olunmasına deyil, xalqlar arasında nifaqın, eti-
madsızlığın güclənməsinə xidmət edir.
Hərbi, siyasi, iqtisadi, texnoloji, informativ
vasitələrlə, zorakı metodlarla başqa xalqların hə-
yatma müdaxilə etmək və öz həyat dəyərlərini,
ideyalarmı, təsəvvürlərini onlara zorla qəbul
etdirmək cəhdləri müasir dünyada yol verilməz
siyasət kimi lənətlənməli və pislənməlidir.
Müxtəlif mədəniyyətlərin nümayəndələri öz
dəyərlər, ənənələr sisteminin, həyat tərzinin çər
çivələrini. aşmağı bacarmalı, qarşılıqlı anlaşma
nümayiş etdirməli, bütün bəşəriyyətin gələcəyi
naminə qlobal problemləri həll etmək üçün bərabər
hüquqlu tərəfdaş kimi dialoqa girməlidirlər.
Sevda Ağamirzə qızı Əhədova
3 .3 . M ə d ə n iy y ə tlə ra ra s ı m ü n a s ib ə tlə r
və m illi d ö v lə tlə r
T
arix boyu həmişə mədəniyyətlər və geniş
mənada sivilizasiyalar beynəlxalq siyasi
münasibətlərə böyük və heç də birmənalı olmayan
təsir göstərmiş və göstərməkdədir. İqtisadi qlo
ballaşma proseslərini sürətlənməsi, müasir infor
masiya yayımı vasitələrinin görünməmiş inkişafı
müxtəlif siyasi sistemlər arasında təmas imkanla
rını daha da artırır, mədəniyyətlərin beynəlxalq
siyasi münasibətlərə təsiri daha aşkar xarakter
almağa başlayır. Tarixən dövlətlər mədəniyyətlər
və sivilizasiyalar arasında əlaqələndirici həlqə
kimi çıxış etmiş və etməkdədir. S.P.Hantinqtonun
sivilizasiyaların
münaqişəsi
nəzəriyyəsində
bütün sivilizasiyalararası münaqişələr birba
şa dövlətin rolu ilə əlaqələndirilir. Müəllif si
vilizasiyaları dövlətin məhsulu hesab edərək
iddia edir ki, gələcəkdə də dövlət beynəlxalq
münasibətlərin ən əsas subyekti olaraq qalacaq
dır. Onun nəzərincə, dövlətlər sivilizasiya institut
ları vasitəsilə öz xüsusiyyətlərini və mənafelərini
daha sərt qorumağa çalışacaqlar. Sivilizasiyanın
dünya siyasəti ilə əlaqəsində dövlət əsas yer tut
duğundan mədəniyyətin də dünya siyasətinə
təsirinin artması əsasən dövlət institutları
vasitəsi
ilə baş verəcəkdir [212].
Məlumdur ki, uzun tarixi müddət ərzində
beynəlxalq işlərdə suveren dövlətlər əməli olaraq
yeganə fəal subyekt olmuşdur. Lakin qloballaşma
və beynəlxalq münasibətlərdə cərəyan edən digər
proseslər və çağırışlar
suveren dövlətlərin roluna
və hüquqlarına yenidən baxmağa va dar edir. Siyasi
proseslərin təhlili göstərir ki, suveren dövlətlər
beynəlxalq münasibətlərin yeganə hərəkətverici
subyekti rolunu tədricən itirməkdədirlər. An
caq bununla yanaşı nə yaxın gələcəkdə, nə də
uzaq
perspektivdə
mədəniyyət beynəlxalq
münasibətlər sahəsində dövlətlərin funksiya
larını öz üzərinə götürmək və ya onu əvəz etmək
iqtidarında olmayacaqdır. Ən əvvəl ona görə ki,
Müasir dünyada mədəniyyətlərarası münasibətlər