Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə166/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   159   160   161   162   163   164   165   166   167

ölümdən bir az əvvəl uşaqların da yaşlılar kimi sifətlərinin cizgisi 

dəyişir, fikirləri sanki kənarda olan nəyəsə yönəlir. Kyubler Ross bu 

vəziyyəti  ölümün  yaxınlaşması  əlaməti  kimi  izah  edir.  Uşaqlar  bu 

vaxt  artıq  rəhmətə  gedənləri,  xüsusən  də  çox  istədikləri  adamları 

görə bilərlər. Ölüm qabağı uşaqla söhbət edən Kyubler Rossa xəstə 

qız demişdir: ’’İndi özümü rahat hiss edirem, atam və qardaşım məni 

gözləyirlər.”  Qızın  atası  və  qardaşı  rəhmətə  getmişdirlər. 

Arxiyepiskop  Luka  yazır  ki,  xəstə  oğlanı  rəhmətə  gedən  qardaşı 

yanına  çağırırdı.  Xəstə  qız  bir  neçə  dəfə  rəhmətə  gedən  bibisinin 

səsini eşitmişdir,bibisi onu axirət dünyasına çağırmışdır. 

Uşaqlar  hər  dəfə  doğmalarının,  həm  də  rəhmətə  gedən 

yaxınlarının  onları  gözlədiklərini  görmüşlər.  Həyatlarının  son 

məqamlarında  onlar  heç  vaxt  sağ  olan  qohumlarının  onlar 

gözlədiklərini  görməmişlər.  Eyni  zamanda  avtomobil  qəzası  vaxtı 

həlak olanları “orada” qohumlarla qarşılaşa bilərlər- onun ölümünü 

hələ  orada  bilən  yoxdu.  Qohumlardan  başqa  onlar  nə  vaxtsa 

oynadıqları  uşaqları,  himayədar  mələkləri  də  görə  bilərlər.Bu 

uşaqları  gedəcəyi  yerlə  tanış  etməyə  kömək  edir.  ”Ana,  narahat 

olma,hər şey qaydasındadır,atam məni gözləyir!” İki yaşından yeddi 

yaşma  qədər  ağır  xəstə  olan  uşaqlarda  ruhun  bədəndən 

yanunudulmuş və yuxuda çıxması epizodları olur. Tibbi jurnallardan 

birində  bir  hadisə  verilmişdir.  Bir  qız  bədəndən  bir  neçə  dəfə 

çıxdıqdan  sonra  gördüklərinin  çox  yaxşı  olduğunu  demişdir.  Bu 

ananın xoşuna gəlmir, çünki “uşağın xoşuna evdən başqa haranınsa 

gəlməsini  analar  xoşlamırlar”.  Nəhayət  qız  atasına  danışır  ki,  o 

qardaşı  ilə  rastlaşmışdır  və  bu  görüş  olduqca  gözəl  idi.Söhbəti 

qurtarıb “axı mənim heç vaxt qardaşım olmayıb”deyə köks ötürdü. 

Atası  ağladı  və  dedi  ki,  əslində  onun  qardaşı  olub  və  onun 

doğulmasından  üç  ay  əvvəl  ölüb-ona  görə  də  qıza  bunu  heç  vaxt 

danışmayıblar. Xəstə uşaqlar adətən təklikdən çox qorxurlar. Onlar 

analarından və tibb bacısından xahiş edirlər 

500 



ki,heç hara getməsinlər. Birdən uşaq qayğı ilə anasına deyir: ”Ana, 

get evə dincəl, mən artıq tək deyiləm. ’’Bəlkə uşaq ölən atasını və ya 

qardaşını  görür-bilir  ki,  onlar  mütləq  kömək  edəcəklər,  onu 

gözləyirlər. Məlumdur ki, həm xəstə, həm də sağlam uşaqlar, bəzən 

yaşlılar  da  yuxuda  uçurlar,  bu  vaxt  özlərini  yüngül,  inamlı  və 

olduqca real hiss edirlər. Uşaq artıq bilir ki, 0 istənilən vaxt anasının 

yanına gələ,onunla ola bilər-o artıq təklikdən qorxmur. Əgər xəstə 

uşağın valideynlərindən hansısa ölübsə ona deyir ki, o valideyn onu 

gözləyir  və  onu  qarşılayacaqdır.  Bəzən  elə  də  olur  ki,  valideynlər 

xəstə  uşağı  heç  vaxt  tək  qoymurlar,  ancaq  birdən  az  müddətə 

aralanan  kimi  uşaq  ölür.  Valideynlər  özlərini  günahkar  hesab 

edəcəklər-onlar  uşağı  ən  ağır  dəqiqədə  tək  qoymuşlar.  Onların 

kədərini azaldın,başa salın ki, uşaq bütün vaxt ərzində onların qayğı 

və  məhəbbətini  hiss  etmişdir.  Əgər  uşağın  ölümü  onun 

mövcudluğunun  sonu  olsaydı  bu  təkcə  ədalətsizlik  yox,  həm  də 

mənasızlıq olardı. Ancaq təbiətdə mənasız heç nə yoxdur. Allahın 

iradəsi heç də həmişə bizlərə aydın deyildir. Yaxın adamın ölümü 

həmişə  kədərli  olur,  uşaq  itirən  valideynlərin  kədəri  lap  ağır  olur. 

”Nə  üçün  mən  yox,  o?  O  hələ  çox  balaca  idi,  0  yenicə  yaşamağa 

başlamışdır. ”Bu inamda böhran yarada bilər:onlar Allahı ədalətsiz 

və qəddar hesab edə bilərlər. Uşaq günah işlər görə bilmədən ölür, 

axirət dünyasında onun ruhu xoşbəxtdir. Sadə,təbii həyat yaşayanlar 

bunu  hiss  edir.  Bir  qocanın  iki  yaşlı  nəvəsi  suda  batır-meyidi 

yaxınlıqdakı  xəstəxanaya  aparırlar.  Dəfndən  bir  gün  sonra  qoca 

uşağın  valideynlərinin  yanına  gəldi.  Oğlu  və  gəlini  stol  arxasında 

əyləşib siqaret çəkir və sakitcə qarşılarında olan stəkandakı soyuq 

kofeyə 

baxırdılar. 



Onlar 

qəmdən,kədərdən 

sanki 

donmuşdular,hərəkətsiz ,əzgin, sükut içində oturmuşdular. Qoca nə 



baş  verdiyini  hiss  edib  onlarla  söhbət  etməklə  onları 

sakitləşdirdi-əgər  valideynlər  uşağın  ölümünün  həqiqi  mənasını 

dərk etsələr xeyli yüngülləşərlər. 

501 



Sevimli insanın ölümünün kədəri dərin və uzun olarsa, bu sağ 

qalanların  sonrakı  həyatını  qəmli  edəcək,  ovqatları  həmişə  pis 

olacaqdır-bu  kədər  onların  ruhi  tarazlığına  və  sağlamlıqlarına  ağır 

təsir edə bilər. Bizim üçün ölüm həm də ona görə çətindir ki, müasir 

ictimai  quruluş  ölümü  hiss  etməyə  qoymur,  o  gələndə  isə  biz  nə 

edəcəyimizi  bilmirik,  onu  qarşılamağa  hazır  olmuruq.  İndi  dəfn 

mərasimi  də  gündəlik  həyatımız  kimi  sürətlə  həyata 

keçir-qəbirstanlığa  da  əvvəlki  dövrlərdə  olduğu  kimi  tez-tez 

getmirlər. Tanışlar çox vaxt qohumlara məsləhət verirlər ki,’’dəfnə 

getmək  lazım  deyildir.  ’’Qohumlar  da  bu  fikirlə  razılaşır  və 

düşünürlər ki, nə qədər az görsələr bir 0 qədər ağrı yüngülləşər.Bu 

düzgün  deyildir.  Yad  adamın  yanında  ağlamaq  düz  deyil,  açıqca 

kədər bildirmək də səhvdir. Çox vaxt neçə illər bir yerdə yaşayan 

qadına  ərini  qəbirstanlığa  yola  salmağa  icazə  vermirlər,  guya 

bununla  onun  ağrılarını  yüngülləşdirmək  istəyirlər.  Yaxın  adamın 

ölümünə  bu  cür  münasibət  səhvdir. Kədərdən  qaçmaq  olmaz,  onu 

yaşamaq  lazımdır.  Kədər  qısa  və  uzun  müddətli  ola  bilər.  Kədəri 

qəbul etmək və onu yaşamaq lazımdır. İtkini yalnız əqllə yox, həm 

də  ürəklə,yalnız  intellektlə  yox,  həm  də  emosiya  ilə  qarşılamaq 

lazımdır.  Kədərin  uzanması  xroniki  depresiyaya,həyat  eşqinin 

itməsinə  və  ümumiyyətlə yaşamaq  istəməməyə  səbəb  ola  bilər-bi’ 

ağır  xəstəliklər  yarada  bilər.Adətən  kədərin  uzun  sürməsi,ağrmın 

keçməməsi  ölən  doğma  adamla  münasib  vidalaşma  oimayanda 

güclü  olur:ölənin  cəsədini  görmür,dəfndə  iştirak  edə  bilmir, 

məsələn,əsgər və zabitin arvadı ərinin ölüm kağızını alır,ancaq heç 

nədən xəbəri olmur,0 ölü bədəni görməyib və onda ölümün reallığını 

inkar etmək arzusu yaranır.Onun sağalmaz dərdi uzun müddətli olur 

və bu təhlükəli sonluqla yekunlaşa bilər - bəzən belə qadını normal 

həyat  rejiminə  salmaq  çətin  olur.Təbabət  bunu  “sağalmaz  kədər 

psixoloji  çatışmamazlıq  yaradır”sözləri  ilə  təsvir  edir.Quru  sözlər 

olsa  da  doğru  səslənir.Kədər-qəm  hissi  yaşayanlar  yaxşı 

olurlar,onlar yetkinləşirlər.Ölümlə hər 

502 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə