Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə60/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   56   57   58   59   60   61   62   63   ...   80

cuddur  ki,  onlar  universal  və  ya  ümumbəşəri 
dəyərlərdir.  Hər  bir  cəmiyyətdə  əhalinin  etnik, 
tarixi  xüsusiyyətlərini  əks  etdirən  özünəməxsus 
dəyərlər  strukturu  formalaşır.  Bu  baxımdan 
Azərbaycan  cəmiyyəti  istisna  deyildir.  Xalqımız 
uzun  illər boyu  milli  və  bəşəri  dəyərləri  özündə 
yaşadan  və  təcəssüm  etdirən  toplum  olmuşdur 
və bu  mədəni simbiozu bu gün də davam etdirir, 
yaşadır. Məhz bu amil onun başqa xalqlarla qarşı­
lıqlı anlaşmaya nail olmasının əsas səbəblərindən 
biridir.  Xalqların  qarşılıqlı  anlaşma  tələbatının 
ödənilməsi  mədəniyyətlərin  qlobal  dialoqunun 
və  çarpazlaşmasının  əsas  şərtidir.  Qarşılıqlı  an­
laşma təkcə tələbat deyil, həm də hər bir cəmiyyət 
və  qlobal  birlik  səviyyəsində  bərqərar  olunmalı 
universal dəyərdir.
Hər bir əşya, hadisə və ideya müəyyən dəyərə 
və qiymətə malikdir və bunun əsasında ona mü­
vafiq  münasibət  formalaşır.  Nəticədə  insanın 
ətraf  aləmə  ümumi  dəyər  münasibəti  təşəkkül 
tapır.  Beləliklə,  dəyər  öz-özlüyündə  şey  deyil, 
şeyə,  hadisəyə,  prosesə,  ideyaya  münasibətdir. 
Analoji  olaraq  hər  bir  xalqın  təbiətə,  özünə  və 
başqa  birliklərə  mənsub  insanlara,  ideyalara 
öz  münasibətləri  sistemi  təşəkkül  tapır  ki,  bu 
münasibətlər əsasında həmin xalqın dəyərlər sis­
temi və mədəniyyəti formalaşır [157,46].
İnsan və cəmiyyətin bütün dəyərlər sistemində 
mədəni dəyərlər xüsusi yer tutur ki, o da öz növ­
bəsində iki əsas qrupa bölünür: Birincisi, görkəmli
гч8
Sevda Ağamirzə qızı Əhədova
intellektual,  bədii  və  dini  yaradıcılıq  əsərlərinin 
məcmusu;  ikincisi  -   insanların  birgə  yaşayış 
prinsipləri:  adətlər,  ənənələr,  şüur  və  davranış, 
hüquq stereotipləridir ki, onlar cəmiyyətin inteq­
rasiyasının,  insanlar  arasında  qarşılıqlı  anlaşma­
nın,  həmrəyliyin,  qarşılıqlı  yardımın inkişafında 
aparıcı  rol oynayırlar.  Mədəni  dəyərlərin hər  iki 
qrupu istənilən mədəniyyətin nüvəsini təşkil edir 
və onun təkrarsızlığını müəyyənləşdirir [157, 46].
Özlərinə  xas  olan  dəyərlər  sisteminə,  insa­
nın cəmiyyətdə  və dünyada yeri haqqında  fərqli 
təsəvvürlərə  malik  müxtəlif  mədəniyyətlər 
həmişə çarpazlaşmış,  bir-biri  ilə  təmasda olmuş­
lar.  Lakin  son  vaxtlara  qədər  onlar  müəyyən 
dərəcədə  bir-birlərindən  təcrid  olunmuş  şəkildə 
mövcud  olmuşlar.  Müasir  qlobalizasiya  bu 
təcridçilik  şəraitini  tamamilə  aradan  qaldırmış, 
mədəniyyətlərin  əlahiddə  inkişafını  mümkün­
süz etmişdir.  Belə  şəraitdə  mədəniyyətlərin  total 
toqquşmasının  qarşısının  alınmasında  yeganə 
vasitə  -  onlar  arasında  dialoqun  yaradılmasıdır. 
Bu  vəzifə ilk baxışdan  asan  görünsə də,  ona nail 
olmaq  çox  çətindir.  Mədəniyyətlərin  qarşılıqlı 
münasibətlərində  təkcə  tolerantlıq  kifayət  deyil­
dir, çünki hər bir mədəniyyət təbiəti etibarilə eks­
pansionist xarakterə malikdir. İnsanlar daşıyıcıla­
rı olduqları mədəniyyəti ən yaxşı, ən yüksək hesab 
edərək,  onun  dəyərlərinin  başqaları  tərəfindən 
mənimsənilməsini daha doğru hesab edirlər.
Dialoq  qarşılıqlı  anlaşma  mühitində  müm-
гу?
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


kündür.  Bu  isə  birinci  növbədə  bir  sıra  ümu­
mi  dəyərlər,  qarşılıqlı  münasibətlərin  hamı 
tərəfindən  qəbul  edilmiş  prinsiplərinin  mövcud­
luğunu tələb edir.
Müxtəlif  mədəniyyətlərdə  dəyərlər  haqqın­
da  təsəvvürlər  də  bir-birindən  ciddi  şəkildə 
fərqlənirlər.  Götürək  elə  insan  hüquqlarına 
münasibəti.  Məlum  olduğu  kimi  insan  hüquq­
ları  haqqında  təsəvvürlər  -   Qərbi  Avropa  sivili­
zasiyasının məhsulu  olsa  da,  bu hüquqlar bioloji 
mənşəyə  malikdir  və insanın təbiətini  ifadə edir. 
Ona görə də onları təbii hüquqlar adlandırırlar.
Bəzi  yanaşmalara  görə insan hüququ konkret 
regionda  (Avropada -  S.Ə.)  təşəkkül  tapmış sivi­
lizasiyanın  müəyyən  inkişaf yolunun nəticəsidir. 
Ona görə də dünyanın digər regionları üçün icba­
ri deyildir.
Digər düşüncəyə görə, hüquq tarixən müəyyən 
regionda,  müəyyən  mədəniyyət  çərçivəsində  ya­
ransa  da,  bu  gün o  ümumi  xarakter daşıyır.  Ona 
görə  də  insanın  gələcəyini  bu  hüquqlardan  kə­
narda təsəvvür etmək mümkün deyildir.
Ancaq  onu  da  etiraf  etmək  lazımdır  ki, 
müxtəlif mədəniyyətlər sistemində insan hüquq­
ları ilə bağlı məsələlərə (xüsusən fərdin hüquqları 
ilə  cəmiyyətin  hüquqları  nisbəti,  hüquq və azad­
lıqların  qarşılıqlı  münasibətləri  və  s.)  çox  fərqli 
münasibətlər də mövcuddur. Ona görə də bu gün 
insan  hüquqları  ətrafında  gedən  müzakirələrin 
mövcudluğu  da  məhz  insanın,  onun  azadlığı,
Sevda Ağamirzə qızı Əhədova
a so
ləyaqətinin  müxtəlif  cür  dərk  edilməsi  ilə  bağlı­
dır.  Əsas  odur  ki,  bu  diskussiyalar,  mübahisələr 
dialoq  çərçivəsində  aparılsın.  Bir  dəyərlər  sis­
teminin  elementləri  və  prinsipləri  digərlərinə 
məcburi  şəkildə,  iqtisadi,  siyasi  təzyiq  vasitəsi 
və  ya  informasiya  texnologiyalarının  köməyi  ilə 
qəbul etdirilməsin.
Universal  dəyərlər  ümumbəşəri  məzmun  da­
şıyaraq  yalnız  ifadə formalarına  görə  fərqlənirlər. 
Belə  dəyərlər  içərisində  insan  şəxsiyyətinin  də­
yərini  xüsusi  vurğulamaq  lazımdır.  Məhz  o  mə­
dəniyyət  baxımından  cəmiyyətə,  dövlətlərə, 
dinlərə  və  s.  münasibətdə  üstünlük  təşkil  edir. 
Ümumbəşəri planda dominant dəyər kimi vicdan 
dəyəri  də  qeyd  edilməlidir.  D.S.Lixaçev  vicdanı, 
ümumiyyətlə  mədəniyyətin  nüvəsi  adlandırmış­
dır.
Mədəniyyətlər, onların insan, onun hüquq və 
azadlıqları  haqqında  təsəvvürləri  nə qədər fərqli 
olsalar da, onların hamısı üçün vahid kıiteriya in­
san  ləyaqətinin,  azadlığının,  ədalətin  qorunması 
olmalıdır. Potensial çağırışlar qarşısında müxtəlif 
mədəniyyətlər  yalnız  birgə,  dialoq  vasitəsi  ilə 
ümumi  dəyərlərə  çata  bilərlər,  bu  onların  özü- 
nüqoruma  və  inkişafının  yeganə  yoludur.  Əks 
halda  heç  bir  mədəniyyət  ayrılıqda  bu  çağırışla­
rın (xüsusən texnogen çağırışların) qarşısında tab 
gətirə bilməyəcəkdir.
Yad dəyərlərin, başqa mədəni etalonların zorla 
beyinlərə yeridilməsi, tarixən formalaşmış ictimai
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
25!


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə