Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

Elm və təhsil 
 
 
- 127 -
yət göstərir. Həmin tədqiqat müəssisələrinin Akade-
miya  yox,  universitet  nəzdində  olmasının  üstün  cə-
hətlərindən  biri  yüksək  ixtisaslı  alim-müəllimlərin 
elmi  potensialından  səmərəli  istifadə  olunmasıdır. 
Digər  tərəfdən,  elmi  mərkəzə  tədqiqatçı  kimi  cəlb 
olunmuş  adamlar,  əgər  xüsusi  qabiliyyətləri  varsa, 
özlərini qabaqcıl müəllim kimi də göstərmək imkanı 
əldə  edir.  Müəllimlik  və  alimlik  funksiyaları  ara-
sında  qarşılıqlı  keçid  imkanı  yaranır.  Lakin,  bizcə, 
bu cür təşkilati strukturun ən böyük üstünlüyü aspi-
rant  və  tələbələrin  universitet  nəzdindəki  elmi  mər-
kəzlərin  bazasından  istifadə  etmək  imkanıdır.  Tə-
ləbələrin  hələ  təhsil  dövründə  əsl  elmi  tədqiqata 
cəlb  oluna  bilməsidir.  Məhz  bu  sonuncu  imkanın 
xüsusi əhəmiyyətini nəzərə alaraq ABŞ-da son vaxt-
lar  xüsusi  tədqiqat  universitetlərinə  (multiuniversi-
tet)  geniş  yer  verilir.  Multiuniversitetlərdən  fərqli 
olaraq, elmi tədqiqat müəssisələri təhsil müəssisəsi-
nin nəzdində olur, onun içərisində əridilir, yəni təh-
sil və elmi tədqiqat eyni bir prosesə çevrilir. Burada 
oxuyan  tələbələr  artıq  peşəkar  elmi  işçidirlər  və  ən 
aktual  problemlərin  həllində  bilavasitə  iştirak  edir-
lər. ABŞ-ın bu qabaqcıl təcrübəsi, heç şübhəsiz, biz-
də də nəzərə alınmalıdır. 
Respublikamızda  ali  məktəbin  elmi  poten-
sialından  daha  səmərəli  istifadə  etmək  üçün  həyata 
keçirilməsi  zəruri  olan  aşağıdakı  islahatlar  xüsusi 
qeyd oluna bilər: 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 128 -
1. Ali məktəblərin elmi bazasının möhkəmlən-
dirilməsi  və  burada  alimlərin  elmi  tədqiqat  işinin 
iqtisadi cəhətdən stimullaşdırılması. 
2.  Akademiya,  ali  məktəb  və  sahə  elmlərinin 
qarşılıqlı  əlaqəsinin  möhkəmləndirilməsi,  müəllim-
alimlərin  Akademiya  və  sahə  elminin  bazasından 
istifadə  etməsi  üçün  şərait  yaradılması.  Birgə  elmi 
tədqiqat işlərinin genişləndirilməsi. 
3.  Aspirant  və  tələbələrin  eyni  hüquqlu  kadr 
kimi birgə elmi tədqiqatlara cəlb edilməsi. 
4. Bir sıra elmi tədqiqat institutlarının univer-
sitet  tabeliyinə  keçirilməsi  və  ya  ali  məktəblə  təd-
qiqat institutlarının inteqrasiyası. 
5. Ali məktəbin istehsalla bilavasitə əlaqəsinin 
gücləndirilməsi,  bu  məqsədlə  yeni  təşkilati  forma-
lardan,  xüsusən  təsərrüfat  hesablı  müqavilələrdən 
geniş istifadə olunması. 
  6. Tədris-elm-istehsalat  birliklərinin  yaradıl-
ması.  İstehsal  müəssisələrinin  təcrübə  bazası  kimi 
ali məktəblərin sərəncamına verilməsi. 
 
* * * 
 
Ölkəmizdə  təhsil  sisteminin  elmi-nəzəri  əsas-
ları  hələ  indiyədək  ciddi  surətdə  tədqiq  edilmədi-
yindən və elmşünaslıqla, elmlərin təsnifatı ilə əlaqə-
ləndirilmədiyindən  hansı  təhsil  mərhələsində  hansı 
fənlərin  tədris  olunması  məsələsi  çox  vaxt  təsadüfi 


Elm və təhsil 
 
 
- 129 -
mülahizələrlə həll olunur. Xüsusən orta məktəblərdə 
dərin  kök  atmış  stereotiplərdən  və  pis  mənada  ən-
ənəçilikdən xilas olmaq çox çətindir. Məsələn, gələ-
cəkdə  buruq  ustası,  dərzi,  aktyor  və  ya  hüquqşünas 
olacaq adamlara icbari yolla molekulyar fizika, üzvi 
kimya və triqonometriya keçmək nə dərəcədə məq-
sədəuyğundur?  Göründüyü  kimi  sual  çox  ciddi  bir 
problemə  aiddir.  Yaradıcı  təfəkkürü  təzəcə  forma-
laşan,  böyük  düşüncə  potensialına  malik  olan  və 
əməli  vərdişlərə  yiyələnməyin  ən  münasib  çağını 
yaşayan  yeniyetmələr  ordusunu  lazımsız  informasi-
ya  ilə  yükləmək  zərurəti  nə  ilə  əsaslandırılır?  Lap 
bu  yaxınlara  qədər  belə  bir  "əsas"  var  idi.  Hər  bir 
sovet  gəncinin  çoxsahəli  biliyə  malik  olması  hərtə-
rəfli  inkişaf  etmiş  kommunizm  qurucuları  hazırlan-
ması proqramının tərkib hissəsi idi. Lakin elə ki, biz 
yeni  təfəkkür  sayəsində  digər  kommunizm  qurucu-
luğu  stereotipləri  ilə  yanaşı  "hərtərəfli  inkişaf"  te-
zisinin  mütləqləşdirilməsindən  də  azad  oluruq,  elə 
ki, sivilizasiyanın əsasında əmək bölgüsü və ixtisas-
laşma  zərurətinin  dayanması  kimi  sadə  həqiqəti  ar-
tıq qəbul edirik, onda təhsilin strukturuna da sağlam 
məntiq mövqeyindən yanaşmaq imkanı açılır.  
Orta  ümumtəhsil  məktəblərində  yalnız  gələ-
cək  ixtisasından  asılı  olmadan  hamı  üçün  faydalı 
olan  fənlər  keçilməsi  məqsədəuyğundur.  Təbiətşü-
naslıq  fənlərinin  sistemli  surətdə  öyrənilməsi  ümu-
mi  mədəni  tərəqqi  baxımından  ancaq  təfəkkür  qa-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 130 -
biliyyətini  inkişaf  etdirmək  üçün  faydalı  ola  bilər. 
Lakin təfəkkür qabiliyyətinin inkişafı hamı üçün hə-
qiqətən zəruri olan biliklərin öyrənilməsi prosesində 
də həyata keçirilə bilər. Bu baxımdan nəinki təbiət-
şünaslıq fənləri, habelə tarix və ədəbiyyat fənlərinin 
proqramı  da  məhz  ümumbəşəri  sərvətlərə  yiyələn-
mək  və  müstəqil  təfəkkür  mədəniyyəti  formalaşdır-
maq  mövqeyindən  yenidən  işlənməlidir.  Tarix  keç-
miş  haqqında  informasiya  mənbəyindən  tərbiyə  va-
sitəsinə  çevrilməli,  gənclərin  vətəndaş  kimi  for-
malaşmasına xidmət etməlidir. "İnsan və cəmiyyət" 
kursu  da  məhz  sinfi  qütbləşmə  mövqeyindən 
ümumbəşəri  sərvətlərə  qayıdış  dalğasında  meydana 
çıxmışdır  və  gənclərin  dünyagörüşünün  yeni  təfək-
kür mövqeyindən formalaşdırılmasına xidmət etmə-
lidir. O, bazar iqtisadiyyatı, azad rəqabət və işgüzar-
lıq şəraitində müstəqil həyata atılan gənclərə həyati 
zərurət  kimi  olan  biliklər  kompleksini  əhatə  etmək 
baxımından ən aktual fəndir.  
Orta məktəbi bitirən gənc, gələcəkdə hansı ix-
tisası  seçəcəyindən  və  təhsilini  davam  etdirib-et-
dirməyəcəyindən  asılı  olmadan,  artıq  cəmiyyətin 
yetkin  bir  üzvü  kimi  formalaşmalıdır.  Özünü  dərk 
etmədən  və  yaşadığı  cəmiyyətin  keçmişini  və  bu-
gününü  öyrənmədən  həyata  atılanlar  uğur  qazana 
bilməzlər.  Cəmiyyətin  tam  hüquqlu  üzvü,  fəal  və-
təndaş kimi formalaşmaq üçün hər bir şəxsin ictimai 
həyat  hadisələrini  müstəqil  surətdə  təhlil  etmək  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə