Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə59/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   55   56   57   58   59   60   61   62   ...   80

təmin edilməlidir. Bu bir tərəfdən digər sivilizasi­
yaların özünəməxsusluğunu və dəyərlərinin uni­
kallığı ilə hesablaşmayan texnogen mədəniyyətin 
hegemonluğundan, digər tərəfdən isə ənənəvi cə­
miyyətlərin və mədəniyyətlərin təcridçilik,  qapa- 
lılıq, elə həmin texnogen sivilizasiyanın nailiyyət­
lərini  və  dəyərlərini  qəbul  etməmək  meylindən 
imtina etmələri tələb olunur.
Sivilizasiyalararası,  mədəniyyətlərarası  mü­
nasibətlərin  dramatik! iyinə  və  mürəkkəbliyinə 
baxmayaraq,  onların  dialoqu  fundamental  zid­
diyyətlərin  aradan  qaldırılmasının,  bütün  tə­
rəfləri  qane  edən  qarşılıqlı  əlaqə  prinsiplərinin 
müəyyənləşdirilməsinin ən konstruktiv üsuludur. 
Bəzi hallarda dialoqun yalnız ənənəvi cəmiyyətlər 
üçün  əhəmiyyət  kəsb  etdiyini,  onun  texnogen 
cəmiyyətlər  üçün  bir  o  qədər  də  aktual  olmadı­
ğını  iddia  edənlər  də  tapılır.  Bu  gün  dünya  elə 
vəziyyətdədir  ki,  mövcud  inkişaf  modellərindən 
heç  biri,  o  cümlədən  "qızıl  milyard"  ölkələri 
başqaları  üçün  etalon  ola  bilməzlər.  Ona  görə  də 
bütün  sivilizasiyaların,  mədəniyyətlərin  bərabər 
şəkildə  iştirak  etdiyi,  iştirakçıların  inkişaf  etmiş, 
inkişaf  etməmiş,  birinci,  ikinci,  üçüncü  dərəcəli 
ölkələrə  və  b.  təsnifatlara  görə  ayırmayan  dialoq 
elə  texnogen  sivilizasiyanın  özü  üçün  də  xeyir­
lidir.  Bu  bir  tərəfdən  onun  daşıyıcılannın  başqa 
mədəniyyətlərə  münasibətdə  özünü  göstərən 
özünəvurğunluq,  lovğalıq,  təkəbbürlük  kimi  zi­
yanlı  yanaşmaları,  fərdiyyətçiliyi,  istehlakçılıq
Sevda Ağamirzə qızı Əhədova
təzahürlərini  aradan  qaldırmağa  şərait  yaradır. 
Digər  tərəfdən,  texnogen  birliklərin  daxilində 
mədəni  zənginlik,  özünəməxsusluqlar  qorunub 
saxlanılır.  Sirr  deyildir  ki,  uzun  illərdir  Avropa 
xalqları arasında amerikan kütləvi mədəniyyətinin 
müdaxiləsinə müqavimət, öz milli identikliyini qo­
rumaq cəhdləri açıq şəkildə təzahür etməkdədir.
Dialoq  insan  həyatının  mühüm  aspektidir. 
Dialoq  danışıqlar  aparmaq  demək  deyildir.  Əgər 
danışıqlarda  iştirakçı  tərəflər  öz  mənafelərinin 
təmin  etməyə  çalışırlarsa,  dialoqda  isə,  əksinə, 
iştirakçılar  həqiqəti  birgə  axtarmağa  can  atırlar. 
Dialoqun  məqsədi  fərqləri  müəyyənləşdirmək  və 
tərəflərin  mövqelərini  daha  da  yaxşılaşdırmaq­
dır. Onun köməyi ilə daha az əhəmiyyətli fərqlərə 
hörmət  etməklə  mədəniyyətlərarası  dəyərlərin 
vəhdətinə nail olmaq mümkündür. Mədəniyyətlər 
arasındakı  fərqlər  həmişə  olmuş  və  olacaqdır. 
Lakin  bu  fərqlərə  bəşəriyyətin  hərəkətverici 
qüvvəsi  kimi  yanaşmaq  lazımdır.  Mədəniyyət 
müəyyən  dəyərlər,  ənənələr,  normalar  sistemi­
dir,  dünyagörüş  tipidir.  Müxtəlif  cəmiyyətlərdə, 
mədəni  birliklərdə  dünyabaxışlar  da  müxtəlifdir. 
Bu  baxışları  yaxınlaşdırmaq,  hamı  üçün  məqbul 
qərarlar  tapmaq  üçün  hamı  tərəfindən  qəbul 
edilmiş  prinsip  və  dəyərlərə  istinad  edilməlidir. 
Mədəniyyətlərin  müxtəlifliyi  və  ümumi  dəyərlər 
bütün dünyada dinc münasibətlər və təhlükəsizlik 
üçün  əsas  şərtlərdən  biri  olmalıdır.  Bu  planda 
beynəlxalq səylər, o cümlədən BMT Baş Məclisinin
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Sevda Ağamirza qızı Əhadova
2001-ci  ili  sivilizasiyalararası  dialoq  ili,  2010-cu 
ili  Beynəlxalq  Mədəniyyətlərin  yaxınlaşması  ili 
elan  etməsi,  "Sivilizasiyalar  alyansı"  və  digər 
beynəlxalq  təsisatların  təşəbbüsləri  dünyada 
mədəniyyətə və mədəni dialoqa verilən önəmi bir 
daha sübut edir. Beynəlxalq münasibətlərin bütün 
subyektlərinin  mədəni  dialoqa  cəlb  edilməsinə 
səy  göstərməklə,  eyni  zamanda  mədəniyyət  və 
dialoqun  siyasiləşdirilməsinə  yol  vermək  olmaz, 
əksinə siyasətin mədəniləşdirilməsinə,  beynəlxalq 
məsələlərdə  mədəni-etnik  problemlərin,  müdrik­
liyin,  mənəviyyatın,  ədalətin,  intellektual  mədəni 
varisliyin  bərqərar  olunmasına  çalışmaq  lazım­
dır.  Qlobal  mədəniyyətin  digər  mədəniyyətləri 
udan  monstr  kimi  qavramlmaması  üçün  bu 
mədəniyyətin  əsas  komponenti  kimi  bütün 
bəşəriyyətin ümumi sərvəti olan mənəvi prinsiplər 
hamının həyat tərzinə çevrilməlidir.
4
.
2
.  M ə d ə n iy y ə tlə rin   d ia lo q u   və 
u n iv e rs a l  d ə yə rlə r
M
ədəniyyətlərin  yaxınlaşmasının  əsas 
şərtlərindən  biri  də  bütün  mədəniyyət­
lərə  xas  olan  dəyərlərin  (universal  dəyərlərin) 
mövcud  olmasıdır.  Eyni  zamanda  mədəniy­
yətlərin  çarpazlaşmasınm,  yaxınlaşmasının  da 
müəyyən  sərhədləri,  çərçivələri  vardır.  Hər  bir 
mədəniyyət özünü qorumağa, özgünlüyünü inki­
şaf etdirməyə can atır və bununla da sosiomədəni 
birliklərin  etnomədəni,  dini,  siyasi,  iqtisadi, 
professional,  kooperativ  və  digər  dəyərlərinin 
zənginliyini və müxtəlifliyini təmin etmiş olur.
Universal  dəyərlərin  tərkibi  ilə  bağlı  kon­
sensusa  gəlmək  üçün  birinci  növbədə  dəyərin 
mahiyyətini 
dəqiqləşdirmək 
ehtiyacı 
yara­
nır.  Rusiya  sosioloqu  N.Lapinə  görə  dəyərlər 
-   fundamental  normalar  rolunu  oynayan 
ümumiləşdirilmiş məqsədlər və onlara nail olmaq 
vasitələridir.  Məhz  dəyərlər  həyati  əhəmiyyətli 
vəziyyətlərdə  fərdlərə  davranış  seçimi  etməyə 
kömək  etməklə  cəmiyyətin inteqrasiyasını  təmin 
etmiş  olur.  Hər  bir  dəyər  və  onların  məcmusu 
fərdlərdə  və  cəmiyyətlərdə  təcəssümünü  tapır. 
Təməl  dəyərlərin  iki  mədəni  tipi  mövcuddur: 
ənənəvi (tradisional) və postənənəvi (post tradisi- 
onal, müasir, liberal) dəyərlər [131,105-107).
Eyni  zamanda  bütün  mədəniyyətlərə  xas 
olan  mədəni  -   invariant  dəyərlər  də  möv­
Müasir dünyada mədaniyyatlararası münasibatlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə