Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə57/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   53   54   55   56   57   58   59   60   ...   151

Hamının tanıdığı Delftli fermer Henri Novakın qızının yanına dəvət edilmiş həkim difteriyadan əziyyət 
çəkən qızı ölüm ayağında tapıb. Doktor Erousmit onu qurtarmaq üçün fədakar bir təşəbbüs göstərib
dərmanların tam və təzə çeşidini həmişə hazır vəziyyətdə saxlayan Blasnerdən difteriya əleyhinə zərdab 
gətirmək üçün özü yollanıb.  Həkim ora və geri 79 dəqiqəyə 48 mil qət edərək benzinlə işləyən maşınında 
gedib. 
Xoşbəxtlikdən, bizim ayıq-sayıq Konstebl Co Kolbi vəzifə başında imiş və doktor Erousmitə cənab 
Blasnerin Qırmızı Çay prospektində olan bunqalosunu tapmaqda kömək edib. Və o da əsl centlmen kimi 
yatağından qalxaraq həkimi lazım olan zərdabla təmin etməyə tələsib. Amma  bədbəxtlikdən, xəstəlik o 
yerə çatmışdı ki, uşağı xilas etmək mümkün olmayıb. Biz qeyd etməyə borcluyuq: elmi biliklərlə yanaşı 
belə bir cəsarət və zirəklik həkim sənətinin bəşəriyyətin çox böyük xilaskarına çevrilməsinə səbəb olur". 
 
Qəzetin çapından iki saat sonra miss Aqnes İnqlbled bu məqaləni götürərək bir daha öz mövcud olmayan 
xəstəlikləri haqqında danışmaq üçün Martinin yanına gəldi. İki gün sonra isə Henri Novak peyda oldu və 
qürurla dedi: 
– Hə, dok! Biz zavallı qız üçün nəyi bacarırdıqsa, elədik. Amma mənə elə gəlir ki, sizi çağırmaq fikrinə çox 
gec düşdüm. Arvadım çox dərd çəkir. Biz "Qartal"da bu məqaləni oxuduq. Onu keşişə göstərdik. Bilirsiniz 
nə var, dok, siz mənim ayağıma baxarsınız? Topuğum yaman ağrıyır, elə bil, revmatizmdir. 
 
 
  
XVI FƏSİL 
 

 
Uitsilvaniyada işlədiyi birinci ilin sonuna yaxın Martin artıq təvazökar kənd həkimi kimi tanınırdı; o qədər 
məşhur olmasa da, hər halda, həkim kimi qəbul edilirdi. Yayda onlar Leora ilə birlikdə yaxşı şam etmək, 
səs-küyün və dalğaların şappıltısı içində əylənmək, ədəbsiz zarafatların ağuşuna atılmaq üçün Poni-Riverə 
getdilər. Payızda isə Martin Bert Tozerlə birlikdə ördək ovuna çıxdı… Gün batmamışdan əvvəl bataqlıq 
yolunda pusquda duran Tozerə artıq birtəhər dözmək olurdu. Qışda isə par-par parlayan qar səhralarının 
dünyadan təcrid etdiyi kəndin əyləncəsi xizək gəzintiləri, kart oyunları və Vahid Qardaşlıq Cəmiyyətinin 
axşam qonaqlıqları idi. 
Pasientlər kömək üçün Martinə müraciət etdikləri vaxt öz əzabları və dözümlü itaətkarlıqları ilə elə gözəl 
görünürdülər ki... Amma düz iki dəfə Martini özündən çıxara bilmişdilər. Səbəb isə zarafatcıl kəndlilərin 


onun bir həkim üçün lazım olduğundan daha gənc göründüyünü sakit-sakit izah etmələri idi. İki dəfə də 
o, kooperativ dükanın arxa otağında poker oynayanda qədərindən artıq içki içmişdi. Amma, hər halda, bu 
xırda qüsurlara baxmayaraq, Uitsilvaniyada onu işgüzar və vicdanlı həkim kimi tanıyırdılar… Ümumiyyətlə 
götürdükdə isə o, kənddə Alek İnqlbleddən daha az gözə çarpan fiqur idi, bərbər Nils Kraqdan isə daha az 
uğur qazanır və qonşular üçün qaraj sahibi, emiqrant-finndən daha az maraqlı görünürdü.  
Sonra bir bədbəxt hadisə və bir səhv onu on iki mil əhatədə əməlli-başlı məşhurlaşdırdı. 
Yazda bir dəfə Martin balıq ovlamağa getmişdi. Bir fermanın yanından keçərkən uşağının üskük 
udduğunu və boğulduğunu deyən, çığır-bağır salaraq darvazadan bayıra qaçan qadınla rastlaşdı. Martin 
cərrah aləti kimi cib bıçağından istifadə etdi. O, bıçağı bülövlə itilədi, çaydanda qaynatdı, uşağın boğazını 
kəsdi və onun həyatını xilas etdi. 
Poni-River vadisində bütün qəzetlər bu hadisədən yazdı. Və ilk sensasiyanın səsi hələ kəsilməmişdi ki, 
Martin Erousmit miss Aqnes İnqlbledi müalicə olunmaq xəstəliyindən xilas etdi. 
Bir dəfə bu qadının əlləri soyumuş və qan dövranı zəifləmişdi, buna görə də gecənin bir yarısı Martini 
onun yanına çağırdılar. O, isə kələ-kötür yollarla iki xəstənin yanına getdikdən sonra, yaman yorulmuşdu. 
Yuxusuzluqdan lap ayaq üstündə ölürdü. Özündə olmayan Martin qadına strixnini həddindən artıq böyük 
dozada verdi, dərman isə xəstəni elə silkələdi ki, o, "müalicə olunmaq" xəstəliyindən birdəfəlik sağalmaq 
qərarına gəldi. Canında hiss etdiyi bu heyrət doğuracaq dəyişiklik ona həmişə duyduğu süstlükdən daha 
böyük stimul vermişdi. Ümumiyyətlə, insanlar həmişə xəstə olduğundan şikayətlənən qadına qarşı artıq 
laqeydləşmişdilər. İnsan axı nə qədər müalicə olunar?!  
Amma bu hadisədən sonra Aqnes evdən-evə gəzərək Martini mədh edir və uitsilvaniyalılar bir ağızdan 
deyirdilər: "Bir baxın ha! Aqnes kimin yanında müalicə almayıb ?!  Amma doktor Erousmit ona həqiqətən 
də kömək etdi!" 
Martin özü üçün balaca, möhkəm və heç nə ilə təəccüblü görünməyən iş mühiti yaratmışdı. Onlar artıq 
Leora ilə birlikdə Tozerlərin yanından öz şəxsi evlərinə köçmüşdülər. Onların yemək otağı vardı; bu otaq 
həm də qonaq otağı idi. Orada işıqlı, yeni, xoş ətirli linoleumun üzərində nikellənmiş peç lovğa-lovğa 
yanırdı. Qızılı palıd ağacından hazırlanmış bufet isə lap gözə girirdi. Onun üzərində  Minnetonka 
gölündən gətirilmiş suvenir kibritqabı qoyulmuşdu. Martin o qədər də böyük olmayan rentgen aparatı 
almış və Tozer bankının idarəetmə qrupuna seçilmişdi.  O, indi elə məşğul idi ki, elmi iş üçün darıxmağa 
vaxtı belə yox idi. Həm də axı onun elmi işi heç vaxt olmamışdı da. Bundan heyifslənən Leora tez-tez köks 
ötürürdü: 
– Dəhşətə bax ha! Ərdə olmaq! Səninlə birlikdə yollarda veyllənmək, harada gəldi işə girmək, sərgərdan 
həyat keçirtmək!... Mən hər şeyə hazır idim, amma heç gözləməzdim ki, nə vaxtsa cəmiyyətin 
dayaqlarından birinə çevrilərik. Eybi yoxdur! Onsuz da təzə ər axtarmağa ərinirəm. Amma xəbərdarlıq 
edirəm: sən kilsə məktəbinin qəyyumu olmaq fikrinə düşsən, ümid eləmə ki, mən də orqanda çalacaq və 
sənin "əhdi-cədid"i öyrənməyə tənbəllik edən yaramaz Villi ilə bağlı zarafatlarına güləcəyəm. 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə