Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 103 -
nasibətlərin  sosialist  və  ya  kapitalist  formasında  ol-
masını yox, məhsuldar qüvvələrin inkişaf səviyyəsini 
əks  etdirir.  Yəni  vertikal  oxda  bölgü  kapitalizm  cə-
miyyətində  də  eynən  sosializmdəki  kimidir.  Sadəcə 
indi bəzi fərqli terminlər daha çox dəbdədir.  
Məşhur  amerikan  iqtisadçısı  Piter  Draker  ya-
zır: «Bilik istehsalın həlledici amilinə çevrilir və ka-
pitalı  da,  işçi  qüvvəsini  də  arxa  plana  sıxışdırır».
1
 
Bu  cəhət  daha  çox  inkişaf  etmiş  ölkələrə  aiddir. 
Nisbətən  aşağı  inkişaf  səviyyəsində  olan  ölkələrin 
də  bu  mərtəbəyə  gəlib  çatması  üçün  əvvəlcə  başqa 
modellər,  başqa  ideallar  tələb  olunur.  Qloballaşmış 
dünyada səhnəyə yeni qədəm qoyan ölkələr öz nisbi 
müstəqilliklərini  ancaq  yeni  tipli  elm-təhsil  sistemi 
formalaşdırmaq sayəsində qoruyub saxlaya bilərlər.  
Əlbəttə, bu problem bütün MDB ölkələrinə və 
qismən  Şərqi  Avropa  ölkələrinə  də  aiddir.  Lakin 
təəssüf  ki,  bu  sahədə  elmi-nəzəri  tədqiqatlar  təkcə 
Azərbaycanda deyil, bütün keçmiş SSRİ məkanında 
yox  dərəcəsindədir.  Halbuki,  məqsəd  bu  prosesləri 
öz kortəbii axarına buraxmamaq, onların elmi əsas-
larla, daha optimal şəkildə həyata keçməsinə nail ol-
maqdır. 
 
Biliyin  yeni  ictimai  funksiya  kəsb  etməsi,  cə-
miyyətin  inkişafında  həlledici  rol  oynaması  ancaq 
                                                 
1
 Дракер П. Посткапиталистическое общество // Новая 
постиндустриальная волна на Западе. Антология. М.: Aca-
demia, 1999, с. 71.  


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 104 -
elm və təhsil sistemlərinin optimal təşkilati struktur-
larının təmin olunması sayəsində mümkündür. Bax, 
elmin  aktuallaşmasının  bir  səbəbi  də  budur.  Digər 
tərəfdən də, ictimai elmlərin müasir dövrdə rolu get-
dikcə artır və indi o, diqqət mərkəzindədir.  İstər-is-
təməz nədən başlamaq məsələsi ortaya çıxır. Bunun 
üçün isə əvvəlcə belə bir suala cavab verilməlidir ki, 
ictimai  elmlərmi  elm  sisteminə  daxildir,  yoxsa  elm 
sistemi  ictimai  elmlərin  predmetinə  daxildir?!  Qo-
yulan  suallar  əslində  bir-birini  inkar  etmir  və  biz 
onların  hər  ikisinə  müsbət  cavab  vermək  niyyətin-
dəyik.  Sadəcə  olaraq  Azərbaycanda  indiyədək  elm 
hadisəsinin  adekvat  dəyərləndirilməsi  istiqamətində 
tədqiqatlar aparılmamışdır. 
Müzakirələrin  müşahidəsi  göstərir  ki,  əsas 
diqqət və tənqidi təhlil humanitar və ictimai elmlərə 
yönəldiyindən,  dəqiq  elm  nümayəndələri,  texnarlar 
bundan  bəzən  sui-istifadə  edirlər.  Onlar,  necə  de-
yərlər, “öz halını qoyub ictimai-humanitar sahələrin 
halına ağlayırlar”.  
Bəli, dəyişən cəmiyyətdir, ictimai-iqtisadi mü-
nasibətlər  sistemidir  və  deməli,  ictimai  elmlərin 
predmeti  də  dəyişir.  Yeniləşən  cəmiyyəti  tədqiq  et-
mək  üçün  isə  yeni  metod  və  formalar  tələb  olunur. 
Bu mənada təbiət elmləri daha stabildir, çünki onun 
predmeti  sabitdir.  Amma  digər  tərəfdən,  yeniləşən 
cəmiyyətdə  bütövlükdə  elmin  yeri  və  funksiyası  da 
ona qoyulan tələblərlə bərabər dəyişilir.  


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 105 -
Ancaq  ilk  baxışda  elə  görünə  bilər  ki,  aka-
demik  Ramiz  Mehdiyevin  məqaləsində  məhz  hu-
manitar  və  ictimai  elmlərin  problemləri  və  vəzifə-
lərindən  bəhs  olunduğuna  görə,  yəqin  başqa  elm 
sahələrində  hər  şey  qaydasında  imiş.  Lakin  nəzərə 
alsaq ki, Azərbaycanda qəbul olunmuş təsnifata gö-
rə, elm humanitar sahəyə aid edilir, onda biz də mə-
sələyə  bütün  elm  sahələrinin  ümumi  problemləri 
kontekstindən baxsaq, daha düzgün olar.  
Bütöv  elm  sisteminin  cəmiyyətdə  yeri  və  funk-
siyaları,  optimal  təşkilati  strukturu  məsələsi  təbiət 
elmlərinin  deyil,  ictimai  elmlərin  predmetinə  da-
xildir.  Fundamental  elmlərlə  tətbiqi  və  texniki  elm-
lərin  münasibəti  və  onların  hər  birinin  təhsil,  mə-
dəniyyət və iqtisadiyyat  sistemində  yeri  problemi də 
təbiət elmlərinə deyil, cəmiyyətşünaslığa aid bir mə-
sələdir. Bu mənada, ilk baxışda nə qədər paradoksal 
görünsə də, bütövlükdə elmin özü onun tərkib hissəsi 
olan  ictimai  elmlər  çərçivəsində  öyrənilməli  olur. 
Bax,  bu  cəhəti  nəzərə  almayan  dəqiq  elm  nüma-
yəndələri elmin statusu və təşkilati məsələləri barədə 
fikir yürüdərkən, əslində öz fikirlərinin qeyri-peşəkar 
mövqedən olduğunu ağıllarına da gətirmirlər.  
Bəli,  elmin  predmeti  bütövlükdə  təbiət  və 
kainat olsa da, o özü ictimai bir hadisə kimi, cəmiy-
yətşünaslığın  strukturunda  nisbi  mənada  kiçik  bir 
yer tutur. Əsas məsələ elmi məhz ictimai bir hadisə 
kimi,  sosial  institut  kimi  təsəvvür  etməkdir.  Əks 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 106 -
halda onun idarə olunması da heç vaxt elmi zəminə 
keçə bilməz. 
 
 
  
Humanitar sahə və humanitar elmlər 
 
Geniş  kütlə,  xalq,  millət 
üçün  ən  çox  təsirlisi  humanitar 
elmlərdir. 
Heydər Əliyev
 
 
Akademik Ramiz Mehdiyevin noyabr müşavi-
rəsindəki  çıxışından  və  məlum  məqaləsindən  sonra 
«humanitar  və  ictimai  elmlər»  mövzusu  aktuallaş-
mışdır.  Amma  nə  üçünsə  hamı  bu  iki  elmi  istiqa-
mətdən  birlikdə,  sanki  vahid  bir  şeydən  danışırlar-
mış  kimi,  bəhs  edirlər.  Halbuki,  biz  müvafiq  elm 
sahələri  qarşısında  qoyulan  vəzifələri  daha  konkret 
dərk  edə  bilmək  üçün  bu  sahələrin  özünə  də  dife-
rensial yanaşa bilməli, onları fərqləndirməliyik.  
Humanitar və ictimai elmlər ilk baxışda nə qə-
dər  yaxın  görünsələr  də,  əslində  xeyli  dərəcədə 
fərqli mahiyyət və məzmuna malikdirlər.  
Digər  tərəfdən  də,  bir  var  humanitar  elmlər, 
bir də var ümumiyyətlə humanitar sahə.  
İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu 
və  idealları  –  humanitar  sahənin  əsas  predmetidir. 
Tarix, bədii ədəbiyyat, incəsənət də humanitar sahə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə