Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə158/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   154   155   156   157   158   159   160   161   ...   167

meyidin  sinəsinin  yanında  dayanmalı,  onun  arxasınca  qohumlar 

durmalıdırlar.  Hamı  dua  oxuyur  -  dua  oxuyan  meyidin  yanında 

dayanmalıdır - xüsusi yox, adi dualar oxunur - onun uzunluğu üçün 

hədd yoxdur. Qəbrin yanında da duanı oxumaq olar - mütləq meyid 

namazı  qılınır.  Meyidi  evdən  ayaqları  qabağa  çıxarırlar.  Bayıra 

çıxarandan sonra onu elə çevirmək lazımdır ki, başı qabaqda olsun. 

Cənazəni  bir  neçə  adam  aparır.  Hər  on  addımdan  onlar  yerlərini 

dəyişməlidirlər. Beləcə qırx addım gedilir. Cənazə ilə rastlaşan hər 

kəs dayanmalı və sifətində kədərləndiyini bildirməlidir - ancaq onlar 

əldən - ayaqdan gedib ağlamamalıdırlar. Dəfndə çox adamın iştirak 

etməsi məsləhətdir. Qadınlar dəfn mərasimində iştirak etmirlər - bu 

qəti qadağandır. 

Meyidi  qəbirstanhğa  maşınla  və  ya  katafalka  ilə  aparmaq 

qadağan  edilmir.  Qəbir  şərqdən  qərbə  yerləşir  -  onun  uzunluğu 

meyidin uzunluğu qədər olmalıdır. Qəbri Kəəbə tərəfdən qazırlar - 

meyidi uzadırlar - ancaq elə olmalıdır ki, onun sifəti Kəəbəyə tərəf 

olsun. Ölənin Kəəbəyə baxması üçün onu sağ böyrü üstə qoyurlar. 

Meyidin  arxası  üstə  düşməməsi  üçün  onu  qəbrin  divarına 

söykəyirlər.  Meyidi  tələb  olunan  qaydada  qəbrə  qoyduqdan  sonra 

kəfənin düyünlərini açırlar, üstünə torpaq, yarpaq qoyurlar ~ bunu 

ona  görə  edirlər  ki,  meyidin  bədəninə  ilan  yaxın  gəlməsin.  Sonra 

qəbrə torpaq atırlar: “Bundan səni yaratdıq, səni ona qaytarırıq və 

ondan başqa vaxt səni yaradacağıq” (Qurani  - Kərim, 20:57 surə). 

Qəbri torpaqla örtürlər və hamı dua oxuyur. Qəbir yerin səthindən 

ovuc içi qədər hündür olmalıdır - bunu seçilmək üçün edirlər. İslam 

qəbrin  üstündə  bahalı  abidələr,  baş  daşı  qoymağı  nəzərdə  tutmur. 

Bura xərclənən vəsaiti ehtiyacı olanlara vermək daha yaxşı hal hesab 

olunur. Meyidin ayaqları qərb, başı isə şərq tərəfdə olmalıdır. Ölünü 

qonumlarının  yanında  dəfn  etmək  yaxşı  olardı.  Heç  vaxt  meyidi 

düşməninin və ya bağışlamadığı adamın yanında dəfn etmək olmaz. 

Qəbir üçün yeri qohumlar seçir, bu yer onların xoşuna gəlməlidir. 

Heç vaxt köhnə qəbrə 

475 



dəfn  etmək  olmaz.  Qəbir  üçün  yerə  toxunmaq  olmaz.  Qəbri  dərin 

etmək  məsləhətdir.  Qəbrin  yanlarını  hörür,  üstünə  daş  pilitələr 

düzürlər.  Qəbrin  dibinə  qamış  qoyurlar,  taxta  qoymaq  məsləhət 

görülmür. Dəfndən sonra dua oxunur və dağılışırlar. 

Ucadan  ağlamaq,  dil  demək  qadağandır.  Həm  də  şənlənmək, 

hadisədən  uzaqlaşmaq  olmaz  -  sakitcə  ağlamaq  olar.  Üçündə, 

yeddisində və qırxmda ölü ehsanı verilir. Ehsana molla, qohumlar, 

qonşular  dəvət  olunur.  Molla  Quran  oxuyur  -  ona  haqq  vermək 

lazımdır - Ehsan lazımi səviyyədə aparılmalıdır - hay - küy salmaq, 

başqa işlərlə məşğul olmaq, ölən haqqında pis danışmaq olmaz. Qırx 

gün  ərzində  molla  Quranı  oxuyub  başa  çatdırmalı  və  qırxıncı  gün 

onu ölənin adma tapşımıalıdır. Hər il ölənə ehsan verilir - yığışıb onu 

anırlar - ancaq bu məcburi qayda deyildir. Quranın oxunması ölənin 

ruhunun  o  biri  dünyaya  keçməsinə  və  orada  rahatlıq  tapmasına 

kömək edir. Ölənin ruhu bütün baş verənləri və bizi müşahidə edir. 

O, Quran ayələrinə qulaq asmaqla rahatlanır - bizim ehtiyacı olanlar 

pay  verməyimizi  müşahidə  edir  -  yetimləri,  kasıbları,  ehtiyacı 

olanları  yedizdirmək  savab  iş  hesab  olunur.  İlk  növbədə  mollanın 

haqqı  ödənilməlidir.  Müsəlmanlar  ölən  adamının  qəbrinə  qulluq 

etməlidir  -  qəbrin  üstündə  nə  isə  tikmək  olmaz,  qəbri  ayaqlamaq 

günahdır.  Qəbrin  yanında  hər  kəs  özünü  qəbul  olunmuş  qaydada 

apannağı bacarmalıdır: əvvəlcə dəstəmaz alınır, sonra dua oxunur - o 

rəhmətə  gedənin  ruhuna  həsr  olunmalıdır.  Yalnız  bundan  sonra 

qəbrə  yaxınlaşmaq  olar.  Qəbrin  yanında  da  dua  oxunur.  Qəbri 

ziyarətə gələn burada üzü qəbrə tərəf “Yasin” surəsini oxumalıdır. 

Qəbrin  yanında  “Sizə  və  sizin  evə  baş  əyirik.  Allah  sizə  qədər 

gedənləri,  sizdən  sonra  gələnləri  unutmayacaq,  biz  Allahdan  həm 

özümüzə,  həm  də  sizlərə  rahatlıq  verməyi  xahiş  edirik”.  Birbaşa 

rəhmətə  gedənə  dua  oxunmalıdır.  Əgər  müsəlman  oradan  keçirsə 

“Qulfuallahı” on bir dəfə oxunmalıdır. Dua orada dəfn olunana həsr 

olunur.  Qəbirstanlığa  -  ayaqyalın  getmək  lazımdır  -  Məhəmməd 

(Ə.S.) belə buyururdu İslam 

476 



müqəddəslərə yox, birbaşa Allaha müraciət etməyi tələb edir. Qəbri 

pərəstiş obyektinə çevirmək olmaz. Matəmə gəldikdə ər və ya arvad 

üçün o dörd ay on gün davam edir - bütün yerdə qalanlar üçün o üç 

gün üç gecə davam edir. 

Deyildiyi  kimi,  dirilməyə  ruhun  və  bədənin  birləşməsi  kimi 

baxılması  inamı  ilə  yanaşı  həm  də  ölümdən  sonra ruhun  taleyi ilə 

bağlı  digər  baxışlar  da  mövcuddur.  Bu  baxışlar  görə  ən  ümumi 

dirilmə  yoxdur,  ancaq  vaxtaşırı  dirilmə  var,  bu  vaxt  ölən  adamın 

ruhu başqa adama və ya hər hansı heyvana, hətta bitkiyə keçə bilir. 

Ruhun  bədəndən  bədənə  keçməsi  ideyası  “ruhun  0  biri  dünyaya 

keçməsi” ideyası qədər qədimdir. Ruhun bədəndən bədənə keçməsi 

ideyası  bir  tərəfdən  insan  və  heyvanın  qan  qohumluğu  haqqında 

totemik  baxışlarla,  digər  tərəfdən  isə  antimistik  baxışlarla  -  bu 

baxışlara görə yalnız totem əcdad deyil, həm də insan, heyvan, bitki 

və ya predmet “gəmir gücə”, “çürüməyən” mahiyyətə malikdir, onun 

sahibinin bütün metamorfozasında o dəyişməz qalır - şərtlənir. XX 

əsrin  əvvəllərində  animizmin  qalıqlarını  öyrənən  etnoqraf 

P.A.Sorokin  yazırdı  ki,  “heyvanların,  insanların  və  cansız 

predmetlerin  ruhları  eynidir;  onların  zahiri  yalnız  fonnadır  və  ruh 

sərbəst  səkildə  bir  formadan  digərinə  keçə  bilər.  “Yəqin  ki, 

çoxlarınız  bilirsiniz  ki,  bu  inam  Cənub  -  Şərqi  Asiya  xalqlarında 

qalır  -  qədim  dövrlərdə  isə  bu  inam  digər  kontinentlərin  xalqları 

arasında  geniş  yayılmışdır.  Bu  əsasən  yunanlara  məlum  idi,  onlar 

ruhun bədəndən bədənə keçməsinə bu günə qədər gəlib çatan ad da 

vermişdirlər - metempsixoz. Bu tamaşanın tərəfdarlarından biri olan 

Pifaqor özündə onun ədalətli olduğunu “nümayiş” etdirmişdir. Belə 

ki, o Qerr məbədində bir yer tanıyırdı, burada qılınc asılmışdır - bu 

qılınc  nə  vaxtsa  ona  məxsus  olmuşdur:  bu  vaxt  o  “Evforbom” 

tərəfindən  öldürülmüşdür,  Evforbomu  isə  Troya  mühasirəsi  vaxtı 

Menelay öldürmüşdür. O eyni zamanda əmin edirdi ki, sonradan o 

qlazomenli peyğəmbər Hermotim olmuşdur. Daha sonra onun ruhu 

xoruza keçmişdir. 

477 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə