Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 111 -
elmin  yeni  keyfiyyət  mərhələsinə  qədəm  qoymasını 
təmin  etdi.  Elmin  yeni  mahiyyətdə  və  təşkilati 
formada  sanki  yenidən  yaranması  da  XVII  əsrdən 
başlayaraq həyata keçdi. O, ictimai istehsal prosesində 
mühüm  bir  halqaya  çevrilməklə  sonrakı  bir  sıra 
inqilabların:  sənaye  inqilabı,  elmi-texniki  inqilab, 
informasiya inqilabı və s. təməlini qoydu.  
Biz  isə  hələ  indi-indi  kapitalizm  quruluşuna 
keçirik.  Daha  doğrusu,  bu  keçid  prosesinin  ən  azı 
bir  mühüm  aspekti:  yeni  iqtisadi  münasibətlərə  ke-
çid artıq başa çatmışdır.  
Bunun əsas göstəriciləri iqtisadi sahədə dövlət 
monopoliyasının  əksər  sahələrdə  ləğv  edilməsi,  bö-
yük  miqyasda  özəlləşmə  prosesinin  həyata  keçiril-
məsi,  xırda  və  orta  biznesin  xüsusi  çəkisinin  art-
ması,  torpağın  özəlləşdirilməsi,  inşaat  sektorunun, 
kənd  təsərrüfatının,  xidmət  sahələrinin  və  hətta  sə-
nayenin  böyük  qisminin  özəl  sektora  keçməsi,  ma-
liyyə  sistemində  özəl  kapitalın  rolunun  artması, 
maliyyə  oliqarxiyasının  yaranması,  xarici  investisi-
yanın cəlb edilməsi və s. bu kimi proseslərin böyük 
vüsət almasıdır. Yəni indi ölkəmizdə sosialist deyil, 
sosial yönümlü kapitalist ictimai-iqtisadi münasibət-
ləri  bərqərar  olmuşdur.  Lakin  Azərbaycanda  kapi-
talizmə keçid yeni dövr Avropasındakı proseslərdən 
köklü  surətdə  fərqləndiyinə  görə,  Qərb  dünyasında 
yaranmış iqtisadi nəzəriyyələrin tətbiqi bizdə özünü 
doğrulda  bilməz.  Azərbaycanda  və  digər  MDB  öl-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 112 -
kələrində təxminən eyni istiqamətli bir proses gedir: 
sosializmdən kapitalizmə keçid. Bu, tarixdə analoqu 
olmayan bir prosesdir. Həm də biz digər MDB ölkə-
lərindən irəlidə olduğumuza görə. Bu prosesin elmi-
nəzəri təhlili də bizim iqtisadçı alimlərin üzərinə dü-
şür.  Bunun  üçün  hətta  təkcə  iqtisadçıların  yox,  ic-
timai  elmlərin  bir  sıra  əlaqədar  sahələrində  çalışan 
mütəxəssislərin birgə səyləri tələb olunur.   
Bütün bu proseslər zəruri surətdə elmə müna-
sibətin  də  dəyişilməsinə,  elmin  də  bir  zinət  sahəsi 
olmaqdan  çıxıb,  istehsal  və  kapital  amilinə  çevril-
məsinə gətirməlidir.  
Lakin  bu  proses  təbii  yolla  getməli,  yoxsa 
hansı isə daha böyük islahatların nəticəsi kimi orta-
ya çıxmalıdır? Bir şey aydındır ki, bu sahədə böyük 
islahatlar  qaçılmazdır.  Çünki  bunu  ölkəmizdə  icti-
mai-iqtisadi proseslərin daxili məntiqi və dinamika-
sı  tələb  edir.  Əks  təqdirdə,  paradoksal  bir  hala  ya-
ranmış olar: iqtisadi sahədə biz yeni – kapitalist mü-
nasibətləri sisteminə keçdiyimiz halda, elm sahəsin-
də  hələ  də  köhnə  sosialist  strukturlarını  və  münasi-
bətləri saxlamış olarıq.  
Bizcə,  ölkəmizdə  bu  proseslər  AMEA-dan  yan 
ötərək  baş  verir.  Müdafiə  Sənayesi  Nazirliyi,  Rabitə 
və  İnformasiya  texnologiyaları  Nazirliyi  və  s.  yeni 
hökumət  qurumlarında  «elm-istehsalat»  birliklərini 
xatırladan məqsədyönlü elmi-texnoloji proseslər gedir. 
Bu  proseslər  ölkəmizdə  getdikcə  genişlənəcəkdir, 


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 113 -
amma  AMEA-nın  öz  müstəqilliyini  qorumaq  naminə 
bu  proseslərdən  kənarda  qalması  ölkəmizin  sürətli 
inkişafının təmin olunmasına xidmət etmir. 
 
 
Elm: mənəvi və praktik meyarlar 
 
Məgər atom bombasını da, nüvə silahını da və 
onları  daşımaq  üçün  yaxın,  orta  və  uzaq  məsafəli 
raketləri  də  alimlər  düzəltmədilərmi?  Ya,  ola  bilsin 
ki, bilavasitə düzəltmədilər; onda belə deyək: bütün 
müasir silahlar alimlərin kəşfinə istinad etməklə ix-
tiraçılar,  konstruktorlar  və  mühəndislər  tərəfindən 
düzəldilmirmi? Və bu işlərin arxasında ümumbəşəri 
bir elmi fəaliyyət sistemi dayanmırmı? Və bu qlobal 
sistemin  formalaşmasında  bir  çox  günahsız  ölkələ-
rin günahsız alimlərinin payı da yoxdurmu?  
Bəzən bizimkilər ümumiyyətlə elmin, abstrakt 
elmin  inkişafı  prosesində  bu  və  ya  digər  dərəcədə 
iştirakları ilə fəxr edirlər. Onlar ancaq müstəqil elm 
haqqında,  yeni  elmi  biliklər  haqqında  düşünürlər. 
Bəs bizim ixtiraçılar, konstruktorlar və müasir elmi 
nailiyyətləri tətbiq etmək səviyyəsində olan mühən-
dislər harada və necə hazırlanır? 
Böyük  elmin  dəyirmanına  su  tökməyə  çalışı-
rıq,  amma  bu  dəyirmanın  kimin  üçün  üyütdüyünü 
və  hazır  məhsullardan  kimin  faydalandığını,  yaxud 
əksinə,  kimin  başında  çatladılacağını  bilirikmi? 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 114 -
Alim deyə bilər ki, bu daha mənim işim deyil, bunu 
da qoy bir başqası düşünsün. Amma bu  «bir başqa-
ları»  kimdir  və  onlardan  bizdə  varmı?  Bax  bu  mə-
qamda  texnokrat  alimlərin  yadına  salmaq  istəyirik 
ki,  bu  «başqa  məsələlər»  məhz  ictimai  elmlərin 
predmetinə daxildir. Təhsil – Elm – Texnika – Tex-
nologiya – Sənaye – İstehlak zəncirində hər bir mər-
hələ  tam  müstəqil  bir  dəyər  olmayıb  həmin  böyük 
zəncirin  tərkib  hissəsi  olmaqla,  müəyyən  ideoloji 
yönə  malikdir.  Bu  ideoloji  yönü  müəyyənləşdirən, 
cəmiyyətin  makrostrukturunu,  daxili  proseslərin 
qarşılıqlı  nisbətini  təhlil  edən  onların  müvafiq  bey-
nəlxalq  proseslərlə  qarşılıqlı  əlaqəsini  öyrənən  və 
dövlət  üçün  təkliflər  paketi  hazırlayan  da  məhz  ic-
timai elmlər olmalıdır.  
İndiyədək  ictimai  elmlər  öz  üzərinə  düşən  bu 
məsul  vəzifələri  yerinə  yetirməyibsə,  bu  o  demək 
deyildir  ki,  bu  elmlərə  ehtiyac  yoxdur.  Biz  təbiət 
elmlərindən real iqtisadi  səmərə gözlədiyimiz kimi, 
ictimai  elmlərdən  də  dövlətin  strateji  inkişaf  xətti 
üçün elmi-metodoloji baza rolunu oynamaq və icti-
mai praktikaya xidmət etmək mənasında səmərəlilik 
gözləyirik. Lakin əlbəttə, ictimai gerçəklik və dövlət 
siyasəti ilə müvafiq  elm sahələri arasında əks-əlaqə 
sisteminin yaradılması təkcə elm adamlarından asılı 
deyil.  Bunun  üçün  müvafiq  dövlət  orqanlarının  və 
ictimai  qurumların  da  təşəbbüs  göstərməsi  tələb 
olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə