbədi 

olmasını,  axirət  dünyasının  varlığını  birmənalı  şəkildə  qəbul 

etmirlər. Həm də heç də bütün dinlər insanda yalnız bir ruhun olması 

ilə  kifayətlənmirlər  -  bəziləri  insanda  bir  neçə  ruhun  varlığından 

danışırlar. İnsan öləndən sonra 

490 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə