ən böyük xristian kilsəsi olan katolik kilsəsi, pravoslavlann ən böyük
kilsəsi olan Rus kilsəsi heç vaxt “İsa peyğəmbərin müqəddəs son
günlərinin kilsəsinə” - mormonlara kömək etməyə tələsməmişlər və
tələsmirlər. Axı hər biri ayrılıqda bir kilsəyə məxsus olan dindarlara
və onların ruhlarına qayğını bəyan edirlər, ancaq digər qardaş kilsəyə
ümumi “xilas” izində kömək etmək etmək istəmirlər. Bu nə isə
düzgün deyildir. Bununla belə momıonlar artıq yüz ildən çoxdur,
1894-cü ildən başlayaraq bu məsələnin üstündə çalışırlar. Şimali
Amerikanın Yuta ştatında dünyada ən böyük genealoji laboratoriya
yaratmışdırlar. Bu laboratoriya Solt - Leyk - Siti şəhəri
yaxınlığındakı 1800 metrlik dağın başındadır. Dağın içində 210 metr
dərinlikdə altı yeraltı keçid düzəldilmişdir - ora yaxın düşmək olmur.
Dəmir barmaqların arxasında “dağın sənədli xəzinəsi” yerləşir, onun
qapısı 15 tondur - hər hansı təhlükə olarsa qapı avtomatik bağlanır və
o əbədi olaraq mormonlarm sirlərini gizlədəcəkdir: on minlərlə 16
millimetrlik plyonka 26 milyon maşınlı yazılı səhifə burada
saxlanılır. Bu qeydiyyat sənədlər, dini sənədləri, xəstəxana və
qəbirstanlıq sənədləri - bir sözlə sağlara və ölülərə aid olan - bu
dünyaya gəlib buradan gedenlərə aid sənədlər saxlanılır: onların
yalnız ad, soyadı, anadan olduqları il, ay, gün qalır, qısa həyat
tərzləri, qısa tərcümeyi - halları verilir. Bu dağ özündə ABŞ - da,
Asiyada, Afrikada, Qvineyada doğulan iki milyard adamın adını
saxlayır. Bu gün iki yüz adam əllərində fotokamera il boyu planeti
dolaşır,müvafiq məlumatlar
toplayırlar
Mormonlar ordusu ildə beş milyon yarım adam xaç suyuna salmaq
üçün çalışırlar. Artıq Şərq ölkələri ilə danışıqlar aparılır, bu
yaxınlarda onlar Rusiyada öz
kilsələrini
yaratmışdılar və bu ərazilərdə
də öz işlərini
görməyə
başlayacaqlar.
Qiyamət gününə Amerikanın cənubundakı
baptistlər də qızğın hazırlıq işləri görürlər. Kompüterin köməyi ilə
onlar Alabama ştatında əhalinin siyahıya alınmasını keçirmişlər.
Sonra İsanın funksiyasını öz üzərinə götürən - ali
469
hakim - bu kilsə kimin cənnətə, kimin cəhənnəmə düşməsini
müəyyən edəcəkdir.
Əgər möminlərin əksəriyyəti Qiyamət gününə hazırlaşarkən
Allahın qarşısında cavab verəcəklərinə ümid edirlərsə də
Həbəşistandakı rasteferian sektasının nümayəndələri bu günü
gözləyirlər ki, Həbəşistanın keçmiş imperatoru, hal - hazırda
ilahələndirilmiş Haylı Selassiya ilə görüşəcəklər. O günaha batan
həmvətənlərinə hökm verəcək, ancaq ədalətli qərar qəbul edəcəkdir.
Qiyamət gününə gəldikdə isə onun haqqında tam təsəvvürü
xristianlıqdan almaq olar. Bu məhkəmə xeyirxah admlarm pislərdən
həmişəlik ayrılmasıdır. Həmin gün məsihə gələcək, onun gəlişini
mələklər əllərində çaldıqları tütəklə bildirəcəklər. Təəssüf
ki,qiyamət gününü təsvirinə az yer verilir. Mələklərin iştirakı ilə
hakim taxta oturacaq - bütün xalq onun qarşısına toplanacaqdır.
Məhkəmə qurtaranda bəraət alanlar hakimin sağ tərəfinə, ittiham
olunanlar, yəni günahı olanlar sola yığışacaqlar. Qiyamət gününə
həsr olunan saysız - hesabsız ikon və şəkillər var. Onun hazırlanması
üçün əsas kimi axirət məhkəməsi haqqında qədim Misir təsvirləri
götürülmüşdür. Yalnız Osirisin yerinə tərəzini Mixayıl tutur.
Qiyamət gününün bu şəklini kifayət qədər mənzərəli olmadığını
qeyd edən xristian yazxıçısı Yefrem Sirin onu inkişaf etdirmişdir.
Onun yaradıcılığı rəsmi kilsə tərəfindən qəbul edilməsə də onun
yaratdığı Qiyamət günü şəkli kilsə irearxlannın baxışlarına müvafiq
olmuşdur. Sirin yazırdı ki, torpaq və dəniz, heyvanlar, quşlar,
balıqlar (yəni kimlər və nələr ölü yeyib və ya udubsa) öz qurbanlarını
geri qaytaracaqlar. Doğrudur o artıq həzm olunmuş insan bədəninin
necə geri qaytarilacağını təsvir etmir; məhz insan bədəni hesabına
heyvanları öz bədənlərini möhkəmləndirmişlər. Hətta bu heyvanlar
özləri artıq çoxdan Yer kürəsindən yox olmuşlar. Möminlər üçün bu
xırda detallar əhəmiyyət kəsb etmir. Onlar bu məsələ ətrafında hətta
düşünmürlər. “Dünyanın sonunda” başlanan kosmik fəlakət qiyamət
günü də davam edecəkdir;
470
Günəş və Ay sönəcək, ulduzlar göydən yerə töküləcək, yer özü də
çevriləcəkdir - hakimin taxtından odlu çay axacaqdır.
Qiyamət günündən sonra kim xilas olacaq, kim cənnətə düşmək
hüququ qazanacaq və əbədi həyat qazanacaqdır? Dini baxışlara görə
əbədi həyat yalnız möminlər üçün nəzərdə tutulur, günahı olanlar
cəhənnəmdə əzab çəkəcəklər “Hamı onun qarşısına toplaşacaq,
onları bir - birindən - çoban qoyunları ayiran kimi ayırır - qoyunları
sağ tərəfinə, keçiləri sol tərəfinə yığır: sağda olanları cənnətə,
soldakıları cəhənnəmə göndərir” xristianlar bu vaxtı öz kilsələrinin
üzvi olmağı tələb edirlər - bu gün isə cavab birmənalıdır - cənnətə
möminlər düşə bilər. Lakin bu gün məlum olur ki, mömin deyərkən
xristianlar İsaya inananları və həmin kilsənin üzvi olanları nəzərdə
tutur, yəni xristian cənnətinə düşmək üçün həmin kilsənin üzvi
olmaq vacibdir.
Qiyamət günü mövzusu yalnız dini əsərlərin yox, həm də
nağılların mövzusudur.
İslamda Qiyamət günü yəhudi və xristianlığın təsiri altında
formalaşmışdır, burada həm də bütpərəstlərin - ərəblərin axirət
dünyası ilə bağlı baxışlarına da rast gəlmək olur. İslam baxışlarına
görə Qiyamət günündə Günəş sönəcək ,ulduzlar yerə töküləcək,
dağlar göyə qalxacaq,vəhşi heyvanlar bütün dünyada gəzişəcəklər
,çayların, dənizlərin suları qalxacaq: məhz bu vaxt bədən və ruh
birləşəkdir.Sonra “səma kitabı” açılacaq və burada hər kəsin taleyi
yazılmiş olacaqdır. Möminlər üçün cənnət,günahkarlar üçün
cəhənnəmin qapısı açılacaq - burada da “Özümüzkülər” işə
düşür.Bəzi islam yazılarında deyilir ki,minlərlə mömin öz işləri
haqqında hesabat vennədən cənnətə daxil olacaqlar - eyni zamanda
kafirlərlə müharibədə həlak olan şəhidlərin ruhları da bura daxil
olacaqlar. Hindlilərə görə ölməzlik yalnız layiq olan möminlər üçün
nəzərdə tutulur, yerdə qalanlann ruhları məhv olacaqdır. Onda
maraqlı sual doğur: əgər bu qədər “tək” Allah varsa və hər birinin öz
məhşər ayağı varsa bütün bunlar necə birləşirlər?
471
Dostları ilə paylaş: |