Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə160/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   156   157   158   159   160   161   162   163   ...   167

uyğun olaraq quşa və heyvana keçirdi. Məsələn, hələ son vaxtlara 

qədər  hindli  tayfası  olan  tlaskalanlar  belə  güman  edirdilər  ki, 

xeyirxah  adamlar,  ruhlar  gözəl  oxuyan  quşlara  keçir,kasıbların 

ruhlan isə milçəyə,böcəyə və bu kimi canlılara keçir. Bəzən ruhun 

keçəcəyi  obyekt  onun  var  -  dövlətindən  yox,  qocalığından  asılı 

olurdu.  Hindli  tayfası  olan  insanlara  görə  qoçaq  döyüşçünün  ruhu 

gözəl quşa keçir və o dadlı meyvələr yeyirdi. Qorxaqların ruhu isə 

sürünənlərə keçirdi. Bu cür baxış digər Amerika tayfalarında və bəzi 

Afrika tayfalarında olmuşdur. 

Qeyd 


etdiyimiz 

kimi 


bəzi 

ölənin 


ruhu 

bitkilərə 

keçirdi.Koreyalıların baxışlarına görə taun xəstəliyindən və ya yolda 

ölənlərin,doğuş  vaxtı  ölən  qadınların  ruhları  ağaclarda  özlərinə 

sığınacaq tapırdılar.  Bu ruhlara  donuz  əti,un  məmulatları  və  şərab 

gətirirdilər.  Bütün  gətirilən  nümunələrdə  ölən  adamın  ruhunun 

keçməsi sərbəst olur, necə deyərlər hara keçmək lazım olduğun ruh 

özü  müəyyənləşdirir.Ancaq  elələri  də  olur  ki,  ruhu  özbaşına 

buraxmır,ona  rəhbərlik  edir,onu  öz  marağına  uyğun  olaraq 

istiqamətləndirir.Hindli  tayfası  olan  takullilərdə  (Şimali  Amerika) 

hələ XIX əsrin sonuna qədər cadugar can verən və ya artıq ölmüş 

adamın  sinəsinin  üstünə  əllərini  qoyaraq  onun  ruhunu  heyvanın 

bədəninə “keçirirdi”.Daha sonra əllərini qohumların başına sürtür və 

üfürürdü.Bu  yolla  ölənin  ilk  varisinin  doğulmasını  canlandırır,ona 

ictimai status verir- di.Əksər miflərdə ruhun insandan insana və ya 

heyvana keçməsi ilə bağlı taleyüklü məsələ iki - üç nəsil izlənilir.Ən 

əsası  isə  ruhun  son  taleyi  naməlum  qalırdı.bu  proses  əbədi  olaraq 

davam edir,yoxsa hardasa dayanır və ruh ölür.Görünür bu miflərin 

və  dini  inamların  yaradıcıları  bu  məsələ  ətrafında  ətraflı 

düşünmüşlər.Ruhun  bədəndən  bədənə  keçməsi  ideyası  daha  çox 

inkişafını  Hindistanın  dini  ideyalarında:inkarnasiya  haqqında 

brahmanizm, buddizm və hinduizm təlivlərində tapmışdır. Ancaq bu 

təlim  birdən  yaranmamışdır.  Ilk  əvvəl  Hindistan  yarımadasının 

sakinləri inanırdılar ki, adam bir həyat 

481 



yaşayır və o əcdadlarının ölkəsinə köçməklə başa çatır. Sonralar o 

ruhun başqa forma alması ilə zənginləşdirildi. Brahmanizmə  görə, 

insan öləndən sonra onun ruhu başqa maddi bədənə keçir. Bu ruhun 

hara  keçməsi  adamların  bu  həyatdakı  davranışından  asılıdır. 

Cəmiyyətdəki  qaydalara  əməl  edənin  ruhu  başqa  adama  keçir  - 

qaydaları  pozanların  ruhu  isə  heyvana  keçir.  Brahmanlar  həm  də 

günah  kateqoriyası  da  müəyyən  etmişdirlər,  bunun  əsasında  insan 

əvəz  alırdı;  hər  hansı  fikir  günahına  görə  adamların  cəmiyyətdəki 

ictimai mövqeyi aşağı salınmır, gözlə olan günaha görə adamın ruhu 

heyvana  keçirdi,əməldə  olan  günahın  müqabilində  o  cansız 

predmetə  çevrilirdi.  Yenidən  dağılma  ideyasının  gücə  minməsi  və 

milyonların inamına çevrilməsi üçün minifəlsəfı əsas verir- dilər.bu 

hər bir adamın əməllərinə uyğun müəyyənləşdirilirdi - yaxşı qul və 

ya hər hansı heyvan kimi dağılmasına səbəb olurdu. Budda təlimi də 

ruhun  bədəndən  bədənə  keçməsi  ideyasını  qəbul  etmişdir.  Ruhun 

keçməsini  onlar  okeana  bənzədirdilər.  Bir  -  birinin  ardınca  sahilə 

çırpılan  dalğa,  onların  fikrincə  doğuma  işarə  idi  -  bu  vaxt  sahildə 

yaranan köpük bədənə keçən ruh kimi qəbul edilirdi. 

Buddizmin  şimal  qanadı  olan  lamaizmdə  ruha  münasibətin 

necə olmasını “Tibetlilərin olü kitabında” tanış olmaq mümkündür. 

Onların  fikrincə  məhşəri  keçə  bilən  ruh  cənnətə  yola  düşmür,  o 

yenidən dünyaya gəlmək yolu tutur. Ruh dünyaya gəlmək üçün hər 

hansı qadını seçməkdə azaddır - o hansı bədənlə yenidən dünyaya 

gəlmsini  də  özü  müəyyən  edir.  Qautama  Budda  bir  neçə  dəfə 

doğulmuşdur. 549-cu ildə sonuncudan əvvəl yenidən doğulmuşdur - 

səma  Allahının  bədənində  dünyaya  gəlmişdir.  Allahlar  ona  təklif 

etmişdirlər ki, 0 yüksək cənnətə nirvanaya keçsin - ancaq Qautama 

insanlar  kömək  etmək  üçün  yenidən  insan  bədənində  doğulmağı 

qərara aldı. Qautama harada və kimin bədənində doğulmağı düşündü 

və  dünyanın  mərkəzi  hesab  olunan  Hindistanın  şimalını  seçdi:  o 

yuxarıdan hansı qadından doğulacağını müşahidə etməyə 

482 



başladı  -  yerdə  hakimin  arvadının  bədənini  seçdi.  Qeyri  adi 

gözəlliyinə görə onu Mayya (hüsnkar) adlandırırdılar. Ancaq özünə 

ata seçmədi, belə qərara aldı ki, özü öz atası olsun. Bir dəfə Mayya 

bağda ağacın altında yatanda o qadının bədəninə girdi - sol tərəfdən 

ağ fıl formasında daxil oldu - Mayya hamilə oldu və vaxtında uşaq 

dünyaya  gəldi.  Əgər  buddizmin  əsas  hissəsində  ruhun  bədəndən 

bədənə  keçməsi  heç  nə  ilə  əsaslandırılmırsa  -  buna  sadəcə  olaraq 

inanmaq lazımdır - lamaizmdə bu keçməni sübut edən xeyli dəlillər 

gətirilir. 

Ruhun  bədəndən  bədənə  keçməsi  haqqında  təsəvvürlər  yalnız 

bütpərəstlərdə yox, həm də monoteist dinlərdə olmuşdur. Talmutun 

bəzi  traktatlarında  ruhun  bədəndən  bədənə  keçməsi  bəyan  edilir. 

Yəhudilərə  görə  -  “gil  -  qul”  təlimi  -  Adəmin  ruhu  Davidə  keçib, 

sonra  o  yəhudi  xalqının  xilaskarı  olacaq  məsihaya  keçəcəkdir. 

Talmudda bildirilir ki, ölən adamın ruhu yalnız insana keçmir, həm 

də heyvana, quşa, sürünənlərə keçə bilər. Yəhudiyə təmiz olmayan 

yemək  verənin  ruhu  yarpağa  keçir,  külək  onu  müxtəlif  tərəflərə 

qovur  -  bu  yəhudilərə  hörmət  tələb  edən  inamdır.  Bu  gün  yəhudi 

ilahiyyatçıları  Talmuudda  olan  ruhun  bədəndən  bədənə  keçməsi 

ideyasını  təkrar  etmir  və  şərh  etmirlər.  Xristianlıq  ilkin  dövrlərdə 

ruhun bədəndən bədənə keçməsi ideyasını nəinki qəbul etmir, əksinə 

bununla  mübarizə  aparırdılar.  Lakin  sonradan  ilahiyyatçı  filosof 

Origenin  təlimi  ilə  bu  məsələ  xılstianlığa  gətirildi.  Lakin  kilsə 

Origenə qarşı kəskin mövqedə dayanmış və 553-cü ildə Origen və 

tərəfdərları  kilsə  tərəfindən  lənətlənmişdir.  Manilikdən  ruhun 

bədəndən  bədənə  keçməsi  ideyası  qəbul  olundu.  Maninin təliminə 

görə  günahı  olanın  ruhu  heyvana  keçir.  Onlar  ruhun  bitkiyə 

keçməsinə  də  inanırdılar.  Xristian  kilsəsi  bu  təlimi  yeretik  elan 

etmişdir. 

Ruhun  bədəndən  bədənə  keçməsi  ideyası  vaxtaşırı  təkcə  din 

xadimlərinin  yox,  həm  də  dövlət  xadimlərinin  diqqətini  cəlb  edir. 

XX əsrin 20-40- cı illərinə alhıan dövlətinin başçısı Adolf Şiklqruber 

(Hitler) mistik təlimlərin təsiri altında okkulist 

483 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə