Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

Elm və təhsil 
 
 
- 135 -
sisələrdə  çalışan  alimlərin  tədqiqatlarının  əlaqələn-
dirilməməsi,  vahid  elmi  cəbhə  yaradılmaması,  elm 
adamlarının  passiv  həyat  mövqeyi  gənc  alimlərin 
formalaşmasına pis təsir göstərir. 
Müasir  dövrdə  cəmiyyətşünaslığın  əsas  məq-
sədlərindən  biri  ictimai  problemlərin  öyrənilməsi 
sahəsində  səyləri  birləşdirməklə  yanaşı,  gənclərin 
intellektual  tərbiyəsi  üçün  də  şərait  yaratmaq,  on-
ların müstəqil düşüncə və diskussiya mədəniyyətinə 
yiyələnməsinə nail olmaqdan ibarətdir. 
Müstəqil  Azərbaycanın  hərtərəfli  surətdə  öy-
rənilməsi,  kompleks  tədqiqat  proqramları  yaradıl-
ması  və  bu  işə  gənc  alimlərin  cəlb  edilməsi,  is-
tedadlı  gənclərin  intellektindən  səmərəli  istifadə 
olunması günün aktual problemlərindəndir.  
Biz  yolun  hələ  lap  başlanğıcındayıq.  Məqsəd 
ictimai  həyatımızın  aktual  problemlərinin  tədqiqi 
sahəsində  fayda  verə  biləcək  hər  bir  adamı,  ixtisa-
sından  asılı  olmayaraq,  bu  ümumxalq  işinə  cəlb  et-
məkdir. 
Bu  gün  xalqımızı,  cəmiyyətimizi,  respublika-
mızı  narahat  edən  başlıca  məsələləri  elm  süzgəcin-
dən keçirmək, konkret praktik tövsiyələr hazırlamaq 
tələb  olunur.  Bu  iş  yalnız  gəncliklə  bağlı  olmayıb, 
ümumxalq  işidir.  Əgər  gənc  nəsl  belə  çətin  və 
mürəkkəb  bir  vəzifəni  öz  öhdəsinə  götürürsə, 
deməli  təkcə  öz  gənclik  enerjisinə  deyil,  həm  də 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 136 -
dövlətin,  bütün  ziyalı  ictimaiyyətinin  köməkliyinə 
ümid bəsləyir. 
Əslində  buradakı  "gənc"  anlayışı  tamamilə 
şərtidir.  Gənc  alim  dedikdə  biz  elmi  axtarış  sahə-
sindəki  gənclik  təravətini  hələ  də  itirməmiş,  yara-
dıcılıq  ehtirası  hələ  sönməmiş  elm  entuziastlarını 
nəzərdə  tuturuq.  Burada  "gənclik"  elmdə  təcrübə-
sizlik  kimi  deyil,  əksinə,  elmi  eqoizm  və  konser-
vatizm sahəsində "təcrübəsizlik" kimi başa düşülür. 
Yaşın  kiçikliyi  deyil,  intellektual  potensialın,  hə-
vəsin  və  enerjinin  böyüklüyü  əsas  götürülür.  Gənc 
alim  formalizm  və  bürokratiya  xəstəliyinə  tutulma-
mış, prokrustlaşmamış alimdir.  
Qarşıda  duran  vəzifələr  o  qədər  böyükdür  ki, 
o  qədər  problemlər  yığılıb  qalıb  ki,  onları  nisbətən 
qısa  müddətdə  həll  etmək  tükənməz  enerji  və  fan-
taziya tələb edir. Burada soyuq ağlın, "normal" elmi 
tədqiqatın on ilə gördüyü işi yanar zəka bir ilə gör-
məlidir. Burada daha kiçik müddət, daha böyük sü-
rət mümkün deyil. Çünki elm poeziya deyil. Elmdə 
tək ilham, tək entuziazm heç nə edə bilməz. Burada 
təmkin,  səbat  ehtirasla,  ilhamla  birləşməlidir.  İm-
pulsiv  düşüncə,  fəhm  qığılcımları  soyuq  ağlın  sərt 
skeptisizm  sınağından  keçməli  və  əksinə,  səbrlə, 
inadla, damla-damla  yığılan qalaq-qalaq elmi mate-
rial  assosiativ  təfəkkürün,  zəka  şöləsinin  işığında 
saf-çürük  edilməli,  yüksək  nəzəri  hazırlığı  olan 


Elm və təhsil 
 
 
- 137 -
alimlərin  köməyi  ilə  elmi  konsepsiya  səviyyəsinə 
qaldırılmalıdır. 
Tədqiqatçılar gənc, problemlər isə qocadır. İlk 
baxışda  təzadlı  görünsə  də,  burada  müəyyən  qanu-
nauyğunluq var. Məsələ burasındadır ki, o problem-
lər  yığılıb  qalır  ki,  onlar  elmin  hər  hansı  sahəsində 
nüfuz sahibi olan adamlar tərəfindən həll oluna bil-
mir, hakim təfəkkür tərzinin "normativ"lərindən kə-
narda çıxır. Yaşlı nəsil həmin təfəkkür tərzinə möh-
kəm  surətdə  bağlı  olduğundan  yeni  həll  yolu,  yeni 
baxış tələb edən belə problemlər qarşısında aciz qa-
lır. Gənc tədqiqatçılar isə hakim təfəkkür üslubuna, 
normal  elmin  ehkamlarına  çox  da  möhkəm  bağlan-
madığına görə problemə bəzən gözlənilməz mövqe-
dən  yanaşır,  yeni  metodlardan  istifadə  edir.  Burada 
gəncliyə daha çox xas olan assosiativ təfəkkür də öz 
müsbət  sözünü  deyir.  Elm  tarixindən  buna  çox  mi-
sallar göstərmək olar. Məsələn, XX əsrin əvvəllərin-
də  bir  sıra  fiziki  hadisələr  Nyuton  mexanikası  çər-
çivəsində izah edilə bilməyəndə, dövrün bütün gör-
kəmli  alimlərinin  həll  edə  bilmədiyi  məsələni  25 
yaşlı A.Eynşteyn həll elədi. Bir qədər sonra, mikro-
hadisələr  üçün  klassik  mexanika  özünü  doğrultma-
yanda  yeni  kvant  mexanikasının  əsas  qanununu  26 
yaşlı  V.Heyzenberq  kəşf  elədi.  Şellinq  ilk  fəlsəfi 
əsərini  yazanda 20  yaşı var idi. Biz siyahını davam 
etdirmək  istəmirik.  Məqsədimiz  budur  ki,  xalqımı-
zın taleyi ilə bağlı olan ciddi cəmiyyətşünaslıq prob-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 138 -
lemlərinin  həllinə  məhz  gənc  alimlərin  təşəbbüs 
göstərməsi heç kəsdə inamsızlıq doğurmasın. 
Belə bir cəhət də nəzərə alınmalıdır ki, nəinki 
problemlər, elmin özü də getdikcə qocalır. Görkəm-
li  fizik  Maks  Delbryukun  dediyi  kimi,  elm  qocalır, 
cəmiyyət  isə  cavan  qalır.  Elmin  nailiyyətləri  üst-
üstə  toplanır,  elmi  informasiya  çoxalır,  nəhəng  elm 
ağacı  bar  gətirdikcə  başı  aşağı  əyilir.  Cəmiyyət  isə 
getdikcə  yeniləşir,  nəsillər  bir-birini  əvəz  edir.  Hər 
yeni alim nəsli qarşısında daha mürəkkəb, daha cid-
di  problemlər  durur.  Belə  bir  şəraitdə  gərək  yeni 
nəslin tədqiqat imkanları da daim artsın.  
Bəs, bu imkanları necə artırmaq olar? 
Bəlkə  yeni  nəslin  elmi  tədqiqat  imkanları  ge-
netik  yolla  artır?  Xeyr.  Müşahidələr  göstərir  ki,  in-
sanın intellektual imkanı çox ləng inkişaf edir. Mə-
sələn,  yeni  erada  bu  sahədə  nəzərə  çarpacaq  təka-
mül  hiss  olunmur.  Qalileyin  Aristotelə  və  ya  Eyn-
şteynin Qalileyə nəzərən intellektual üstünlüyündən 
danışmaq  üçün  heç  bir  əsas  yoxdur.  Bununla  belə, 
Qaliley  Aristotelə,  Eynşteyn  isə  Qalileyə  düzəliş 
vermişdir.  Məsələ  burasındadır  ki,  intellektual  sə-
viyyəsindən  asılı  olmayaraq  hər  sonra  gələn  nəsil 
əvvəlki nəsildən miras qalmış daha mükəmməl elmi 
aparata  və  metodlara  yiyələnmiş  olur.  Bu  da  prob-
lemlərə  daha  dərin  nüfuz  eləmək  imkanı  yaradır. 
Digər  tərəfdən,  qabaqcıl  ölkələrdə  elmin  sosial 
strukturu  getdikcə  təkmilləşir,  əmək  bölgüsü  güc-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə