Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə159/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   155   156   157   158   159   160   161   162   ...   167

Ruhun bədəndən bədənə keçməsi bir neçə növdə təqdim olunur: 

sadə primitivdən tutmuş olduqca mürəkkəb ruha qədər olmuşdur. Bu 

gün  Mərkəzi  Afrikada  yaşayan  ozande  tayfasının  baxışlarına  görə 

insan öləndən sonra onun ruhu totem heyvana çevrilir - bu heyvanın 

adını  ölənin  nəsli  daşıyır.  Bununla  belə  kişinin  ruhu  ata  nəslinin 

heyvanına,  qadının  ruhu  isə  ana  nəslinin  heyvanına  keçə  bilər. 

Burada  cinsi  qarışdırmaya  yol  verilmir.  Ruhun  bədəndən  bədənə 

keçmə ideyası slavyanlara başqa forma alma haqqında təsəvvür kimi 

məlum  idi.  Rusiyada  xristianlığın  dindən  qovduğu  bu  inam 

qorunmuş  və  sehirli  nağıl  formasında  bizim  günlərə  qədər  gəlib 

çatmışdır.  Bu  nağıllarda  quldurların  başçısı  təhlükə  vaxtı  birəyə 

çevrilir,  hökmdar  xanımı  cadunun  təsiri  ilə  qurbağaya,  hökmdar 

canavara  və  ya  keçiyə  çevrilirlər,  sonra  isə  yenidən  insan  sifəti 

alırlar.  Xristian  dövrünün  rus  nağıllarında  İlya  Muromes  yalnız 

qədim rus pəhlivanı Svyatoqorun ruhunu mənimsəmir, həm də onun 

fiziki gücünü qazanır. Ümumiyyətlə, ölən əcdadların ruhunun onun 

övladlarına  keçməsi  ideyası  keçmişdə  geniş  yayılmışdır.  Ruhun 

bədəndən bədənə keçməsi haqqında sadə və olduqca geniş yayılmış 

baxışlara biz Şimali Amerika hindlilərində - aiqonkinlərdə daha çox 

rast gəlirik; onlar hesab edirdiler ki, uşağı yol kənarında dəfn etmək 

lazımdır  ki,  onların  ruhu  oradan  keçən  qadına  keçsin  və  yenidən 

doğulsunlar. Bu mif eyni vaxtda iki mühüm suala - ölənin ruhu hara 

gedir  və  yeni  doğulan  uşaqların  ruhu  haradan  gəlir  -  cavab  verir. 

Qrelandiyada dul qadın evli kişilərdən birini inandırmalı idi ki, ölən 

uşaqlardan birinin ruhu onun yaşayan uşaqlarına keçib. Beləliklə, dul 

qadın  özünə  yeni  qohum  ve  himayədar  qazanmış  olur.  İoruba 

hindliləri  son  vaxtlara  qədər  yeni doğulan  usağı  qarşılayanda  “sən 

qayıtdın” deyirdilər, onun bədənində hər hansı əlamət axtarırdılar ki, 

uşaqda  kimin  ruhu  olduğunu  müəyyənləşdirsinlər.  Bəzən  yeni 

doğulan  uşaqların  adları  ilə  ölən  əcdadların  adları  arasında 

oxşarlıqda  olurdu.  Yeni  Zelandiya  kahini  yeni  doğulan  uşağın 

yanında əcdadların adını 

478 



oxuyur uşaq öz adını “seçirdi” - o hansı ad çəkiləndə ağlayır və ya 

asqırırdısa həmin adı ona verirdilər. Rusiyada yaşayan ınarilərdə də 

bu  adət  olmuşdur:  uşağı  bərk  silkələyir,  ağladırdılar,  sonra 

əcdadlarının  adını  deməyə  başlayırdılar;  uşaq  hansı  ad  çəkiləndə 

sakitləşirdisə  o  adı  uşağa  qoyurdular.  Bu  yolla  əcdadların  ruhunu 

yeni  doğulan  uşaqla  əlaqəsini  də  təsdiq  edirdilər.  Kanada 

eskimoslarında ölənin ruhu kimə gəldi yox, yalnız nəslində doğulan 

uşağa, çox vaxt nəvəyə keçirdi. Ona görə də eskimoslar belə hesab 

edirler ki, hər bir uşaqda babasının, nənəsinin və ya hansı ölən digər 

qohumunun  ruhu  yaşayır.  Uşaqda  məhz  kimin  ruhunun  olmasını 

şaman  müəyyən  edirdi.  Günahı  olan  uşağın  cəzalandırılmasının 

qadağan  edilməsi  məhz  bununla  bağlıdır.  Uşağı  söymək,  döymək 

olmaz, valideyn uşağı cəzalandırmaqla əcdadını cəzalandırmış olur - 

bu da evə bədbəxtlik gətirə bilər. Bu mifin özünə məxsusluğundan 

biri  də  ondan  ibarətdir  ki,  öz  nəslində  kiminsə  bədənində 

məskunlaşan ruh onun həyatının sonuna qədər orada qalmır - yalnız 

ilkin  dövrlərdə,  uşağın  köməyə  və  müdafiəyə  ehtiyacı  olan  qədər 

qalır. Uşaq böyüyəndən və bərkiyəndən sonra əcdadın ruhu onu tərk 

edir. Bu o deməkdirmi ki, bundan sonra uşaq ruhsuz qalır? Bu belə 

deyildir! Məsələ ondadır ki, sən demə onun həm də öz səxsi ruhu var 

-  o  bədəndə  möhkəmlənir  və  bundan  sonra  o  artıq  özü  bədəndə 

rəhbərlik  edə  biləcəkdir.  Əcdadın  ruhunun  hara  getməsi 

naməlumdur, bu heç vacib də deyil - əcdadın ruhu artıq öz vəzifəsini 

yerinə  yetirmişdir.  Ruhun  bədəndən  bədənə  keçməsinə  Xarəzm 

sakinləri başqa cür yanaşırdılar. Özləri üçün vacib olan bu prosesi öz 

başına  buraxmayıb  hər  şeyə  rəhbərlik  etməyə  çalışırdılar.  Çoxlu 

uşaqları  olan  qoca  öləndə  uşaqsız  qadınlar  onun  ruhunun  ovuna 

çıxırlar 

Müsəlman adətinə görə qadınlar cənazənin qəbirstanlığa getməsi 

prosesində  iştrirak  etmirdilər.  Cənazə  kəndin  küçələri  ilə  gedəndə 

uşaqsız qadınlar onu gözləyirlər. Hər tərəfdən yola çıxır cənazənin 

qabağından keçməyə can atirlar. Cənazənin 

479 



üstünə paltar və pul atırdılar, hər biri elə düşünür ki, bununla ölənin 

ruhunu  ala  biləcəkdir.  Bir  çox  halda  ruhun  başqa  bədənə  keçməsi 

mühüm ictimai və siyasi əhəmiyyət kəsb edir. Məsələn, hökmdarın 

və  ya  kahinin  ölümündən  sonra  hakimiyyət  onun  oğlanlarından 

birinə keçməlidir. Nias adasında yaşayan aborigenlərdə belə bir adət 

var  ki,  hakimiyyət  yalnız  son  anda  ruhun  kimə  keçməsi  ilə  bağli 

varisə  keçir  bu  sərtə  əməl  etmək  ücün  varisliyə  namizəd  olan 

hakimin son nəfəsində çıxan ruhu ağzı ilə və ya torba ilə tutmalıdır. 

Bəzən  elə  olurdu  ki,  ölən  hökmdar  üzü  üstə  can  verəndə  varis 

döşəmədən  deşik  açıb  xüsusi  çubuqla  onun  son  nəfəsini  özünə 

çəkirdi.  Bəzi  hallarda  ruhun  keçməsi  ictimai  mükafat  kimi  qəbul 

edilirdi - belə ki, ruh kimə gəldi yox, yalnız layiq olanlara keçirdi. 

Afrikada və Bostvanda yaşayan hambukuslar belə hesab edirlər ki, 

ölən adamın ruhu yenidən insana keçə bilməz  - onlar əbədi olaraq 

ruh  kimi  qalırlar.  Yalnız  xüsusi  seçilən  ovçuların  ruhlan  başqa 

bədənə keçir - ancaq insan bədəninə yox heyvana keçir. Ancaq orada 

yaşayan,  nisbətən  inkişaf  etmiş  rukubalarda  daha  çox  adamların 

ruhlarının başqa bədənə keçmək hüququ var. Bütün seçilən, sayılan 

adamların  ruhları  başqa  bədənə  keçir,  ancaq  bu  keçid  dərhal  yox, 

yeddi ildən sonra baş tutur. Bu vaxta qədər həmin adamlann ruhlan 

bütün  dünyanı  dolaşırlar  və  ya  quşlarda  müvəqqəti  sığınacaq 

tapırlar. Afrika tayfaları o cümlədən Avstraliya və Yeni Kaliedoniya 

sakinlərində  ruhun  bədəndən  bədənə  keçməsi  ilə  bağlı  baxışlar 

başqadır.  Ağ  adamların  mövcudluğunu  izah  etməyə  cəhd  edən  bu 

insanlar belə hesab edirlər ki, bu onların yerə qayıdan əcdadlarıdır. 

Əgər  bir  xalqda ruh  başqa  bədənə,  əsasən  də  yeni  doğulan  uşağın 

bədəninə  keçirsə;  başqalarında  o  hər  hansı  başqa  heyvana,  o 

cümlədən balığa və ya quşa keçir. Buna görə də həmin inama görə 

məhz həmin heyvanın və ya quşun ovlanmasını qadağan edirdi - belə 

ki, bu heyvanlarda onların əcdadlarının ruhu yaşayırdı. Maraqlıdır 

ki,  Meksikada  yaşayan  bəzi  tayfalarda  ölənin  ruhu  onun  sahibinin 

ictimai vəziyyətinə 

480 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə