Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 87 -
qamları yox, fəlsəfi baxımdan önəmli olan cəhətləri 
dəyərləndiririk.  O  tədqiqat  fəlsəfi  hesab  oluna  bilər 
ki,  ideologiya  atıldıqdan  sonra  da,  əsas  məzmun 
yerində  qalmış  olsun.  Marksizm-leninizm  fəlsəfəsi 
sadəcə ideologiya deyildi. O, bir fəlsəfi sistem kimi 
də  ziyanlı  idi.  Və  biz  siyasi  müstəqillik  əldə  et-
dikdən sonra fikir müstəvisində də müstəqilliyə nail 
olmalı  idik.  Lakin  biz  nə  etdik?  Marksın,  Engelsin, 
Leninin  adlarını  və  onların  əsərlərindən  parçaları 
çıxarıb  atdıqdan  sonra  həmin  sistemi  və  ideya  xət-
tini  eynilə  saxlamadıqmı?  Tələbələrə  həmin  mate-
rialist  ruhu  aşılanmırdımı?  Hələ  bu  gün  də  bəziləri 
fəlsəfəni  nə  isə  din  əleyhinə  olan  bir  şey  kimi  tə-
səvvür  etmirmi?  Məsələn,  Leninin  adını  çıxarıb, 
materiyanın  tərifini  yenə  də  olduğu  kimi  vermək, 
zamanı-məkanı  yenə  də  materiyanın  mövcudluq 
formaları  kimi  təqdim  etmək,  yenə  də  dialektikanı 
metafizikaya  qarşı  qoymaqla  yeni  fəlsəfə  sistemi 
yaratmaq mümkündürmü? Amma müstəqillik illəri-
nin ilk fəlsəfə dərslikləri belə yarandı.  
Fəlsəfənin  özü  məlum  olsa,  onun  dərsliyini 
yazmaq  ancaq  metodiki  bir  işdir.  Çətin  olan  da 
məhz  seçim  etməkdir,  hansı  fəlsəfənin,  hansı  tə-
limin əsas kimi, baza kimi götürülməsidir.  
Təbii  ki,  biz  bu  dünyada  tək  deyilik  və  boy-
lanıb  ilk  növbədə  qonşularımıza  baxırıq.  SSRİ  da-
ğıldıqdan sonra ruslar hansı fəlsəfi təlimləri prioritet 
kimi götürdülər və nə kimi bir fəlsəfə dərsliyi ortaya 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 88 -
qoydular?  Yaxud  postsovet  məkanının  başqa  xalq-
ları.  Maləsəf,  Rusiyada  da  «fəlsəfə  axtarışı»  mark-
sizm klassiklərinin sadəcə atılması ilə başladı. İkinci 
addım  isə  qeyri-marksist  fəlsəfə  tarixinə  daha  çox 
yer  vermək  oldu.  O  dərəcədə  çox  ki,  bəzən  mark-
sizm  fəlsəfə  tarixindən  bütövlükdə  çıxarıldı.  Tarix-
dən çıxarıldı, amma fəlsəfə kurslarının əsas məzmu-
nundan  çıxarıla  bilmədi.  Məqsəd  kimlərinsə  yalnız 
üzdə  olan  izini  çıxartmaq  olanda  yerində  nə  isə  şi-
kəst bir şey qalır.     
Bəlkə  biz  gözləyək,  ruslar  nə  vaxt  fəlsəfə 
prioritetlərini  müəyyənləşdirib  qurtaracaqlar,  ondan 
sonra biz də onlardan, tərcümə edərik. Yeri gəlmiş-
kən,  Rusiyada  da  bu  qeyri-müəyyənlik  hələ  aradan 
götürülmədiyindən,  fəlsəfə  dərslikləri  daha  çox  də-
rəcədə tarix üzərində qurulur. Məsələn, Lomonosov 
universitetində  hazırlanan  və  Rusiya  universitetləri 
üçün  əsas  dərslik  kimi  təsdiqlənmiş  kitabda  nə  az, 
nə  çox  430  səhifə  fəlsəfə  tarixinə  ayrılmışdır  ki, 
bundan İslam dünyasına və ümumiyyətlə Şərq fəlsə-
fi  fikrinə  heç  yarım  səhifə  də  pay  düşmür.  Deməli, 
bu bizim üçün örnək ola bilməz.   
Amma  bizim  boylanmağımız  üçün  ikinci  bir 
ünvan da vardır. Bu – Türkiyədir. Lakin burada fəl-
səfi  fikir  iki  əks  cəbhəyə  parçalanmışdır.  Qərb 
meylli  dərsliklər  elə  Moskvada  çıxanları  xatırladır. 
İslam yönlü fəlsəfəçilərin yazdıqları isə bir növ orta 
əsrlərdə  itərək  müasir  dövrün  düşüncə  tərzini  əks 


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 89 -
etdirə bilmir. Deməli, bizim indi üzləşdiyimiz prob-
lemi  Türkiyəli  qardaşlarımız  da  hələ  indiyədək  həll 
edə bilməyiblər. Lakin onlar bu qarşıdurmadan xilas 
olmaq  üçün  çox  vaxt  fərqli  bir  yol  seçirlər.  «Fəlsə-
fəyə  giriş»,  «Fəlsəfənin  əsasları»  tipli  dərsliklərə 
fəlsəfə  tarixi  xüsusi  bölmə  kimi  daxil  edilmir.  An-
caq  ayrı-ayrı  fəlsəfi  problemlər  öyrədilir  ki,  fəlsəfə 
tarixinə  və  klassiklərinə  də  bu  problemlərin  izahı 
kontekstində müraciət edilir. Başqa sözlə desək, fəl-
səfə  tarixi  fəlsəfi  məzmun  içərisində  əridilmiş  olur. 
Lakin  əsas  məsələ  də  məhz  bu  məzmunun  necə 
seçilməsi, onun daxilində kimlərin əridilməsidir.    
Beləliklə, cəmiyyətşünas alimlərin bir vəzifəsi 
ölkəmizdə  gerçək  ictimai  prosesləri  tədqiq  etmək, 
ictimai-siyasi  və  iqtisadi  sahələrdə  əldə  olunmuş 
uğurların  ümumiləşmiş  elmi  mənzərəsini  yaratmaq, 
dünyada artıq Azərbaycan modeli kimi tanınan iqti-
sadi  yenidənqurmanın  mahiyyətini  açmaqdan  iba-
rətdirsə,  digər  vəzifə  milli  mədəni-mənəvi  dəyər-
lərin  elmi-fəlsəfi  meyarlarını  işləyib-hazırlamaq, 
milli  fəlsəfi  fikri  yeni  dövrün  tələblərinə  uyğun  su-
rətdə  inkişaf  etdirməkdir.  Və  bu  işdə  alimlərimizlə 
yanaşı,  geniş  ziyalı  ictimaiyyətinin,  xüsusilə  öz  gü-
ndəlik  işində  ictimai  şüurun  formalaşmasına  təsir 
göstərə  bilən  insanların,  təhsil  işçilərinin,  kütləvi 
informasiya  vasitələrinin  üzərinə  böyük  məsuliyyət 
düşür. 
 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 90 -
İ
qtisadiyyat, elm və ideologiya 
 
Azərbaycan  iqtisadi  cəhətdən 
artıq  oturuşmuş  dövlət  kimi  ta-
nınır.  Mən  hesab  edirəm  ki,  biz 
artıq  iqtisadi  sahədə  keçid  döv-
rünü başa vurmuşuq.  
İ
lham Əliyev  
 
Qloballaşma  və  inteqrasiya  şəraitində  Azər-
baycanın  yeritdiyi  iqtisadi  siyasət  keçid  dövrünü 
yenicə başa vuran müstəqil dövlətin qabaqcıl dünya 
ölkələri sırasına çıxmasına xidmət edir. Bu məqsəd-
lə  ölkəmizdə  yaxın  və  uzaq  gələcək  üçün  fəaliyyət 
proqramları işlənib-hazırlanır. Ölkənin həm regional 
inkişafı,  həm  də  dünya  iqtisadiyyatının  subyektin-
dən biri kimi fəaliyyət strategiyası vahid konseptual 
baxış mövqeyindən həyata keçirilir. Prezident İlham 
Əliyevin  rəhbərliyi  ilə  müvəffəqiyyətlə  reallaşdırı-
lan bu proqramlar Azərbaycanın istər qonşu dövlət-
lərlə, istərsə də qabaqcıl Avropa dövlətləri və ABŞ-
la iqtisadi əlaqələrini də əhatə edir. Son illərdə ölkə-
mizin  iqtisadi  əlaqələrinin  coğrafiyası  daha  da 
genişləndirilmişdir.  Lakin  bütün  bu  çoxşaxəli  əla-
qələr  sisteminin  vahid  bir  prinsipi  vardır.  Bu  da 
ondan  ibarətdir  ki,  hər  hansı  ikitərəfli  və  çoxtərəfli 
iqtisadi  münasibətin  qurulmasında  ilk  növbədə  öl-
kəmizin  milli  maraqları  rəhbər  tutulur.  Belə  geniş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə