Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə163/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   159   160   161   162   163   164   165   166   167

bədəndən ayrılan ruhun taleyi ilə bağlı hələlik yekdil fikir yoxdur. 

Bundan  başqa  aydın  olmuşdur  ki,  dünya  dinləri  arasında  ruhun 

təbiəti,  onun  mənşəyi,  onun  axirət  dünyasına  düşməsi  yolu  və 

vasitələri, o biri dünyada ruhun həyatı haqqında vahid fikir yoxdur. 

Axirət  dünyası,  xüsusən  də  cənnət  və  cəhənnəmin  quruluşu 

haqqında da vahid fikir yoxdur. Qiyamət günü onun vaxtı ilə bağlı 

söylənən  fikirlər  bir-  birindən  çox  fərqlənir.  Az  və  ya  çox  inkişaf 

etmiş  hər  bir  dinin  ruh  haqqında,  onun  xassələri  və  “o  biri 

dünyadakı”  yeri  haqqında  öz  təsəvvürləri  vardır.  Bu  baxışların 

palitrası  qeyri-  adi  dərəcədə  rəngarəngdir.  Bu  da  hətta  ən  mühüm 

adamı belə hər bir dinin yalnız öz baxışlarının düzgünlüyü haqqında 

dediklərinə  şübhə  ilə  yanaşmağa  vadar  edir.  Doğurda  da  əgər  ruh 

haqqında  baxışlar  bu  qədər  çoxdursa,  həm  də  bu  baxışlar  nəinki 

ziddiyyətli, həm də bir-birini istisna edirsə, onda həqiqət haradadır? 

Tarixi inkişaf gedişində, cəmiyyət quruluşunun yetkinləş- məsi 

və  mürəkkəbləşməsi  ilə  təbiət  və  cəmiyyət  haqqında  biliklərin 

toplanması, mədəniyyətin səviyyəsinin yüksəlməsi ilə ruh və onun 

bu, xüsusən də “o biri dünyadakı” həyatı haqqında anlayış daha da 

mürəkkəbləşmişdir.  Sadə  miflər,  nağıllar  və  dini  təsəvvürlər  daha 

yetkin,  bu  günün  təhsil  səviyyəsinə  müvafiq  olan  baxışlarla  əvəz 

olunmuşdur.  Hal-hazırda  ruh  haqqında  yeni  baxışların  reallığına 

inandırmaq üçün yeni-yeni fikirlər söylənir. Son vaxtlar din ruh və 

axirət  dünyası  haqqında  danışan  alimləri  müdafiə  edir,  elmin 

nüfuzuna söykənməyə cəhd göstərir. Mifologiya və din tarixi üzrə 

araşdırmalar  aparmayan  alimlər  də  bu  məsələ  ilə  bağlı  fikir 

söyləməyə başlamışlar. Doğrudur onların baxışlarında ziddiyyətlər 

var,  çox  vaxt  onlar  adamları  çaşdırırlar  -  ancaq  söylənən  hər  bir 

fikirdə bir yenilik olduğunu etiraf etmək lazımdır. 

Cənnət  haqqında  deyilən  xoş  fikirlərə  baxmayaraq.  Yer 

həyatının  əbədi  qayğısı  və  gözəl  həyata  keçidi  üçün  müvəqqəti 

dayanacaq kimi təqdim olunmasına baxmayaraq adamlar bu 

491 



həyatdan  getməyə  çox  da  tələsmirlər,  qayğısız,  firavan  “o  biri 

dünyaya” can atmırlar. Bu da təsadüfi deyildir: təbii həyat sevərlik, 

düşüncə və ehtiyatlılıq qalib gəlir - bəlkə də “o biri dünyada” hər şey 

yaxşıdır, ancaq bura çətin, ağır olsa da etibarlıdır, realdır. Bundan 

başqa  adamlar  din  xadimlərinin  dedikləri  və  əməlləri  arasındakı 

ziddiyyətləri  görürlər.  Yer  üzərindəki  heç  bir  dinin  aradan  qaldıra 

bilmədiyi  ədalətsizliyi  və  qəddarlığı  seyr  edirlər;  dinin  əql 

üzərindəki  hakimiyyətinin  yaşı  minillikləri  keçsə  də  adamlar 

dinlərin  bir-birinə  olan  nifrətini,  onların  arasındakı  fikir  ayrılığını, 

din  xadimlərinin  yaxşı,  hətta  firavan  yaşadıqlarının  şahidi  olurlar. 

Bəlkə  də  buna  görə  adamlarda  əbədi  həyata,  axirət  dünyasının 

reallığına inam getdikcə azalır. Bir məsələni də qeyd edək ki, axirət 

dünyasının, xüsusən də cənnətin varlığına inam çox vaxt sadəlövh 

arzu  və  günahsız  nağıl  olmuşdur.  O  özündə  insan  cəmiyyəti  üçün 

dəhşətli təhlükəni gizlədə bilər. Qədim dövrlərdə adamların cənnətə 

olan inamlarından öz xeyri üçün faydalanırdılar - şəxsi var-dövlət və 

adamlar  üzərində  böyük  hakimiyyət  -  çox  olmuşdur.  Bu  gün  də 

adamların  cənnətlə  bağlı  inamlarından  öz  siyasi  və  iqtisadi 

məqsədləri  üçün  istifadə  etmək  istəyənlər  çoxdur.  Müxtəlif  terror 

aktları  həyata  keçirənlər  bu  məqsədlə  istifadə  etdikləri  adamları 

inandırırlar  ki,  onlar  bu  işi  Allah  yolunda  həyata  keçirdiklərindən 

şəhid  hesab  olunurlar  və  onların  “o  dünyadakı”  yerləri  cən- 

nətdir.çoxları cənnətə düşmək üçün könüllü şəkildə özlərini qurban 

vennəyə  belə  hazırdılar,  lakin  onlar  unudurlar  ki,  hətta  dində  də 

intihar  günah  iş  hesab  olunur.  Axirət  dünyasına  və  ruhun  əbədi 

həyatına inanan yapon hərbi komandanlığı amerikalıların gəmilərini 

vurmaq  üçün  xüsusi  kamikadzelər  hazırlamışdırlar.  1978-ci  ildə 

axirət  dünyasının  və  cənnətin  ləzzətini  yaşamaq  üçün  900  adam 

özünü  öldürmüşdür.  1993-cü  ildə  FTB  əməkdaşlarının  hücumu 

zamanı  xüsusi  dini  sektora  mənsub  olan  80  nəfər  könüllü  şəkildə 

cənnətə  düşməyə  qərar  vemıişlər.  1994-cü  ildə  “Günəş  məbədi” 

sektasının 48 üzvü 

492 



Alp dağlarında özlərini yandırmışlar. 1997-ci ildə “Səma darvazası” 

sektasında  olan  39  nəfər  o  biri  dünyaya  düşmək  üçün  özlərini 

öldürmüşlər - onlar güman edirdilər ki, onları aparmaq üçün o biri 

dünyadan mütləq kosmik gəmi gələcəkdir. 

Adamların  əksəriyyəti  az  və  ya  çox  uzanan  xəstəlikdən 

sonra  dünyalarını  dəyişirlər.  Tədricən  sönən  insanın  düşünməyə, 

başa  düşməyə  və  necəsə  hazırlaşmağa  vaxtı  olur.  Lakin  ölüm 

qəflətən də gələ bilər - məsələn, avtomobil qəzası və ya kəskin ürək 

tutması  ilə  əlaqədar  olaraq  adam  vaxtından  əvvəl,  qəflətən 

aramızdan  gedə  bilər.  Allaha  və  ruhun  ölməzliyinə  inananlar 

gözlənilməz ölümdən qorxurlar və ya daha dəqiq desək, daha çox 

ölümdən  yox,  ruhun  tövbə  etmədən,  dua  etmədən,  Allahla 

barışmadan  ruhun  bədəndən  çıxmasından  qorxurlar.  Bütün 

dövrlərdə hər bir din rəhmətə gedənin şəriət qaydası ilə yola salmağa 

xüsusi diqqət vermişdir, insanın ölümqabağı vəziyyəti və onun ölüm 

anı bütün olan həyəcanlardan, hisslərdən ən vacibidir. Ölüm insan 

üçün ən əsas imtahandır: insanın dünyagörüşünün ölümü necə qəbul 

etməsindən  asılı  olaraq  o  ölümü  asan  və  sevinclə  qarşılaya  bilər. 

Allaha, axirət dünyasının varlığına inananlar və ya onlar haqqında 

ciddi  düşünənlər  adətən  asan  ölürlər.  İnanmayanlar  üçün  ölüm 

olduqca  qorxulu  olur.  İnamı  olmayanlar  qəflətən  olan  ölümə 

üstünlük  verirlər.  “Əgər  ölmək  lazımdırsa  yaxşı  olar  ki,  qəflətən, 

həm  də  yuxuda  adam  dünyasını  dəyişsin”  -  deyə  onlar  qərar 

vcrirlər.Onlar  əzabsız,  fikirsiz  heç  nə  hiss  etmədən  ölmək 

istəyiıiər-var idi və yoxdur. Bunu 0 adam istəyir ki, ölüm haqqında 

heç nə bilmir və ölümdən qorxur. Bunu arzulamaq böyük səhvdir, 

bu cür ölüm - fikirsiz, heç bir hiss, duyğu olmadan olan ölümü heç 

kəs  ala  bilməz.  Ölümdə  fiziki  əzab  yoxdur,  ancaq  qorxu  və  çətin 

qavrama qalır, çünki ölümdə şüur itmir, şəxsiyyətin yox olması baş 

vermir. Hətta adam yuxuda ölsə də, heç nə hiss etmədən dünyasını 

dəyişsə  də  o  birdən  özünü  qəribə  şəraitdə  hiss  edəcək,  qaçmaq 

istədiyi fikirlər və duyğularla təkbaşına 

493 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə