Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 107 -
yə aiddir. Bu başqa məsələ ki, göstərilən humanitar 
hadisələrin  hər  birinin  öz  elm  və  fəlsəfə  səviyyəsi 
də vardır. Tarix, tarixşünaslıq («tarix elmi» – bəzən 
sadəcə  «tarix»  də  deyilir;  yəni  hər  iki  məna  eyni 
sözlə  ifadə  olunur)  və  tarix  fəlsəfəsi,  bədii  ədəbiy-
yat, ədəbiyyatşünaslıq (filologiya) və ədəbiyyat fəl-
səfəsi  (aşağı  yarusda  bu  sahə  «ədəbi  tənqid»  kimi 
məlumdur),  incəsənət,  sənətşünaslıq  və  sənət  fəlsə-
fəsi (estetika), din, dinşünaslıq və din fəlsəfəsi, mə-
nəvi  tərbiyə,  pedaqogika  və  etika  geniş  planda  gö-
türdükdə humanitar sahəyə aiddir. Son vaxtlar daha 
inteqrativ bir elm sahəsi kimi insanşünaslıqdan, bə-
zən də antropologiyadan bəhs olunur. Mənaları eyni 
olsa  da,  bu  iki  tədqiqat  istiqamətində  bəzən  fərqli 
məzmunlar qruplaşdırılır.    
Sovet  dövründə  insan  özü  də  ilk  növbədə  so-
sial  varlıq  kimi  götürüldüyünə  görə,  insanşünaslıq 
da  cəmiyyətşünaslığın  içərisində  əridilmişdi.  İnsan 
fərdiyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb 
dünyası,  kapitalist  ölkələri  üçün  səciyyəvi  idi.  Ona 
görədir  ki,  humanitar  təfəkkür  də,  insan  haqları 
mövzusu  da,  irsiyyət  məsələləri  də,  fərdi-psixoloji 
problemlər də daha  çox  Qərbdə öyrənilirdi.  İnsanın 
sosiallaşması  hətta  bədii  ədəbiyyatda  da  öz  əksini 
tapmışdı.  İndi  kommunist  ideologiyasından  ayrıl-
dıqdan sonra, qarşımızda duran vəzifələrdən biri də 
insanşünaslığı  bərpa  etmək,  fərdin  cəmiyyətdə  it-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 108 -
mək,  fərdiyyətini  itirmək  təhlükəsinin  qarşısını  al-
maqdır.   
Din də humanitar sahəyə aiddir. Çünki insanın 
mənəvi aləmi ilə bilavasitə bağlıdır. Lakin müxtəlif 
dinlərdə  bu  bağlılıq  bir  qədər  fərqlidir.  Məsələn  is-
lamda  dini  etiqad  ilk  növbədə  fərdə  aiddirsə,  xris-
tianlıqda  kilsələr  insanla  Allah  arasında  vasitəçilik 
missiyasını  üzərinə  götürərək  dini  ictimailəşdirmiş-
lər. Ona görə də, islam aləmində ilahiyyat və dinşü-
naslıq əsasən humanitar sahəyə aid olsa da, xristian 
dünyasında cəmiyyət sferasına aiddir. Amma islam-
da  da  hər  bir  fərd  üçün  nəzərdə  tutulan  həyat  tərzi 
və  davranış  qaydaları  (fiqh)  dini  yönlü  dövlətlərdə 
cəmiyyət  və  dövlət  səviyyəsində  təsbit  olunmaqla 
hüquq  sisteminin  əsasını  təşkil  edir  və  beləliklə  ic-
timailəşmiş olur.  
İstənilən  halda  bütün  dinlər  həm  humanitar, 
həm də cəmiyyət sferası ilə sıx surətdə bağlıdır.  
Tarix də həmçinin. Tarix özü və tarixlə tərbi-
yə  daha  çox  humanitar  sahəyə  aid  olsa  da,  tarixşü-
naslıq  və  tarix  fəlsəfəsi  daha  çox  ictimai  elmlərə 
aiddir. 
Eləcə  də  fəlsəfə.  Bir  çox  təsnifatlarda  fəlsəfə 
humanitar sahəyə aid edilir. “Özünü dərk et” prinsi-
pindən çıxış edildikdə, bu doğrudan da belədir. Am-
ma  insan  fəlsəfəsindən  fərqli  olaraq  tarix  fəlsəfəsi 
daha  çox  dərəcədə  ictimai  yönlüdür.  Yəni  onun 
predmetini insan  yox,  cəmiyyət; fərdi ruh  yox, icti-


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 109 -
mai  ruh  təşkil  edir.  İnsanın  özünüdərki,  millətin 
özünüdərki və nəhayət, bəşəriyyətin özünüdərki fəl-
səfənin strukturunda fərqli səviyyələrdir.  
Göründüyü  kimi,  biz  humanitar  və  ictimai 
elmlər  bölgüsündə  insan  və  cəmiyyət  bölgüsünə 
əsaslanırıq. 
Lakin  sual  olunur  ki,  insan  problematikasına 
onun fiziki varlığı, bədəni ilə bağlı məsələlər də aid-
dirmi,  yoxsa  ancaq  mənəvi  aləm,  onun  iç  dünyası 
nəzərdə  tutulur?  Belə  ki,  bəzi  təsnifatlara  görə,  in-
san  bədəni  bir  təbiət  hadisəsi  olmaqla,  təbiətşünas-
lığın predmetinə daxil edilir.   
Əslində  isə  insan  bədəni,  bir  tərəfdən,  təbiətə 
aid olsa da, digər tərəfdən, onun əməli fəaliyyəti və 
mənəvi-ruhani aləmi üçün də mühüm bir rol oynadı-
ğına görə, həm də humanitar sahəyə aiddir. Bu mə-
nada insanın fiziki sağlamlığına xidmət edən səhiy-
yə  sistemi  və  idman  da  humanitar  sahəyə  aid  edilə 
bilər.  Maraqlı  haldır  ki,  səhiyyə  özü  insana  xidmət 
etməklə  humanitar  mahiyyət  daşısa  da,  təbabət  bir 
elm  sahəsi  kimi  humanitar  elmlərə  deyil,  daha  çox 
dərəcədə  təbiətşünaslığa  aiddir.  Lakin  son  dövrün 
praktikası göstərir ki, təbabət hər halda sadəcə təbiət 
elmi  kimi  qəbul  edilə  bilməz,  çünki  burada  insan 
ruhu,  psixikası  ilə  və  deməli,  ümumiyyətlə,  huma-
nitar sahəylə sıx bağlılıq vardır.    
 
 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 110 -
Elm: insandan kainata və                      
geriyə – insan rifahına 
 
Elmə  humanitar  sahə  kimi  baxılması  da  orta 
əsr Şərq ənənələrinə məxsus bir düşüncədir. O vaxt 
elm  hikmətin,  müdrikliyin  bir  əlaməti,  aspekti  kimi 
başa düşülürdü və çox vaxt dini düşüncənin hüdud-
ları daxilində nəzərdən keçirilirdi. (Elmin din çərçi-
vəsində nəzərdən keçirilməsinə hətta bu gün də rast 
gəlmək mümkündür.) Orta əsrlərin xristian və islam 
sxolastikaları  da  ilahiyyat  çərçivəsində  elm  və  fəl-
səfə yaratmaq təşəbbüsləri idi.   
Maraqlı  haldır  ki,  islam  dünyasında  da,  xris-
tianlıqda  da  elmin  institutlaşması  dini  təsisatlar  da-
xilində baş vermişdir. Şərqdə dini təhsil almağın va-
sitələri  olan  mollaxanalar,  mədrəsələr  həm  də  dün-
yəvi  biliklərin  öyrənilməsinə  xidmət  etmişdir  (bu 
sırada  Nizamiyyə  məktəbləri  xüsusi  qeyd  edilməli-
dir).  Şərq  (İslam)  dünyasında  elm  və  ali  təhsilin 
əsası  dini  savaddan  başlandığı  kimi,  Qərbdə  də  ilk 
universitetlər: Bolonya,  Oksford, Kembric, Sorbon-
na – hamısı kilsədən çıxmışdır.           
Amma Yeni Dövr bütün sahələrdə olduğu kimi, 
elmə  münasibət  məsələsində  də  paradiqmanı  dəyişir. 
Daha  doğrusu,  müasir  mənada  elm  məhz  bu  dövrdə 
formalaşmağa  başladı.  Kapitalizm  cəmiyyəti  heç  də 
yalnız ictimai-iqtisadi sahədə yeni bir quruluş forması 
olmayıb,  həm  də  düşüncə  tərzinin,  mədəniyyətin  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə