Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə18/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   14   15   16   17   18   19   20   21   ...   87

aşağı   düşür   və   Sizif   onu   yenidən   qaldırmalıdır.
Yunanların iman etdiklərinə görə «Tantalın əzabları» və
«Sizifin zəhməti» əbədi davam edəcək.
Bir   nəfər   cəhənnəmin   kilsə   xadimlərinin   və   yaşlı
adamlarının uydurması olduğunu təkrarlamağı xoşlayırdı.
İkinci   Dünya   müharibəsi   zamanı   o,   həbs   düşərgəsinə
düşdü   və   almanların   sağ   insanları   krematorilərdə
yandırdıqlarını görüb dedi: «Cəhənnəmin mövcudluğuna
artıq inanıram, çünki insan bədənində olan iblislərin bu
şər işlərinə görə başqa cəza ola bilməz».
Mərhəmət   və   xeyirxahlığın   təcəssümü   olan   İsa   çox
vaxt   cəhənnəm   barədə   xəbərdarlıq   edərək,   onu
«cəhənnəm odu» (Mat 5, 22), «odlu soba» (Mat 13, 42),
«əbədi   əzab»   (Mat   25,   46),   «gəmirən   qurdun   (vicdan
əzabının)   ölmədiyi»   (Мark   9,   46)   və   «ağlaşma   və   diş
qıcırtısı» (Mat 13, 42) olan yer adlandırırdı. Günahlarını
tövbə etməyən günahkarlar hökm sözlərini eşidirlər: «Ey
lənətə   gəlmişlər,   çəkilin   önümdən!   İblislə   onun
mələklərinə   hazırlanmış   olan   əbədi   oda   yollanın»   (Mat
25, 41). «Ölüm günahında vəfat edən insanların canları
ölümdən   dərhal   sonra   cəhənnəmə   enir   və   burada
cəhənnəm   əzablarına,   “əbədi   alova”   məruz   qalır.   Əsas
cəhənnəm   əzabı   Allahla   əbədi   ayrılıqdan   ibarətdir,
halbuki insan həyat və xoşbəxtliyə yalnız Onda sahib ola
bilər; insan həyat və xoşbəxtlik üçün yaranıb və bunlara
can atır» (KKK 1035).
Rəbb   tərəfindən   rədd   olunma   ən   qorxunc   cəzadır.
Müqəddəs   İohann   Xrizostom   deyir   ki,   Allahı   görə
bilməmək və Onunla birgə ola bilməməyə görə əzab o
~ 72 ~
72


qədər   dəhşətlidir   ki,   məhkum   olunanlara   başqa
cəhənnəm   əzabını   çəkmək   bundan   daha   asandır.   Yer
üzündə   yaşayan   insan   hər   şey   barədə   öz   duyğu
dərrakəsinə   uyğun   mühakimə   yürüdür,   düşüncələrində
çox   vaxt   dünyəvi   məsələlərlə   məşğul   olur   və   Allahın
böyüklüyünü,   gözəlliyini   dərk   etmir.   Lakin   əbədiyyətə
keçəndə bütün dünyəvi işlər mənasız olacaq və həqiqət
tam   aydınlıqla   onun   qarşısında   dayanacaq.   İnsan   ruhu
Rəbdə   kamil   xeyirxahlığı   görür   və   var   qüvvəsi   ilə   Ona
can atır. Lakin nə qədər çox Ona tərəf can atırsa, o qədər
də   çox   əzab   çəkir,   çünki   Ona   çata   bilmir.   Bu   səbəblə
onda özünə, məhkum olunanlara, mövcud olan hər şeyə
və Rəbb Allaha qarşı nifrət yaranır, bu nifrət son dərəcə
ifrat məyusluğa və hiddətli qəzəbə çevrilir. 
Növbəti   əzab   -   duyulan   iztirablardır.   Məhkum
olunanlara duyulan əzablar verən bu sirli və fövqəltəbii
alov   yer   üzündə   yaşayanlar   üçün   ağlasığmazdır.   Öz
gücünə görə o, yer üzündə olan alovla müqayisə edilə
bilməz. Hər bir insani bacarıq və hiss yer üzündəki həyat
ərzində etdiyi günahların qüvvəsi və sayına uyğun olaraq
əzab çəkəcək. 
Cəhənnəm   barədə   vəz   eşidən   bir   zabit   ibadətdən
sonra keşişə yaxınlaşıb gülmək üçün dedi: «Sən bir şeyi
deməyi unutdun! Cəhənnəm odunda bişirəcəklər, yoxsa
qızardacaqlar?»   Keşiş  onun   gözlərinin   içinə   baxıb   ciddi
səslə   dedi:   «Orada   olanda   görəcəksən».   Zabit   diksinib
kənara   çəkildi.   Bir   neçə   il   sonra   onlar   yenidən
görüşdülər. Zabit keşişə yaxınlaşıb dedi: «On il sözlərini
yadıma   salırdım   və   cəhənnəmin   olmadığına   inanmağa
çalışırdım,   lakin   dözə   bilmədim,   tövbə   etdim,
~ 73 ~
73


günahlarımı   etiraf   etdim   və   indi   məsihçi   kimi
yaşayıram».
Daha   bir   əzab   -     azadlıq,   təsəlli   və   istirahətə   ümid
etmədən   əbədi   iztirab   çəkməkdir.   Məhkum   olunanların
şüurunda daim iki dəhşətli söz olacaq – «heç vaxt» və
«həmişə»:   «Heç   vaxt   Allahı   görməyəcəyəm,   heç   vaxt
əzablar   bitməyəcək,   hətta   kiçik   bir   ümid   heç   vaxt
olmayacaq.   Həmişə   vicdan   əzabı,   həmişə   məyusluq,
həmişə   özünə   və   hər   şeyə   nifrət   olacaq,   bunların
hamısına da təqsirkar mənəm». 
1917-ci ildə Portuqaliyanın Fatima kəndində üç uşağa
dəfələrlə Müqəddəs Bakirə Məryəm göründü. Bir dəfə O,
uşaqlara   cəhənnəmi   göstərdi.   Uşaqlar   danışırdılar:
«Qarşımızda torpağın dərinliyində yerləşən alovlu dənizi,
içində isə qara və yanmış, qəddar və yırtıcı heyvanları,
həmçinin   insan   formasında   olan   qızmar   və   işıq   saçan
kömürə bənzəyən insan ruhlarını gördük. Böyük yanğın
zamanı görünən qığılcımlar kimi onlar havada lələk kimi
fırlanaraq   yerə   düşürdülər.   Bunlarla   bərabər   insanı
titrədən   bərk   fəryad   səsləri,   ağrı   və   məyusluq   iniltiləri
eşidilirdi».   Qorxuya   düşmüş   uşaqlar   buna   baxa
bilmirdilər və Məryəmə tərəf baxdılar. Məryəm qüssə ilə
dedi: «Siz cəhənnəmi gördünüz, bədbəxt günahkarların
ruhları   buraya   düşür.   Onları   xilas   etmək   üçün   Allah
Mənim Günahsız Ürəyimə baxaraq, tövbəyə çağırır». 
Qiyamət   Günü   və   məxluqların   yeniləşməsi
barədə 
Ölülərin   dirilməsindən   sonra   son   məhkəmə   olacaq.
~ 74 ~
74


«Məhz   Həqiqət   olan   Məsihin   qarşısında   hər   bir   insanın
Allaha münasibəti barədə həqiqət aşkar olacaq. Qiyamət
Günü hər bir insanın yer üzündəki həyatı ərzində etdiyi
yaxud   etmədiyi   xeyirxah   işi   aşkar   edəcək   və   hətta
bunların   ifrat   nəticələrini   də   göstərəcək»   (KKK   1039).
«Qiyamət Günü Məsih izzətlə qayıdan vaxt olacaq» (KKK
1040).İsa   bu   barədə   belə   deyir:   «Günəşdə,   ayda   və
ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və
dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb
əzab çəkəcək. İnsanlar qorxudan və dünya üzərinə gələn
fəlakətləri   gözləməkdən   huşunu   itirəcək,   çünki   səma
cisimləri lərzəyə gələcək» (Luka 21, 25-26; Мark 13, 24
25). «Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn
zaman Öz izzətli taxtına oturacaq. Bütün millətlər Onun
önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir
çoban kimi onları bir-birindən ayıracaq. Qoyunları sağına,
keçiləri   isə   soluna   qoyacaq.   O   zaman   Padşah
sağındakılara   deyəcək:   “Ey   sizlər,   Atamın   xeyir-dua
verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün
hazırlanmış olan Səltənəti irs alın. Çünki ac idim, Mənə
yemək   verdiniz;   susamışdım,   Mənə   su   verdiniz;   qərib
idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz;
xəstə   idim,   Mənə   baş   çəkdiniz;   zindanda   idim,   yanıma
gəldiniz”. Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya
Rəbb, biz Səni nə vaxt ac görüb yedirdik və ya susamış
görüb su verdik?Nə vaxt Səni qərib görüb qəbul etdik və
ya çılpaq görüb geyindirdik? Nə vaxt Səni xəstə və ya
zindanda görüb yanına gəldik?” Padşah da cavab verib
onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik
qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. O
zaman   solundakılara   deyəcək:   “Ey   lə’nətə   gəlmişlər,
~ 75 ~
75


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə