Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

Elm və təhsil 
 
 
- 119 -
Tarixən təhsil sistemi və elmi tədqiqat sistemi 
nisbi  müstəqilliyə  malik  olsalar  da,  həmişə  əlaqəli 
olmuşlar. Bu əlaqə, ilk növbədə, hər iki sahədə yük-
sək  intellektual  səviyyə  və  geniş  məlumat  dairəsi 
olan adamların çalışması ilə bağlıdır.  
Elm və təhsilin sosial sistem kimi təşkil olun-
madığı  vaxtlarda  ilk  müəllimlər  məhz  ilk  alimlər 
arasından  çıxmışlar.  Az-çox  dərəcədə  təşkil  olun-
muş  ilk  təhsil  ocaqlarından  biri  olan  Platon  Akade-
miyası  timsalında  bu  tarixi  qoşalıq  çox  gözəl  gö-
rünür. Bir çox elm klassikləri öz əsərləri ilə bərabər 
həm  də  davamçı-şagirdlər  qoyub  getmiş  və  elm  ta-
rixinə  müəyyən  bir  məktəbin  banisi  kimi  daxil  ol-
muşlar.  N.Borun  məşhurlaşmasında  onun  yaratdığı 
məktəb elmi kəşflərindən az rol oynamır. Lakin bu, 
heç də bütün alimlərə müyəssər olmamışdır. Ən bö-
yük  alimlərdə  də  öz  biliyini  başqalarına  öyrətmək 
ustalığı  və  həvəsi  olmaya  bilər.  Öz  şəxsi  elmi  ya-
radıcılığı  ilə  elmə  böyük  töhfələr  vermiş  A.Eyn-
şteyn buna ən yaxşı misaldır.  
Şagirdlər və davamçılar olmadıqda alimin yal-
nız bitkin tədqiqatları elm xəzinəsinə daxil olur: ne-
çə-neçə  yarımçıq  tədqiqatlar,  ideyalar  isə  üzə  çıx-
mır,  itib  gedir.  Alimin məktəbi,  laboratoriyası  və  s. 
başlanmış axtarışların davam etdirilməsinə, ideyala-
rın və tədqiqat vərdişlərinin yeni nəslə ötürülməsinə 
xidmət  etməklə,  əslində  təhsil  sisteminin  funksiya-
larını  yerinə  yetirmiş  olur.  Özü  də  bu,  artıq  formal 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 120 -
yox, yaradıcı təhsil nümunəsidir.  
Lakin təhsil sisteminin tarixən müstəqil təşki-
lati struktur kəsb etməsi alimlikdən uzaq olan, elmi 
tədqiqat  vərdişlərinə  və  bəzən  ümumən  yaradıcı  tə-
fəkkürə  malik  olmayan  adamlar  içərisindən  müəl-
limlər hazırlanmasını adi bir hala çevirmişdir.  
Xüsusən  icbari  təhsil  şəraitində,  qısa  vaxtda 
bütün  ölkəni  başdan-başa  maarifləndirmək  planı 
həyata  keçirilərkən,  müəllimlər  ordusu  lazım  idi  və 
yaradıcı  şəxsiyyətdən  icraçı  əsgərlərə  keçid  də, 
müəllim  nüfuzunun  aşağı  düşməsi  də  ən  çox  bu-
nunla bağlı idi. İlk baxışda belə görünə bilər ki, orta 
məktəb səviyyəsi üçün müəllimdən tədqiqatçılıq tə-
ləb  olunmaya  da  bilər.  Lakin  müəllim  üçün  elmdə 
doğrudan  da  nə  isə  yeni  bir  şey  kəşf  etmək  vacib 
olmadığı halda, heç olmazsa, məlum olanları şagird-
lərin  iştirakı  ilə  hər  dəfə  yenidən  kəşf  etmək  qa-
biliyyəti olmalıdır. 
Ali məktəbdə isə müəllim həm də alim olduğu 
kimi,  tələbələr  də  tədqiqatın  nəinki  şahidi,  həm  də 
iştirakçısı olmalıdırlar. 
Tədqiqat  institutları  ali  məktəbdən  ayrı  salın-
dıqda professor-müəllim heyətinin elmi potensialın-
dan  və  elmi  işçilərin  müəllimlik  imkanlarından  ki-
fayət  dərəcədə  istifadə  olunmur.  Məsələn,  respubli-
kamızda  akademiklərin  və  elmlər  doktorlarının  bö-
yük bir qismi elmi tədqiqat institutlarında çalışır, ali 
məktəblərdə müvafiq fənləri isə tələbələrə  çox vaxt 


Elm və təhsil 
 
 
- 121 -
kvalifikasiya  dərəcəsi  xeyli  aşağı  olan  adamlar 
tədris  edirlər.  Ali  məktəblərə  bəzən  elmi  tədqiqat 
sahəsində  xüsusi  uğur  qazana  bilməyən  adamlar 
cəlb olunur ki, bu da tədrisin elmi səviyyəsini aşağı 
salır.  Bu  baxımdan  respublikamızda  geniş  yayılmış 
olan  və  hətta  yaxşı  hal  kimi  "əsaslandırılan"  özü 
üçün kadr hazırlamaq praktikası ali məktəblərdə el-
mi  atmosferə  böyük  ziyan  vurur.  Ali  məktəblər  bu 
ənənəyə  sadiq  qalaraq  elmi  tədqiqat  institutlarında 
çalışan görkəmli mütəxəssislər əvəzinə öz kadrlarını 
–  kafedralarda  uzun  müddət  köməkçi  heyət  kimi 
fəaliyyət  göstərən  adamları  müəllim  götürürlər.  Və 
bunu  çox  vaxt  ali  məktəbin  spesifikası  ilə,  təhsil 
sisteminin  elmi  müəssisədən  fərqi  ilə  izah  etməyə 
çalışırlar. 
Akademiya,  ali  məktəb  və  sahə  elmlərindən 
danışarkən  bir  qayda  olaraq,  elə  bil  ki,  eyni  hü-
quqlu, eyni imkanlı adamların müxtəlif idarələrdəki 
fəaliyyətindən  söhbət  gedir.  Müqayisə  adətən  sta-
tistik göstəricilər əsasında aparılır: hansı sahədə ne-
çə  elmlər  doktoru,  neçə  elmlər  namizədi  və  s.  Var-
dır. Halbuki, həmin sahələrin öz spesifikasından ası-
lı olaraq orada çalışan elm adamlarının fəaliyyəti də 
müəyyən spesifikaya malik olmalıdır. Məsələn, sahə 
elmində  çalışan  adamların  əsas  funksiyası  məlum 
elmi  müddəaları  istehsal  sahəsinin  tələblərinə  uy-
ğunlaşdırmaq, yeni tətbiq yolları tapmaqdırsa, Aka-
demiya  işçilərinin  funksiyası  tətbiqdən  asılı  olma-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 122 -
dan yeni elmi biliklər almaq, gerçəklik haqqında hə-
qiqəti üzə çıxarmaqdır.  
Bəs  ali  məktəb?  Burada  çalışan  müəllimlər 
həm  də  elm  adamlarıdır,  elmi  tədqiqat  vərdişlərinə 
malikdirlər.  Əlbəttə,  müəllimin  ilk  əsas  vəzifəsi 
tədris  etmək,  məlum  bilikləri  öyrətməkdir.  Lakin 
necə etmək olar ki, müəllimlik və alimlik tam müs-
təqil  fəaliyyət  sahələri  kimi  bir-birinə  qarşı  dayan-
masın, əksinə, eyni məqsəd ətrafında birləşərək bir-
birini tamamlasın. Axı, müəllim heç də yalnız hazır 
biliklərin  mənimsənilməsi  ilə  kifayətlənməməli,  tə-
ləbələrə  həm  də  yeni  bilik  axtarılması  yollarını  öy-
rətməli, tədqiqat vərdişləri aşılamalıdır. Yaradıcı tə-
fəkkür  əldə  etmədən  tələbə  aldığı  bilikləri  uğurla 
tətbiq  edə  bilməz  və  yeni  standartdan  kənar  qeyri-
normal  vəziyyətlərdə  çıxış  yolu  tapa  bilmədiyindən 
durğunluğun,  ətalətin,  ehkamçılığın  daşıyıcısı  olar. 
Bu  baxımdan,  ölkəmizdə  ətalət  və  ehkamçılığın 
qalıqları  təhsil  sistemi  də  böyük  neqativ  rol  oyna-
mışdır.  Hazır  biliklərin  öyrədilməsi  ilə  kifayətlən-
məmək  və  tələbələrdə  tədqiqatçılıq  vərdişləri,  yara-
dıcı  təfəkkür  formalaşdırmaq  üçün  isə  tədris  prose-
sinin  özü  real  tədqiqat  laboratoriyasına  çevrilmə-
lidir.  Alimlik  və  müəllimlik  müəyyən  spesifik  cə-
hətlərlə  şərtlənsə  də,  bir  sıra  ümumi  cəhətlərə  də 
malikdir.  Təsadüfi  deyil  ki,  respublikamızda  elmi 
kadrların  üçdə  birindən  çoxu  ali  məktəblərdə  cəm-
lənmişdir. Xüsusən elmi dərəcəsi olan kadrların nis-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə