Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə66/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   62   63   64   65   66   67   68   69   ...   80

inteqrasiya  olunacaqlar.  Əlbəttə,  qlobal  inteqra­
siyanın  bəşəriyyətin  gələcək  inkişafının  yeganə 
mümkün  yolu  olduğu  şübhəsizdir,  lakin  "dün­
ya  hökumətinin"  başçılıq  etdiyi  vahid  dövlətin 
yaranması  utopiya  xarakteri  daşıyır,  ən  azı 
uzaq  gələcəyin,  bir  neçə  yüzilliyin  məsələsidir. 
İnteqrasiya 
mərkəzlərinin, 
dövlətlərin  inki­
şaf  yollarının  müxtəlifliyi,  sivilizasiyalarara- 
sı  ziddiyyətlərin  dərinliyi  buna  imkan  vermir. 
Bütün  xalqların,  dövlətlərin  dünyabaxışlarınm 
eyniləşməsi  çox  mürəkkəb  və  ağrılı  prosesdir. 
Çünki  onun nəticəsində bəzi sivilizasiyalar  daha 
güclü  inteqrasiya  mərkəzlərinə  güzəştə  getməli, 
ikinci,  həm  üçüncü  rollarla  kifayətlənməlidirlər. 
Yuxarıda  adı  çəkilən  sivilizasiyalardan  hər  bi­
ri  (Afrika  istisna  olmaqla)  perspektivdə  sıç­
rayış  etməyə,  qısa  müddətdə  dünyanın  lider 
sivilizasiyasma  çevrilə  bilər.  Onların  hər  birinin 
bunun  üçün  böyük  potensialı  var,  ancaq  bu  po­
tensialın  reallaşması  həm  dünyada  gedən  iqtisa­
di-siyasi  proseslərdən,  həm  də  hər  sivilizasiyanı 
öz mədəni xüsusiyyətlərindən və mentalitetindən 
asılıdır.  Vahid  dünyanın gələcək siması necə ola­
caqdır?, bəşəriyyətin ən optimal inkişaf yolu han­
sıdır? Hansı mədəniyyət, hansı sivilizasiya aparı­
cı, birləşdirici sivilizasiya yükünü öz üzərində da­
şıya  biləcəkdir? Bu suallara cavabı yenə də sivili­
zasiyaların, mədəniyyətlərin qarşılıqlı əlaqəsində, 
dialoqunda axtarmaq lazımdır.
Qərb  və Şərq mədəniyyətlərinin (sivilizasiya- •
Sevda Ağa mirzə qızı Əhədova
г7г
lanmn)  inteqrasiya  perspektivi  ilə bağl, müxtəlif 
yanaşmaların mövcudluğu bu məsələnin nə qədər 
problematık olduğunu bir daha sübut edir.
Yen  gəlmişkən,  Qərbşünaslıq,  Qərb-Şərq 
münasibətlərinin bütün dövrlərdə aktuallıq  kəsb 
edən  məsələ  olmasına  baxmayaraq,  Şərq  ölkəsi 
olan  Azərbaycanda  sovet  dövründə  bu  məsələ 
i ə  bağh  tədqiqatlar  demək  olar  ki,  aparılma­
mışdır.  Sovet  rejiminin  bu  qadağalarını  ilk  ola­
raq  dəf  edən  görkəmli  şərqşünas  alim  Aidə  xa­
nım  Imanquliyeva  olmuşdur.  O,  Azərbaycanın 
hüdudlarından,  bütövlükdə  Şərq  miqyasından 
kənara  çıxaraq,  yeni  dövrdə  bütöv  bəşəriyyət 
miqyasında  gedən  proseslərin  məğzini  açıb 
göstərmiş,  Şərq-Qərb  münasibətlərinin  xarak­
terini  və  perspektivlərini  təhlil  etmişdir.  "Aida 
xanım  öz  zəmanəsini  qabaqlayaraq  Azərbaycan 
gerçəkliyində  Şərq  və  Qərbin  vəhdəti  ideyasını 
ilk dəfə konseptual şəkildə  irəli sürmüşdür"  153 
8
-
10
].
XX  əsrin  sonlarında  bütün  dünyada  yenidən 
aktuallaşmış  bu  problemi  Azərbaycanda  Aidə 
Imanquliyevanın  qızı,  Azərbaycanın  birinci  xa­
nımı,  YUNESKO  və  İSESKO-nun  xoşməramlı 
səfiri  Mehriban  xanım  Əliyeva  bir  daha  siyasi 
gündəliyə daxil etmiş, öz məqsədyönlü fəaliyyəti 
ilə  ölkəmizin  bu  dialoqda  təşəbbüskar  və  aparı­
cı  tərəf kimi  çıxış  etməsinə  nail olmuşdur.  Məhz 
bu  fəaliyyəti  nəticəsində  Bakı  2009-cu  ildə  İslam 
mədəniyyətinin  paytaxtı  elan  olundu.  Şərqi  və
г7з
Müasir dünyada mədaniyyatləraras, münasibətlər


Qərbi  birləşdirən tarixi  İpək yolunun bərpası  işi­
nin təməli Bakıya qoyulduğu kimi, Azərbaycanın 
paytaxtı  Şərq-Qərb  mövzusunda  kino  festivalla­
rının,  incəsənət  bayramlarının,  beynəlxalq  elmi 
məclislərin  keçirildiyi  mədəni-mənəvi  məkana 
çevrildi.
S.Xəlilov  haqlı  olaraq  qeyd  edir  ki,  bu 
günə  qədər  ölkəmizdə  bəzi  istisnalar  olmaqla, 
Şərq-Qərb  münasibətlərinin  universal  şəkildə 
öyrənilməsi istiqamətində çox az iş görülmüşdür. 
Tədqiqatlar  əsasən  ayrı-ayrı  şəxsiyyətlər  üzrə 
aparılmışdır [53,12-13].
Şərq  və  Qərb  sivilizasiyalarının  Azərbaycanın 
tarixi-mədəni  inkişafına  təsiri,  milli  mədəniy­
yətimizin  və  təfəkkür  tərzimizin  Şərq  və  Qərb 
mədəniyyətləri  kontekstində  araşdırmaq  və  onun 
inkişaf perspektivlərini müəyyənləşdirmək də mü­
asir cəmiyyətimizin əsas vəzifələrindən biridir [52, 
110
] .
S.Xəlilov "Şərq" və "Qərb"  anlayışlarını təkcə 
coğrafi  termin  kimi  işlətmir.  Şərqi  ənənəviliyin, 
Qərbi isə müasirliyin simvolu hesab edən müəllif 
Şərq-Qərb  bölgüsünü  mədəni-mənəvi  bölgü 
kimi,  habelə  sivilizasiyaların  tipləri  və  düşüncə 
tərzləri  arasındakı  fərqə  görə  aparır.  S.Xəlilova 
görə, Şərqi və Qərbi fərqləndirən ən mühüm amil 
münasibətlərin  . şəxsi,  yoxsa  ictimai  miqyasda 
qurulmasıdır. Belə ki, Şərq düşüncəsində məqsəd 
insanın  kamilləşməsi,  Qərb  düşüncəsində  isə 
cəmiyyətin təkmilləşdirilməsidir [52, 30].
Sevda Ağamirzə qızı Əhədova
Şərq  dedikdə  insana  əzəldən  xas  olan 
onun  mahiyyətini  ifadə  edən  mənəvi-əxlaqi 
keyfiyyətlər,  Qərb  dedikdə  isə  insanın  yeni 
dövrdə  ələ etmiş olduğu intellektual və texnoloji 
uğurlar yada düşür [52,10-11].
Elə  müasir elmin  özünün  də  Qərbi  Avropada 
yarandığına  görə  elmə  əsaslanan  sivilizasiya  for­
masının  "Qərb"  adlandırılmasında  müəyyən 
məntiq  vardır.  Lakin  bu  gün  Yaponiya,  Çin, 
Hindistan,  Cənub-Şərqi  Asiya  ölkələrinin  texno­
loji  modernləşmədə  qazandıqları  uğurlar  dünya 
iqtisadi  mərkəzinin  tədricən  Asiyaya  keçdiyini 
təsdiq edir. Bu  həm də dünya  sivilizasiyaları  ara­
sında  siyasi,  texnoloji,  mədəni,  iqtisadi  fərqlərin 
tədricən  aradan  qaldırılmasına  dəlalət  edir.  Qərb 
sivilizasiyası  adlandırdığımız  tarixi  fenomen  də 
hissə-hissə  bütün yer  kürəsinə  yayılaraq  planetar 
hadisəyə  çevrilməkdədir.  Lakin  iqtisadi-texnoloji 
nailiyyətlər  fonunda  rasionalizmə  söykənən  qərb 
dünyası  humanitar,  mənəvi  dəyərlər  böhranı  ilə 
üz-üzə  qalıbdır.  Elmin,  texnikanın,  texnologiya­
ların  inkişafı  ilə  birlikdə  insanın  özünün,  insanlı­
ğın  inkişafı  da  baş  verməmişdir.  İnsanın  mənəvi 
yoxsullaşması,  rasionalizm,  praktisizm,  ulitarizm 
dəyərlərinin böhranı -  müasir dövrün ən ciddi ça- 
ğırışlarındandır.
Heç  bir  sivilizasiya,  nə  qədər  güclü  olursa 
olsun,  bütün  bəşəriyyət  üçün  məsuliyyət  yükü­
nü  təkbaşına  aparmaq  iqtidarında  deyildir.  Ona 
görə  də  bəşəri  böhrandan  çıxış  yolu  da  birgə,
Müasir dünyada mədəniyyətlərərası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə