Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə164/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   159   160   161   162   163   164   165   166   167

qalacaqdır. Ölümün bu anlanılması və heç nə hiss etməmək arzusu 

ilə  qorxu  hissi  ilə  əhatə  olunan  bu  köməksiz  adamlar  ruhun 

yüksəlişini, tam sevinci və barışıqlığı itirirlər  - ruhun bədəni rahat 

tərk etməsi hissinin yaşamaqdan məhrum olurlar. 

Ölüm  haqqında  ciddi  düşünənlər,  xüsusən  də  ölüm 

problemini  öyrənənlər  başqa  şey  istəyirlər.  Məsələn,  Elizabet 

Kyubler  Ross  qəflətən  ölmək  istəmir  və  yüksəliş  dövrünü,  Allahı 

dərk  etməkdən  və  ona  yaxınlaşmaqdan  məhrum  olmaqdan  ehtiyat 

edir.  Ölümün  bizi  qəflətən  yaxalamaması  üçün  Allaha  minnətdar 

olmaq lazımdır, bizim fikirləşməyə və hazırlaşmağa vaxtımız olur. 

İnsanın ölümünün səbəbindən danışmazdan əvvəl bir dəqiqləşdirmə 

zəruridir.  Ruh  ölməzdir,  ona  görə  də  söhbət  bədənin  ölməsi 

səbəblərindən gedə bilər: bunlar başqa-başqa məsələlərdir - söhbət 

ruhun  bədəndən  çıxnasmdan  gedir.  Əlbəttə  ağır  zədələri  və  ya 

əhəmiyyət  kəsb  edən  orqanları  dağıdan  xəstəlikləri  xatırlamağın 

mənası yoxdur: burada hər şey aydındır. Ancaq elə də olur ki, bədən 

sağlam və həyat qabilliyyətli görünür, sanki ölməyə  heç bir səbəb 

yoxdur, bununla belə adam ölür. Cərrahların çoxusu xatırlayırlar ki, 

bəzən çox da təhlükəli olmayan cərrahiyyə əməliyyatlarından qabaq 

xəstə  qəflətən  deyir:  “Mən  bu  əməliyyatdan  çıxmayacayam”.  Bu 

qorxu  deyildir.  Onlar  təbii  danışırlar,  sanki  labüd  nəticəni  elən 

edirlər. Əməliyyatdan qabaq xəstə müayinədən keçirilir - ürək, qan, 

böyrək,  ciyər  -  bir  sözlə,  hər  şey  qaydasındadır:  bununla  belə 

ehtiyyatlı  cərrah  bu  fikri  söyləyən  xəstədə  əməliyyat  aparmır  - 

sağlam və cavan avstraliyalı aborigenin cinayətkar “izinə düşür”, o 

depresiyaya  düşür,  o  zəifləyir  və  müəyyən  vaxtdan  sonra  ölür. 

Keçən  əsrdə  yaşayan  bir  rus  kəndlisi  -  adi  qoca,  heç  bir  xəstəliyi 

olamayan birisi qərara alır ki, vaxtı çatıb və bunu doğmalarına deyir. 

O ağ köynək geyinir, onu rahat uzadırlar, əlinə yanan şam verirlər və 

o tezliklə dünyasını dəyişir. Nə olmuşdur? Bu gələcəyi hiss etmək, 

ürəyə  dammadır?  Bu  yalnız  hiss  etmədir?  Yəqin  ki,  bu  arzu  və 

çağırış, hələ lazımınca ifadəsini tapmayan şüurun 

494 



harayıdır  -  bunun  monası  da  “mən  artıq  liazıram,  ora  keçmək 

istəyirəm,  məni  qəbul  et”  deməkdir.  Bu  eür  hadisələrdən  çoxlu 

nümunə  söyləmək  ola.  Hətta  ateizmin  tüğyan  etdiyi  dövrün 

ədəbiyyatlarında  da  bu  cür  nümunələrə  rast  gəlmək  olur.  F. 

Abramovun  “Kəndin  axırıncı  qocası”  nağılında  müəllif  uzun 

müddətdən  sonra  doğma  kəndinə  qayıdır.  Tanış  qoca  ilə  rastlaşır 

“Arıqlamısan... qurumusan... bu doğrudan sənsən?” - deyə soruşur. 

“Bu mənəm, mən. Artıq başqa yerə keçmək əmrini almışam” - deyə 

qoca dillənir. Qoca deyilən təsəlli sözlərini qəbul etmir “Mənə təsəlli 

vermə,  vaxtım  keçib.  Poçta  getmişdim,  dəfn  pulu  çıxartdım.  600 

manat  yığılmışdır,  hamısını  götürdüm  -  istəmirəm  uşaqlar  mənə 

görə  xərcə  düşsünlər.  Yerlilərimlə  ürəkdən  vidalaşmaq  istəyirəm, 

gələnlər  razı  qalsınlar”.  Qoca  həmin  gün,  axşam  öldü.  Çarpayıda 

uzanmışdır və birdən xahiş etdi ki, onu döşəməyə qoysunlar - indi 

isə “istəyirəm arvadım yanımda uzansın”. Uşaqlar onu dilə tutdular 

ki, “bu yaxşı deyil”, ancaq o təkid etdi. Onun arvadı artıq üç il idi ki, 

ağlını itirmişdir, onu kişinin yanında uzatdılar, bu vaxt qadına sanki 

düşüncə qayıtdı, o titrək əlləri ilə kişini quçaqladı. “Daha bəsdir  - 

qocanın gözləri doldu - məni tək burax, mən artıq ölürəm”  - deyə 

kişi hamının qarşısında canını tapşırdı. 

Görünən fiziki səbəbləri olmayan ölümü alimlər “psixoloji 

ölüm”  adlandırırlar.  Alimlər  onun  səbəbini  tapmasalar  da  ona  ad 

tapa bildilər. Yaxşı məlumdur ki, ağır xəstəliyin gedişi böhranlı anda 

- ölmək və ya yaşamaq-daha çox xəstənin arzularından asılı olur.Bu 

təkcə ağır xəstəlik vaxtı belə olmur. Əgər insan tezliklə öləcəyinə 

əmindirsə və onu sakitcə deyirsə, o çox güman ki, öləcək. 1881-ci il 

aprelin 18- də səhər Dostoyevski deyir: “Mən bilirəm ki, mən bu gün 

öləcəm”.  Axşam  o  vəfat  edir.  Şüurlu  və  ya  şüursuz  şəkildə  başqa 

dünyaya  keçməyə  hazır  olmaq  adətən  qocalarda,  ancaq  bəzən 

cavanlarda  da  olur.  “Təbiət”  bu  hazırlığa  tərəf  addım  atır. 

Ümidsizlik, depresiya, maraqların və enerjinin itməsi

495 



peşimançılıq, həyatın mənasızlığı, bütün hər şeydən getmək arzusu 

müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin əmələ gəlməsinə səbəb 

olur.  Heç  də  qoca  olmayan,  dünənə  qədər  həyat  eşqi  güclü  olan, 

enerji saçan Napaleon müqəddəs Yelena adasında sürgündə olarkən 

depresiyaya  düşür,  tezliklə  xərçəng  xəstəliyinə  tutulur  və  ölür. 

Xərçəng şişi olan Soljenitsin hələ çox işlər görəcəyini bilir, bütün 

bunları etməyi ürəkdən arzulayır və sağalır. Ürəkdən istəmə adamda 

və təbiətdə hansısa qüvvəni yaradır, bu da onun arzularının həyata 

keçməsinə kömək edir. Başqa həyat gücünün digər, daha möhtəşəm 

mənbəyi  Allaha  inamda,  bizim  həyat  və  ölümümüzün  onun 

iradəsindən  asılı  olmasını  başa  düşməyimizdə,  özümüzü  isə  bu 

həyatda  müəyyən  missiya  yerinə  yetirməyimizə  olan  inamdır.  Bu 

cür adamlar çox vaxt lap qocalana qədər yaşayırlar. İnamı olmayan 

adamlarda  tez-  tez  yaşamağın  mənasının  olmaması  fikri  yaranır, 

onlar bu dünyadan getməyi arzulayırlar - nəticədə ruh düşkünlüyü, 

sonra isə fiziki xəstəliklər yaranır. Ölümün yalnız xarici yox, həm də 

daxili  səbəbləri  var.  Fiziki  ölümün  adətən  öz  daxili  psixoloji 

səbəbləri  olur.  Depresiya, 



hvəyata 

olan  marağın  itməsi  ilə  yanaşı, 

güclü  gözlənilməz  sarsıntı  ani  ölümə  səbəb  ola  bilər.  “Qorxudan 

öldü”  -  bu  mənasız  deyilən  söz  deyil.  Müharibədə  əsgər  yanında 

partlayan  bombada  heç  bir  xətər  almadan  ölür.  Adamlar  olduqca 

dərin  kədərdən  və  ya  əksinə  gözlənilməz  sevincdən  ölə  bilərlər. 

Yazırlar  ki,  düşmənin  fıkrən  ötürdüyü  təlqindən  də  ölmək  olur  - 

həmin adamın bu fikirdən xəbəri olmur. Cadu, qarğış da çox vaxt öz 

işini  görür.  Ölümün  səbəbi  adi  və  başa  düşülməz  də  ola  bilər. 

Təhlükə ya xoşagəlməz hadisənin gözlənilməsi ilə bağlı xırda, ancaq 

kəskin  hiss-  həyəcan  nəticəsində  ölüm  yarana  bilər.  Bir  xəstə  hər 

dəfə  ona  iynə  vurulanda  bərk  həyəcan  keçirir.  Üçüncü  dəfə  iynə 

vurulanda  o  qəflətən  ağzı  üstə  yerə  yıxılır.  Həkim  onu  çevirib 

ürəyini masaj etməyə tələsəndə o oyanır .. İki gün sonra bu hadisə bir 

də təkrar olunur - o yıxılır bu dəfə o ölür. 

496 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə