Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə63/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   59   60   61   62   63   64   65   66   ...   80

mokratiyaya əsaslanan sivilizasiyon sistemlər so­
sial  və  milli  münaqişələrin  yaranma  ehtimalına 
qarşı  qarantiya  vermir.  Hadisələrin  gedişindən 
asılı olaraq elə amillər və güclər ortaya çıxa bilər ki, 
onlar demokratik prinsiplərdən öz bəd niyyətləri 
üçün istifadə edə bilərlər. Demokratik ənənələrin 
oturuşmuş olduğu qərb ölkələrinin təcrübəsi həm 
də onu  təsdiq edir ki, demokratiyanın daimi tək­
milləşməyə və inkişafa ehtiyacı vardır.
Yeni dünya düzəninin təşəkkül tapması şərai­
tində beynəlxalq mədəni münasibətlərdə demok­
ratik prinsiplərin bərqərar edilməsi müxtəlif sivi­
lizasiyalar  arasında  fərqlərin  nəzərə  alınmaması 
və  ya  həyatın  demokratik  təşkilinin  qərb  mode­
linin  bütün  ölkələrdə  kor-koranə  tətbiq edilməsi 
yolu  ilə  deyil,  yenə  də  mədəniyyətlərin  dialoqu, 
tolerantlıq,  fərqliliyin  təsdiqi,  müxtəlif  ölkələrin 
maraqlarının  razılaşdırılması  yolu  ilə  mümkün­
dür.
Yalnız  o  demokratiya  universal  demokratiya 
statusunu  qazana  bilər  ki,  o  sivilizasiyalar  ara­
sındakı  münasibətlərin  əsas  amilinə  çevrilsin, 
mədəniyyətlərin  dialoqunun,  əməkdaşlığının  və 
qarşılıqlı anlaşmasının katalizatoru və təşkilatçısı 
rolunu oynasın.
Hər bir xalqın öz mədəniyyətini və ənənələrini 
qoruyub-saxlamaq  hüququnu  müdafiə  etməklə 
yanaşı, onları bir-birindən ayıran istənilən mədəni 
qapalılığı,  milli  müstəsnalığı  təbliğ  edən  siyasət 
və  ideologiyalar  qətiyyətlə  rədd  edilməlidir;
Sevda Ağamirzə qızı Əhədova
Müxtəlif  dinlərə  və  millətlərə  mənsub  insanlar 
arasında  əməkdaşlığı  möhkəmləndirən  ictimai 
institutlara  mənəvi  və  maddi  dəstək  göstərmək, 
hər bir xalqda,  hər  bir insanda indiki və gələcək 
nəsillər qarşısında birlik  və  məsuliyyət hissi  aşı- 
lamaq  mədəniyyətlərin  dialoqunun  əsas  vəzifəsi 
olmalıdır.
Beynəlxalq vəziyyəti müxtəlif mədəniyyətlərin 
münaqişəsinin təzahürü kimi təqdim etmək cəhd­
lərinin  artdığı  bir  zamanda,  YUNESKO-nun  Baş 
konfransının 2 noyabr 2001-ci  ildə  keçirilmiş 31- 
ci  sessiyasında  üzv-dövlətlər yekdilliklə  Mədəni 
müxtəliflik  haqqında  ümumi  Bəyannamə  qəbul 
etmişlər. Bəyannamə sülhün təmin edilməsinin ən 
yaxşı  yolu  kimi  mədəniyyətlərarası  dialoq  təklif 
edir  və  bununla  da  mədəniyyətlərin  və  siviliza­
siyaların münaqişəsinin qaçılmaz olması haqqın­
da tezisi qəti rədd edir.
Mədəni  müxtəlifliyi bəşəriyyətin  ümumi  irsi 
səviyyəsinə  qaldıran  belə  normativ  sənədi  bey­
nəlxalq birlik ilk dəfədir ki, qəbul edirdi. Sənəddə 
göstərilir ki, biomüxtəliflik canlı təbiətə nə qədər 
lazımdırsa,  mədəni  müxtəliflik  də  bəşəriyyətə  o 
qədər  zəruridir  və  mədəni  müxtəlifliyin  qorun­
ması  etik  imperativdir,  o,  insan  şəxsiyyətinin 
ləyaqətinə hörmətdən ayrılmazdır.
Digər normativ aktlarla birgə mədəni müxtə­
liflik  haqqında  Bəyannamə  YUNESKO-nun  elan 
etdiyi  yeni  etikanın  əsasını  təşkil  edir  və  yaxın 
gələcəkdə "İnsan hüquqları ümumi Bəyannaməsi"
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


kimi  onun  da  beynəlxalq  birlik  üçün  mühüm 
əhəmiyyət kəsb edəcəyi şübhəsizdir.
Mədəni 
özünəməxsusluğun 
qorunması, 
başqa  mədəniyyətlərə  tolerant  münasibətin  aşı­
lanması,  mədəni  hüquqların  tanınması  uğrun- 
da  mübarizə  məsələləri  hələ  ötən  əsrdə  qlobal 
diskussiyalar  obyektinə  çevrilmişdir.  Ancaq  öz 
mədəniyyətlərini  inkişaf  etdirmək,  öz  dininə 
etiqad  etmək  və  onun  ayinlərini  azad  yerinə 
yetirmək  və  öz  dilində  danışmaq  hüququnun 
beynəlxalq səviyyədə  tanınmasına,  İnsan hüquq­
ları  üzrə  Komissiya  tərəfindən  "Mədəni  hüquq­
ların  əlçatarlılığını  və  müxtəlif  özünəməxsus 
mədəniyyətlərə hörmətin təşviq edilməsi haqqın­
da"  qətnamənin və digər beynəlxalq sənədlərinin 
qəbul edilməsinə baxmayaraq, İnsan hüquqlarına 
dair  beş  kateqoriyadan  (mülki,  mədəni,  iqtisadi, 
sosial,  siyasi hüquqlar) mədəni hüquqlar hələ də 
daha  az  diqqət  cəlb  edən  kateqoriya  olaraq  qal­
maqdadır.
XXI  yüzilliyin  çağırışları,  ictimai  inkişafm, 
beynəlxalq  təhlükəsizliyin  təmin  edilməsi  sahə­
sində  mədəniyyətin  əhəmiyyətini  daha  da  aktu­
allaşdırır.  Beynəlxalq  təhlükəsizlik  təkcə  hərbi- 
siyasi  məsələlərlə  məhdudlaşmır.  O  daha  ge­
niş  mahiyyət  daşıyır  və  iqtisadi,  sosial,  mədəni 
aspektləri, sivilizasiyalararası  dialoqun inkişafını 
özündə ehtiva edir.
Hər  bir  ölkə  özü-özlüyündə  etnik,  dini,  dil, 
irqi  qruplardan  ibarət  multimədəni  cəmiyyətdir
гбг
Sevda Ağamirzə qızı Əhədova
ki,  onlar  da  özünəməxsus  mədəni  dəyərlərə,  ta­
rixi  irsə,  həyat  tərzinə  malikdirlər.  Bu  gün  dün­
yanın 150-dən çox ölkəsində çoxsaylı milli və dini 
azlıqlar  mövcuddur.  Yalnız  30  ölkədə  milli  və 
ya  dini  azlıq  mövcud  deyildir ki,  bu  da  əhalinin 
10%-ni  təşkil  edir.  Belə  şəraitdə  mədəniyyətin 
qorunması,  məhsuldar  mədəni  dialoqun  inkişaf 
etdirilməsi ilə bağlı beynəlxalq və milli səviyyədə 
tədbirlərin işlənib hazırlanması zəruriliyinin dərk 
edilməsi vacibdir.
Müasir  dünyada  biz  həm  də  təhlükəsizliyin 
iqtisadi,  sosial,  mədəni,  ekoloji  aspektlərinə 
toxunan  miqrasiya  axınlarının  artdığının  şahidi 
oluruq.  BMT  katibliyinin  əhali  artımı  şöbəsinin 
qiymətləndirmələrinə  əsasən  bütün  dünya  üzrə 
miqrantların  sayı  1990-cı  ildən  2005-ci  ilə  qədər 
36 mln. artmış və 2006-cı ildə 192 mln. nəfər təşkil 
etmişdir.  Müxtəlif  mədəniyyətlərə  mənsub  in­
sanların  miqrasiya  prosesinə  cəlb  olunması  həm 
də  mədəniyyətlərin  qarşılıqlı  əlaqəsinin  artma­
sına  səbəb  olur.  Miqrant  axını  əsasən  inkişaf et­
miş  ölkələrə  istiqamətlənsə  də,  miqrasiya  bütün 
dünya regionlarında heç də birmənalı qiymətlən­
dirilməyən  nəticələrə  gətirib  çıxarır.  Azərbaycan 
da  dövrümüzün  bu  qlobal  xarakter  daşıyan 
prosesindən  kənarda  qalmamışdır.  Bir  tərəfdən 
azərbaycanlıların  müəyyən  hissəsi  müxtəlif  so­
sial-iqtisadi,  humanitar səbəblərdən  öz tarixi  və­
tənlərini tərk edərək başqa ölkələrdə yaşayıb işlə­
məyi üstün tutmuş, digər tərəfdən isə son dövıdə
Müasir dünyada madəniyyətlərarası münasibətlər
гбз


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə