Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə58/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   54   55   56   57   58   59   60   61   ...   80

də  bütövlükdə  bəşəriyyətin  mədəni  inkişafına 
real  təhlükə  yaradır.  Buna  görə  də  hər bir  xalqın 
mədəniyyətinin  qorunması  və inkişaf etdirilməsi, 
millətlər  arası  qarşılıqlı  əlaqələrin  və  məhsuldar 
dialoqun  inkişaf etdirilməsi  üçün milli və beynəl­
xalq səviyyədə müvafiq tədbirlər işlənib hazırlan­
malıdır.
Bu  prinsipial  yanaşmalar  getdikcə  daha  çox 
insanların  beyinlərinə  hakim  kəsilməkdədir. 
Məhz bu düşüncələrin təsiri altında BMTnəzdində 
"Sivilizasiyaların  alyansı"  yaradılmış,  mədəni 
müxtəliflik və mədəniyyətlərin dialoqu problemi 
ilə  bağlı  bir  çox  beynəlxalq  sənədlər  qəbul  edil­
miş,  müxtəlif  forumlar  keçirilmişdir.  Sevindirici 
haldır  ki,  Bakı şəhəri son illərdə bu  cür səviyyəli 
bir neçə beynəlxalq  foruma  ev sahibliyi  etmişdir 
ki, bu da Azərbaycanın dünya mədəniyyətlərarası 
dialoqda oynadığı məhsuldar rolu bir daha təsdiq 
edir.
Tarixən  sivilizasiyalarm  dialoqu  iki  yolla  baş 
vermişdir:
1. Uzun tarixi dövr ərzində sivilizasiyalararası 
qarşılıqlı əlaqələr. Bu obyektiv proses olub coğrafi, 
tarixi amillərlə şərtləşir və kimlərinsə iradəsindən 
və  ya  seçimindən  asılı  deyildir.  Bu  cür  əlaqələr 
qədim  dövrdən, başlayaraq  indiyə  qədər  davam 
edir. Buna misal olaraq, Qədim Şərqlə antik dün­
yanın  əlaqələri,  orta  əsrlərdə  Asiya  və  Avropa 
arasındakı  Böyük  İpək  yolu  vasitəsilə  həyata 
keçirilən əlaqələri göstərmək olar.
Sevda Ağamirzə qızı Əhədova
гчо
2.  Sivilizasiya  və  mədəniyyətlərin  onların 
nümayəndələri  arasındakı  dialoqu  vasitəsilə 
gedən  dialoq.  Dialoqun  bu  forması  coğrafi  və 
tarixi  amillərlə  şərtlənməyən,  məqsədyönlü 
fəaliyyət sahəsində həyata keçirilir.
Sivilizasiyaların  dialoqu  çoxqütblü  dünya­
da  sülhün  və  sabitliyin  qorunmasının  yeganə, 
eyni  zamanda  mürəkkəb  və  zəruri  mexanizmi­
dir.  Dialoq  beynəlxalq  münasibətlərin  yaxşılaş­
dırılması  üçün  universal  model  olmaqla,  istər 
siyasətdə,  istərsə  də  dində  və  mədəniyyətdə 
birtərəfliliyi, monoloqu inkar edir.
Beynəlxalq  hüququn  bir  sıra  normalarının 
dəyişdirilməsi  ilə  bağlı  son  vaxtlar səslənən tək­
liflər də məhz bu zərurətdən doğur. Sirr deyildir 
ki,  bu  normalarım əksəriyyəti  soyuq  müharibə 
dövrünün,  ikiqütblü  dünyanın  məhsulu  olmaq­
la  iri  dövlətlərin  maraqlarına  hesablanmışdır, 
digər dövlətlərin və ölkələrin, xüsusən müsəlman 
ölkələrinin maraqlarını nəzərə almır.
İran  İslam Respublikasının  keçmiş prezidenti 
M.Hatəmi  qeyd  edir  ki,  qloballaşma  meyli  mü­
asir  dünyanın  çoxqütblülüyünü  nəzərə  almaq­
la  həyata  keçirilməli,  beynəlxalq  institutların  və 
qanunların,  bütün  dünya  dövlətlərinin  suve­
renliyinin  və  demokratiyanın  möhkəmləndiril­
məsinə,  onların  beynəlxalq  məsələlərin  həllində 
məsuliyyətinin  artırılmasına əsaslanan yeni qay­
daların  və  yeni  kollektiv  hüququn  yaradılması­
nı  nəzərdə  tutmalıdır.  Bunun  üçün  beynəlxalq
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


sistemin  bütün  komponentlərinin  (dövlətlər  və 
vətəndaş  institutları)  qərarların  hazırlanmasında 
və  qəbulunda  bərabər  iştirak  etmək  hüququ  ol­
malıdır [169, 47].
2001-ci  ilin  11  sentyabr  hadisələri  də  sivili­
zasiyalar  və  mədəniyyətlər  arasında  müntəzəm, 
konstruktiv  dialoqun  zəruriliyini  bir daha  sübut 
etdi. Həmin hadisələr göstərdi ki, terrorizmin bü­
tün  forma və təzahürlərinin aradan  qaldırılması­
nın ən vacib şərtlərindən və səmərəli üsullarından 
biri  də  müxtəlif dinlərin,  mədəniyyətlərin,  sivili­
zasiyaların  beynəlxalq  arenada  daimi  iştirakına 
və daha dərin anlaşmasına nail olmaqdır.
Yeni sivilizasiyon inkişafın və dünya düzəninin 
yeni tipinin konturları artıq müəyyənləşməkdədir. 
Dünyanıdəyişmək,humanistləşdirməküçün"yeni 
təfəkkür"ə  ehtiyac  duyulduğu  getdikcə  daha  ar­
tıq dərk edilməkdədir. Məhz yeni planetar huma­
nizm gələcək inkişafın əsas rəhnidir. Əlbəttə, yeni 
mədəniyyət öz-özünə və ya "sifarişlə" deyil, şüur­
ların və təfəkkürlərin bir sıra köhnəlmiş təsəvvür 
və  stereotiplərdən,  oyun  qaydalarından  azad  ol­
ması,  bir-birini  dinləmək  və  eşitmək  qabiliyyəti 
aşılanması  yolu  ilə  mümkündür.  Bu  təfəkkürün 
mənəvi-ideoloji əsasını  planetar şüura malik, bü­
tün Yer kürəsinin məsuliyyətini öz üzərində dərk 
edən  insanların  "kosmohumanist-sentrist  dün­
yagörüşü"  təşkil etməlidir.  Bu  dünyagörüşün tə­
şəkkül  tapmasının  ilkin  şərti  ümumbəşəri  dəyər 
olan, dünya sosiumunun sabitliyinin qarantı kimi
Sevda Ağamirzə qızı Əhədova
çıxış  edən  dünyanın  müxtəlifliyinin,  çoxçalarlı- 
lığının  qəbul  edilməsi  və  saxlanılmasıdır.  Belə 
qlobal  sivilizasiyanın  təşəkkülü  prosesində  əsas 
təhlükə  elə  müxtəlifliyin  qiymətləndirilməməsi, 
bəşəriyyətin  gələcəyini  uniformizmin,  mədəni 
yekcinsliyin  təntənəsi  kimi  təsəvvür edilməsidir. 
Təsadüfi  deyildir ki,  "Maneələri  dəf edərkən. Si- 
vilizasiyalararası  dialoq"  kitabının  müəllifləri 
"müxtəliflik  qorxusu"nu  mədəniyyətlər  və  si­
vilizasiyalar  arasında  dialoqun  qarşısında  ən 
təhlükəli maneə hesab edirlər.
Şübhə  yoxdur  ki,  müasir siyasi,  iqtisadi,  mə­
dəni qloballaşma və inteqrasiya bu proseslərin qa­
nunauyğun  mərhələsi  olan  sivilizasiyaların  kon­
vergensiyasına  və  hətta  konfederasiyasına  doğ­
ru  aparır.  Onlar  arasında  qarşılıqlı  münasibətlər 
birgə fəaliyyətin məhsulu  olan və hamının qəbul 
etdiyi  hüquqi  normalar  və  etik  prinsiplərlə  tən­
zimlənəcəkdir. Əlbəttə, bunun nə vaxt baş verəcə­
yi, hansı  mərhələlərdən və formalardan  keçəcəyi 
haqqında  proqnozlar  vermək  mümkün  deyildir. 
Lakin son yekunu  qlobal sivilizasiyanın təşəkkül 
tapacağı  bu  ümumdünya  prosesinin  əsas  xü­
susiyyətini  mədəniyyətlərin  və  sivilizasiyaların 
dialoqunun,  ümumi  dəyərlərə  münasibətdə  qar­
şılıqlı anlaşmanın olması şübhə doğurmur.
Səmərəli dialoqun bərqərar olması üçün sosial- 
mədəni problemlər və münaqişələr yaradan qey ri- 
ekvivalent  münasibətlərdən  və  mübadilələrdən 
imtina edilməli, dialoq iştirakçılarının bərabərliyi
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə