Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə157/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   153   154   155   156   157   158   159   160   ...   167

Yox əgər yalnız bir Allah varsa, onda onlardan hansı həqiqidir? Heç 

bir dində bu sadə suala cavab yoxdur. Möminlər hara getsinlər, nəyə 

inansınlar? 

İslamda ölən adamın dəfn mərasimi və onun yad edilməsi başqa 

dinlərdən  fərqlənir:  doğrudur  müxtəlif  təriqətlərdə  də  bu  fərqlər 

özünü  göstərir.  İslamda  deyilir  ki,  insan  ölümünün  yaxınlaşdığını 

hiss  edəndə  Allah  qarşısında  tövbə  etməlidir.  O  mütləq  vəsiyyət 

etməlidir  - ümumiyyətlə vəsiyyətnamə əvvəlcədən hazır  olsa  daha 

yaxşıdır.  Vəsiyyətin  əvvəlində  o  yazmalıdır  ki,  Qiyamət  gününə 

inanır, Allahın qarşısında dayanacağına əmindir. Daha sonra o xahiş 

etməlidir ki, onun vəsiyyətinə əməl etsinlər. Vəsiyyət yazılan kağızı 

özündə saxlamalıdır - onu başqasına da verə və ya hara qoyduğunu 

deyə  bilər.  Vəsiyyətə  tam  əməl  edilməlidir.  Burada  mülkiyyət 

uşaqlar, qohumlar arasında bərabər bölünməlidir - var - dövlətin bir 

hissəsi  məsçidə  vəsiyyət  olunmalıdır.  Vəsiyyət  edən  bütün 

uşaqlarını,  qohumlarını,  yaxınlarını  və  qonşularını  sakitliyə,  bir  - 

birinə hörmət etməyə çağınnalıdır. Hər bir müsəlman etdiyi günaha 

görə  tövbə  etməlidir  -  o  keçmişlə  bağlı  peşmançılıq  çəkməməli, 

ağlamamalıdır. O, gələcək həyatı haqqında, Allah haqqında, onunla 

olacaq,  görüş  haqqında  düşünməlidir.  O,  Allahdan  sakit  ölüm  və 

baxışlanmasını xahiş etməlidir. O Allaha dua edir və sakiləş məsini 

gözləməlidir. O, mələklərin gəlməsini gözləyir - belə hesab edir ki, 

çətin ölüm günahın çox olması deməkdir. Müsəlman üçün qəflətən 

olan  ölüm  arzuolunmazdır.  O  buna  hazırlaşa  bilmir,  Allahı 

xatırlamağa,  günahlarına  görə  tövbə  etməyə  vaxt  olmur.  Ən 

hörmətli,  ən  müqəddəs  ölüm  -  müharibə  meydanında  ölməkdir  - 

inam yolunda ölənlər cənnətə düşürlər. 

Müsəlman  öləndə  onun  ayaqlarını  Kəəbəyə  tərəf  çevirmək 

lazımdır  - bu vaxt onun bədəni bir az sağa çevrilir. Başını yastığa 

qoymaq  və  gözlərini  örtmək  lazımdır.  Təbii  ki,  bu  vaxt  dua 

oxunmalıdır, çənəsi dəsmalla bağlanır ki, ağzı açıq qalmasın. İslam 

adətinə görə ölünü tez dəfn etmək lazımdır - 

472 



bu isti hava şəraitindən irəli gəlmişdir. Əgər müsəlman səhər tezdən 

ölürsə dərhal dəfnə hazırlıq görülür; o axşam ölürsə hazırlıq səhər 

tezdən başlayır, ölənin qarnının köpməməsi üçün onun üstünə ağır 

şey qoyurlar. Ölünü mütləq yuyurlar. Bədəni isti bir şeylə bir neçə 

dəfə  silirlər.  Meyidi  yumaq  üçün  hazırlanan  suya  da  ətir  tökürlər. 

Yumaqdan  qabaq  Quran  oxunmur.  Onu  gecə  meyidin  yanında 

qalanda  oxumaq  lazımdır.  Bütün  rəhmətə  gedənləri,  hətta  suda 

boğulanları belə yuyurlar; ölü doğulan körpəni də yuyurlar - ancaq 

ona ölü duası oxunmur. Əgər körpə sağ doğulub sonra ölübsə onu 

bütün qaydalara uyğun yuyurlar və ölü duası oxuyurlar - ancaq ilk 

növbədə ona ad qoyurlar. Meyidin yuyulması müəyyən qaydalarla 

həyata keçirilir. Yumaq üçün üç əski burun və qulağı yumaq üçün 

isə  altı  əski  hazırlamaq  lazımdır.  Əvvəlcə  meyidi  taxtanın  üstünə 

qoyurlar.  Sonra  onun  əynində  olan  paltarı  kəsirlər  -  ayaqdan 

yuxarıya  doğru,  qolun  üstü  ilə  yuxarı  kəsirlər.  Ölünün  paltarını 

kəsmədən  çıxarmağa  da  icazə  verilir  -  hər  halda  meyidin  cinsi 

orqanları bağlı olmalıdır. Meyidi üç adam yuyur. Onlar əvvəlcədən 

əllərini  ağ  əski  ilə  bağlayırlar.  Baş  yuyucu  meyidin  sol  tərəfində 

dayanır  ki,  onu  yumaq  asan  olsun.  Suyun  temperaturu  insanın 

bədəninin temperaturuna (36,7) uyğun olmalıdır. İlk əvvəl meyidi üç 

əski ilə yuyurlar - onsuz da bu işlər üç adam məşğul olur. Sonra saçı 

açıb  onu  yuyurlar.  Əvvəlcə  meyid  arxası  üstə  olur,  onun  qabaq 

hissəsini yuyurlar, sonra onu sola çevirirlər və sağ tərəfini yuyurlar 

və  belini  yuyurlar.  Bundan  sonra  taxtanı  silib  meyidi  arxası  üstə 

qoyurlar, sonra onu sağ böyrü üstə qoyurlar - bu vəziyyətdə onun sol 

tərəfini və ayaqlarını yuyurlar. Bundan sonra yenə də taxtanı yuyub 

meyidi  arxası  üstə  qoyurlar.  Meyidin  bütün  kürəyi  isladılmalıdır. 

Ayrıca  əski  ilə  ağzını,  başqa  əski  ilə  burnunu  yumaq  qəbul 

olunmuşdur.  Üzünü  üç  dəfə  yumaq  lazımdır.  Bütün bundan  sonra 

rəhmətə  gedənin  qollarından,  əvvəlcə  sağ,  sonra  sol  qolundan  su 

axıtmaq  lazımdır.  Bundan  sonra  taxtanı  yenidən  yumaq  vacibdir, 

əvvəlcədən meyidin 

473 



başını qaldırmaq lazımdır. Daha sonra rəhmətə gedənin bədəninə su 

axıtmaq - sağ çiynindən ayağına qədər, sonra sol çiynindən ayağına 

qədər - lazımdır. Bundan sonra taxta yenidən yuyulur. Sonra yenidən 

hər  şey  təkrar  olunur  -  ancaq  bədəni  sağa  çevirməklə  başlanır. 

Bundan sonra meyidin ayaqları yuyulur və su ilə yaxalanır. Yuyulan 

saç hörülür və yığılır. 

Rəhmətə  gedənin  üzünü  qırxmağa  icazə  verilmir,  onun 

dırnaqlarını da kəsmək olmaz, yalnız qırılmış dırnağı kəsmək olar. 

Meyidin sifətini, əl və ayağını ətirləmək lazımdır. Yuyulma ritualı 

kənar  adamların  iştirakı  olmadan  həyata  keçirilməlidir.  Yuyulmuş 

meyidi təmiz döşəkağına, mələfəyə qoyub silirlər, sonra ona kəfən 

geyindirirlər. Təbii ki, kişiləri yalnız kişi, qadınları isə yalnız qadın 

yuya bilər. Meyidə gözlərini dirəyib baxmaq olmaz - yuyulma vaxtı 

sakit və dözümlü olmaq məsləhətdir. Sonra meyidi kəfənə bükürlər. 

Əgər kəfən yoxdursa onu təmiz və möhkəm paltardan tikirlər kəfəni 

üç qat edirlər. Kəfənin hər qatına ətir tökürlər. Kəfəni elə edirlər ki, 

sonuneu iki  qat  meyiddən  bir  az  uzun  olur.  Əvvəlcə təmiz  yatağa 

yorğan, ədyal sərirlər, onu pərdə ilə örtürlər. Üç bükülmüş dəsmal 

hazırlayırlar - onun eni uzunundan iki dəfə balaca olmalıdır. Kəfənin 

iki  qatını  müşəm-  bəyə  sərirlər,  onun  üstündən  dəsmalı  sərirlər, 

üstünə axirət həyat üçün paltar qoyurlar - bu baş üçün ortası kəsilən 

parça  olur.  Meyidi  kəfənə uzadırlar  -  bədəni  bu  parçaya  bükürlər, 

kəsikdən başı keçirirlər, sonra kişilərə çalma geyindirirlər; qadınlara 

şal bağlanır. Qadının sinəsini lentlə sarıyırlar, saçını iki hörük hörüb 

sinəsinə qoyurlar. Əvvəlcə kəfənin birinci qatı ilə sol tərəfi, sonra 

sağı  bükürlər.  Daha  sonra  sifəti  bükürlər.  Sonra  eyni  tərzdə  onu 

kəfənin  ikinci  qatı  ilə  bükürlər:  ayaq  tərəfdən  kəfəni  kəsirlər. 

Hazırlanan üç dəsmalı rəhmətə gedənin bədəninə qoyub onu ədyala 

bükürlər.  Ayaq  tərəfdən  möhkəm  bağlanır  ki,  yolda  açılmasın. 

Meyidi kəfənə bükəndən sonra onu yerə qoyurlar, baş qərb tərəfdə 

olmalıdır. Molla 

474 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə