Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə155/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   151   152   153   154   155   156   157   158   ...   167

çürümüşdür.  Yalnız  sümük  qalıqları  qalmışdır  -  hətta  sümüklərin 

tamam yox olması, qəbirlərdən əsər  - əlamət qalmaması şəraitində 

dirilmənin olacağına inamın xristianlarda qalması təəccüb doğurur. 

Qəbirlərin əksəriyyəti iki yüz - üç yüz il qalır - sonra hamısı dağılıb 

gedir  -  bu  gün  dağıdılan  qəbirstanlıq,  köşurulən  məzarlar,  sökülən 

qəbirlərdəki sümüklərin hamısının yığılıb bir qəbirdə dəfn edilməsi 

ilə  bağlı  çoxlu  faktlar  var.  Ancaq  möminlər  heç  bir  kəs  əks 

arqumentə  qulaq  asmaq  istəmirlər.  Onlar  əmindirlər  ki,  ölənlər  nə 

vaxtsa diriləcək və əbədi yaşayacaqlar - həm də bədənləri ilə birlikdə 

yaşayacaqlar. Təcrübə göstərir ki, bədən əriyib torpağa qarışır, onun 

bərpa  olunması  qeyri-mümkün  olur.  Dirilməyə  inam  xristianlığın 

məhək daşı olsa da İndidə onun təsviri yoxdur. Orada yalnız deyilir 

ki, qiyamət günü bütün xristianlar diriləcək - həm möminlər, həm də 

günahı  olanlar  diriləcəkdir.  Kilsədə  də  bu  məsələ  ilə  bağlı  vahid 

mühakimə  yoxdur.  Məsələn,  bəzi  din  xadimləri  deyir  ki,  adamlar 

rəhmətə  getdikləri  yerdə,  o  görkəmdə  diriləcəklər;  başqaları  yeni 

bədənin  cavan  olacağını  söyləyirlər.  Bu  günə  qədər  bu  məsələ  ilə 

bağlı vahid fikir formalaşmamışdır - fikir ayrılıqlarına baxmayaraq 

kilsə  öz  davamçılarının  diriləcəyi  ideyasını  təbliğ  edir.  Pravoslav 

kilsəsinə  görə,ölüm  həyatın  dayanması  olmayıb  ruhun  və  bədənin 

ayrılmasıdır,onlar  sonradan  mütləq  birləşəcəklər.  Dirilən  adamın 

bədəninin necə olacağı ilə bağlı mübahisələr səngimək bilmir. Bəzi 

din  xadimlərinə  görə  dirilənlərin  bədəni  indiki  adamların  bədəni 

kimi olmayacaq, insan bədəni nə vaxt keçdikcə dəyişikliyə uğrayır, 

geynilən  paltar  da  dəyişir.  Uzun  müddət  yaşanan  bədən  zəifləyir, 

xəstəliyə məruz qalır. Allah onları ölüm vaxtı olduğu halda yarada 

bilməz. Onlar etiraf edirlər ki, bədən torpaqda çürüyür, o bitkilərə, 

torpağa  qarışır.  Ölənlərin  atomları  başqa  canlıların  yaranmasında 

istifadə  olunduğundan  onun  yenidən  bir  yerə  yığılması  qeyri  - 

mümkündür - hər hansı bir atom istənilən dirilmiş adam üçün istifadə 

oluna bilər. İnsanın bədəninin 

466 



yenidən bərpa edilməsinə inanmayan bu din xadimləri - xüsusən də 

müqəddəs  yeqonistlər  -  “arxalarınca  bütün  körpüləri  yandırmağa” 

cəsarət etmir və dirilmə ideyasından imtina etmirlər. Onların fikrincə 

yeni  yaranan bədən  öz  xassəsinə  görə əvvəlkindən  fərqlənəcəkdir. 

Yeqonistlərin  Allahın  imkanlarına  inamları  böyükdür  -  onlar 

inanırlar ki, dinlərin ümumi xarakterləri çox da dəyişməyəcəkdir  - 

belə ki, Allahın insanlara həqiqi məhəbbəti güclüdür. 

İslama  görə  bütün  insanlar  diriləcək.  Ancaq  günahı  olan 

müsəlmanın cəhənnəmdən cənnətə keçməsi ehtimalı çoxdur. Qeyri - 

müsəlman  günahkarlar  isə  əbədi  olaraq  cəhənnəmdə  qalacaqlar. 

İnsanların  əbədi  həyata  olan  inamını  saxlamaq  üçün  bu  gün  də 

müxtəlif  təriqətlər  yaradılır.  Onlar  bir  -  birindən  fərqli  fikirlər 

söyləsələr də onları bir ideya birləşdirir: dirilmə vədi. Ancaq burada 

da müəyyən şərtlər qoyulur: birincisi, heç də bütün möminlər yox, 

yalnız onların kilsəsinə qulluq edənlər diriləcəklər; ikincisi,dirilmə 

hələ  özlüyündə  heç  nə  demək  deyildir,  belə  ki,  dirilən  adamların 

taleyi  Məşhər  ayağında,  qiyamət  günündən  sonra  bilinəcəkdir  - 

yalnız seçilmiş adamlar cənnətə düşə biləcəklər - başqaları üçün isə 

o həmişəlik bağlı olacaqdır. 

Qədim  dini  təlimlərə  əsasən  ölən  adamın  ruhu  öz  sahibinin 

ölümündən  sonra  məhkəmə  qarşısında  dayanır.  Sonrakı  dinlərdə  - 

yəhudi,  zərdüşt,  xristianlıq,  islam  -  məhkəmə  prosesi  qeyri  - 

müəyyən  müddətə  təxirə  salınır.  Bir  sıra  dinlərdə,  xüsusilə 

xristianlıqda  -  onun  pravoslav  təriqətində  -  bir  yox,  iki  məhkəmə 

qurulur:  ilkin,  əvvəlcə  olan,  əzab,məşəqqət  adlanan  məhkəmə  və 

yekun,son  məhkəmə  -  bu  da  qiyamət,  kainat  məhkəməsi  adlanır. 

İkinci  məhkəmənin  özünə  məxsusluğu  ondadır  ki,  o  hər  ruh  üçün 

ayrıca  keçirilmir  -  qədim  bütpərəstlər,  dinlər  üçün  hər  ruh  üçün 

ayrıca məhkəmə xarakterik olunmuşdur ~ nə vaxtsa Yerdə yaşayan 

bütün ruhlar  üçün  birdən məhkəmə  təşkil  olunur  və  bu  ən  ümumi 

xarakter  daşıyır.  Bu  məhkəmənin  digər  özünəməxsusluğu  ondadır 

ki, o 


467 


çox ciddidir, məhkəmə kollegiyası tərəfindən yox, bir hakim, Allah 

tərəfindən  aparılır  -  o  öz  simasında  prokuroru,  vəkili,  hakimi 

birləşdirir - bir hökmü ilə milyardlarla adamın ruhunun taleyini həll 

edir. Kimi cənnətə, kimi cəhənnəmə göndərməyə o qərar verir. Bu 

Allah - hakimlərin hər biri - Ahura Mazda, Mitra, Yaxva, İsa, Allah - 

bütün  ruhların  taleyini  elə həll  edir  ki,  sanki  başqa  Allah  mövcud 

deyildir.  Aydındır  ki,bu  cür  mühüm,necə  deyərlər  hər  bir  adamın 

həyatında olan Kainat hadisəsinə hazırlaşmaq lazımdir. Lakin dini 

ocaqların  əksəriyyəti  onu  passiv  gözləyirlər,  çox  az  halda  onun 

görüşünə  son  aylar  və  hətta  günlər  hazırlaşırlar.  Evin,  mülkün, 

var-dövlətin,  torpağın  -  bir  sözlə  adamları  bu  həyata  bağlayan  hər 

şeyin satılması nəzərdə tutulur. Bununla belə dini məbədlər arasında 

istisnalıq təşkil edənlər də vardır - İsa peyğəmbərin müqəddəs son 

günlərinin  kilsəsi  bu  qəbildəndir.  Bu  kilsə  olduqca  çətin  vəzifəni 

yerinə yetirməyi öz üzərinə götürmüşdür: - nə vaxtsa yerdə yaşayan 

bütün adamları dirilməyə hazırlamaq: kilsənin hesablamalarına görə 

onların  sayı  69  milyarddır.  Kilsəyə  görə  İsanın  bu diriltməsi üçün 

ona kömək etmək lazımdır. Kömək bütün bu 69 milyard adamın xaç 

suyuna salınmasıdır. Ölən adam,xüsusən do yüz illər bundan qabaq 

ölənləri necə xaç suyuna salmaq olar? - bu sualınız da düzdür. Nə 

qədər  qəribə  görünsə  bu  kilsənin  inamına  görə  yalnız  canlı  adam 

yox, həm də ölənin ruhunu xaç suyuna salmaq olar. Söhbət həm də 

yalnız  bu  kilsənin  qaydası  ilə  xaç  suyuna  salmaqdan gedir.  Başqa 

kilsədə xaç suyuna salmanı İsa peyğəmbər qəbul etmir, deməli bu 

xaç  suyuna  salma  adamlara  kömək  edə  bilməz.  Yerin  ölmüş 

sakinlərini tez xaç suyuna salmaq üçün ölənlərlə nigaha da icazə də 

verilir.  Xüsusi  rituala  əsasən  onlar  ölülərin  mikroflimləşdirilmiş 

adları  ilə  nigah  bağlayırlar  ki,  gələcək  həyatda  bütün  bu  qadınlar 

onların  hərəmxanalarında  olsunlar.  Maraqlı  odur  ki,  bütün  digər 

xristian  kilsələri  özlərini  elə  aparırlar  ki,  guya  bunların  onlara 

aidiyyatı yoxdur. Hər halda onlardan heç biri (onların sayı üç minə 

qədərdir), o cümlədən 

468 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə