Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə24/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   20   21   22   23   24   25   26   27   ...   167

var,  sadəcə  olaraq  onu  anlamaq,onun  dərinliklərinə  baş  vurmaqla 

onu yaşamaq lazımdır. Bax onda kədər,qəm özü sevincin görünməz 

hisslərini  yaradır.  Bu  ağlasığmaz  olsa  da  belədinbunu  mən  özüm 

yaşamışam.Atam  ölən  andan  ölüm  mənim  daimi  kompaniyonuna 

çevrildi.Həmin  gün  mən  də  öldüm,məhz  onda  dərk  etdim  ki,  nə 

qədər  yaşamağın-on  il,yetmiş  il  fərqi  yoxdur,onsuz da  hər  birimiz 

öləcəyik.O çox yaxşı gözəl insan idi və çox sadə həyatını dəyişdi. 

Onun  həyatının  mənası  nə  olmuşdur?-  sual  mənə  rahatlıq  vermir. 

Onun həyatının mənası nə olmuşdur,o nəyə nail ola bilmişdir? Ömrü 

boyu  yaxşı  insan  olmuşdur,nə  olsun  onun  həyatının  mənası  nə 

olmuşdur? Həyat iz qoymadan yox oldu. Atamın ölümü məni bərk 

sarsıtdı.Mən hələ onun ölümünə qədər də ciddi məsələlər haqqında 

düşünürdüm-adətən  başqalarının  yalnız  həyatlarının  sonunda 

düşündüklərini  mən  lap  əvvəldən  fikirləşirdim  .Ancaq  mən  vaxt 

itirmək  istəmirdim.Məsələnin  ətrafında  fıkirləşməkdənsə  onlara 

hazir  cavab  olmaq  üçün  yaşlı  adamlara  müraciət  edirdim  .Onların 

hamısı bu sualı eşidən kimi “sən hələ çox cavansan bütün həyatın 

qabaqdadır,  tələsmə”deyirdilər.Mən  görürdüm  ki,kəndimizdə 

uşaqlarda ölür və onlar bu cür suallarla maraqlanmadan dünyalarını 

dəyişirdilər.Mən  dərk  edirdim  ki,ölüm  də  həyat  kimi  bizə  tabe 

deyildir.Təəssüf  ki,ünsiyyətdə  olduğum,müdrik  hesab  etdiyim 

adamların əksəriyyəti mənim suallarıma cavab tapa bilmirdilər.Mən 

fikirləşirəm ki,insan suallarla yox cavablarla ölməlidir.Mənim atam 

da sualla öldü .Heç nəyi sabaha saxlamayın-yaranana suala dərhal 

cavab tapın. 

Kimsə  öləndə  sən  tanıdığın,sən  sevdiyin,bir  yerdə 

yaşadığın bir adam öləndə səndə də nə isə ölür.Əlbəttə sən ondan 

ötrü  darıxacaqsan,boşluğu hiss  edəcəksən-bu  təbiidir.Ancaq  həmin 

boşluğu  qapıya  da  çevirmək  olar.Axı  ölüm  Allaha  açılan 

qapıdır.Ölüm insanın çirkaba batırmadığı yeganə şeydir.İnsanlar hər 

şeyi  çirkaba  batırıb,təhqir  edib,yalnız  ölümə  insan  əli 

toxunmayıb.Adamlar ölümlə də 

71 



istədiyi kimi rəftar edə bilərdilər,ancaq ölüm buna imkan  vennir,o 

ələ keçməzdir,müəmma olaraq qalır.İnsanlar əldən düşüblər,ölümlə 

necə rəftar edəcəklərini bilmirlər.lnsan ölümü başa düşmür, o elmi 

təhlilə  sığışmır,ona  görə  də  hələlik  toxunulmaz  qalmışdır.Ölüm 

insanın  şüuruna  soxulan  kimi  həyat  mənasız  görünür.Həyatın 

doğurdan  da  mənası  yox  olur,ölüm  həqiqəti  üzə  çıxarır.Ölümlə 

qəflətən  rastlaşanda  sənə  elə  gəlir  ki,ayağının  altından  yer 

qaçır.Qəflətən  hiss  edirsən  ki,bu  adamın  ölümü  həm  də  sənin 

ölümün  deməkdir..Hər  bir  ölüm,hər  birimizin  olümüdür.Ölümü 

qəbul etmək çox çətindir- bunu yalnız dərin meditasiya vəziyyətində 

etmək olar,əks halda heç nə ahnmayacaqdır,insan əqli ölümə qarşı 

çıxacaqdır.Əsrlər  boyu  insanların  beyinlərinə  yeritmişlər  ki,ölüm 

həyata  qarşı  dayanır,ölüm  bizim  düşməndir,ölüm  həyatın  sonu 

deməkdir.  Təbii  ki,biz  qorxuruq,rahatlana  bilmirik,özümüzü 

təhlükəsiz hiss etmirik. Əgər özünü ölümün yanında təhlükəsiz hiss 

eısən sənin həyatında gərginlik olmayacaqdır,axı ölüm həyatdan ayrı 

düşməmişdir.Olüm-həyatın sonu deyildir,əksinə bu onun ən yüksək 

nöqtəsi,kuliminasiyasıdır.Əgər sən bu kuliminasiyadan qorxursansa 

həyatına  rahatlıq  gətirə  bilməyəcəksən.Çünki  hər  an  haradasa 

gizlənən,səni 

gözləyən 

ölümü 


hiss 

cdəcəksən-bu 

səni 

qorxudacaqdır.Kim  ölümdən  qorxursa  yuxuda  da  rahatlaşa  bilmir, 



axı  yuxu  hər  gün  gələn  ölümdür.Kim  ölümdən  qorxursa  0 

məhəbbətdən də qorxur, axı məhəbbət də ölümdür. ICim ölümdən 

qorxursa o hər bir ekstremal vəziyyətdən qorxur, çünki belə halda 

eqo məhv olur. Ölümdən qorxan həyatda hər şeydən qorxur-bu cür 

adam həyatda hər şeyi itirir. İnsan rahat olanda ölümü də yaxşı qəbul 

edir. Daxilində ölməzliyi qəbul edən, ölümə rahat tabe olur. İnsan 

ölümü qəbul etməyi bacarmayana qədər yarımçıq, yetkin olmayan 

vəziyyətdə olacaqdır. Ölümü qəbul etməklə sən tarazlıq qazanırsan, 

sən hər şeyi, gecə və gündüzü , yay  və qışı, işıq və zülməti-qəbul 

edəcəksən.  Hər  şeyi  qəbul  edən  adam  sakitləşir,  bütövə  çevrilir. 

Əgər bütövlük haqqında düşünürsənsə, onda ölümün də 

72 



qiymolini bilməlisən. Həyat gözəldir, ancaq ölüm ondan da gözəldir. 

Həyatın  rəngləri  çoxdur,  ancaq  ölümün  rəngləri  də  az  deyildir. 

Allahın verdiyi hər şeyi hətta ölümü də minnətdarlıqla qəbul edin. 

Ölüm  müqəddəslərdən  də  müqəddəsdir,  o  mundarlanmayıb,  ona 

insan əli toxunmayıb. 

İnsan  öləndə  həyat  kitabının  yalnız  bir  fəsli 

tamamlanır,adamlar  səhv  olaraq  bunu  bütöv  ömür  kimi  qəbul 

edirlər.Bu  sonsuz  sayda  fəsillərdən  ibarət  olan  kitabın  yalnız  bir 

fəslidir.Bəli  fəsil  yekunlaşdı,ancaq  bu  bütün  kitaba  aid 

deyildir-sadəcə  olaraq  səhifəni  çevir  və  yeni  fəsil  ba.şlanır.Ölən 

adam  növbəti  həyatı  vizuallaşdırır.Bu  məlum  faktdır-fəslin 

yekununda bu baş verir.Çox az halda elə olur ki,insan həyata fəslin 

axırıncı  nöqtəsində  qayıdır.Məsələn,  insan  suda  batır,  ancaq  onu 

necə olursa xilas ediıiər.O koma halındadır,doyunca su içmişdir,ona 

süni nəfəs lazımdır...axır ki,onu xilas edirlər.Fəslin lap .sonunda o 

ölümlə  üz-üzə  qalmışdır.Bu  cür  adamlar  maraqlı  görüntülərdən 

danışırlar. Onlar deyirlər ki,ən son məqamda ,qaçılmaz ölümü dərk 

edəndə  ,onlar  hər  şeyin  qurtardığını  düşünəndə  onların  gözlərinin 

qarşısında bütün həyatları-doğulduqları andan ölümə qədər olan yol 

keçir.İki  halda  onlar  hər  şeyi  görürlər,həyatlarında  başlarına 

gələnləri  xatırlayırlar.başa  düşdükləri  və  düşmədiklərini  hətta 

sadəcə  olaraq  diqqət  yetirmədikləri  yada  düşür-onlar  hətta 

himirdilər  ki,hansısa  hadisə  onların  yaddaşlarının  dərinliklərində 

qalmışdır.Yaddaşın  bütün  plyonkası  bir  anda  fırlanırnnsan  ölür, 

bütün filmə baxmaq üçün onun üç saat vaxtı yoxdur.Hətta sən bütün 

filmə axıra qədər baxsan belə insanın həyatının ən xırda detallarına 

qədər,təfsilatı  ilə  danışa  bilməzsən.Can  verənin  gözü  qarşısında 

bütün  həyatı  canlanır  və  bu  aydın  və  mühüm  fenomendir.Həyat 

kitabının  qurtarmasından  qabaq  insan  bütün  həyatım  xatırlayır.O 

bütün 


yerinə 

yetməyən 

arzularını, 

uğur- 


suzluğu,peşmançılığı,əzabları,sevinci 

xatırlayır.Ölən adam 

yolunu  davam  etdirməmişdən  qabaq  hər  şeyi  xatırlamalıdır,axı  o 

bədəni ilə vidalaşır.Bu əql daha heç vaxt onunla 

73 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə